Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-458/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh publik hüquqi şəxsə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və vaxtında ödənilməyən əmək haqqında görə hər gün üçün əmək haqqının 1% məbləğində ödəncin ödənilməsi, işəgötürənin işçiyə vurduğu mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı X6 Cavabdehnə qarşı “əmək haqqının və ona bağlı ol an digər ödənişlərinin, habelə mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5215/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı (işçi) Cavabdehn “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. 2. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 8-ci bəndində əsasən xx.xx.2023cü ildən əmək haqqının 3.900 mana t olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması barədə dəyişiklik edilmişdir. 3. xx.xx.2024-cü il tarixli əmrlə X1 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş, son haqqhesabın edilməsi baş mühasibə tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyy əti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 22.000 (iyirmi iki min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kampinas Universiteti qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış bir təhsil müəssisəsidir və iddiaçı həmin Universitetin Qida Elmləri və Qidalanma Bölümündə böyük elmi işçi qismində çalışan professor olmuşdur. Həmin təhsil müəssisəsində çalışan İran vətəndaşı olan iddiaçı 2018-ci ildən cavabdeh ADNSU ilə əməkdaşlıq etmiş, “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının başlanılması, müasir tədris və elmi laboratoriyaların qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılmasında cavabdehə köməklik etmişdir. İdd iaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “Müstəqil Xidmətlər Müqaviləsi”, xx.xx.2022-ci il tarixində əmək müqaviləsi, daha sonra yenidən 484 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Sonuncu bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı “Kimya-texnologiya” fakültəsinə “tədqiqatçı professor” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 3500 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuş, 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə Kapital Bankdakı hesaba ödənilməsi göstərilmişdir. Müqavilənin 4.17-ci bəndində iş qrafikinin sərbəst şəkildə müəyyən olunması, müqavilənin 8.2-ci bəndinin a) hissəsində əmrə əsasən xx.xx.2023-cü il tarixinədək əmək haqqının 3900 manat, b) h issəsində 3-2950/3-1/936/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək uzadılması qeyd olunmuşdur. Hətta iddiaçıya Cavabdeh sabiq rektoru xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Daha sonra Cavabdeh rəhbərliyində dəyişikliklər baş vermiş və iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyə olunmuşdur. İddiaçı da öz növbəsində Universitetin təbliği istiqamətində fəali yyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq, əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən 09 avqust tarixli “WhatsApp” ani yazışma programı vasitəsilə bildirilmişdir ki, təhsil müəssəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona 5 sentyabr 2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal-hazırda da ödənilməməkdədir. Bununla bağlı iddiaçı dəfələrlə Universitet in məsul şəxslərinə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmiş və Bakı şəhərinə səfərdən çəkinməli olduğu qeyd olunmuşdur. Ona görə də iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olduğuna görə ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 15 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin xx.xx.2023-cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” təqdim olunmuşdur. İddiaçı tərəf eyni zamanda 50 (əlli) manat məbləğində m ediasiya xərci ödəmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, bu, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim G.Abidova) 2(006)1603/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisənin əsa sını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsi təşkil edir. Belə ki, iddiaçı 2023-cü ilin iyul ayından cavabdehə boşdayanmanın başlaması barədə xəbərdarlıq etsə də və vəziyyətin dəqiqləşdirilməsi üçün müraciət etsə də, əmək qanunvericiliyinə əsasən heç bir təqsiri olmadan boşdayanma halına görə ona vəzifə maaşının 2/3 hissəsindən az olmayaraq əmək haqqı ödənilməli olduğu halda, əmək müqaviləsinə xitam verilən günədək heç bir ödəniş edilməmiş, bununla da, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdur. Əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olmasının göstərilməsi, həmçinin, tərəflərin bildirdiyinə görə, iddiaçının vəzifəsinin məhz cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olması, iddiaçının cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdehin vəzifəli şəxsinin (beynəlxalq işlər üzrə prorektor Rafiq Camalov) iddiaçıya gözləməli olduğunu bildirməsi onu deməyə əsas verir ki, boşdayanma iddiaçının deyil, məhz cavabdehin özünün təqsiri ucbatından baş vermişdir. Belə ki, tərəflər iddiaçının işə gəlməyə zərurət olmadan cavabdeh tərəfindən verilən tapşırıqlar əsasında iş görməsini mübahisələndirmir, lakin cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini mübahisələndirsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçı ona tapşırılan bütün işlərin görülməsinə dair sübutları (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) məhkəməyə təqdim etmişdir. Əgər iddiaçı, həqiqətən də, cavabdehin ona verilən tapşırığı yer inə yetirməmiş olsaydı, bu zaman cavabdeh onun barəsində tədbirlər görməli idi. Lakin göründüyü kimi, cavabdehin iddiaçının vəzifəsini icra etməməsinə dair mülahizəsi mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı yalnız prorektor tərəfindən ona göndərilmiş “əmək haqqı ödənilməsinin düzgün olmaması barədə” mesajdan sonra cavabdeh tərəfin əsl niyyətindən xəbərdar olaraq və hüququnun pozulduğunu hesab edərək müvafiq tədbirlərə əl atmışdır.
8. Məhkəmə iddia tələbinin “2023-cü ilin iyul ayından istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti ve rilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqq-hesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməsi məqsədəmüvafiqdir.
9. İddia tələbinin “22.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək hüququnun pozulma sı səbəbindən onun mənəvi ziyan çəkməsi ağlabatan olsa da, bu ziyanın tələb edilən məbləğdə qiymətləndirilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, mənəvi ziyanın məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır. Mənəvi ziyanın əvəzinin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 4.1, 10, 12.1-ci hissəsinin “a,b,d” bəndləri, 113-cü maddəsinin 1-2-ci hissələri, 135.2-ci, 172-ci maddəsinin 1, 2 və 4- cü hissələri, 172.5-ci, Mülki Məcəllənin 21.1, 1096, 1097-ci, “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı və Mülki Prosessua l Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh PHŞ apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1603/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki mübahisəni boşdayanma kimi qiymətləndirərək düzgün qənaətə gəlməmişdir. İşəgötürənin təşəbbüsü ilə boşdayanma dedikdə, müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınmasıdır. Bu zaman işəgötürə n tərəfindən boşdayanma haqqında müvafiq əmr qəbul edilməli, işçilər bu əmr ilə tanış edilməli, əmrdə boşdayanmanın başlama və bitmə vaxtı müəyyənləşdirilməli, boşdayanmanın kimlərə (konkret işçilər, bütün təşkilat və s.) aid edilməsi dəqiq qeyd olunmalıdır. İddiaçı ADNSU-da elmi fəaliyyət ilə məşğul olmuş, hazırladığı elmi məqalələri ADNSU adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim edirdi. İddiaçı ilə ADNSU arasında bağlanmış əmək müqaviləsində iddiaçının arzusu təmin edilərək, iş vaxtı və iş yeri sərbəst olaraq müəyyən edilmiş, işçinin elm adamı olması nəzərə alınaraq ona elmi fəaliyyətlə məşğul olmaq üçün istədiyi şərait yaradılmışdır. İddiaçı fəaliyyətinin böyük hissəsini ADNSU-nun və ölkənin hüdudlarından kənarda göstərmişdir. Başqa sözlə, ADNSU i ddiaçı üzərində hər hansı təsir mexanizmlərinə malik olmamış, onun istədiyi vaxt Bakıya, ADNSU-ya gəlməsini və getməsini təmin etmişdir. İddiaçı tərəfindən ADNSU üçün 40-a yaxın elmi məqalələr yazılmış, bütün bu məqalələr iddiaçının ölkənin hüdudlarından kənarında olduğu zaman hazırlanmışdır. İddiaçı bilavasitə ADNSU-da çox az müddət keçirmişdir. O, xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinə kimi Bakıda olmuş, cəmi 8 gün ADNSU-da olub. Daha sonra, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 7 gün ADNSU-da olub. Növbəti dəfə X8 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 5 gün ADNSU-da olub. Sonuncu dəfə X8 Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixində gəlmiş və xx.xx.2023-cü il tarixində ölkəni tərk etmi şdir. Bu müddət ərzində X8 ADNSU-da cəmi 4 gün keçirib. Göründüyü kimi, iddiaçının iş yeri ADNSU-da olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, ADNSU işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, hesab edirlər ki, X8 öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı elmi fəaliyyətlə məşğul olmuşdur, elmi məqalələrin nəşr edilməsinin dayandırılması heç bir halda ADNSU-nun imkanları daxilində olmamışdır.
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim e dilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehin apellyasiya şikayəti tamamilə əsassızdır. Məhkəmə mübahisəni Azərbaycan Respublikasının 169-cu maddəsinin birinci bəndi ilə əsaslandırmış və mübahisəyə boş dayanma kimi hüquqi qiymət vermişdir. Cavabdehin mövqeyinə görə bu məsələ həmin maddənin 2-ci bəndinə əsasən işçinin təqsiri üzündən boş dayanma kimi qəbul edilməlidir. Lakin bu iddia əsassızdır. Belə ki, iddiaçıya Cavabdeh PHŞ-nin sabiq rektoru 23 iyun 2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində Qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, Qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Yəni iddiaçı öz əmək funksiylarını bütün dövrlər ərzində davam etdirmiş, Universitetin nüfuzunun cavabdehin dediyi kimi ölkə hüdudlarından kənarda və beynəlxalq aləmdə hazırladığı elmi məqalələr ilə Universitet adından nəşr edilməsi üçün onları yüksək reytinqli universitetlərə təqdim etmişdir. Baxmayaraq ki, cavabdeh iddiaçıya ödənilməli olan əmək haqqını dayandırmışdır, lakin iddiaçı yenə də öz əmək funksiyasını davam etdirmişdir. Buna sübut olaraq birinci instansiya məhkəməsində sübutlar, eləcə də elmi məqalələr təqdim olunmuşdur. Həmçinin Cavabdeh PHŞ-nin rəhbəriyində dəyişikliklər baş vermiş, iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyyə olunmuşdur. İddiaçı da öz növbəsində Universitetin təbli ği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq və əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul işçiləri tərəfindən 09 avqust tarixli “Whatsapp” ani yazışma proqramı vasitəsilə bildirilmişdir ki, təhsil müəssisəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona xx.xx.2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. Bu isə bir daha sübut edir ki, iddiaçı öz əmək funksiyalarını yerinə yetirmiş, lakin cavabdeh təşkilat ona iş verməkdən imtina etmişdir. Bu hal eyni zamanda iddiaçının birinci instansiya məhkəməsində verdiyi ifadələrlə bu hal öz əksini tapmışdır. Hazırkı vəziyyətdə işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn işəgötürən-işçi hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehin tapşırığı əsasında sərbəst iş qrafiki üzrə məqalələr yazması və ayda bir dəfə kart hesabına köçümə yolu ilə əmək haqqı və digər ödəncləri alması, lakin 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək gəlməməli olduğunu, sonralar isə Azərba ycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Bu isə bir daha onu sübut edir ki, boş dayanma iddiaçının deyil, cavabdehin təqsiri üzündən baş vermişdir. xx.xx.2023-cü il il tarixli əmrə əsasən Müqavilə xx.xx.2024-cü il tarixli Əmrə əsasən, müqavilə xx.xx.2024-cü il tarixinədək, yəni müvəqqəti yaşama icazəsinin etibarlılıq müddətinədək uzadılmışdır. Lakin 2023-cü il ilin iyul ayından etibarən müqavilənin müddəti bitənədək, nə əmək haqqı verilmiş, nə də ki, iş tapşırılmışdıır. Bundan əlavə cavabdeh PHŞ-nin məsul əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sıxıntı və psixioloji gərginlik keçirmiş, bu hərəkətlər onun iztirab keçirməsinə səbəb olmuşdur. Ona görə də hesab edir ki, cavabdeh bu gündə öz qanunsuz hərəkətlərini davam etdirdiyindən əm ək haqqı məbləğini və digər ödənişləri ödəmədiyindən, bu hallar iddiaçıda psixioloji gərginlik, mənəvi sıxıntı və iztirab yaradıb.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - G.Axundova (məruzəçi), C. Musayeva və F. Babayev) 2(103)-5215/24 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. İşin faktiki halları ilə həmçinin müəyyən edilir ki, 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməmiş və aralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək c avabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır.
16. Cavabdeh iddia tələbinə etirazının əsası kimi, cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini qeyd etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə mötəb ər sübutlar (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) təqdim edilmişdir. Həmçinin qeyd edilir ki, cavabdeh iddiaçı tərəfindən əmək funksiyalarının icra edilməməsinə istinad etsə də, bununla bağlı Cavabdeh PHŞ tərəfindən hər hansı tədbirlər görülməsi ilə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma halı iddiaçının təqsiri üzündən olması sübuta yetirilmədiyindən iddiaçıya maaşının üçdə iki hissəsindən az olmayaraq məbləğdə ödənc ödənilməlidir.
18. Məhkəmə kollegiyası hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də, cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olduğunu qeyd etmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh, iddiaçıya tapşırıq verildiyini, lakin onun həmin işi yerinə yetirmədiyini bildirərək, bu əsasla etiraz etsə də, bu iddiasını sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçı isə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir (xarici dildə olan məqalələrin çap tarixləri göstərilməklə). Həmçinin, cavabdeh, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini əsas göstərsə də, Cavabdeh PHŞ tərəfindən bu məsələyə dair hər hansı tədbir görüldüyünə dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2, 4.1, 12, 68.2, 135.2, 169.1, 169.2, 172.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 385.2-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarına istinadla əsaslandırmışdır. Kas a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hazırki mübahisəni boşdayanma kimi qiymətləndirərək düzgün qənaətə gəlməmişlər. İşəgötürənin təşəbbüsü ilə boşdayanma dedikdə, müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınmasıdır. Bu zaman işəgötürən tərəfindən boşdayanma haqqında müvafiq əmr qəbul edilməli, işçilər bu əmr ilə tanış edilməli, əmrdə boşdayanmanın başlama və bitmə vaxtı müəyyənləşdirilməli, boşdayanmanın kimlərə (konkret işçilər, bütün təşkilat və s.) aid ed ilməsi dəqiq qeyd olunmalıdır.
23. Apellyasiya Məhkəməsi qətnamənin 37-ci abzasında qeyd etmişdir ki, 2023cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, cavabdeh X4 işə qəbul edərkən onun elmi fəaliyyətini nəzərə almış və ona yalnız bir dəfə tapşırıq verilmişdir: hazırladığı elmi məqalələri ADNSU adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim etmək. Bu tapşırıq ona bir dəfə verilmiş, bu tapşırıq onun tərəfindən əsasən ölkə hüdüdlarından kənarda yerinə yetirilmişdir. Elmi məqalələrin ADNSU-nun adından beynəlxalq jurnallara təqdim etməyi dayandırdığına görə və bununla, üzərinə düşən əmək funksiyasını yerinə yetirməyən iddiaçıya əmək haqqının ödənilməsi dayandırılmışdır. Publik hüquqi şəxs o lan ADNSUnun büdcədə olan maliyyə vəsaitlərini, üzərinə düşən əmək funksiyasını yerinə yetirməyən şəxsə - X5 xərcləməyə ixtiyarı yox idi. Məhkəmə prosesində iddiaçının vəkili X8 tərəfindən 2023-cü ilin iyul ayında elmi məqalələrin hazırladığını bildirsə də və nüsxələri təqdim etsə də, bu məqalələrin məhz 2023-cü ilin iyul ayı və sonrakı aylarda yüksək reytinqli beynəlxalq jurnallara təqdim olunmasını sübut edən fakt gətirməmişdir. ADNSU iddiaçıya kifayət qədər yüksək əmək haqqını elmi məqalələrin məhz nüfuzlu və yüksək reytinqli beynəlxalq jurnallarda çap olunması üçün təyin etmişdir. Göründüyü kimi, X2 iş yeri ADNSU-da olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, ADNSU işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqavilə si üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, hesab edirik ki, X8 öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Nəzərə alsaq ki, iddiaçı elmi fəaliyyətlə məşğul olmuşdur, elmi məqalələrin nəşr edilməsinin dayandırılması heç bir halda ADNSU-nun imkanları daxilində olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5215/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddia etdiyi kimi, boşdayanma işçinin təqsiri üzündən deyil, universitetin cavabdeh şəxslərinin məsuliyyətsizliyi və iş tapşırmaqdan imtina etmələri nəticəsində yaranıb. 2023-cü ilin iyul ayından etibarən cavabdeh tərəf əmək haqqını dayandırıb və bu müddət ərzində iddiaçıya iş tapşırılmadığı üçün həmin dövrə aid olan əmək haqqı ödənilməyib. Bununla yanaşı, digər ödənişlər də yerinə yetirilməyib. Həmçinin, cavabdehin hərəkətləri, iddiaçının psixoloji vəziyyətinə mənfi təsir edib. İddiaçı əmək haqqının ödənilməməsi və iş verilməməsi səbəbindən psixoloji gərginlik və mənəvi sıxıntı çəkib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Re spublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
26. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;...
27. Maddə 57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
28. Maddə
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatlar ın və digər ödənclərin məcmusudur.
29. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
30. Maddə 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
31. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
32. Maddə 290, 2-ci hissə. İşçin in hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
33. Maddə 290.3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni ape llyasiya baxışına göndərilməlidir.
46. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsi üçün ilk növbədə həmin müqavilənin məzmununun Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məcburi tələblərə cavab verib-verməməsi, iddiaçı ilə cavabdeh arasında münasibətlərin əmək münasibətləri yoxsa mülki hüquqi münasibətlər olması istiqamətində hüquqi dəyərləndirmə aparılmasına zərurət vardır.
47. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etib arsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
48. Əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtl əri nəzərdə tutulmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında tərəflər arasında əmək fəaliyyəti ilə bağlı yaranan əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasında fərqləndirmə apararaq və onların hər birinin hüquqi təbiətini təhlil edərək göstərmişdir ki, “şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir... Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəf lərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir... İşçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci ma ddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.
51. Məhkəmə kollegiyası tərəflər arasında mövcud olmuş münasibətlərin əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimləndiyini, sonradan isə əmək müqaviləsi kimi rəsmiləşdirildiyini, həmin müqavilədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtlərin göstərilmədiyini, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəaların olmamasını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfind ən tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri, yoxsa mülki hüquq münasibətlərinin (podrat) olması müəyyən edilməli və bundan sonra həmin münasibətlərə müvafiq qanunvericilik tətbiq edilməklə mübahisə həll edilməlidir.
52. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
53. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edil ə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).
54. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinin etibarlılığı ilə bağlı məsələ araşdırılarkən bu əqdin yalan əqd olub-olmaması, hər hansı 3-cü şəxsdə ( məsələn, dövlət orqanlarında) yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlanıb-bağlanmaması istiqamətində də hüquqi dəyərləndirmə aparmalı, bu əqdin başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olub-olmamasına da hüquqi qiymət verməlidirlər.
55. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 2023-cü ilin iyul ayından sonra iddiaçı tər əfindən cavabdeh üçün şərtləşdirilmiş hər hansı işin görülməməsi müəyyən edilsə də, bunun cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi səbəbindən baş verdiyi qənaətinə gəlinmiş, lakin əvvəllər görülmüş işlərin hər birinin cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar əsasında həyata keçirilməsi barədə də işdə hər hansı sübutların olmadığı nəzərə alınmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaya əmək müqaviləsindən irəli gələn mübahisə kimi qiymət verən apellyasiya məhkəməsi iddianı qismən təmin edərkən Əmək Məcəlləsinin 169-cu maddəsi ilə yanaşı, 154-cü və 290-cı maddələrinin də tələblərini pozmuşdur.
57. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edil miş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
58. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək haqqını hansı əsaslarla və hansı gördüyü işə görə tələb etdiyini, eləcə də həmin müddət ərzində işçi tərəfindən hansı konkret işlərin yerinə yetirildiyini tam şəkildə araşdırmadan iddiaçının əmək haqqı tələbini, məzuniyyətə görə kompensasiya tələbini və hər gecikdirilən gün üçün 1% ödənc tələbini təmin etməkdə haqlı olmamışdır.
59. Məhkəmə kollegiyası iş yerində boşdayanma vəziyyətinin yaranması ilə bağlı işəgötürənin təqsirinin olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iş yeri cavabdeh Universitet ol mamış, cavabdeh iddiaçıya işi dayandırmaq barədə xəbərdarlıq etməmiş, iddiaçının elmi fəaliyyətinə cavabdehin hər hansı maneəsi mümkünsüz olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə istinad etməsi düzgün olmamışdır.
60. Həmçinin apellyasiya məhkəməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində də maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə bu hissədə iddianı qismən təmin edərkən tətbiq edilməli olan Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsini və onun “Qeyd” hissəsini tətbiq etməmiş, fərdi əmək mübahisəsi zamanı işçiyə vurulmuş mənəvi ziyanın hansı hallarda tutulması barədə qanunla müəyyən edilmiş şərtləri nəzərə almamışdır.
61. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şika yəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, qərarda əks olunan hüquqi mövqelərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri, yoxsa mülki hüquq münasibətlərinin (podrat) olması müəyyən edilməli və bundan sonra həmin münasibətlərə müvafiq qanunvericilik tətbiq edilməklə mübahisə düzgün həll edilməlidir.
62. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5215/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.