Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4608/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4608/20 (Açar sözlər: sığortalı əmanət üzrə kompensasiya) Bakı şəhəri, 05 oktyabr 2020-ci il 05.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı xxxi və vəkili Vəkil1, cavabdeh Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh xxx qarşı “sığortalı əmanətin kompensasiya edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası nın xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10836/2019 nömrəli qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinə 05 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı «xxxx» ASC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli 04 nömrəli tam sərbəst depozit üzrə depozit müqaviləsinə əsasən bankın **********17 saylı depozit hesabına müqavilənin bağlandığı tarixdən 1 illik müddətə, yəni xx xxxxx 2016-cı il tarixədək 11,60 faizlə 22.851 ABŞ dolları məbləğində əmanət qoymuşdur.
2. İddiaçı «xxxx» ASC ilə bağlanmış xx xxxxxxx 2015-ci il tarixli 06 nömrəli tam sərbəst depozit üzrə depozit müqaviləsinə əsasən bankın **********17 saylı depozit hesabına müqavilənin bağlandığı tarixdən 1 illik müddətə, yəni xx xxxxxxx 2016-cı i l tarixədək 12 faizlə 4.766 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Bank tərəfindən iddiaçıya əmanət kitabçası verilmişdir.
3. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə «xxxx» ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə olan «xxxx» ASC-nin ləğvedicisi təyin edilmişdir.
4. İddiaçı sığorta hadisəsi baş verməsi səbəbindən hər iki müqavilə üzrə əmanətinin sığorta edilən hissəsi ilə bağlı kompensasiya almaq üçün şifahi şəkildə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Fond tərəfindən iddiaçıya cavab verilməmişdir.
5. İddiaçı yazılı şəkildə iki dəfə müraciət ünvanlamış, iddiaçının müraciətlərinə verilən xx xxxxxxxx 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir: «onunla «xxxx» ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 04 nömrəli depozit müqaviləsinə əsasən 11,60 faizlə 22.851 ABŞ dolları məbləğində əmanət, xx xxxxxxx 2015-ci il tarixli 06 nömrəli depozit müqaviləsinə əsasən 12 faizlə 4.766 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən ona 28.200 manat məbləğində kredit verilmişdir. Əmanətlər xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olduğuna görə həmin əmanətlər qorunan əmanət hesab edilmir». a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan kompensasiya şəklində 27617 ABŞ dolları məbləğində pul vəsaitin in (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), habelə hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, «xxxx» ASC ilə iddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 06 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 28.200 manat məbləğində kredit verilmişdir. Bankla iddiaçı arasında bağlanmış həmin tarixli girov müqaviləsinə əsasən isə kredit borcunun təminatı olaraq iddiaçının bankda olan xx xxxx 2012-ci il tarixli 1 saylı depozit müqaviləsi üzrə 27.900 manat əmanəti və dəyəri 27.500 manat məbləğində qiymətləndirilmiş****markalı avtomobil öhdəliyin təminatı olara q bank qarşısında yüklü edilmişdir. Hazırki halda kredit öhdəliyinin təminatı olan girov predmetləri tam olaraq kredit borcunu ödəyir. Bu öhdəliyin iddiaçının bankda olan digər müqavilələr üzrə əmanətlərinə aidiyyəti yoxdur və onlar sərbəst depozitlərdir. Sadəcə olaraq, Fond qəsdən iddiaçının bu əmanətlərini kompensasiya etməmək üçün belə bir yayınma metodundan istifadə edir. Halbuki iddiaçının daha öncə «xxxx» ASC-nin özünə də müraciəti olmuşdur. Bank tərəfindən onun qarşısında olan öhdəlikləri çıxılmaqla iddiaçıya qəbz verilmişdir və həmin qəbzdə bankın iddiaçıya 27.775 ABŞ dolları məbləğində pulu ödəməli olduğu göstərilmişdir. Bankla iddiaçı arasında bağlanmış depozit müqavilələrinin 5-ci bəndində razılaşdırılmış şərtə görə Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində ödəməlidir. Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. Cavabdehin qanunsuz hərəkəti ilə iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuş, Azərbaycan Respublikası Konstitusiyası ilə müdafiəsinə təminat verilmiş mülkiyyət hüquqlarını gerçəkləşdirməyinə maneəçilik yaranmışdır. Ona görə də həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
8. Cavabdeh xxx nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, cavabdehin etirazı daxil olmamışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-614/2019 saylı, 26 fevral 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 27617 ABŞ dolları əmanət məbləğindən ödəniş anında Azərbaycan R espublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 30000 manat məbləğində pulun cavabdeh xxx tutularaq iddiaçı X2 ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 100 manat dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdeh xxx tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Pərviz Hüseynov)
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı ilə «xxxx» ASC-nin Səbail filialı arasında xx xxxxx 2015-ci il tarixli tam sərbəst depozit üzrə depozit müqaviləsi bağlanmış, bank əmanətçidən daxilolmuş 22.851 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 1 1,60 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ilə «xxxx» ASC-nin Səbail filialı arasında xx xxxxxxx 2015-ci il tarixli tam sərbəst depozit üzrə depozit müqaviləsi bağlanmış, bank əmanətçidən daxil olmuş 4.766 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2016-cı il tarixdə «xxxx» ASC-nin lisenziyası ləğv edilmiş, Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı tərəfindən qeyd olunan cəmi 27.617 ABŞ dolları əmanət məbləğinin ödənilməsi xahiş edilsə də, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeyd olu nan əmanətlərin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən İddiaçı verilmiş 28.200 manat məbləğində kredit üzrə öhdəliyin təminatı olduğuna görə həmin əmanətlərin qorunan əmanət hesab edilmədiyi bildirilərək, həmin əmanətlər üzrə kompensasiya ödənilməsindən imtina edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh təşkilat göstərilən depozit müqavilələrinə əsasən iddiaçı tərəfindən əmanət qoyulmuş məbləğlərin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən İddiaçı verilmiş 28.200 manat məbləğində kredit üzrə öhdəliyin təminatı olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında imzalanmış hər iki depozit müqaviləsinin 5.8-ci bəndinə əsasən isə Fondun sığorta hadisəsi baş verdikdə əman ətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 min manatdan çox olmayaraq kompensasiya ödəməli olması, başqa sözlə, sığorta hadisəsi baş verdikdə ödənilməli olan kompensasiya məbləği müqavilə imzalanan tarixdə müəyyənləşdirilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, 27.617 ABŞ dolları əmanət məbləğindən ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 30.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun2.1.1, 2.1.2, 25.1.4, 26.1, 27.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh xxx qətnamədən apelyasiya şikayəti verib. 1
4. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddiaçı ilə bank arasında xx.xx.2012-ci il tarixində 27400 manat məbləğində 3 il müddətinə əmanət müqaviləsi bağlanmışdır.
15. Həmçinin xx.xx.2012-ci il tarixində iddiaçı ilə bank arasında kredit müqaviləsi imzalanmış, iddiaçıya 24 ay müddətinə 28200 manat kredit verilmişdir.
16. Bundan əlavə iddiaçı ilə xx.xx.2015-ci ildə əmanət müqaviləsi imzalanmışdır. Öhdəliklərə təminat olaraq tərəflər arasında xx.xx.2012-ci il tarixli girov müqaviləsi imzalanmış, iddiaçı tərəfindən yerləşdirilmiş depozit və “******” markalı avtomaşın ipotekaya qoyulmuşdur.
17. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün xx.xx.2014-cü il tarixində əsas və faiz borcunun bir qismi əmanət məbləğindən silinmiş, xx.xx.2015-ci il tarixində əmanətç i müraciət edərək qalıq 23984,41 manat məbləğində əmanətinin ABŞ dollarına konvertasiya edilməklə yeni müqavilə imzalanmasını xahiş etmişdir. Bunun əsasında həmin məbləğin 22851 ABŞ dollarına konvertasiya edilməklə əmanət müqaviləsi imzalanmışdır. Həmin əmanət öhdəliklərə təminat olduğu üçün qorunmayan əmanət kimi bloklaşdırılmış və bütün konvertasiya olunmaqla müqavilənin imzalanmasına dair əməliyyatlar da əmanət blokda olarkən icra edilmişdir. Əmanət öhdəliyin icrası üçün təminat olduğundan qorunmayan əmanətdir. İddiaçının müraciəti əsasında onun tələbi kreditorların reyestrində qeydə alınmışdır.
18. Əmanət müqavilələri bağlanan zaman qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.10-cu maddəsinə əsasən, bank qarşısında öhdəliklərin təminatı ol an əmanətlər qorunan əmanətlərə aid edilmir və həmin əmanətlər üzrə kompensasiya ödənilmir.
19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10836/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-614/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər İlham Kərimli(sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, Əflatun Qasımov)
20. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “xxxx” ASC ilə bağladığı xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx xxxxxxxx 2018-ci il tarixdə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, İddiaçı 17948 manat əsas borc, 2404 manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1920 manat faiz borcunun, cəmi 22272 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan “******” markalı avtomobilə yönəldilməsi tələb olunmuşdur.
21. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası həm tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli depozit müqaviləsi üzrə yerləşdirilmiş 27900 manat əmanətin, həm də İddiaçı mülkiyyətində olan “******” markalı avtomobilin girov qoyulması ilə təmin edilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxx xx 2015-ci il tarixli 04 nömrəli və xx xxxxxxx 2015-ci il tarixli 06 nömrəli depozit müqavilələri əsasında yerləşdirilmiş əmanətlərin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olması barədə heç bir sübut yoxdur. Qeyd olunan depozit müqavilələrində belə bir şərt nəzərdə tutulmamış, habelə cavabdeh təşkilat həmin əmanətlərin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
22. Apelyasiya məhkəməsinin mövqeyinə görə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifə lərindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir.
23. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qeyd olunan əmanətlər bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər olmadığından, habelə yerləşdirildiyi faiz dərəcəsinə görə qorunan sığortalı əmanətlərdir və kompensasiya edilməlidir.
24. Apelyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 950.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti verib.
26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, iddiaçı ilə əmanət və kredit müqavilələri bağlanıb, iddiaçı götürdüyü kreditin təminatı kimi özünə məxs us olan əmanəti xx xxxx 2012-ci il tarixli kredit müqaviləsinin girovu kimi göstərib. Həmin müqavilələr bağlanan zaman qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.10-cu maddəsinə əsasən, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir və həmin əmanətlər üzrə kompensasiya ödənilmir.
27. Mülki Prosessual Məcəllənin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normlarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normlarına uyğun çıxarılmalıdır. Lakin məhkəmə həmin prosessual normanı pozub. Məhkəmə iddiaçının hazırda icra edilməyən öhdəliklərinin olmasını və bu səbəbdən də onun qoyduğu əmanətin qorunan əmanət statusunun olmamasını nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
30. Məhkəmə iclasında İddiaçı Ağaəli oğlunun nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin Sığortalanması haqqında” Qanunu Maddə 2.1.1. əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; Maddə 25.1.4. əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; Maddə 27.1. milli valyutada olan əmanətl ər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozul ması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İddia sığortalı əmanət üz rə komepnsasiya ödənilməsi barədədir.
35. Cavabdeh təşkilat iddiaçının əmanətinin onun xx xxxx 2012-ci il tarilxi kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi girov qoyulmasına və müqavilələr bağlanan zaman qüvvədə olan qanunverciliyə görə bank qarşısında öhdəliklərin təminatı olan əmanətlərin qorunan əmanətlər olmamasına istinad etmişdir.
36. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
37. Çünki cavabdeh təşkilat iddiaçının əmanətinin onun kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi girov qoyulmasına istinad etsə də, apelyasiya məhkəməsi tərəfindən işin bu halı müəyyən edilməmişdir. Halbuki cavabdeh “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsinə əsasən iddianın rədd edilmə əsası kimi yalnız bu hala istinad etmişdir.
38. Əksinə, apelyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası İddiaçı mülkiyyətində olan “******” markalı avtomobilin girov qoyulması ilə təmin edilmişdir. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 04 nömrəli və xx xxxxxxx 2015-ci il tarixli 06 nömrəli depozit müqavilələri əsasında yerləşdirilmiş əmanətlərin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olması barədə heç bir sübut yoxdur. Qeyd olunan depozit müqavilələrində belə bir şərt nəzərdə tutulmamış, habelə cavabdeh təşkilat həmin əmanətlərin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
39. Bununla da müəy yən edilmişdir ki, iddiaçının qoyduğu əmanət onun bank qarşısında öhdəliklərin təminatına (girova) yönələn əmanət olmayıb.
40. Bu baxımdan, müqavilələr bağlanan zaman qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.10-cu maddəsini tətbiq etməməklə, apelyaisya instansiyası məhkəməsinin Mülki Prosessual Məcəllənin Məcəllənin 217.2-ci maddəsini pozması barədə şikayətin dəlilləri əsassızdır.
41. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10836/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.