Məhkəmə qərarları › İş №2(102)-4556/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4556/2019

20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Bank hesabatı müqavilələrinin ləğv edilməsi, xitam verilməsi və ya dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4556/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh QSC-nin vəkili Ağamirov Mirağa Bəşir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-2533/2018, hakim A. S.Məmmədov) İddiaçı Cavabdeh QSC-yə qarşı “vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış sazişlərin müvafiq bəndinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs XXX oğlunun Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan sazişlərin etibarsız hesab edilməsi və 30.09.2010-cu il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-919/2018, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) XXX oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi XXX oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Ağarz a Bağırov verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 17 fevral 2017-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.06.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-ci il tarixli sazişinin 3-cü bəndi: 01.12.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-cı il tarixli sazişinin 3-cü bəndi; 30.12.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-cı il tarixli sazişinin 3-cü bəndi; 12.08.2014-cü il tarixdə bağlanmış kr edit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-cı il tarixli sazişinin 3-cü bəndinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. XXX oğlu müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində Cavabdehnə qarşı iddia qaldıraraq, 06.06.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-ci il tarixli sazişin; 01.12.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-ci il tarixli sazişin; 30.12.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-cı il tarixli sazişin; 12.08.2014-cü il tarixdə ba ğlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilməsi haqqında 04.09.2015-cı il tarixli etibarsız hesab edilməsi və 30.09.2010-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ödəniş planını saziş kimi qiymətləndirərək bankla İddiaçı arasındakı müqavilənin dəyişdiirlməsinə dair sazişə onun da imza etdiyi qənaətinə gəlmiş və bu qənaətlə də onun iddiasını təmin etməmişdir. Apellyasiya məhkəməsi öhdəlik hüquq münasibətlərinə dair Mülki Məcəllənin müddəalarını iş üzrə düzgün tətbiq etməmiş və işin həqiqi hallarını təhrif edərək yanlış olaraq ödəniş planının müqavilə kimi dəyərləndirməklə mübahisə üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, bank ilə iddiaçı arasında bağlanmış 02.06.2008-ci il tarixli, kredit xətti müqaviləsinə əsasən, borc alana 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bank ilə XXX oğlu arasında bağlanmış 30.09.2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürüb. Tərəflər arasında kredit xətti müqaviləsi əsasında bağlanmış 24.05.2013-cü il tarixli kredit razılaşmasına əsasən, bank aylıq 1,4167 % ödənilməklə 36 ay müddətinə borc alana fərdi kiçik kredit məqsədi ilə 160000 ABŞ dolları; 06.06.2014-cü il tarixli kredit razılaşmasına əsasən eyni şərtlərlə 55000 ABŞ dolları; 01.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən 50000 ABŞ dolları; 30.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən 50000 ABŞ dolları; 13.08.2015-ci il tarixli razılaşmaya əsasən 40000 ABŞ dolları; 01.10.2015-ci il tarixli razılaşmaya əsasən 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə iddiaçı arasında bağlanmış 04.09.2015-ci il tarixli Sazişə əsasən 30.12.2014-cü il tarixli və 13.08.2015-ci il tarixli kredit razılaşmalarına və ödəniş planlarına dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmas ından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka qaytarmalıdır. Yeni ödəniş planları X1 tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 477.0.1-ci maddələrini tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07.09.2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, üçüncü şəxs ödəniş qrafikləri ilə tanış olub onları imzaladığından kredit razılaşmaları və ödəniş planına dəyişikliklər edilməsi haqqında sazişlərin şərtləri ilə tanış olmaması barədə dəlilləri inandırıcı və əsaslı deyil. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin tələbini təmin etməməklə mübahisənin fa ktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Eyni zamanda üçüncü şəxs vacib əhəmiyyətli yanılmanın təsiri altında ödəniş planını imzaladığını, lakin Sazişlərin məzmunu ilə tanış edilmədiyini bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, imzasının məsuliyyətini dərk etmək iqtidarında olan fəaliyyət qabiliyyətli şəxsin ödəniş planını imzalayarkən onun real məzmunu ilə tanış olmaması ağlabatan deyil. X1 ödəniş planlarını imzalamaqla kredit razılaşmalarının və onlara dəyişikliklərin bütün mühüm şərtləri ilə (faiz, dəbbə, valyuta və s.) tanış olmuş və kreditin həmin şərtlərlə qaytarılmasına etirazını bildirməmişdir. Bu baxımdan iş üzrə qeyd olunan müqavilələrin et ibarsızlığı və kredit xətti müqaviləsi üzrə zaminliyə xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar