Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4571/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Azneft» İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4571/22 (Açar sözlər: əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi) Bakı şəhəri 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azneft” İB-nə qarşı “əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-956/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus əmək kitabçasının və 22 avqust 1990-cı il tarixli əmrin surətindən görünür ki, X1 xx.xx.1990-cı il tarixdə quyuların əsaslı təmiri və xüsusi texnika sexində 5-ci dərəcəli traktorçu kimi işə təyin edilmiş, 22 aprel 1992-ci il tarixli əmrlə 01 aprel 1992-ci il tarixdən 2-ci qrup əlil kimi 5-ci dərəcəli traktorçu vəzifəsindən azad edilmişdir. 2. 7 nömrəli əmək xəsarəti haqqında aktın surətindən görünür ki, X1 traktorçu vəzifəsində əmək funksiyalarını yerinə yetirərkən xəsarət almışdır. Həmin aktın məzmunundan isə müəyyən edilir ki, İddiaçı qaldırıcı kran maşinisti kimi quyunun təmir i işi ilə məşğul olan zaman bədbəxt hadisə baş vermişdir.
3. Şəxsi hesab vərəqindən görünür ki, İddiaçı 1990-1992-ci illər ərzində işlədiyi müddətdə əmək haqqı 5-ci dərəcəli “qaldırıcı kran maşinisti” kimi hesablanaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı - cavabdeh ”Azneft” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr ayından hazırki dövrə kimi almadığı 12.885,26 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 Bakı Komissarları adına X3 İdarəsinin 22 avqust 1990-cı il tarixli 590/k nömrəli əmri ilə Lökbatan sahəsində quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli traktorist olma qla xüsusi təyinatlı texnika üzrə işə təyin edilmişdir. Həmin işdə işlədiyi zaman əmək xəsarəti aldığı üçün 22 aprel 1992-ci il tarixdə 2-ci qrup əmək əlili kimi işdən azad edilmişdir. Ona əmək qabiliyyətinin itirilməsinə görə keçmiş SOCAR Nəqliyyat Departamentindən hazırki Azneft İB-nin 2 nömrəli Nəqliyyat İdarəsi tərəfindən ödənilən vəsait düzgün ödənilmir. Belə ki, xüsusi təyinatlı traktorda işləyən şəxslərin aylıq əmək haqqı 1100-1500 manat məbləğində olmaqla orta hesabla 1300 manat civarında ödənilir. Bu hesabla iddiaçı aylıq olaraq həmin məbləğin 80% ilə 1040 manat almalı olduğu halda, 528,62 manat alır. Bu isə adi traktorçunun əmək haqqı səviyyəsindədir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiay a etiraz edərək, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək ərizələrini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi sahə SOCAR-ın Nəqliyyat İdarəsinə verilmiş,daha sonra isə “Azneft” İB- nin 2 saylı Nəqliyyat İdarəsinə təhvil verilmişdir. Göründüyü kimi, ona müvafiq ödəniş təyin edilməsindən 30 ildən artıq müddət keçmiş və keçən dövr ərzində işlədiyi sahə müxtəlif təşkilatların tabeliyinə verilmiş və bütün təhvil-təslim sənədlərində iddiaçının traktorçu peşəsində çalışdığı göstərilmişdir. Eyni zamanda iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən tələb bu əsasla da əsassız hesab edilməlidir
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(009)-2724/2021 nömrəli qətnaməsi ilə (hak im İlkin Rüstəmli) İddiaçı cavabdeh ”Azneft” İB-nə qarşı “əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı ərizəsində qaldırıcı maşinist kimi işlədiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçı traktorçu kimi işə qəbul edilmiş və məhz traktorçu vəzifəsindən irəli gələn əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış və ona müavinət təyin edilmişdir, iddiaçı ona qaldırıcı maşinist vəzifəsi üçün nəzərdə tutulmuş əmək müavinətinin ödənilməsini tələb etsə də, iş materialları ilə iddiaçının bu əsası öz təsdiqini tapmamışdır, həmçinin iddia tələbi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verildiyindən həm də bu əsasla təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 26 Bakı Komissarı adına X3 İdarəsinin 22 avqust 1990-cı il tarixli 590/k nömrəli əmrilə Lökbatan sahəsində quyuların əsaslı təmiri sexində 5-ci dərəcəli traktorçu olmaqla xüsusi təyinatlı (Spetstexn ika) texnika üzrə işə təyin edilmişdir. Xüsusi təyinatlı traktor (maşın) dedikdə üzərinə qaldırıcı qurğu bağlanmış olan texnika başa düşülür. Həmin işdə işlədiyi vaxtı əmək xəsarəti aldığına görə 22 aprel 1992-ci il tarixində İİ qrup əlil kimi işdən azad edilmişdir. 26 noyabr 1991-ci ildə “Azneft MNP” Birliyinin 26 Bakı Kommissarları adına X3 İdarəsində maşinist işləyərkən əmək xəsarəti aldığına görə həkim Əmək Ekspert Komissiyasının qərarına əsasən İİ qrup əmək qabiliyyətinin 80% itirilməsi kimi fəaliyyətsiz hesab edilmişdir. İddiaçı əmək qabiliyyətinin itirilməsinə görə ünvan 1 ünvanında yerləşən keçmiş SOCAR Nəqliyyat Departamentindən, hazırki Cavabdeh 2 nömrəli Nəqliyyat İdarəsindən əmək haqqına görə ödənilən vəsait düzgün ödənilməmişdir. Belə ki, xüsusi təyinatlı traktorçu işləyən şəx slərin aylıq əmək haqqı 1100-1500 manat məbləğində, yəni orta hesabla 1300 manat civarında ödənilir. Bu hesabla İddiaçı aylıq olaraq 80%-lə 1040 manat ödənilməli olduğu halda ona 528,62 manat ödənilir ki, bu da adi traktorçunun əmək haqqı səviyyəsindədir. İqtisadi hesablamalara əsasən əmək qabiliyyətinin 80% itirilməsinə görə 1040 manat vəsaitin hər ayına ödənilən 528,62 manatı 1040 manatdan çıxılarsa, qalan 511.38 manat ona əlavə ödənilməlidir. Bu hesabla İddiaçı 2019-cu ilin sentyabrından 2021-ci ilin sentyabr ayına kimi 24 ay üçün hər aya əlavə olaraq 511.32 manat (511,32 x 24 aya), cəmi 12271,68 manat əlavə vəsait ödənilməli idi. Bundan əlavə, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd edir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürməklə verdiyindən bu əsasla da iddia tə min edilməməlidir. Bu hissəyə münasibətdə qeyd edirlər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarına, o cümlədən Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil...müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə də mülkiyyət” kimi qiymətləndirə bilər. (“Latridis Yunanıstana qarşı”, Beyeler İtaliyaya qarşı” işlər). Göründüyü kimi, hazırki iş üzrə tələb olunan pul tələbi Konvensiyanın 1 s aylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşdüyündən, iddiaçının mülkiyyəti hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Göründüyü kimi, məhkəmə işə qərəzli yanaşaraq, yalnız cavabdehin mövqeyindən çıxış edərək, əks tərəfin iştirakını təmin etməyərək, təqdim etdiyi sübutları ümumiyyətlə nəzərə almadan qanuna zidd qətnamə qəbul etmişdir.
12. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənciərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin” təsdiq edilməsi haqqında qərarının 3-cü bölməsinin 3.5-ci hissəsinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənciərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənciərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənciərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənciərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 İyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Koll egiyasının 2006-cı İl 9 avqust tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid Tarif-Sorğu Kitabçası”nda “Traktorçu” peşəsi nəzərdə tutulmuşdur ki, bu peşə üzrə əməyin ödənişi 2-6-cı dərəcələr üzrə aşağıdakı kimi müəyyən edilmişdir:
312. TRAKTORÇU, İşin xüsusiyyəti. 2-ci dərəcə, Mühərrikin gücü 25,5 kVt-a (35 a.g.) qədər olan, maye yanacaqla işləyən traktorların müxtəlif yük, maşın və mexanizm, metal konstruksiya və müxtəlif kütləli qurğuların daşınması zamanı yedəkli vasitələrdən istifadə etməklə idarə edilməsi. Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət. Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuların yağlanması. Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması, trak torların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək. Bilməlidir: xidmət olunan traktorun iş prinsipini və quruluşunu; küçə hərəkəti qaydalarını; müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, bərkidilməsi qaydalarını; traktorun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasını; mühərrikin gücünü; təhvil-qəbul sənədlərinin tərtibi qaydasını. 3-cü dərəcə: mühərrikinin gücü 25,7-dən 44,1 kVt-a qədər (35-60 a.g.) traktorun idarə edilməsində. 4-cü dərəcə: mühərrikinin gücü 44,1-dən 73,5 kVt-a qədər olan traktorun idarə edilməsində. 5-ci dərəcə: mühərrikinin gücü 73,5 kVt-dan yuxarı olan traktorun idarə edilməsində.Qeyd: Buldozer maşinistləri bu bölmə ilə yox, gördüyü işlərin xarakterindən asılı olaraq "Tikinti, quraşdırma və təmir-tikinti işləri" bölməsi və "Dağ -mədən işləri üzrə ümumi peşələr" bölməsi üzrə tarifləşdirilir. Gəmi tikintisi, quyuqazma, neft və qaz emalı, geoloji kəşfiyyat və topoqrafiyageodeziya kəşfiyyat işlərində, poçt vaqonlarının daşınması, iri qabaritli ağır yüklərin şəhər içərisində daşınması zamanı traktoristlər traktorun gücünə əsasən 1 dərəcə yuxan tarifləşdirilir.Qamışların biçilməsində işləyən traktoristlər bu bölmə ilə tarifləşdirilmirlər. Sorğu ilə bağlı məlumat üçün bildiririlir ki, “Traktorçu” peşəsi üzrə əməyin ödəniş dərəcələri 1990-cı illərdə də analoji formada tənzimlənmişdir”.
13. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06/11-27 saylı məktubdan müəyyən olunur ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqına dair hazırlanan rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əmək haqqına dair göstəricilər nəzərdə tutulmamışdır. Bununla yanaşı, 2017-2021-ci illərdə “Bibiheybət Neft və Qazçıxarma İdarəsi”nin də (keçmiş 26 Bakı Komissarları adına Neft Qazçıxarma İdarəsi) aid olduğu “Xam neft və təbii qaz hasilatı” sahəsinin dövlət sektorunda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci il üzrə 1269,6 manat; 2018-ci il üzrə 1387,3 manat; 2019-cu il üzrə 1521,1 manat; 2020-ci il üzrə 1722,7 manat; 2021-ci il üzrə (ilkin) 1748,4 manat təşkil etmişdir.
14. Məhkəmə sorğusuna Azneft İB Ə.C.Əmirov adına NQÇİ tərəfindən verilmiş xx.xx.20 22-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdə xəsarət almışdır. Ona həmin vaxtdan xx.xx.2017-ci il tarixə qədər Ə.C.Əmirov adına NQÇİ-də işdə aldığı xəsarətə görə müavinət verilmişdir. İşdə xəsarət aldığı vaxtda Xüsusi texnika sexinin işçisi olmuşdur. Traktorist (maşinist) dedikdə, üzərində qaldırıcı qurğu bağlanmış olan texnika bağa düşülür. Bu səbəbdən işçiyə 5-ci dərəcəli qaldırıcı maşinistin orta aylıq əmək haqqının 80%-i məbləğində xəsarət hesablanaraq hər ay ödənilmişdir. Axırıncı aldığı xəsarət pulunun aylıq məbləği 522.56 manat olmuşdur. Onun şəxsi işinə aid olan sənədlər xx.xx.2017-ci ildən (4 vərəqdə və 70 addan ibarət qovluq) SOCAR Nəqliyyat idarəsinə onlarda ödənilməsi üçün təqdim edilmişdir. 15. “Azneft” İB tərəfindən təqdim edilmiş İddiaçı adına tərtib edilmilş haqq-hesab vərəqəsindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ona hər ay 522.56 manat, xx.xx.2019 - xx.xx.2019-cu ili əhatə edən müddətə görə 540.74 manat, xx.xx.2019 – xx.xx.2019-cu il tarixi əhatə edən müddətə görə isə 528.62 manat əmək xəsarətinə görə ödəniş edilmişdir.
16. Cavabdeh “Azneft” İB tərəfindən təqdim edilmiş İddiaçı adına tərtib edilmilş haqq-hesab vərəqəsindən müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ona hər ay 522.56 manat, xx.xx.2019 - xx.xx.2019-cu ili əhatə edən müddətə görə 540.74 manat, xx.xx.2019 – xx.xx.2019-cu il tarixi əhatə edən müddətə görə isə 528.62 manat əmək xəsarətinə görə ödəniş edilmişdir. Cavabdeh bildirir ki, iddiaç ıya 5-ci dərəcəli traktorçu kimi aldığı əmək xəsarətinə görə ayda 522.56 manat ödənişlər aparılmış, xx.xx.2019-cu il tarixdən isə şirkətin işçilərinin əmək haqlarında olan artıma müvafiq olaraq, iddiaçıya edilən ödənişlərin məbləği də ayda 6,06 manat artmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-956/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndə qaldırıcı maşinistin orta aylıq əmək haqqı müəyyən edilməklə və həmin məbləğin 80%-i (İddiaçı peşə əmək qabiliyyətini itim əsinin faiz miqdarı) iddia ərizəsində göstərilən müddətə, yəni 2019-cu ilin sentyabr ayından 2021-ci ilin avqust ayına qədər olan 24 aylıq müddət üçün hesablanmaqla İddiaçı ödənilməsi qət edilmişdir.
18. Kollegiya hesab etmişdir ki, iddia tələbinə qiymət verilməsi üçün ilk növbədə iddiaçının hansı vəzifəni (traktorçu, yoxsa qaldırıcı maşinist) tutması məsələsinə aydınlıq gətirilməlidir.
19. İddiaçının xüsusi texnika sexində çalışması, ona işlədiyi bütün müddət ərzində cavabdeh təşkilat tərəfindən qaldırıcı maşinist kimi əmək haqqı ödənilməsi, məhz qaldırıcı maşinist kimi quyunun əsaslı təmiri ilə məşğul olarkən əmək xəsarəti alması, 2017-ci ilədək ödənişlərin qaldırıcı maşinistin orta aylıq əmək haqqına əsasən hesablanması onu deməyə əsas vermişdir ki, iddiaçının işə qəbulu haqqında əmrdə traktorçu kimi işə qəbul edilməsi göstərilsə də, əslində o, qaldırıcı maşinist vəzifəsini tutmuş və bu vəzifə üçün nəzərdə tutulmuş əmək haqqını almış, iddiaçıya əmək xəsarətinə görə ödənilməli olan məbləğ də qaldırıcı maşinist vəzifəsi üzrə hesablanmışdır.
20. Belə ki, zərərçəkən şəxsin əmək xəsarəti almasına görə ödənc məbləğinin müəyyən edilməsi üçün əsas meyar onun xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının məbləği və xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarı təşkil edir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı əmək xəsarətinə görə ödəncin məbləği ona qaldırıcı maşinist kimi ödənilmiş əmək haqqı əsasında və peşə əmək qabiliyyətini 80% itirməsi nəzərə alınmaqla hesablandığından, habelə cavabdeh təşkilatda işçilərin vəzifə maaşları kü tləvi şəkildə artdığından, lakin iddiaçıya xəsarətə görə aylıq ödəncin məbləği hesablanarkən bu artım düzgün nəzərə alınmadığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur.
22. Həmçinin, iddia tələbində iddiaçı qaldırıcı maşinistin orta aylıq əmək haqqının 1300 manat təşkil etməsini, müvafiq olaraq ona ödənilməli olan aylıq ödəncin məbləğinin 1040 manat olmasını və ümumilikdə iddia olunan dövr üzrə ona ödənilməli olan məbləğin 24 aya görə 12271,68 manat təşkil etdiyini bildirsə də, bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, cavabdeh təşkilatda qaldırıcı maşinistin orta aylıq əmək haqqının 1300 manat təşkil etməsi iş materialları ilə sübuta yetmir.
23. Eyni zamanda kollegiya cavabdeh tərəfindən təqdim edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi n əticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə xx.xx.2019-cu il tarixdən etibarən tarif (vəzifə) maaşlarının kütləvi artımı ilə əlaqədar olaraq zərərə görə ödənclərin verilməsi üçün orta əmək haqqının hesablanması cədvəlini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin sənəd surət olmaqla, müvafiq qaydada təsdiq edilməmiş, iddiaçı isə həmin sənəddə göstərilən 844,43 manat orta aylıq əmək haqqının həqiqəti əks etdirmədiyini bildirmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndə qaldırıcı maşinistin orta aylıq əmək haqqı müəyyən edilməklə və həmin məbləğin 80 %-i (İddiaçı peşə əmək qabiliyyətini itiməsinin faiz miqdarı) iddia ərizəsində göstərilən müddətə, yəni 2019-cu lilin sentyabr ayından 2 021-ci ilin avqust ayına qədər olan 24 ay müddət üçün hesablanmaqla İddiaçı ödənilməlidir.
25. Məhkəmə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin keçməsinə dair gəldiyi nəticəni də əsassız hesab etmişdir.
26. Belə ki, hazırkı iddia tələbinin predmetini 2019-cu ilin sentyabr ayından başlayaraq keçən 24 ay üzrə ödənilməli olan əmək xəsarətinə görə əmək haqqının artım fərqinin ödənilməsi təşkil edir. İddianın məzmunundan da göründüyü kimi, iddiaçı yalnız 2019-2021-ci illəri əhatə edən müddət üzrə ona ödənilməli olan məbləğin artımının hesablanaraq ona ödənilməsini xahiş etmiş və bununla bağlı 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti də ötürülməmişdir.
27. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmişdir.
28. Bundan başqa, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində də səhvə yol verərək hazırkı mübahisənin həlli zamanı 11 sentyabr 1964-cü ildə qəbul olunmuş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına istinad etmişdir.
29. Yəni iddia tələbi iddiaçıya peşə əmək qabiliyyətinin 80% itirilməsi ilə nəticələnmiş əmək xəsarətinə görə ödənilən məbləğin 2019-2021-ci illəri əhatə edən müddət üzrə artırılması ilə bağlı olduğundan, bu mübahisə iddiaçının xəsarət aldığı və buna görə ödənişlərin təyin edildiyi zaman qüvvədə olan maddi hüquq normaları əsasında deyil, qeyd edilən artımın baş verdiyi zaman qüvvədə olan normalar tət biq edilməklə həll edilməlidir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2, 1125.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 2.1, 3.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh “Azneft” İB (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi ni və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarının 2.1 və 3.5-ci bəndlərindən də görünür ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənə xəsarət alan zaman işlədiyi peşə (vəzifə) uyğun olaraq ödənişlər edilir. İş materiallarında da görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə 26 Bakı KomissarlarıNQÇİ-nə 590/k saylı əmr ilə 5-ci dərəcəli traktorçu vəzifəsinə işə qəbul edilmiş, əmək xəsarəti aldığı zaman da, əmək müqaviləsinə xitam verilən zaman da 5-ci dərəcəli traktorçu vəzifəsində işləmiş, lakin, məhkəmə tərəfindən iddiaçının (işə qəbuluna dair əmrdə, əmək kitabçasında və digər sənədlərdə) traktorçu olmasını nəzərə almamışdır.
33. Məhkəmə Ə.C.Əmirov adına NQÇİ-nin xx.xx.2022-ci il tarixli məktubuna istinad edib qətnamə qəbuletməklə yalnışlığa yol vermişdir. Belə ki, Ə.C.Əmirov adına NQÇİ-nin xx.xx.2022-ci il tarixli məktubunda traktorist (maşınist) dedikdə üzərinə qaldırıcı qurğu bağlanmış olan texnika olmasını qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********3 saylı sorğuya cavabında da traktorçu peşəsinin həmçinin traktorist kimi də qeyd edildiyi, traktorist peşəsinin traktorçu peşəsi olması görsənir. Məhkəmə iclaslarında iddiaçı tərəf onun peşəsinin qaldırıcı maşinist olmasında dair məhkəmə qərarının olmasına istinad etsə də heç bir məhkəmə qərarı təqdim edə bilməmişdir.
34. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 125.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6, 8, 9, 14.2, 88, 97, 101.1, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
36. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar ı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”
39. Bənd 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödə nilir.
40. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı «Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edi lməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə k ollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlara müvafiq prossesual normalara əsasən düzgün qiymət verilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid olmaqla, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində istinad edilməsi yol verilməyən məsələdir.
55. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azneft” İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-956/2022 nömrəli, 14 aprel 2022-ci il qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.