Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4605/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının ödənilməsi, son haqq-hesabın və onun ödənilməsinin gecikdirilməsi üçün hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı X və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2219/2021 nömrəli iş üz rə 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi, şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, X2 sex rəisi vəzifəsində işləyən İddiaçı 19 mar t 2020-ci il tarixli ərizə ilə X3nin baş direktoruna müraciət edərək 01.04.2020-ci ildən işdən azad edilməsini xahiş etmişdir.
3. X3nin 27 mart 2020-ci il tarixli, 08 nömrəli əmri ilə İddiaçı 01 aprel 2020-ci ildən sex rəisi vəzifəsindən azad edilmişdir.
4. İşdən çıxarılması ilə əlaqədar olaraq son haqq-hesab pulu kimi iddiaçının hesabına 03 aprel 2020-ci ildə 815,05 manat, 08 may 2020-ci ildə isə 2731,21 manat pul köçürülmüşdür.
5. Həmçinin o da mübahisə edilmir ki, əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilmişdir.
6. İddiaçı bildirir ki, Bakı şəhər X2 sex rəisi vəzifəsində işləmiş və 01.04.2020-ci il tarixində işdən azad edilmişdir. İşdən çıxdığı gün son haqq hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. 01.04.2020- ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqq hesabı 08.05.2020-ci tarixində ona ödənilmiş, lakin bu günə qədər əmək kitabçası verilməmişdir. Dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması, 2 kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün materialını almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transformatoru, transformatorun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımı sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçi riləcəyini bildirərək onun pullarını veriləcəyini demişdir. Lakin tender keçirilsə də pulu ödənilməmişdir.
7. Cavabdehin nümayəndəsi bildirir ki, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir.Birlik tərəfindən iddiaçıya 03.04.2020-ci ildə 815.05 manat, 08.05.2020-ci ildə 2731.21 manat əmək haqqı və son haqq-hesab ödənilmişdir. İddiaçı təəfindən iddia ərizəsində qeyd olunan digər işlərin görülməsinə xərclənmiş vəsaitlə bağlı isə sübut mövcud deyil. Birlik dövlət tərəfindən maliyyələşdirilir və çəkilmiş bütün xərcləri dövlət qarşılayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 20 oktyab r 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya 01.04.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul hesablanaraq 08.05.2020-ci ildə ödənilmişdir.
10. Bundan başqa iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim etmişdir.
11. İddia tələbinin iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim olunmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1, 43.1, 68.2(a), 83.2, 135.2, 144.2, 172.4, 172.5, Mülki Prosessual Məcəllənin 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2219/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) iddiaçı X apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(001)- 5091/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nə ticəyə gəlmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçıya 01.04.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul (işdə olan əmək haqqı üzrə hesabat forma T-52) hesablanaraq 08.05.2020-ci il tarixli 50 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Beləliklə, iddia tələbinin əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi tələbi sübuta yetirilmir. Bununla yanaşı iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim edilmişdir. Habelə, iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 01.04.2020-ci il tarixində işdən azad edilsə də ona ödənilməli olan son haqq-hesab 1 ay 7 gün gecikdirilərək 08.05.2020-ci il tarixində ödənilmişdir.
19. Bundan başqa əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya 01.04.2020-ci ildə verilməli olduğu halda 19 oktyabr 2020-ci ildə məhkəmə iclasında yəni 6 ay 18 gün gecikmə ilə verilmişdir.
20. Apelyasiya instansiya məhkəməsi qeyd edilən hallara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
23. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
28. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə gör ə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (maddə 83(2))
29. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. (maddə 87(3))
30. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. (maddə 135(2))
31. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. (maddə 144(2))
32. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. (maddə 172(4))
33. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. (maddə 172(5))
34. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. (maddə 172(6))
35. Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsi ndən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. (maddə 172(Qeyd)) Mülki Prosessual Məcəllə
36. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
37. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (madd ə 77.1)
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
39. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
40. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün ape llyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
42. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az ol mamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı deyildir. (39)
45. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı X sex rəisi vəzifəsində işləmiş və X X3nin 27.03.2020-ci il tarixli əmri ilə 01.04.2020-ci ildən işdən azad edilmişdir.
46. X3 tərəfi ndən İddiaçı hesabına 03 aprel 2020-ci ildə 815,05 manat, 08 may 2020-ci ildə isə 2731,21 manat pul köçürülmüşdür.
47. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir.(28)
48. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, iddiaçıya ödənilməli olan sonhaqq hesab iddiaçıya işdən azad edildiyi gün, yəni 01.04.2020-ci il tarixində ödənilməli olduğu halda, həmin ödənclərin bir hissəsi 03.04.2020-ci ildə, qalan hissəsi isə 08.05.2020-ci il tarixində ödənilmişdir.
49. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinin məzmununa görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və b u hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
50. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı son-haqq hesabın və onun vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi ilə bərabər cavabdeh tərəfindən əmək kitabçasının ona verilmədiyinə görə əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini də tələb etmişdir.
51. İddiaçının bununla bağlı dəlili ondan ibarətdir ki, əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya 01.04.2020-ci ildə verilməli olduğu halda, bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən əmək kitabçası 19 oktyabr 2020-ci ildə hazırkı mübahi sə üzrə işə birinci instansiya məhkəməsində baxılarkən, yəni 6 ay 18 gün gecikmə ilə verilmişdir.
52. Cavabdeh nümayəndəsi iddiaçının bu dəlilinə münasibətdə öz izahatlarında bildirmişdir ki, əmək kitabçasının qaytarılması ilə bağlı iddiaçıya dəfələrlə zəng etsələr də, iddiaçı bilərəkdən əmək kitabçasını götürməkdən imtina etmişdir.
53. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
54. Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
55. Həmin Məcəllənin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
56. Qanunvericiliyin tələblərindən görünüdüyü kimi əmək kitabçası işəgötürənin təqsiri üzündən işdən çıxmış işçiyə sonuncu iş günü verilməsi ləngidildikdə işə götürən tərəfindən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
57. Göründüyü kimi əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən lən gidilib-ləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı iş mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
58. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
59. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kass asiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2219/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi X əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.