Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4564/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC (Cavabdeh MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi, üçüncü şəxsin maraqları, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1092/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kooperativ binada mənzil tikintisi barədə 12 mart 2007-ci il tarixli müqavilə ilə Cavabdeh inşa etdiyi ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzilin hər kv.metrinə görə 300 ABŞ dolları olmaqla, ümumilikdə 15600 ABŞ dolları və ya 13572 manat pulu ödəməyi öhdəsinə götürmüş, mənzilə görə 15486 manat (17400 ABŞ dolları) pul ödənilmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-2126/2019 nömrəli, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MMC-yə qar şı “öhdəliyin məcburi icrası” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə Cavabdeh MMC arasında bağlanmış 20 may 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi” müqaviləsində nəzərdə tutulan ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-2569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdehlər X2 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası qismən təmin olunumuş, icraçı "xxxx" MMC ilə X3 arasında bağlanmış Kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X1 ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cu mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilindən çıxarılaraq mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddi a ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı Cavabdeh) üzərinə 12 mart 2007-ci il tarixli müqavilə üzrə ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində yerləşən sahəsi 52 kv.m təşkil edən 1 (bir) otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən iddiaçı Cəmiyyətin ünvan 4 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilini 13.572 manat dəyər ini tam ödəməklə almış və iddiaçıya bu barədə maliyyə arayışı verilmişdir.
6. Cavabdeh adı sonradan dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı aldığı yaşayış sahəsinin dəyərini tam ödəsə də, cavabdeh mənzili təhvil verməmiş və buna görə də iddiaçı həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Belə ki, cavabdeh dəyərinin tam ödəməklə aldığı mənzili iddiaçıya təhvil verəcəyi barədə öhdəlik götürsə də, bu öhdəlikdən yayınaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili bu günə qədər təhvil verməmiş, müqavilə şərtlərinin 2 və 8-ci bəndlərini pozmuşdur. İddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili təh vil verməkdən boyun qaçırır.
7. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirsə də, cavabdeh bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 427.1, 427.2, 442, 448.1, 448.2, 568.1, 568.2 və 569-cu maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsi yoxdur, mənzillə bağlı digər şəxslə müqavilə bağlanmayıb. İddiaçı öhdəliyini icra edib, mənzilin dəyərini tam ödəyib, mənzil mübahisəli deyil.
10. Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-c i blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva)
11. Birinci instansiya məhkəməsi işdəki sübutlara qiymət verərək hesab etmişdir ki, Cavabdeh (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi üzrə iddiaçı ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə ödədiyindən, onun hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil ötən müddət ərzində binanın tikilməsinə baxmayaraq, iddiaçıya təhvil vermədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 442, 445.1, və 448.1-ci maddələri ilə n əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs mübahisədə adı keçən mənzillə bağlı iki dəfə məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmuşdur. Qətnamə hazırda qüvvədədir. İcra məhələsində məlum olmuşdur ki, həmin mənzil Cavabdeh tərəfindən başqa bir şəxsə satılmışdır. Bununla bağlı təkrarən idd ia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə iddia qismən təmin edilmiş və mənzilin ikinci dəfə satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamə də hazırda qüvvədədir. Qətnamələrdən də görünür ki, həmin mənzilin İddiaçı satılmasına dair məhkəmədə heç bir məlumat olmamışdır. Məhkəmədə eyni vaxtda – 1 ay fasilə ilə eyni mənzilə dair iki qətnamə qəbul edilib. İddiaçı ilə bağlanılmış müqavilə qanunsuzdur. İddiaçı cavabdeh təşkilatda mühafizəçidir və orada payçı ola bilməzdi.
15. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, Maraqlı şəxs ilə cavabdeh arasında müqavilə 2009-cu ildə, iddiaçı ilə isə bundan daha əvvəl, 2007-ci ildə bağlanılmışdır. Cavabdeh tərəfindən öhdəliklər icra edi lmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Mənzil iddiaçıya xx.xx.2012-ci ildə təhvil verilib. Hazırda həmin ünvanda İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Maraqlı şəxs müqaviləsinin qüvvədə olması və ödəniş etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İki cinayət işi üzrə araşdırma aparılıb və Maraqlı şəxs heç bir işdə zərərçəkmiş şəxs qismində tanınmayıb.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1587/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Telman Quliy ev).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi bağlanmış, ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə iddiaçı tərəfindən ödənilmiş, lakin qeyd edilən mənzil hüquqi varis "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təhvil verilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, hazırkı işin əsasını təşkil edən Cavabdeh ilə İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binası nın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin satılmasına dair 12 mart 2007-ci il tarixli müqavilə qanuni qüvvəsindədir, hər hansı formada mübahisələndirilməmiş, məhkəmə qaydasında ləğv və ya etibarsız hesab edilməmişdir. Bundan başqa, iş materiallarında olan aktdan görünür ki, mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.4, 178.8, 385.1, 445.1, 448.1, 421.1, 442.1, 425.1, 752.1, 755-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. Maraqlı şəxs Şüvüb oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 2
1. Kassasiya şikayətinin dəlilləri belə olmuşdur: - iddiaçı və cavabdeh arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqavilə etibarsızdır. Buna istinad olaraq, maraqlı şəxsin mülki icraat üzrə tərəf olduğu məhkəmə qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020ci il tarixli, 2(102)-3141/20 nömrəli qərarı göstərilmişdir; - Maraqlı şəxs ilə "xxxx" MMC arasında iki müxtəlif iddia tələbi olmuş və hər iki iddia üzrə məhkəmələrdə işə baxılarkən "xxxx" MMC nümayəndələri iddia tələblərinə edilmiş etirazlarda, verilmiş apellyasiya və kassasiya şikayətlərində mübahisə predmeti olan mənzilin iddiaçıya satılması barədə heç nə bildirilməmişdir. Hesab edilir ki, ümumiyyətlə, tərəflər arasında belə bir müqavilə olmamış, cavabdeh qətnaməni icra etməkdən boyun qaçırm aq məqsədi ilə yalandan müqavilə bağlayaraq məhkəməyə müraciət etmişlər; - işə baxmış apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və təqdim olunmuş sübutlara, eləcə də iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə hazırkı mübahisə arasında olan əlaqəyə münasibət bildirib hüquqi qiymət verməmişdir; - iş üzrə ətraflı araşdırma aparılmamış İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) arasında ümumiyyətlə müqavilənin olub-olmaması araşdırılmamış, həqiqətən tərəflər arasında 2007-ci il tarixdə müqavilə bağlanmışdırsa, 15 il ərzində müqavilənin icrası ilə bağlı heç bir addım atmamasının səbəbi aydınlaşdırılmamışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(102)-633/2023 nömrəli qərarı ilə ka ssasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(105)-1587/2022 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə mübahisəli mənzilin Maraqlı şəxs mənsubluğu təsdiqləndiyi halda işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və qiymət verməmişdir; - işin halları bölməsində sadalanan qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən birinci iş üzrə mübahisəli mənzilin tikintisinin başa çatdırılaraq Maraqlı şəxs təhvil verilməsi, ikinci iş üzrə isə həmin mənzilə dair Mehparə İbrahimovayla bağlanmış müqavilənin etib arsız sayılaraq onun həmin mənzildən çıxarılması qət edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə mübahisəli mənzilin Maraqlı şəxs mənsubluğu təsdiqləndiyi halda işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və qiymət verməmişdir; - həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki Cavabdeh) mübahisəli mənzilin İddiaçı satılmasına dair hər hansı dəlil irəli sürməmiş, həmin halı təqdim etdiyi şikayətlərdə qeyd etməmiş, məhkəmə iclaslarında verilən izahatlarda etirazın əsası kimi həmin hala istinad etməmişdir; - belə ki, iddiaçının cavabdehlər X2 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin nümayəndəsi mübahisəli mənzilə dair İddiaçıla bağlanmış 12 mart 2007-ci il tarixli müqavilənin olması barədə məhkəməyə məlumat verməmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində də həmin dəlili qeyd etməmişdir; - digər tərəfdən hazırkı iş üzrə birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin olmaması, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmaması barədə yanıldıcı izahat vermişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadan iddiaçı ilə bağlanan müqavilənin Maraqlı şəxs mübahisəli mənzillə bağlı tələblərindən yayınmaq üçün görünüş məqsədi yaratmaq üçün bağlanan əqd olubolmamasını araşd ırmamış və qiymət verməmişdir. - bundan başqa, işin hallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi barədə iddiasını məhkəməyə xx.xx.2021-ci il tarixdə verdiyi halda qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə artıq həmin mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir; - bununla yanaşı, Maraqlı şəxs həmin mənzilin qanuni sahibi kimi bundan sonra mübahisəli mənzillə bağlı MMC ilə İbrahimova Mehparə arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin etibarsızlığı və sonuncu tərəfindən mənzilin boşaldılması barədə iddia vermiş və onun bu iddiası Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir; - buna görə də hazırkı iş üzrə iddianı verməmişdən əvvəl mübahisəli m ənzil Maraqlı şəxs sahibliyinə keçdiyindən MMC ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə ehtimal olaraq etibarlı bir müqavilə kimi qəbul edildiyi halda da bu hal Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə əsasən İddiaçı iddiasının təmin edilməsinə əsas ola bilmişdir; - belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümk ün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Təkrar apellyasiya baxışında maraqlı şəxsin nümayəndəsi mübahisədə adı keçən mənzilin hazırda marqlı şəxsin istifadəsində olmasını bildirmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(105)-1092/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülməsinə dair iddia tələbi rədd edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Elman Əhmədov)
26. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
27. İşdən göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli mənzilin tikintisinin başa çatdırılaraq Maraqlı şəxs təhvil verilməsi və həmin mənzilə dair Mehparə İbrahimova ilə bağlanmış müqavilənin etibarsız sayılaraq sonuncunun həmin mənzildən çıxarılması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, İddiaçı mübahisəli mənzilin ona təh vil verilməsi barədə iddiasını məhkəməyə xx.xx.2021-ci il tarixdə verdiyi halda qüvvədə olan xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə artıq həmin mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi Maraqlı şəxs mübahisəli mənzilin qanuni sahibi kimi həmin mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə Mehparə İbrahimova arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsızlığı və sonuncu tərəfindən mənzilin boşaldılması barədə iddia vermiş və onun bu tələbi məhkəmə qətnaməsi ilə təmin edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə İddiaçı iddianı verməmişdən əvvəl mübahisəli mənzil Maraqlı şəxs sahibliyinə keçdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə İddiaçı arasında mübahisəli m ənzilə dair bağlanmış müqavilə etibarlı bir müqavilə kimi qəbul edildiyi halda da, bu hal Mülki Məcəllənin 452.1. maddəsinin tələbi baxımından İddiaçı iddiasının təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, İddiaçıla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) arasında mənzilə dair müqavilə Maraqlı şəxslə ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) arasında bağlanmış müqavilədən daha əvvəl bağlansa da, fərdi-müəyyən əşya olan mənzil qüvvədə olan məhkəmə aktı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən, İddiaçı həmin mənzilin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (Cavabdeh) alınmasını və ona təhvil verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzilin Maraqlı şəxs təhvil verildiyi andan aradan qalxmışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Maraqlı şəxs mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyindən və həmin mənzil artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə istifadə üçün sonuncuya təhvil verilməsi müəyyən edildiyindən, mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisəli mənzilin X5 məxsus olması öz təsdiqini tapdığından, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarına əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki Cavabdeh) mübahisəli mənzilin İddiaçı satılmasına dair hər hansı dəlil irəli sürməmiş, həmin halı təqdim etdiyi şikayətlərdə q eyd etməmiş, məhkəmə iclaslarında verilən izahatlarda etirazın əsası kimi həmin hala istinad etməmişdir. Belə ki, iddiaçı X4 cavabdehlər X2 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin nümayəndəsi mübahisəli mənzilə dair İddiaçıla bağlanmış 12 mart 2007-ci il tarixli müqavilənin olması barədə məhkəməyə məlumat verməmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində də həmin dəlili qeyd etməmişdir. Digər tərəfdən, hazırkı iş üzrə birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin olmaması, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmaması bar ədə yanıldıcı izahat vermişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddiaçı ilə bağlanmış müqavilənin Maraqlı şəxs mübahisəli mənzillə bağlı tələblərindən yayınmaq üçün görünüş məqsədi yaratmaq məqsədilə bağlanmış əqd olub-olmamasını araşdırmamış və qiymət verməmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərara və “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə Qərardadına istinadən apellyasiya instansiyası məhkəməsi xx.xx.2007-ci il tarixli müqavilənin etibarlılığına qiymət verərək hesab etmişdir ki, Mülki Məcəllənin 337.3. və 340.1-ci maddələrinin tələbləri baxımdan bu müqavilə (əqd) əhəmiyyətsiz əqddir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.3, 340.1 və 452.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə mübahisəli mənzilin "xxxx" MMC ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verilməsinə görə iddiaçının “həmin mənzilin cavabdehdən alınmasını və iddiaçıya təhvil verilməsini” tələb etmək hüququna malik olmaması qeyd edilmiş və iddiaçının bu hüququnun mənzilin Maraqlı şəxs təhvil verildiyi andan aradan qalxdığına əsaslanması mövqeyi qanunaziddir. Çünki 2009-cu ildə Maraqlı şəxslə Cavabdeh MMC (indiki Abşeron LTD-2013” MMC) müqavilə bağlanmamışdan qabaq iddiaçı cavabdeh arasında bağlanmış 12 mart 2007-ci il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilə mövcud olmuşdur. O cümlədən iddiaçıdan əvvəl tərəflər arasında məhkəmə mübahisəsinin olmasını iddiaçı bilməmiş, bu barəd ə cavabdeh ona məlumat verməmişdir. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlər ə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işin faktiki hallarına aid olan məhz həmin dəlillərə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməklə iş üzrə yuxarıda göstərilən nəticəyə gəlinib.
45. Həmçinin bu dəlillər kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından da əsaslı deyil.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-1092/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.