Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4544/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-4544/2022 Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın qaytarılması Bakı şəhəri 05 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin e tibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3194/2022 nömrəli 28 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə ** MA *** dövlət qeydiyyat nişanı təhkim edilməklə İddiaçı mülkiyyətinə keçirilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə X7 Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4 -cü və 320.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə müiki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh1 tələbdən imtina etdiyinə görə xitam verilməsi hökm edilmişdir. 3. “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə ** TA *** dövlət qeydiyyat nömrəsi ilə yenid ən X3 adına qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixdə isə onun tərəfindən Cavabdeh2 satılmışdır.
4. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmündən İddiaçı verdiyi apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli Qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il qərarının “iş üzrə maddi subut kimi tanınmış və DİNin BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, “Mitsubishi Paj ero” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 qaytarılması və cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Cavabdeh1 oğlunun mülki cavabdehə qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Cavabdeh1 mülki iddia tələbi üzrə icraata xitam verilməsi” hissəsində ləğv edilməsi qərara alınmış, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə X4 Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, hökmdə “Mitsubhishi Pajero” marka lı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 qaytarılsın” ifadəsinin “Mitsubishi Pajero” markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi 6G72TH2240, Ban nömrəsi JMYLRV938J709035, dövlət qeydiyyat nişanı ** TA *** olan “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab olunması və həmin avtomobilin tam saz (istifadəyə yararl ı) və zədəsiz vəziyyətdə Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 avtomobil barəsində sərəncam vermək hüququnu Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə əldə etmiş, hökmün müvafiq hissəsi Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirildiyindən onun bu səlahiyyəti ortadan qalxmışdır. Yəni Cavabdeh1 aldatma yolu ilə hərəkət edərək avtomobili Cavabdeh2 satmış, bu zaman belə bir səlahiyyəti olmamışdır. Hazırda avtomobil Cavabdeh2 adına olsa da, əsas vicdanlı mülkiyyətçi odur və buna görə də cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunaraq avtomobil Cavabdeh2 alınıb ona geri qaytarılmalıdır.
4. Cavabdeh2 iddianı qəbul e tməyərək bildirmişdir ki, o, mübahisəli maşını sonradan alan şəxsdir, həmin avtomobili 19 sentyabr 2019-cu ildə almış və 3 gün sonra adına keçirmişdir, o vaxtdan özü istifadə edir, vicdanlı alıcıdır, avtomobili qanuni şəkildə əldə etmiş, dəyərini ödəmiş və sonra da xeyli pul sərf edərək onu təmir etmişdir, maşını öz adına sənədləşdirəndə onda hər hansı mübahisəli məsələnin olduğu ona bildirilməmişdir, iddiaçı belə iddia qaldırmaqla avtomobili geri istəyir, lakin pulu tələb etməli olduğu şəxs deyildir.
5. Xətai Rayon Məhkəməsinin(hakim Ş.Əliyev) (bundan sonra –birinci instansiya məhkəməsi) 2(011)-4092/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2007-ci il buraxılışlı, ** TA *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqı sı barədə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız sayılması, həmin avtomobilin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixində mübahisəli avtomobil alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır, həmin avtomobil xx.xx.2019-cu il tarixində Cavabdeh1 adına təkrar qeydiyyata alınmış və buna əsas məhkəmə hökmü olmuşdur, xx.xx.2019-cu il tarixdə həmin avtomobil onun tərəfindən digər Cavabdeh2 adına rəsmiləşdirilmişdir, avtomobilin Cavabdeh1 adına qeydiyyata alınmasına əsas olan məhkəmə hökmü apellyasiya instansiyası məhkəməsi tərəfindən sonradan ləğv edilmiş və mübahisəli avtomobilin id diaçıya qaytarılması qərara alınmışdır, həmin qərar üçün əsas Ali Məhkəmənin “birinci instansiya məhkəməsi tərəfindən avtomobilin İddiaçı mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsasın olmaması nəzərə alınmadan əsassız olaraq Cavabdeh1 avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinməsi” barədə göstərişləri olmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ““Mitsubishi Pajero” markalı, 99- MA-754 qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsi üçün əsas olan məhkəmə qərarının dəyişdirilməsi (hüquqi əsasın aradan qalxması ilə), həmçinin mübahisəli avtomobilin alınaraq iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması həmin avtomobilə dair Cavabdeh1 tərə findən edilmiş hərəkətlərdən irəli gələn bütün hüquqi nəticələrin, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilə iddiaçının maraqlarına toxunduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edib ki, iddia tələbi qismən təmin edilməli, 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero minik avtomobilinin alqı-satqısı barədə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və avtomobil Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edil məlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 6, 16.1, 139.1.1, 146.3, 181.1, 181.4, 182, 329.1, 157.2, 650-ci, MülkiProsessual Məcəlləsinın 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin avtomobilin saz vəziyyətdə qaytarılması tələbini təmin etməməklə qeyri-müəyyən nəticəyə gəldiyini, avtomobilin əsaslı hissələrinin yox edilməsinə, zələnməsinə və ya istifadəyə yararsız vəziyyətə gətirilməsinə şərait yaratdığını, bu nəticənin işin hallarına u yğun olmadığını, Cavabdeh2 mülkiyyətinə keçirilərkən avtomobilin saz vəziyyətdə olmasını nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür.
12. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun vicdanlı alıcı olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, sübutlara düzgün qiymət verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellysiya instansiya məhkəməsi) 2(103)-3194/2022 nömrəli 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov(sədrlik edən və məruzəçi), X.A.Mərdanov a və V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbi təmin olunmamışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, iddiaçının irəli sürdüyü faktiki hallar baxımından, onun mübahisələndirdiyi müqavilənin etibarlılığı məsələsi araşdırılmalı, həmin faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmad ığına qiymət verilməlidir.
16. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, X1 etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı satılmış, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmünün icrası qaydasında xx.xx.2019-cu il tarixdə yenidən X3 adına qeydiyyata alınmış, Cavabdeh2 satılarkən məhz Rasim Bağırovun mülkiyyətində olmuşdur.
17. İşin hallarından görünür ki, Cavabdeh2 avtomobili satın aldığı zaman avtomobillə bağlı problem olduğunu bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır.
18. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrini n tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri- müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.
20. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh2 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutu lması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir.
21. Bununla yanaşı kollegiya qeyd etmişdir ki, iddiaçı, məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı X5, yaxud Cavabdeh1 (əgər, o da iddiaçıya zərər vurulmasında iştirak etmişdirsə və ya əsassız varlanmışdırsa) qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 6, 182.1, 324, 337, 339-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli avtomobilə dair vicdanlı alıcı olması barədə qərar qüvvədə olduğu halda, məhkəmənin eyni avtomobilə ikinci şəxsi vicdanlı alıcı kimi tanıması tamamilə qanunsuzdur. Məhkəmənin qərarından belə çıxır ki, həmin avtomobilin iki vicdanlı alıcısı vardır. Cavabdeh1 ümumiyyətlə 17 noyabr 2017-ci il tarixdə avtomobilin İddiaçı satılmasını mübahisələndirməmişdir. Həmin müqavilə və həmin tarixli şəhadətnamə bu gün də qanuni qüvvədə olduğu halda Cavabdeh1 mülkiyyətçi ola bilməzdi. Burada açıq aşkardır ki, Cavabdeh1 məhkəmə mübahisəsinin getdiyini bildiyi halda öz pulunu diriltmək üçün avtomobili aldatma yolu il ə satmışdır. Məhkəmə öz aləmində qeyd etmişdir ki, İddiaçı avtomobilin pulunu Xələfov Anardan və ya (məhkəmə hələ özü də bilmir ki, kimdən) Cavabdeh1 tələb etmək hüququ vardır. Bu arqument tamamilə əsassızıdır. Belə ki, cinayət mühakimə icraatı zamanı müəyyən edilmişdir ki, X8 Rasimə zərər vurmuşdur. Ona görə də, Xələfov Anara qarşı Cavabdeh1 iddia qaldırmaq hüququ vardır. Həmçinin məhkəmə nəzərər almamışdır ki, Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 11 mart 2020-ci il tarixli qərarında Cavabdeh1 mülki iddiadan imtina etməsinin qəbul edilməsi hissəsində də Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ləğv edilmişdir, həmin hissə hökmdən xaric edilmişdir. Deməli, Baxışov X6rşı iddia hüququ saxlanılmışdır. X9 İlahəyə zərər vurmadığından onun Xələfov Anara qarşı iddia hüquq u yoxdur. Eyni zamanda Cavabdeh1 İddiaçı mülkiyyətində olan avtomobili heç bir hüququ olmadan Cavabdeh2ə satdığı üçün Cavabdeh1 məhz Cavabdeh2 qarşısında məsuliyyət daşıyır, yəni Cavabdeh1 avtomobil üçün aldığı pulu Cavabdeh2ə geri qaytarmalı, Cavabdeh1 isə ona zərər vurana, yəni X5 qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən məhkəmənin fikrinə münasibətdə iddiaçının vəkili Azərbaycan RespublikasıMülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiqinə etiraz etmədiyini bildirmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, 23 sentyabr 2019-cu il tarixdə avtomobilə yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilə qeydiyyat şəhadətnaməsi verilməzdən əvvəl o texniki baxışdan keçirilmiş və avtomobil tam saz vəziyyətdə olduğundan avtomobilə qe ydiyyat şəhadətnaməsi verilmiş və onun istismarına icazə verilmişdir. Avtomobil texniki baxışdan keçdiyinə görə avtomobil dövlətin saz vəziyyət üüçün müəyyən etdiyi standartalara cavab vermişdir, yəni avtomobil cavabdeh tərəfindən faktiki və hüquqi olaraq əldə edilən zaman saz vəziyyətdə olmuşdur. Lakin, məhkəmə iddiaçının təqdim etdiyi sənədlərə baxış keçrimədiyinə görə əsl həqiqəti, yəni avtomobilin cavabdeh tərəfindən əldə edilən zaman saz vəziyyətdə olmasını müəyyən edə bilməklə həqiqətdən yayınmışdır.
25. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5. maddəsinin qanunsuz və əsassız olaraq tətbiq etməmiş, tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da eyni zamanda iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrini də pozmuşdur. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbini pozmuş, cinayət mühakimə icraatında avtomobilin yeganə mülkiyyətçisinin İddiaçı olması təsdiqini tapmasına baxmayaraq məhkəmə özbaşına, cinayət mühakimə icraatı zamanı müəyyən edilmiş hallarla daban-dabana zidd olan qərar qəbul etmişdir b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26.
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
27. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla b ağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesb edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olan şəxsdən əldə edilməsi mübahisəli avtomobilə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilinmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 41. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, m ülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 42. " X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir.
43. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdi n başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.
44. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar.
45. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublika sının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
46. Göründüyü kimi, alıcı Cavabdeh2 mübahisəli avtomobili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətçisi olan Cavabdeh1 və sonuncunun iradə ifadəsinə uyğun əldə etmişdir, onun vicdanlı sahib olmasını istisna edən hər hansı bir hal işdə müəyyən edilməmişdir.
47. Yuxarıda qeyd edilənlərə əsasən, kassasiya şikayətinin əqdin etibarsız olması dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət işi üzrə qanuni qüvvəyə minmi ş qərarla iddiaçı vicdanlı alıcı kimi tanınaraq avtomobilin ona təhvil verilməsi qərara alınsa da, həmin qərar qəbul edilənədək avtomobil üzərində əvvəlki mülkiyyətçi tərəfindən sərəncam verilməsi nəticəsində yeni vicdanlı alıcı ortaya çıxmışdır və həmin vicdanlı alıcının da əmlak hüquqları qorunmalıdır.
48. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)3194/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir