Məhkəmə qərarları › İş №2(102)-4561/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4561/2021

18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4561/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: uşağın yaşayış yerinin müəyyən edilməsi. Aliment Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1351/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh 2016-cı ilin sentyabr ayında faktiki evlənməklə nikahlarını rəsmiləşdirməmişlər. Birgə faktiki nikah münasibətlərindən 29.01.2018-ci il tarixdə Yusif və 02.03.2019-cu il tarixdə Bahar adlı uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər faktiki olaraq ayrılmışlar. Uşaqlardan Yusif Cavabdeh, Bahar isə iddiaçının İddiaçı himayəsində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Yusif adlı uşağın alınıb ona verilməsi, cavabdehdən hər iki uşağın yetkinlik y aşına çatanadək sabit pul məbləğində hər ay, hər bir uşağa görə 170 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan narazılığa görə 14.01.2020-ci il tarixdə onu uşaqları ilə birlikdə evdən qovmuşlar. O, uşaqları ilə birlikdə valideynlərinin yaşadığı evə getmişdir. Cavabdeh 18.06.2020-ci tarixdə uşaqları ilə görüşmək adı ilə gələrək uşaqların hər ikisini götürüb gəzdirmək üçün aparmışdır. Lakin, uşağın birini gətirmiş, oğlu Yusifi isə gətirməmişdir. Həmin vaxtdan dəfələrlə uşağını tələb etməsinə baxmayaraq cavabdeh uşağı verməkdən imtina etmişdir, hətta onunla görüşməsinə imkan verməmişdir. Cavabdeh aliment verməmək üçün uşağın birini öz himayəsində saxlamaq istəyir. Yusif adlı uşaq azy aşlı olmaqla ana qayğısına ehtiyacı vardır. Cavabdeh səhər çıxıb axşam evə gəlir, uşağın tərbiyəsi ilə məşğul olmur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2018-ci il tarixdə anadan olmuş Yusifin saxlanılması üçün İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə və Bahar adlı uşağın cavabdehdən alınıb onun himayəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uşaqların mənafeyini düşünməmiş, ailəsini və uşaqlarını öz şəxsi hisslərinə qurban vermişdir. Belə ki, ona xəyanət etmiş və mötəbər sübutlarla xəyanətdə ifşa olunmuşdur. O, azyaşlı övladlarının belə bir qadının himayəsində yaşamasını istəmir. Məhkəmə iclasında üçüncü şəxs Şəmkir rayon İc ra Hakimiyyəti Aparatında X3 İşləri və Hüquqların Müdafiəsi Komissiyanın nümayəndəsi X6 izahatında göstərmişdir ki, komissiya uşaqların körpə olmasını və ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alaraq 09.03.2019-cu il təvəllüdlü Bahar adlı uşağın iddiaçının himayəsində saxlanılmasını, 29.01.2018-ci il təvəllüdlü Yusif adlı uşağın Cavabdeh alınaraq iddia İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim Mustafa Mustafayev) 2(076)-2127/2020 saylı mülki iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 29.01.2018-ci ildə doğulmuş X2 Cavabdeh alınaraq, İddiaçı himayəsinə verilməsi, Cavabdeh 29.01.2018-ci ildə doğulmuş X7 və 02.03.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hə r ay hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin alınıb, iddiaçıya verilməsi, 02.03.2019-cu ildə doğulmuş X5 adlı uşağa alimentin tutulmasının 13 iyul 2020-ci il tarixdən hesablanması və həmin hissədə qətnamənin dərhal icra edilməsi, 29.01.2018-ci ildə doğulmuş X7 adlı uşağa alimentin verilməsinə dair hissədə qətnamənin X2 cavabdehdən alınıb, iddiaçıya verildiyi tarixdən hesablanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Məhkəmə uşaqların azyaşlı olduğunu və ana qayğısına daha çox ehtiyacı olduğunu nəzərə alaraq hesab etmişdir ki, azyaşlı uşaqlar iddiaçıya verilməlidir. Bu nəticəyə gələrkən məhkəmə həmçinin Qəyyumluq və Himayə Orqanının rəyini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh gündəlik işdə olmasından asılı olaraq uşağın saxlanılması ilə daha sıx maraqlana bilmir, azyaşlı uşağın isə davamlı baxıma ehtiyacı vardır. Azyaşlı uşağa münasibətdə İddiaçı valideynlik hüquqlarını cavabdehə nisbətən daha dolğun həyata keçirə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab ermişdir ki, ilk iddia uşaq tələbinə dair hissədə təmin edilməli və 29.01.2018-ci il tarixdə anadan olmuş X7 adlı uşaq cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə ilk iddianın alimentlə bağlı hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdehdən hər ay bir uşaq üçün 140 manat alimentin sabit pul məbləğində tutulması tərəflərin maddi və ailə vəziyyətinə uyğun gəlir. Lakin, iddiaçının hər ay bir uşaq üçün 170 manat aliment tələbi həddən artıq yüksəkdir və həmin məbləğin təmin edilməsi cavabdehi əlverişsiz vəz iyyətə sala bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, İddiaçı vaxtının çox hissəsini azyaşlı uşaqları ilə keçirmək və bir ana kimi onların tərbiyəsi ilə məşğul olmaq və qayğısını çəkmək imkanları daha çoxdur. Uşaqların azyaşlı olması məhkəməyə onların ana qayğısına daha çox ehtiyacları olması nəticəsinə gəlməyə əsas verir. Mövcud vəziyyətdə uşaqların mənafeyi baxımından məhkəmə onların anasının himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Azyaşlı uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyi daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət edir. Həmçinin uşaqların birbirindən ayrılması onların mənəvi inkişafına və psixi sağlamlığına xələl gətirə bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı xəyanət edib, həmin xəyanətin üstü açılanda hər iki uşağı atıb atası evinə getmişdir. Sonradan kiçik uşağı çətinliklə anasının himayəsinə vermişdir. Hazırda uşaq onunla qalmaqdan çox məmnundur. Uşağın biri onun, digəri anasının himayəsində qaldığı halda, məhkəmə ondan alimentin tutulmasını qət etmişdir. Ona görə də hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 05 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlar azyaşlıdırlar, analarına daha çox bağlıdırlar. Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının 03.09.2020-ci il tarixli rəyi ilə hər iki uşağın analarının himayəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə də haqlı olaraq uşaqların analarının yanında saxlanmaları barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri azyaşlı uşağın anasından ayrılaraq, atasının yanında saxlanmasına əsas vermir. Birinci instansiya məhkəməsinin alimentin tutulması ilə bağlı gəldiyi nəticə də əsaslı olmuşdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbini n təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti n təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Maddə 75.1. Uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilməlidir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyə tindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun Maddə

5. D övlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipi: “Uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə, başa düşülməyə möhtacdır. O, mümkün olduqca, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmam alıdır. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Hazırki işdə azyaşlı uşaqların anadan ayrılmasına səbəb olacaq hər hansı müstəsna hal işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-1351/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar