Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4580/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1184/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-892/2018 saylı 07 fevral 2018-ci il tarixli q ətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı kredit, ipoteka müqavilələrinin və əlavə razılığın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 29 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 fevral 2018ci il tarixli qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 22 oktyabr 2018-ci il tarixli 2(102)-6690/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelly asiya Məhkəməsinin mülki kollegiyasının 29 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “kredit, ipoteka müqavilələrinin və əlavə razılığın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında 21 iyun 2013-cü il tarixdə illik 2 4 faiz dərəcəsi ilə 36 ay müddətinə 63000 ABŞ dolları məbləğində kredit verilməsi barədə 116.LN.1404.210613.00001 saylı müqavilə bağlanılmış və girov təminatı kimi “BMW X6” minik markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə 21 iyun 2013-cü il tarixli, 116.CL.210613.00001/a nömrəli ipoteka müqaviləsi bağlanaraq, bankın xeyrinə yüklü edilmişdir. Qeyd olunan müqavilələrin şərtlərinə və ödəniş cədvəlinə uyğun olaraq iddiaçı tərəfindən 2015-ci ilin aprel ayınadək müntəzəm ödənişlər edilmiş, sonradan isə iddiaçının maddi vəziyyətində yaranmış çətinliklərlə bağlı ödənişlər edə bilməyəcəyini başa düşərək bu barədə Bank rəhbərliyində olan şəxsləri məlumatlandırmış və ipoteka predmeti olan avtomaşını Bankın razılığı ilə 2015-ci ilin iyun ayında Şahid adlı şəxs vasitəsilə X1 həmin v axtadək ödədiyi kredit məbləğinə uyğun məbləği iddiaçıya ödəməklə, qalan kredit borcunu Banka ödəməsi şərtilə satmışdır, iddiaçı avtomaşının satıldığı günə olan cədvəl üzrə borcu tam olaraq ödədi. İddiaçı avtomaşını Bankın razılığı ilə 2015-ci ilin iyun ayında satmasına baxmayaraq, təxminən iki ay sonra kredit borcu üzrə ödənişlər gecikdirildiyindən Banka çağırılmışdır. Bundan sonra yenidən Bankın və iddiaçının birgə səyləri nəticəsində, avtomaşın tapılaraq saxlanılmış, X1 isə Banka gələrək həmin günədək olan kredit borcunu ödəmiş və bir daha orada bildirmişdir ki, o, avtomaşını almış, avtomaşının sahibi də odur. Bundan sonra, ipotekasaxlayan Bankın həmin adları çəkilən əməkdaşları müəyyən sənədləri imzalamaq üçün iddiaçıya təqdim edib bildirdilər ki, həmin sənədləri imzaladıqdan sonra onu n heç bir borcu qalmır, ipoteka və kredit müqavilələri avtomobili alan X1la bağlanacaqdır. Bundan sonra iddiaçı hər hansı ödəniş etməmiş və Bank tərəfindən ona hansı borcunun olduğu barədə məlumat verilməmiş, oktyabr ayında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən xəbərdar olduqda iddiaçıya məlum olmuşdur ki, cavabdehlər ipotekasaxlayan Bankla avtomaşını almış X1 saxtakarlıq etmişlər. Belə ki, iddiaçı 2015-ci ilin iyun ayında faktiki avtomaşını Bankın özünün razılığı və iştirakı ilə Cavabdeh1 satdığı halda Bank 21 iyun 2013-cü il tarixli, 1116.LN.1404.210613.00001 saylı kredit müqavilsinə 22 aprel 2015-ci il tarixli №-li Əlavə Razılıq, həmçinin avtomaşını almış X1la 28 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamış, iddiaçı isə kredit müqaviləsində borclu kimi saxlamışdır. Cavabde h Bank iddiaçı ilə 21 iyun 2013-cü il tarixli kredit və ipoteka müqavilələri bağlayarkən iddiaçıdan hər hansı zamin tələb etməmişdir. Belə olan halda iddiaçı ilə hər hansı tanışlığı, qohumluq əlaqəsi, iş birliyi və ya digər əlaqəsi olmayan X1la iki ildən sonra iddiaçının xəbəri və məlumatı olmadan mövcud müqavilələr üzrə zaminlik müqaviləsi bağlaması qanunsuz və əsassızdır. Həmçinin iddiaçının 22 aprel 2015-ci il tarixli №-li Əlavə Razılığın mövcud olmasından xəbəri olmamışdır. Həmin əlavə razılıq müqaviləsinin birinci səhifəsindəki imza ilə, ikinci səhifəsindəki imzanı müqayisə edən istənilən şəxs həmin imzaların müxtəlif şəxslər tərəfindən, müxtəlif vaxtlarda icra edildiyini mübahisəsiz olaraq qəbul edər və aydın şəkildə başa düşər. Cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş avtom obilin dövlət qeydiyyat nişanı Bankın razılıq məktubu əsasında üç dəfə dəyişdirilmişdir. Bu da iddiaçının göstərdiklərinin həqiqət olduğunu bir daha sübut edir. Cavabdeh Bank yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə bağlanmış ipoteka və kredit müqavilələrinin ləğv edilərək, həmin müqavilələri cavabdeh X1la bağlamalı olduğu barədə olan razılıqları olduğu halda, iddiaçı ilə heç bir bağlılığı olmayan və faktiki ipoteka predmetini alaraq ona sahiblik etmiş şəxslə zaminlik müqaviləsi, həmçinin iddiaçının məlumatı olmadan onunla olan kredit müqaviləsinə əlavə razılıq müqaviləsi bağlamaqla, həmçinin bu barədə ötən iki ildən artıq müddətdə iddiaçını məlumatlandırmamaqla, onun hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, ipoteka ilə Bankın xeyrinə yüklü edilmiş avtomobil cavabdeh X1a satılm ış və cavabdeh Bankın yuxarıda adları çəkilən rəhbər şəxslərinin bu barədə 2015-ci ilin iyun-avqust aylarından məlumatı olmuşdur. Həmin vaxtdan isə şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Qeyd olunan bu hallar isə iddiaçı ilə cavabdeh Bank arasında bağlanmış müqavilələrin ləğv edilməsinə əsasdır. Göstərilənlərə əsasən iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 21 iyun 2013-cü il tarixli, 116.LN.1404.210613.00001 saylı kredit müqaviləsinin, həmin müqaviləyə girov təminatı kimi “BMW X6” minik markalı, **ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə bağlanmış 21 iyun 2013-cü il tarixli, 116.CL.210613.00001/a nömrəli ipoteka müqaviləsinin və 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə 22 aprel 2015-ci il tarixli №-İİ Əlavə Razılığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş ed ilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kolleg iyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı ar asında bağlanmış 116.LN. 1404.210613.00001 saylı, 21.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı illik 24% olmaqla, 36 ay müddətinə 63000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 21 iyun 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan “BMW X6” minik markalı avtomaşını (buraxılış ili 2011, rəngi: ağ) ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 116.LN.1404.210613.00001 saylı kredit müqaviləsinə 01 nömrəli əlavə razılığa əsasən 21.06.2013-cü il tarixli kredit müqaviləsinin müddəti 22.02.2018-ci ilədək uzadılır, bank tərəfindən borcalana illik 20 % olmaqla, 21837,97 ABŞ dollarıəlavə kredit ayrılır. Cavabdeh2 ASC ilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli, 116.CL.210613.00001 saylı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin Cavabdeh1 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı kredit, ipoteka müqavilələrində və əlavə razılıqda göstərilən şərtlərlə razılaşaraq bankla həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəliklər götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddi açının Bank ilə müqavilələr bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması halı öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçı ləğv edilməsini tələb etdiyi müqavilələri bankla könüllü şəkildə iradə ifadəsinə əsasən bağlamışdır. Bundan əlavə, iddiaçı 21.06.2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti olan “BMW X6” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bankın razılığı ilə digər Cavabdeh1 satdığını iddia etsə də, həmin tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının avtomobili başqa şəxsə satılmasının təsdiqi ilə bağlı yeganə təqdim etdiyi sübut şahid ifadəsidir ki, onun da düzgünlüyü məhkəmədə şübhə doğurur. Nəqliyyat vasitələrinin alqı-satqısının qanunvericilikdə xüsusi qaydasının müəyyə n edilməsi də nəzərə alındıqda apellyasiya instansiyası məhkəməsi şahid ifadələrinə tənqidi yanaşmaqda haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı yuxarıda göstərilən müqavilələrin, o cümlədən kredit müqaviləsi üzrə zaminlik müqaviləsinin bağlanmasından sonra baş vermiş hallara istinad edərək həmin müqavilələrin etibarsızlığını tələb etmişdir ki, bu isə yolverilməzdir. Belə ki, göründüyü kimi, iddiaçı müqavilələrin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması, onun aldadılması və digər əsaslardan əqdlərin etibarsız hesab edilməsinə əsas ola bilən hər hansı dəlilə istinad etmir. Əksinə, iddiaçı nəqliyyat vasitəsinin ondan bankın əməkdaşlarının razılığı əsasında alınması, sonradan isə bankın əməkdaşlarının razılığı ilə bir neçə dəfə nəqliyyat vasitəsinin dövlət nömrə nişanının dəyişdirilməsi və bağlanmış zaminlik müqavilələrindən məlumatının olmaması, bankın əməkdaşlarının onun etibarından sui-istifadə etməsini göstərir. Apellyasiya instansiyası məhkəməsi işə əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi 07.01.2019-cu il tarixli məktubu ilə hazırda İddiaçı məxsus olan “BMW X6” markalı, **ZU-*** (**-TS-***, **-ZG-***) dövlət qeydiyyat nişanlı avtomobilə yeni AC 50 6979 nömrəli qeydiyyat şəhadətnaməsinin verilməsinə əsas olmuş sənədlərin (eləcə də, Cavabdeh2 ASCnin 03.06.2015-ci il tarixli 9207/i saylı məktubun) surətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışını təqdim etmişdir. Həmin sənədlərdən sözügedən avtomobilin hazırki sahibinin İddiaçı olduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunan sənədlərə Cavabdeh2 ASC-nin İddiaçı məxsus olan avtomobilin girovda saxlanması şərti ilə onun dövlət nömrə nişanının dəyişdirilməsinə Bankın rəhbərliyinin etirazının olmamasına dair məktubu da əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildi kdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.1, 337.2, 337.4-cü maddələr). İddiaçı müqavilə bağlanarkən aldadılmasını özündə əks etdirən hər hansı mötəbər sübuta istinad etməmişdir. Bu isə iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlillərinin aşkar olaraq əsassız olmasını təsdiq edir. İddia ərizəsində iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək sözügedən müqavilələrin ləğv edilməsini tələb etməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1-ci maddə). Hazırki iş üzrə məhkəmə araşdırmaları zamanı işin faktiki halları baxımından sözügedən müqavilələrin ləğv edilməsini mümkün edən və şərait dəyişməsini özündə əks etdirən sübutlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyas ı mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1184/2019 nömrəli iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd
Məhkəmə qərarları › İş №2(102)-4580/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4580/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver