Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-457/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Orucova Gülbahar Şiri qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-457/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Orucova Gülbahar Şiri qızının vəkili Cavabdeh3, Cavabdeh: Cavabdeh1 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2( 103)4568/2020 saylı qətnaməsindən cavabdeh Orucova Gülbahar Şiri qızının kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə” iddia qaldırıb və tələbləriini belə əsaslandırıb ki, 2010-cu ildə Cavabdeh1lə faktiki nikah münasibətinə girib və ailə münasibətlərindən xx xxxx 2014-cü ildə Əli adlı uşaqları doğulub. xx xxxxxx 2015-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin, 26 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-c i il tarixli qiyabi qətnaməsi ilə onun həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilib. Bundan sonra Cavabdeh1 sözügedən mənzili notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən bacısı Gülbahar Orucovaya bağışlayıb və xx xxxxx 2017-ci il tarixli Çıxarışa əsasən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Mənzildən qeydiyyatdan çıxarıldığını bildikdən sonra onun müraciətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh1 ona qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası rədd edilib. Eyni zamanda Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərardadı ilə sözügedən qiyabi qətnaməsinin icrasına dönüş edilərək, onun mənzilə olan istifadə hüququ və qeydiyyatı bərpa edilib. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə X1 Abdullayevaya qarşı “mənzildən çıxarılma və kirayə pulu” tələbinə dair iddiası rədd edilib. Cavabdeh1 mübahisəli mənizili bacısı Gülbahar Orucovaya bağışlayarkən ondan yazılı razılıq almayıb. Ona görə də mənizilə dair Cavabdeh1lə Gülbahar Orucova arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi hakim G.R.Həşimova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzili Cavabdeh1 bağışlama müqaviləsinə əsasən bacısı Gülbahar Orucovaya bağışlayarkən İddiaçı yazılı razılıq almaması həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki mənzilin mülkiyyətçisinin dəyişməsi İddiaçı mənzilə olan istifadə hüququnu həyata keçirməsinə heç bir maneə törətmir. Bu səbəbdən də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 146, 354-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilib, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, 3 saylı evin 26 saylı mənzilinə dair Cavabdeh1lə Gülbahar Orucova arasında notarial qaydada bağlanmış xx xxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair sonuncunun adına verilmiş çıxarışın lə ğv edilməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mənzildən istifadə hüququ tanınıb. Eyni zamanda Ülkər Abdullayevinın mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair Cavabdeh1 ona qarşı tələbi rədd edilib. Belə olan halda qüvvədə olan qanunverciliyə görə mənzilin özgəninkiləşdirilməsi zamanı iddiaçıdan yazılı razılıq alınmalı idi. Belə bir razılıq isə alınmadığı üçün mənzilə dair Cavabdeh1lə bacısı Gülbahar Orucova arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin mənzilə dair sonuncunun adına verilmiş çıxarış ləğv edilməlidir. Apelyasiy a instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324, 334, 337.1, 338-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh Gülbahar Orucova kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçıların ın izahatları Məhkəmə iclasında cavabdeh Gülbahar Orucovanın vəkili Cavabdeh3 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdeh Gülbahar Orucova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır v əziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi mü stəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh Gülbahar Orucova kasasiya şikayətində iş üzr ə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, mülki qanunvericiliyə görə, hər hansı bir əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunverciliyin tələblərinə uyğun olması vacibdir. Apelyasiya instansiyası məhkəməsi gldiyi nəticəni Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 03 saylı evin 26 saylı mənzilinin özgəninkiləşdirilməsi zamanı İddiaçı yazılı razılığın alınmaması ilə əsaslandırsa da, hazırda iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsinin lazımi subyeklərin, yəni mənzilin mülkiyyətçisi Cavabdeh1lə hədiyyəni qəbul edən Gülbahar Orucovanın iştirakı və onlar arasında bağlanmasına, habelə onlar arasında iradə və onun bildirilməsinin vahidliyinin mövcud olmasına, eyni zamanda bağışlama müqaviləsinin forma və məzmununun mülki qanunvericiliyin tələblərinə uyğun olmaqla, onun etibarlılığının mülki iş materialları ilə istisna edilməməsinə əhəmiyyət vermədən, iddianı təmin etməklə, əslində Cavabdeh1 sözügedən mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozmuşdur. Halbuki, mülki qanunverciliyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması ilk növbədə qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitsion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin myümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitsion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Nəzərə alınmalıdır ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istəni lən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Bunun yolverilməzliyi isə həm Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin maddi hüquq normalarının mənasına görə, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. E yni hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında da ifadə edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, Cavabdeh1 mübahisəli mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mənzil üzərində sərəncam vermək hüququ həmin mənzildə yaşayan İddiaçı istifadə hüququ ilə məhdudlaşdırıla bilməz. Eyni zamanda mənzilin özgəninkiləşdirilməsi zamanı İddiaçı yazılı razılığın alınmaması Cavabdeh1lə bacısı Gülbahar Orucova arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir. Çünki Mülki Məcəlləni n 228.4-cü maddəsinin tələbinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslərin mənzilin satılmasına razılığının olub-olmamasının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər və bu hal əqdin etibarsız hesab edilməsi üçün o, vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi birgə mülkiyyətdə olmuş olsun. Habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmuş ols un. Daha sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış sahəsində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması bağışlama müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunverciliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əmələ gəlməsi mülki iş materialları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktları il ə istisna edilmir və həmin mənzilin mülkiyyətçisi dəyişsə də, yeni mülkiyyətçi tərəfindən iddiaçıya qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Bu baxımdan kasasiya insansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçi olmayan iddiaçının mənzilə olan hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi Gülbahar Orucova tərəfindən pozulmaqdan müdafiə edilməlidir, lakin bu sonuncunun ona mənsub mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun məhdudlaşdırılması anlamına gəlməməlidir. Bundan başqa işdən görünür ki, iddiaçı mübahisəli mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 2 il 4 aydın sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. Mülki Məc əllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyası məhkəməsi iddia müddəti ilə kəsici müddətin fərqi anlayışlar olmasını nəzərə almadan, iddiaçının bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bilməsini və ya bilməli olmasını aydınlaşdırmadan, onun apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hü quq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüq uqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Orucova Gülbahar Şiri qızının kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-4568/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-457/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-457/2021
09.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver