Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4562/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)575/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 02 noy abr 2021-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin, ödənilməmiş 4 aylıq əmək haqqının, istifadə olunmamış əmək məzuniyyəti günlərinə müvafiq son haqq-hesabın və əmək kitabçasının ona verilməsini xahiş etmişdir.
2. Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (Əmək Məcəlləsinin 69.3-cü maddəsində sadalanan hal) 25 oktyabr 2021-ci il tarixdə xitam verilmiş və Cəmiyyətin Maliyyə bölməsinin İddiaçı 2021-ci il tarixi üçün yaranmış, lakin istifadə etmədiyi 9 gün əsas məzuniyyət günlərinə görə pul əvəzi və son iş gününədək olan əmək haqqının, son haqq-hesab olaraq qanunvericiliyin tələblərinə əsasən hesablanıb sonuncu iş gün ü ödənilməsi, Cəmiyyətin İnsan Resursları bölməsinə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar onun əmək kitabçasında (olduğu halda) elektron informasiya sistemində müvafiq qeydin aparılması, onun bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının (olduğu halda) ona işdən azad olduğu gün verilməsi və ya poçt vasitəsilə yaşadığı ünvana rəsmi qaydada göndərilməsinin təmin edilməsi əmr edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonr a- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqına görə 7.660 manat, son haqq-hesaba görə 594 manat, əmək kitabçasının gecikdirilərək təqdim olunmamasına görə digər işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat, əmək-haqqı və son haqq-hesabın gecikdirildiyi müddət üçün 2 faiz məbləğdə əlavə pul vəsaitinin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2021-ci ildən 25 oktyabr 2021-ci il tarixədək cavabdehin “X5 Mərkəzin”də icraçı direktor vəzifəsində işləmiş və cavabdehin təsisçisi X2 göstərişlərinə uyğun fəaliyyət göstərməklə verilmiş səlahiyyətləri yerinə yetirmişdir. 25 oktyabr 2021-ci i l tarixdə onun ərizəsinə əsasən cavabdehin “X5 Mərkəzi”nin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, 25 oktyabr 2021-ci il tarixədək ona 7.670 manat 3 ay 25 gün ödənilməmiş əmək haqqı borcu, istifadə olunmamış əmək məzuniyyətlərinə görə 594 manat son haqq-hesab borcu və əmək kitabçasının işdən çıxdığı gün ona təqdim olunmaması səbəbindən başqa işə düzələ bilməməsinə görə 7.000 manat məbləğində zərərin ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. Onun tərəfindən cavabdehin təsisçisinə əmək müqaviləsinə xitam verilməsindən sonra son haqqhesabın və ödənilməmiş 3 ay 25 günlük əmək haqqının işdən çıxdığı gün ona ödənilməsi barədə bildiriş göndərməsinə baxmayaraq, həmin tələb cavabdeh tərəfindən təmin olunmamışdır. Ona görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehin nümayəndəsi X1 09 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, son haqqhesabın əvəzi qismində 594 manat borcunun olmasını etiraf etmişdir.
7. Cavabdehin 11 avqust 2022-ci il tarixli arayışına görə, iddiaçıya ödənilməmiş əmək və məzuniyyət haqqı 5.978,69 manat, ödənilməmiş yekun haqq-hesabı 524,02 manat təşkil edir.
8. Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 6.787 manat, ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 manat, cəmi 7.381 manat pulun vəsaiti nin tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər cavabdehin “X5 Mərkəzin”də icraçı direktor vəzifəsində işləmiş, cavabdehin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmrilə iddiaçı ilə bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir.
10. Məhkəmə iddia tələblərini araşdıraraq qeyd etmişdir ki, mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin nümayəndəsi qeyd olunan halları etiraf edərək, bu barədə məhk əməyə ərizə təqdim etmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin iddianı qismən etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və qeyd olunan səbəbdən iddiaçının nümayəndəsi tərəfindən iddianın etirafı qəbul olunmalı, iddia tələbi həmin hissədə təmin edilməli, ödənilməmiş əmək haqqının əvəzinə görə 6.787 manat, ödənilməmiş son haqq-hesaba görə 594 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir.
12. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqının 7.660 manat olmasını bildirsə də, buna dair sübutları, eləcə də Bank hesabından çıxarışları və digər sənədləri məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 154.1, 172.1, 172.5 və 172.6-cı maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməsi, əmək kitabçasının gecikdirilməsinə görə 7.000 manat, əmək haqqının və son haqq-hesabın heç bir üzrlü səbəb olmadan ödənilməməsinə görə hal-hazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2% məbləğində əlavə ödəncin hesablanaraq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblər ini pozmuşdur. Belə ki, işəgötürən, Əmək Məcəlləsində və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrini yerinə yetirməmişdir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə 02 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktub bu günədək cavabsız qalmışdır. Məhkəmə iddia ərizəsində göstərilən halları araşdırmadan və düzgün hüquqi qiymət vermədən ədalətsiz qətnamə çıxarmışdır. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü verilir) müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidikdə işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bə ndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İşə baxan məhkəmə qeyd edilən normanı nəzərə almamışdır. Cavabdehin nümayəndəsinin həqiqətə uyğun olmayan iddiaçıya qarşı qərəzli münasibətini nəzərə almamışdır. Bu səbəbdən də iddiaçıya çatacaq əmək haqqını və son haqq-hesabın ödənilməsindən imtina etməklə əmək kitabçasının ona dəfələrlə müraciət etməsinə baxmayaraq təqdim etməməsinin səbəblərini araşdırmadan cavabdehin əmək qanunvericiliyinin tələblərini pozduğu halları ört-basdır etmişdir. Məhkəmə kadr işləri üzrə mütəxəssisi tərəfindən əmək kitabçasının iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün təqdim olunmamasının səbəblərini araşdırmaq üçün, baş mühasibini iddiaçıya çatacaq əmək haqqı və son haqq-hesabın ödənilməməsinin səbəbini araşdırmaq üçün məhkəməyə dəvət etməmiş və bu mübahisəni ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqının əvəzi qismində 5.978,69 manat və ödənilməmiş son haqq-hesabın əvəzi qismində 524,02 manat, cəmi 6.502,71 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa düzgün hüquqi qiymət verməmişdir. Belə k i, işə baxılarkən nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə göstərilmişdir ki, 11 avqust 2022-ci il tarixli arayışa görə, iddiaçıya ödənilməmiş əmək haqqı və məzuniyyət haqqı 5.978,69 manat, ödənilməmiş yekun haqq-hesab 524,02 manat təşkil edir. Belə olan halda məhkəmə iddianı qismən- cəmi 6.502,71 manat hissədə təmin etməli olduğu halda, əsassız olaraq ödənilməmiş son əmək haqqının əvəzi qismində 6.787 manat və ödənilməmiş son haqqhesabın əvəzi qismində 594 olmaqla, cəmi 7.381 manat pul vəsaitinin tutulmasını qət etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)-575/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-877/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər cavabdehin “X5 Mərkəzi”ndə icraçı direktor vəzifəsində işləmiş və işəgötürənin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə onunla bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 25 oktyabr 2021-ci il tarixdən xitam verilmişdir. Lakin, iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan 6.787 manat əmək haqqı və 594 manat son haqq-hesab ödənilməmişdir.
20. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçının nümayəndəsi həmin halı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmə kollegiyası da həmin əri zəni sübut kimi qəbul etmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, hətta iddiaçı vurulmuş zərərlə əlaqədar ona borcunun olmasını bildirməklə, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçıya borcunun mövcudluğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən olunmuşdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayəti verərək əmək kitabçasının gecikdirilməsinə görə 7.000 manat əmək haqqının və son haqq-hesabın heç bir üzürlü səbəb olmadan ödənilməməsinə görə hal-hazıradək hər gecikdirilən gün üçün əlavə olaraq 2 % məbləğində əlavə ödəncin hesablanaraq ödənilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri, iddia ərizəsinin əsaslandırması ilə eynilik təşkil edir. İddiaçı, əmək kitabçasının cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi 25 oktyabr 2021-ci il tarixdə deyil, 11 fevral 2022-ci il tarixdə təqdim olunmasına görə başqa işə qəbul oluna bilməməsi ilə əlaqədar 7.000 manat pul vəsaitinin cavabdehdən tutulub ona verilməsini xahiş etsə də, həmin müddət ərzində ona real iş təklifinin olmasını və həmin təklif olunan işə görə əmək haqqının məbləğinə dair sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etməməkdə ha qlı olmuşdur.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd olunan hissələrdə iddia tələbləri yuxarıda qeyd olunan əsaslara görə təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, cavabdehin iddiaçıya ödənilməmiş 6.787 manat əmək haqqı, 594 manat son haqq-hesab borcunun olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi sözügedən ərizədə və işdə olan arayışda fərqli məbləğlər göstərilməsi ilə bağlı bildirmişdir ki, ərizə onun tərəfindən yazılaraq imzalanmışdır. Bununla bağlı başqa sübutu yoxdur.
25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.1, 172.5, 172.6 və 254-cü ma ddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)-575/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun olaraq əsaslandırılmaqla qeyd olunmuşdur ki, işəgötürən əmək məcəlləsində və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş əsas vəzifələrini yerinə yetirməmişdır. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə 02 noyabr 2021-ci il tarixd ə iddiaçı tərəfindən sifarişli məktub göndərilmiş, lakin həmin məktub bu günədək cavabsız qalmışdır. Məhkəmə, cavabdehin nümayəndəsinin həqiqətə uyğun olmayan və cavabdehin iddiaçıya qarşı qərəzli münasibətini, bu səbəbdən də ona çatacaq əmək haqqının və son haqqhesabın ödənilməsindən imtina etməklə əmək kitabçasının ona dəfələrlə müraciət edilməsinə baxmayaraq təqdim edilməməsinin səbəblərini araşdırmadan cavabdehin əmək qanunvericiliyinin tələblərin pozduğu halları ört basdır etmişdir. Məhkəmə kadr işləri üzrə mütəxəssisi tərəfindən əmək kitabçasının iddiaçıya əmək müqaviləsinə xitam verildiyi gün təqdim olunmamasının səbəbini araşdırmamışdır. Məhkəmə iddia ərizəsində və apellyasiya şikayətində göstərilən halları araşdırmadan və düzgün hüquqi qiymət vermədən ədalətsiz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)-575/2023 saylı qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir.
29. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə tam məhkəmə araşdırılması aparılmış, hər iki instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 83.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitab çası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
31. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
32. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
33. Maddə 172.6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
34. Maddə 254.
1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə
200. Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa, həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasl andırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
45. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi, iddianın - əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində istisna olmaqla, qalan mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır v ə həmin hissədə əlavə araşdırma aparmağa lüzum görmür. Ona görə də qətnamə mübahisələndirilən sözügedən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Lakin, apellyasiya instansiyası məhkəməsi, iddianı - əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərini pozub və həmin normanın təfsirində səhvə yol verib.
50. Hazırda iddiaçı, cavabdehlə aralarında bağlanmış 02 avqust 2017-ci il tarixli, 002 saylı əmək müqaviləsinə, işəgötürənin 25 oktyabr 2021-ci il tarixli, 223 saylı əmri ilə 25 oktyabr 2021-ci il tarixdən xitam verildiyini, lakin hazırkı vaxtadək əmək haqqının və so n haqq-hesabın verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyini göstərib, hər gecikdirilmiş gün üçün ona əmək haqqının iki faizi məbləğində ödəncin verilməsini iddia edir.
51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilib-gecikdirilməməsi halı fərdi əmək mübahisəsi yaratdığından, bu mübahisə Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Belə ki, hazırkı iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olubolmaması təşkil edir və cavabdeh iddiaçıya əmək haqqı borcunun olmadığını göstərib iddiaya etiraz edir, hətta vurulmuş zərə rlə əlaqədar iddiaçının ona borcunun olduğunu bildirərək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ona görə də cavabdehin iddiaçıya borcunun mövcudluğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən olunmalıdır.
52. Kassasiya instansiyası məhkəməsi, apellyasiya iinstansiyası məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlav ələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri).
54. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsi rkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
55. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
56. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürə nin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
57. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
58. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
59. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Birincisi, əmək haqqının verilməsi gecikdirilməli; ikincisi, bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
60. Göründüyü kimi, normanın tətbiqində qeyri-müəyyənlik yaradan məsələ əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilibverilməməsi ilə b ağlıdır.
61. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir.
62. Əvvəla, Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir.
63. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir.
64. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
65. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir.
66. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi il ə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir.
67. Nəzərə alınmalıdır ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər.
68. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün iki faiz ödəncin verilməsi tələbi- fərdi əmək mübahisəsinin yaranması əsasına görə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir.
69. Ona görə də əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığına görə tətbiq edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
70. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni, ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıd ır.
71. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında da ifadə olunub.
72. Həmin Qərarda da göstərilir ki, əmək münasibətlərinin subyektlərinin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəlidyi nəticə və hüquqi əsaslandırma ilə razıla şmır və hesab edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edildiyi üçün, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin hazırkı əmək mübahisəsinə düzgün tətbiq edil məsi təmin edilməklə, bu hissədə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
74. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən cavabdehin nümayəndəsi X1 09 avqust 2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edib, cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqına görə 6.787 manat, son haqq-hesaba görə 594 manat borcunun olmasını etiraf etməsini də nəzərə alır. Bu halın özü də əslində iddiaçı tərəfindən iddia olunan əmək haqqının verilməsinin məhz işəgötürənin təqsiri üzündən gecikdirildiyi nəticəsinə gəlməyə əsas verir.
75. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı İd diaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2023-cü il tarixli, 2(104)-575/2023 saylı qətnaməsi qismən - iddianın əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödəncin verilməsinin rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.