Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4570/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4570/2022 Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak, sübutların qiymətləndirilməsi Bakı şəhəri, 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2597/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2022 ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il aktla Ə.Haqverdiyev küçəsi döngə 2, ev 4 ünvanında yerləşən 60 kv.m ev (bundan sonra – mübahisəli ev) və 120 kv.m torpaq sahəsi X6 tərəfindən İddiaçı Abdulnasir qızına və Cavabdehli oğluna satmışdır. 2. 05.07.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulmuşdur.
3. Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 229 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda mübahisəli evin köhnə tikili olduğu, heç bir hüquqi sənədi olmadığından kimə məxsus olmasının məlum olmadığı, eləcə də sözügedən evdə yaşayışın olmaması, həmçinin Ramana Bələdiyyəsinin tədiyyə bildirişinə əsasən vergi ödəyicisinin X9 (oldu ğu qeyd olunmuşdur. Həmin şəxs cavabdehin anasıdır. 4. 27.08.2020-ci il tarixdə "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə İddiaçı arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanmışdır. Müqavilədə ailə tərkibinin 4 nəfərdən ibarət olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin alınması ilə bağlı çəkilmiş xərcin 13.500 manatın, evin təmiri ilə bağlı çəkilmiş 500 manatın, ümumilikdə 14.000 manat pulun yarısının - 7.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə tutulması barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə sözügedən ev və 120 kv.m-dən ibarət torpaq sahəsini X3 cavabdehlə birgə 13.500 manata almışlar. Bundan əlavə həmin ev təmirsiz olduğu üçün 500 manat da evin təmirinə xərcləmişlər. Evi təmir etdirdikləri dövrdə həyat yoldaşı ilə ailə münasibətləri pisləşmiş və o, cavabdehlə yaşadığı evdən çıxaraq valideynlərinin yanına gəlmişdir. O, həmin aldığı evdə təmir getdiyi üçün orada yaşamamışdır. Hal-hazırda həyat yoldaşı ilə ailə münasibətləri korlandığı üçün nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia əri zəsi qeyri-obyektivdir, mübahisəli evi o yox, anası özünə yaşamaq üçün almışdır. İddiaçı və cavabdeh həmin evdə 1 gün belə yaşamamış, tamamilə ayrı ünvanda yaşamışlar. Evin təmiri ilə bağlı nə 500 manat sərf edilmiş, nə də ev təmir edilməmişdir. Sadəcə ev özbaşına tikili olduğu üçün pul verilərkən iddiaçı da digər şəxslər kimi şahid kimi tərtib edilən akta imza etmişdir.
8. Məhkəmə icraatı zamanı şahid X7 ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusunun kürəkənidir. O, qonşusu İlham ilə həyətdə söhbət edərkən Məlahət xanım ilə birlikdə bir xanım onlara yaxınlaşmışdır. Məlahət xanım ona bildirmişdir ki, evini satır. O, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, qudasına satdığını bildirmiş və ondan şahidlik etməyini xahiş etmişdir. O da şahidlik etməyə razılıq verərək aktı imzala mışdır. Qeyd edir ki, Məlahət xanım ona evi Ceyhunun anasına satdığını bildirmişdir.
9. Digər şahid X2 ifadəsində bildirmişdir ki, o, evi Rəfiqə xanıma satmışdır. Rəfiqə xanımın oğlu, gəlini, onun baldızının oğlu, şahidin qonşusu və Rəfiqə xanımın qudası alqı-satqıya şahidlik etmişdir. Alqı-satqıda onun həyat yoldaşı da iştirak edib. Evi 13500 manata satmışdır. Qeyd edir ki, alqı-satqı ilə bağlı uşaqların hər hansı etirazı və ya razılığı olmayıb. Sadəcə olaraq onların pasport məlumatlarından istifadə edilib.Evi yoldaşı satıb, özü də orda idi. Pulu ona Rəfiqə vermişdi. Rəfiqəni bir dəfə alqı-satqıda görüb, pul bir dəfəyə ödənilib.
10. Digər şahid X10 ifadəsində bildirmişdir ki, cavabdeh onun sinif yoldaşının xalası oğludur. İddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur, onu Ceyhunun həya t yoldaşı kimi tanıyır. O, həyətdə Camalxan ilə söhbət edərkən, dayısı arvadı bir qadın ilə ona yaxınlaşaraq evi satdığını bildirib onlardan şahidlik etməyini xahiş etdi. Onlar da tərtib edilən aktı imzalamışlar. Qeyd edir ki, Məlahət xanımdan evi kimə satdığını soruşduqda o, evi onun sinif yoldaşının xalasına satdığını bildirmişdir. Mənzilin qiyməti barədə hər hansı məlumatı yoxdur. O, sadəcə mənzilin Elnurun xalasına satılmasına şahidlik etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 6 oktyabr 2021-ci il tarixli, 2(005)-3379/2021 nömrəli qətnaməsi ilə (hakim:Solmaz Ədilova) iddia qismən təmin edilmiş, cavabdehdən mübahisəli evin alınması ilə bağlı çəkilmiş xərcin - 13.500 manat məbləğində pulun ½ hissəsi – 6750 manat pul vəsaitiinin t utularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, sözügedən ev üçün 13500 manat məbləğində pul tərəflərin birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına ödənilmişdir.
13. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəflərin həmin evdə 1 gün belə yaşamadığını, özbaşına tikilinin anası tərəfindən əldə edildiyini bildirsə də, həmin dəlillər əsassızdır. Əgər özbaşına tikilidə hər hansı yaşayış olmayıbsa, onda hansı məqsədlə "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə iddiaçı arasında 27 avqust 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmçinin,həmin müqavilədə, ailə tərkibinin 4 nəfərdən ibarət olması əksini tapmışdır. Deməli, cavabde hin bu hissədə istinad etdiyi dəlillər öz təsdiqini tapmır.
14. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, əgər mübahisəli ev məhz cavabdehin anasının vəsaitləri hesabına əldə olunmuşdursa, nə üçün 11 mart 2020ci il tarixli aktda alıcı qismində tərəflər qeyd olunmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, evin alınması ilə bağlı pul vəsaitini anası əvvəlcədən ev sahibinə təqdim edərək, Türkiyəyə işləmək üçün getmişdir. Daha sonra oradan zəng edərək, belə bir müqavilənin bağlanmasını tələb etmişdir ki, ödədiyi vəsaiti sonradan sübuta yetirə bilsin. Burada da belə bir sual çıxır ki, cavabdehin anası vəsaiti əvvəlcədən ödəmişdirsə, bəs niyə həmin vaxt onunla özbaşına tikilini satan şəxs arasında belə bir akt bağlanmamışdır, aktın onun iştirakı ilə bağlanmasına nə mane olmuşdur. Gö ründüyü kimi, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmır, yəni yuxarıda qoyulan suallara məntiqli cavabları mövcud deyil, bununla belə həmin halları təkzib edəcək izahatları yalnız formal mülahizələrdən ibarətdir.
15. Birinci instansiya məhkəməsi iddiaçının evin təmiri ilə bağlı çəkilmiş 500 manat tələbi ilə bağlı bildirmişdir ki, həmin tələb ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir.
16. Birinci instansiya məhkəməsi şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı cavabdehin iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Həmçinin, şahid X2 iddiaçının vəkilinin suallarına cavablayarkən, “evi yoldaşım satıb, özüm də ordaydım. Pulu mənə Rəfiqə vermişdi. Rəfiqəni bir dəfə alqı-satqıda görmüşəm, pul bir dəfəyə ödənilib.” kimi ifadə vermişdir. Belə olan halda şahidin qeyri-səmimi ifadə verdiyi müəyyən olunur. Belə ki, cavabdeh və iddiaçı tərəf etiraf edirdilər ki, həmin vaxt cavabdehin anası Türkiyədə olub. Bu baxımdan birinci instansiya məhkəməsi şahid X1 ifadəsinə tənqidi yanaşmışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 213.2, 213.5, 225.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev onun və həyat yoldaşının hesabına əldə edilməmişdir, evi anası X9 13.500 manata almış, sonuncu evin pulunu verib Türkiyəyə getmişdir, evin sənədi olmadığından X6 anasına bildirmişdir ki, tezliklə sənəd düzəldəcəkdir, lakin hər dəfə anası ona zəng edib sənədi soruşmuş və hazır olmadığını eşitmiş və ondan xahiş etmişdir ki, sonra pulu inkar edib, evi onlara verməzlər. Ona görə də bildirmişdir ki, akt tərtib edilsin və akta şahidlər tərəfindən imza etdirsinlər. O, həyat yoldaşı İddiaçı, qonşular və X6, yəni ev sahibi akta imza etmişlər ki, evi X9 almışdır. Həmçinin, həmin şəxslər məhkəm ədə də ifadə pandemiyaya görə X4 Bakıya gələ bilməməsi olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi alqı-satqı ilə bağlı akt tərtib edilən zaman cavabdehin anası X4 Bakıda olmamasını təsdiq edən xarici pasportun surətini sübut kimi qiymətləndirməmişdir. Halbuki, hakim akt tərtib edilən zaman cavabdehin anasının Bakıda olub-olmamasını müəyyənləşdirmək üçün Dövlət Sərhəd Xidmətinə qarşı tərəfin vəsatətinə əsasən sorğu vermək qərarına gəlmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(103)-2597/2022 saylı qətnaməsi ilə (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə alınmış, bu barədə akt imzalanmışdır. Cavabdehin dəlilləri əsassızdır, belə ki, pandemiyanın başlanması və müəyyən məhdudiyyətlərin tətbiq edilməsi 2020-ci il martın 19-dan tətbiq olunduğu halda, evin alınması ilə bağlı akt xx.xx.2020-ci ildə tərtib edilmişdir. Digər tərəfdən, hər hansı səbəbdən anası iştirak edə bilmədiyi halda, cavabdeh sonuncunun əvəzinə yalnız özü alıcı qismində iştirak edə bilərdi, halbuki onunla bərabər iddiaçı (yəni həmin vaxt arvadı) da iştirak etmiş və aktı da mə hz alıcı kimi imzalamışdır. Qeyd olunanlar cavabdehin dəlillərini təkzib edir. İşin müəyyən edilmiş hallarından aşkardır ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə onların birgə vəsaiti hesabına əldə edilmişdir. Ona görə də iddiaçı hazırki iddianı qaldımaqda haqlı olmuşdur.
23. Həmçinin, məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi şahid ifadələrinə düzgün qiymət vermiş, evin alınmasına çəkilmiş xərcin tərəflər arasında bölünməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassator şikayətini onunla əsasla ndırmışdır ki, iddiaçı heç bir sübut təqdim etmədən, öz mülahizələrinə görə iddiada qeyd etmişdir ki, X6, yəni satıcı mübahisəli evi və 120 kv.metr torpaq sahəsini ona və iddiaçıya satmışdır. Lakin, satıcı X6 və onun həyat yoldaşı məhkəmədə ifadə verərək bildirmişlər ki, biz evi X8, yəni cavabdehin anasına 13500 manata satmışıq.
26. Həmçinin, kassator bildirmişdir ki, iş üzrə əsl Cavabdeh anası X9 olduğu halda, yəni mübahisəli ev onun tərəfindən alındığı halda məhkəmə nəinki tərəf kimi onu işə cəlb etməmiş, hətta özü məhkəmə iclasına gəldiyi halda, onu şahid kimi də dindirməmişdir. Digər tərəfdən, iddiaçı məhkəmə iclasına xeyli geçikmiş, məhkəmə cavabdehə məhkəmə istintaqının başa çatmasını bildirmiş, lakin qarşı tərəf, yəni iddiaçı zala daxil olduqdan sonra məhkəmə araşdırmasını davam etd irmişdir.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 32, 54, 88, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özb aşına tikinti sayılır.
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
33. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
34. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
35. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.
36. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirili r.
37. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
49. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
50. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlara müvafi q prossesual normalara əsasən düzgün qiymət verilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
53. Kassasiya şikayətinin dəlilləri apellyasiya şkayətinin dəlilləri ilə eyni olduğundan məhkəmə kollegiyası həmin dəlillərə verilən qiymətlə razılaşaraq, əlavə əsaslandırmaya zərurət görmür.
54. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2597/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini