Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4549/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçıların vəkili X3, Cavabdehin vəkili X1, 3-cü şəxs ləğv prosesində olan “xxxx” X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 Fəxrəddin oğlunun və qeyrilərinin Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli 2(006)3784/2018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçılar İddiaçı1, İddiaçı13, İddiaçı3, İddiaçı15, İddia çı10, İddiaçı14, İddiaçı2, İddiaçı4, İddiaçı9, İddiaçı8, İddiaçı12, İddiaçı6, İddiaçı7, İddiaçı11 və İddiaçı5 Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxx” ASC-yə qarşı sığorta üzrə şərtin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 fevral 2019-cu il tarixli, 2(103)-1414/2019 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseyn, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3784/2018 saylı 01 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan “xxxx” ASC-yə qarşı “sığorta üzrə şərtin etibarsız sayılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı13, İddi açı3, İddiaçı15, İddiaçı10, İddiaçı14, İddiaçı2, İddiaçı4, İddiaçı9, İddiaçı8, İddiaçı12, İddiaçı6, İddiaçı7, İddiaçı11 və İddiaçı5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 13 fevral 2019-cu il tarixli, 2(103)1414/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünüdyü kimi 24 iyun 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edən Cavabdeh və 15 nəfər iddiaçı 22 iyun 2019-cu il tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası belə qərara gəlir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişinin şərtləri təsdiq olunmalı, qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Tərəfl ərin notariat qaydasında təsdiq olunmuş barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:
1. Cavabdeh İddiaçıların xeyrinə bağlanmış sığorta müqavilələrinin hazırkı iş üzrə mübahisləndirilən "Sığortalı (bank) müflis olduqda və ya istənilən başqa səbəbdən əmanət müqaviləsi üzrə Sığortaçı qarşısında əmanəti və hesablanmış faizləri müqaviləyə uyğun olaraq geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə Sığortaçı sığorta müqaviləsi və bununla əlaqədar bağlanmış Sığorta şəhadətnamələri üzrə sığortalı və (və ya) sığorta olunanlar (faydalanan şəxslər) qarşısındakı öhdəliklərinin icrasından azaddır" bəndini İddiaçılara münasibətdə tətbiq etmir, yəni sığorta müqaviləsi üzrə sığorta ödənişi verilməsinə əsas olan hal baş verdikdə İddiaçının ləğv prosesində olan "xxxx" (hazırkı ləğv proses ində olan "xxxx" ) olan kredit borcunu (faizlər daxil olmaqla) cavabdehin siğorta ödənişi vermək öhdəliyi yarandığı gündən 7 gün ərzində tam ödəyir, sığorta ödənişinin qalan hissəsi isə Cavabdehin "xxxx" (hazırkı ləğv prosesində olan "xxxx" ) qarşı kreditor tələbləri ödənildikcə iddiaçının özünə ödənilir;
2. Hazırkı barışıq sazişinin şərtləri heç bir halda sığorta müqaviləsinin iddiaçılar tərəfindən mübahisələndirilən bəndinin etibarsızlığının/ləğv edilməsinin qəbul edilməsi kimi təfsir edilə bilməz.
3. İddiaçılar "sığorta üzrə şərtin etibarsız sayılması" barədə iddia tələblərindən və müvafiq olaraq kassasiya şikayətlərindən imtina edirlər.
4. Bu Razılaşma 18 nüsxədə imzalanır və hər bir şəxs üçün onun imzaladığı andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi sığorta şirkəti müqavilənin mübahisələndirilən hissəsini iddiaçılara münasibətdə tətbiq etməməyi öhdəsinə götürüb və iddiaçılar bu şərtlə razılaşaraq iddia tələblərindən və kassasiya şikayətindən imtina edirlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Belə ki, müqavilənin müba hisələndirilən bəndini iddiaçılara münasibətdə tətbiq etməməsi müqavilə tərəfi kimi sığorta şirkətinin hüququ olduğundan və onun hüququndan iddiaçılara münasibətdə imtinası qanuna zidd olmamaqla tərəflərin hüquqlarını pozmur. Eləcə də iddiaçıların həmin şərtlə razılaşaraq müqavilənin həmin bəndinin etibarsızlığı şərtlərindən imtinası – yəni iddia tələblərindən imtinası onların hüquqlarını məhdudlaşdırmadığından qəbul edilməlidir. Kollegiya hesab edir ki, barışıq sazişi bağlandıqda və iddiadan imtina edildikdə iş üzrə icraata xitam verilir. İş üzrə icraata xitam verildikdə kassasiya şikayətindən imtinaya zərurət qalmır. Belə ki, icraat yoxdursa kassasiya şikayəti də mövcud deyil. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh ilə İddiaçı1, İddiaçı13, İddiaçı3, İddiaçı15, İddiaçı10, İddiaçı14, İddiaçı2, İddiaçı4, İddiaçı9, İddiaçı8, İddiaçı12, İddiaçı6, İddiaçı7, İddiaçı11 və İddiaçı5 arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh iddiaçıların xeyrinə bağlanmış sığorta müqavilələrinin hazırkı iş üzrə mübahisləndirilən "Sığortalı (bank) müflis olduqda və ya istənilən başqa səbəbdən əmanət müqaviləsi üzrə Sığortaçı qarşısında əmanəti və hesablanmış faizləri müqaviləyə uyğun olaraq geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə Sığortaçı sığorta müqaviləsi və bununla əlaqədar bağlanmış Sığorta şəhadətnamələri üzrə sığortalı və (və ya) sığorta olunanlar (faydalanan şəxslər) qarşısındakı öhdəliklərinin icrasından azaddır" b əndini İddiaçılara münasibətdə tətbiq etmir, yəni sığorta müqaviləsi üzrə sığorta ödənişi verilməsinə əsas olan hal baş verdikdə İddiaçının ləğv prosesində olan "xxxx" (hazırkı ləğv prosesində olan "xxxx" ) olan kredit borcunu (faizlər daxil olmaqla) cavabdehin siğorta ödənişi vermək öhdəliyi yarandığı gündən 7 gün ərzində tam ödəyir, sığorta ödənişinin qalan hissəsi isə Cavabdehin "xxxx" (hazırkı ləğv prosesində olan "xxxx" ) qarşı kreditor tələbləri ödənildikcə iddiaçının özünə ödənilir;
2. Hazırkı barışıq sazişinin şərtləri heç bir halda sığorta müqaviləsinin iddiaçılar tərəfindən mübahisələndirilən bəndinin etibarsızlığının/ləğv edilməsinin qəbul edilməsi kimi təfsir edilə bilməz.
3. İddiaçılar "sığorta üzrə şərtin etibarsız sayılması" barədə iddia tələblərindən imtina edirlər.
4. Bu Razılaşma 18 nüsxədə imzalanır və hər bir şəxs üçün onun imzaladığı andan hüquqi qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin.