Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4548/2020 22.07.2020 ALİ MƏHKƏMƏ işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, cavabdeh İddiaçı adından onun nümayəndəsi qismində Vəkiltərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh İddiaçı adından onun nümayəndəsi qismində VəkilBakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)-1411/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayəti İddiaçı nümayəndəsi qismində Vəkil imzalamışdır, lakin iş materiallarında olan (i.v.27) sonuncunun adına verilmiş etibarnamədən görünür ki, etibarnamənin qüvvədə olma müddəti 29.03.2020-ci il tarixdə bitmiş, kassasiya şikayəti isə 08.05.2020-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbz və həmin tarixli vəkil orderi əlavə edilməklə 14.05.2020-ci il tarixdə poçta təqdim edilmişdir. Beləliklə, kassasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüqu qu olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.1, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh İddiaçı adından onun nümayəndəsi qismində Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 mart 2020-ci il tarixli, 2(103)-1411/2020 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4548/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4548/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver