Məhkəmə qərarları › İş №2(102)-4587/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4587/2021

11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4587/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-137/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanda yerləşən 33 nömrəli mənzil İddiaçı (bundan sonra – iddiaçı), 35 nömrəli mənzil isə Cavabdeh (bundan sonra – cavabdeh) məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan mənzilə cavabdehə məxsus mənzildən suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənz ilinin böyük otağının tavanında və divarında 3 kv.metr sahə, kiçik otağın tavanında 1,5 kv.metr sahə saralıb sıradan çıxmış, hamam otağının tavanı qopub tökülmüş, tualetin tavanı saralmış, kafellər divardan aralanmış, hamam və tualetin qarşısında dəhlizin tavanının 2 kv.metr sahəsi saralıb qopmuş, yataq otağında olan mebel yararsız vəziyyətə düşmüşdür. Bundan başqa, cavabdeh yaşadıqları binanın pilləkən meydançasında qurduğu zivədə yaş paltarları, çexolları və pərdələri mütəmadi olaraq qurudur, bunun nəticəsində onun mənzilinin divarı nəm çəkmiş, divar kağızları qopub tökülmüşdür. Onun hesablamalarına görə cavabdehin təqsiri üzündən mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 2.000 manat vəsait tələb olunur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş, Bakı şəhəri 85 saylı Mənzil Komm unal İstismar Sahəsinin (MKİS) əməkdaşları və Xətai Rayonu 35-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən birgə tərtib edilmiş 26.10.2017-ci il tarixli akta əsasən, iddiaçıya və cavabdehə məxsus mənzillərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzilin daxili kommunikasiya xətlərində olan nasazlıq nəticəsində iddiaçıya məxsus mənzilə su axmış və bunun nəticəsində iddiaçının mənzilinə zərər dəymişdir. Qeyd edilən aktda göstərilənləri araşdırmaq üçün birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyinə əsasən, iddiaçıya məxsus mənzilin üstündə yerləşən cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızması faktı müəyyən olunmuş, lakin cava bdehin mənzilinə aid sanitar qovşağı gizli şəkildə olduğundan, su sızmanın texniki səbəbini konkret müəyyən etmək mümkün olmamışdır. Göstərilənlər, o cümlədən 85 saylı MKİS-in əməkdaşları tərəfindən 26.10.2017-ci il tarixdə tərtib edilmiş aktın məlumatları, eləcə də iddiaçının mənzilində olan su sızma izləri nəzərə alınaraq, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması baş verdiyi müəyyən olunmuşdur. 33 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1260 manat məbləğində müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-112/2019 nömrəli iş üzrə 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) idd ia qismən təmin edilmiş, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.260 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 63 manatının cavabdehdən, qalan 37 manatın isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 11 manatın iddiaçının özünə aid edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan sübutlarla, eyni zamanda ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan evə cavabdehin mənzilindən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğ inin 1260 manat olduğu müəyyən edildiyindən iddia tələbi göstərilən məbləğdə təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, su yaşadıqları binanın damından cavabdehə məxsus mənzilə, daha sonra isə iddiaçının mənzilinə axmışdır. Bununla bağlı cavabdeh yaşadıqları ərazi üzrə 85 saylı MKİS-ə dəfələrlə şifahi müraciətlər etmiş, lakin bu işlə məşğul olmalı vəzifəli şəxslər heç bir tədbir görməmişlər. Bundan başqa, ekspert rəyində vurulmuş ziyanın məbləği şişirdilmişdir. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-137/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı v ə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Məhkəmə qeyd etmişdir ki, apellyant şikayətdə qeyd etdiyi dəlillərlə bağlı (iddiaçının mənzilinə su axıdılmasının onun təqsiri üzündən baş verməməsi, ekspert rəyinin əsassız olması, vurulmuş ziyanın məbləğinin şişirdilməsi) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətində MPM-in 88, 101.3-cü maddələrinə istinadla qeyd edilmişdir ki, məhkəmə sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmiş, ehtimallara əsaslanan ekspert rəyini və aktı rəhbər tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkə mə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fa yda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri ndən biri iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üz rə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-137/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar