Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-461/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Abşeron rayonu Novxanı Bələdiyyəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Hərracların təşkili üzrə Auksion Mərkəzinin 5 saylı torpaq müsabiqə və hərrac komissiyasına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt “ASAN xidmət” Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq müsabiqə və hərrac komissiyasının keçirilməsinin nəticələri barədə protokolun ləğvi, məhkəmə aidiyyətinin pozulması Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1, onun vəkili X2 və cavabdeh Abşeron rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-294/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,01311 ha ərazidə yerləşən fərdi yaşayış evi İddiaçı1 (bundan sonra – iddiaçı ) adına xüsusi mülkiyyət kimi qeydə alınmış, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Sonradan iddiaçı, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini (0.08 ha) öz adına xx.xx.2015-ci il tarixdə özəlləşdirmiş, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə vahid əmlak kimi xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Abşeron rayonu, Novxanı kəndində iddiaçıya məxsus torpaq sahəsinə bitişik 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdən etibarən Abşeron rayon Novxanı Bələdiyyəsinə (bundan sonra – Bələdiyyə) məxsus olmuşdur. Bələdiyyənin xx xxxxxx 2016-cı il tarixli, 02 saylı iclasının qərarı ilə 0.12 ha torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə mülkiyyətə verilməsi üçü n açıq müsabiqə keçirilməsi qərara alınmış və xx xxx 2016-cı il tarixdə 15:00-dan 18:00-dək 1200 kv.m torpaq sahəsi müsabiqəyə çıxarılmış, Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilən AM seriyalı, 000873 saylı şəhadətnaməyə əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə Cavabdeh1 Mərkəzin 5 saylı torpaq müsabiqə və hərrac Komissiyası tərəfindən keçirilmiş 05.05. 2016-cı il tarixli torpaq müsabiqəsinin qalibi olmuş, xx xxx 2016-cı il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə ilə Bələdiyyə öz mülkiyyətində olan Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2016cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mü lkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hərracların təşkili üzrə Auksion Mərkəzinin 05 saylı torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2016-cı il tarixli, 361 nömrə ilə qeydə alınmış hərracın nəticələrinin, Bələdiyyə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması və onun adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində 0,20 hektar torpaq sahəsi 20 ildən çoxdur ki, onun istifadəsindədir. Həmin torpaq sa həsində onun tərəfindən tikililər tikilmişdir və sahibkarlıq fəaliyyəti həyata keçirilir. Bələdiyyə ona torpaq sahəsinin bütünlüklə dövlət reyestrində qeydə aldırmağın mümkünsüz olduğunu bildirərək, ilk növbədə 0,08 ha hissəsini sonra isə 0,12 ha hissəsini özəlləşdirməyi təklif etmişdir. 2017-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Bələdiyyə onun xəbəri və razılığı olmadan qalan 0,12 ha torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 satmışdır. Bundan başqa, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək iddiaçı tərəfindən zəbt edilmiş, onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və onun istifadəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə uzun illərdir ki, tanışdırlar, mübahisəli torpaq sahəsini sonuncu özü ona satmış, əvəzində “Passat-SS” markalı avtomaşını, 31.000 ABŞ dolları və 20000 manat pul vermiş, sonra onunla birlikdə Bələdiyyəyə və hərrac Mərkəzinə getmişdir. Hərrac qanuni qaydada keçirilmiş, sonra alğı- satqı müqaviləsi bağlanmış, 0,12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2017-ci ilin noyabr ayında torpaq sahəsinə getmək istərkən iddiaçı onu torpaq sahəsinə buraxmamışdır. İddiaçının özününkü hesab etdiyi torpaq sahəsi əslində onun tərəfindən zəbt olunmuş bir sahə olmuşdur ki, bu da qanunla qadağan olunur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Novxanı kənd sakini olmaqla, 1994-cü ildən iş adamı Salman adlı şəxsin pendir sexində işləyir, İddiaçı1 də oradan tanıyır, mübahisəli torpaq sahəsindən İddiaçı1 istifadə e dir, Cavabdeh1 isə tanımır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,08 ha. torpaq sahəsi üzərində bir otaq və yardımçı sahələrdən ibarət fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə bitişik vahid hasar daxilində cavabdehin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi yerləşir. Cavabdehin mülkiyyətində olan mübahisəli torpaq sahəsinin təxminən 1,502 ha. hissəsi isə hasardan bayırda, iddiaçının mülkiyyətində olan evin arxa hissəsində boş torpaq sahəsində yerləşir. Mübahisəli torpağın hasar daxilində yerləşən hissəsində yardımçı təyinatı olan bir mərtəbəli bir tikili mövcuddur. Tərəflərin izahatına görə oradan ilkin iddiaçı istifadə edir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinc i instansiya məhkəməsi) 2(012)-610/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərracın nəticələrinin, sözügedən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mübahisəli torpaq sahəsinin üstünlük hüququ ilə ona satılmalı olması ilə əsaslandırmışdır. İddiaçı mübahisəli torpaq sahəsinin 20 ilə yaxın onun faktiki istifadəsində olduğunu bildirsə də, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olması, mişar daşından olan vahid köhnə daş hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində, 2015-ci ilin yanvar ayının 1-dən iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Bu isə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını istisna edir. Ona görə də məhkəmə iddiaçının subyektiv hüquqları olmadığına görə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əqd xx.xx.2016-cı il tarixdə bağlanmış, həmin əqdin mübahisələndirilməsinə dair hazırkı iddia tələbi isə xx xxxxxx 2017-ci il tarixdə, yəni əqd bağlanandan 1 il beş ay müddət keçəndən sonra müraciət etmişdir. Belə olan halda Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi həm də müddət ötürülməklə verildiyindən rədd edilməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının mübah isələndirilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsinə dair ilkin iddia tələbi rədd edildiyindən, həmin torpaq sahəsinə dair hüquqların realizəsinə yaradılan maneə aradan qaldırılmalı, qarşılıqlı iddiaçının torpaq sahəsi üzərində hüquqlarının realizəsi təmin edilməli və buna görə də, qarşılıqlı iddiaçıya məxsus torpaq sahəsi ilkin iddiaçı tərəfindən boşaldılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2, 372, 152.1-ci maddələrinə, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2321/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), E.Rəhimov və L.Məmmədova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7615/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər – M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Nurməmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin ilki n iddiaçının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə istinad etməsinin əsassız olduğu barədə mövqeyi düzgün deyildir. Bu qənaətə gələrkən məhkəmə torpağın onun mülkiyyətinə verildiyi tarixi əsas götürmüş, işin qeyd edilən faktiki hallarına diqqət etməmişdir. Mübahisəli 0.12 ha torpaq sahəsi qeyd edilən əsasla ilkin iddiaçının mülkiyyətinə verilməli olduğu halda, bələdiyyə bunu qərəzli olaraq etməmiş, sonradan isə formal hərrac vasitəsi ilə həmin torpaq sahəsini Cavabdeh1 satmışdır. İşə baxan məhkəmələr “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən mübahisəli 0.12 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməli olmasını, həmçinin iddiaçının mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə giriş-çıxış yolunun məhz mübah isəli 0.12 ha torpaq sahəsindən olmasını da nəzərə almamışlar Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, məhkəmə ilk iddiaçının dəlillərini tam və hərtərəfli araşdırmamış, hərracın nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız sayılması və dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün qanunla müəyyən edilmiş əsasların və halların mövcudluğuna əhəmiyyət verməmiş, formal mülahizələrə əsaslanaraq iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlməklə, iddiaçının iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin əsassız olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən səhvə yol vermiş, maddi və prosessual hüquq normalarının tələbl ərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1029/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin olunmamışdır. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılma sına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 10-cu bəndinə istinadla qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının, eləcə də ona qədər daha öncə qeyd olunan şəxslərin qeyri-qanuni olsa da istifadəsində olmuşdur. Eyni zamanda həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə eyni hasarın içində olmaqla vahid bir kompleksi təşkil edir, orada iddiaçıya məxsus tikililər mövcuddur və nəhayət iddiaçının mülkiyyətində olan torpaq sahəsindən yola çıxış yalnız həmin torpaqdan keçməklə mümkündür. Başqa sözlə, həmin torpaq sahəsinin geri alınması mümkünsüzdür. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi daha öncə istinad olunan maddi hüquq normasına əsasən hərrac və ya müsabiqə keçi rmədən ona satılmalı idi. Lakin Bələdiyyə istinad olunan qanun normasına əməl etmədən həmin torpaq sahəsini əvvəlcə öz mülkiyyətinə keçirmiş, sonra isə formal da olsa hərrac vasitəsilə Cavabdeh1 satmış, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyinə uyğun olaraq hesab etmişdir ki, yuxarıda sadalanan səbəblərdən məhkəmə səhvə yol vermiş, əsassız olaraq «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Eləcə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi barədə mövqeyini də əsass ız hesab edib, Mülki Məcəllənin 377.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, hazırkı işin hallarından iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi barədə onun bağlandığı andan məlumatlı olması haqqında heç bir məlumat almaq mümkün deyil. Nə də cavabdehlər bu halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İlk iddiadan görünür ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatı 2017-ci ilin iyun ayında, ilk iddia üzrə cavabdehin ondan torpağı boşaltmasını tələb etdikdən sonra almış, həmin ilin noyabr ayında hazırkı iddianı qaldırmışdır. Başqa sözlə, hazırkı tələb üzrə iddia müddətinin buraxılması istisna olunur. Beləliklə, məhkəmə kolegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi hərraca çıxarılarkən qanun pozuntusuna yol verildiyindən həmin hərracın nəticələr i etibarlı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia əsaslı olduğundan, yəni mübahisəli torpaqla bağlı keçirilən hərracın nəticələri və alğı-satqı müqaviləsi etibarsız sayıldığından, Cavabdeh1 həmin torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarış ləğv edildiyindən qarşılıqlı iddia tələbi əhəmiyyətini itirir. Bu səbəbdən həmin hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya instansiyası məhkəməsinin 2(102)-5232/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və V.İbayev) cavabdehlər Cavabdeh1 və Abşeron rayonu Novxanı Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətləri qism ən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən qətnamədə həm maddi, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin tələbi səhv tətbiq və təfsir olunmuşdur. Ona görə də qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsi müsabiqə yolu ilə Cavabdeh1 satılmış torpaq sahəsinin iddiaçının qeyri-qanuni sahibliyindən geri qaytarılmasının mümkün olmamasını onunla əsaslandırmışdır ki, həmin torpaqda iddiaçıya məxsus tikililər mövcuddur, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışı satılan 12 sot torpaq sahəsindən keçir. Lakin, bu nəticəyə gələn məhkəmə qeyd olunan halların hansı sübutlarla təsdiq olunmasını göstərməmişdir. Hansı ki, bu məsələni araşdırılması üçün satılan 12 sot torpaq sahəsinin və iddiaçının mülkiyyətində olan 8 sot torpaq sahəsinin hüdudları müəyyənləşdirilməli, iddiaçıya məxsus tikililərin, yaxud gediş-gəliş yolunun həmin torpaq sahəsinə düşüb-düşməməsi aydınlaşdırılmalı idi. Bu məsələnin araşdırılması üçün müvafiq ekspertiza keçirilməli idi ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş və nəticədə prosessual normanın tələbləri pozulmuşdur. Çünki “bələdiyyə torpaql arının geri qaytarılmasının qeyri-mümkün olması” halı, mübahisənin nəzəri tərəfi deyil, hüquq normasının müəyyən sübutetmə vasitələri ilə müəyyən olunan tərəfidir. Bu isə torpaqşünaslıq sahəsində xüsusi biliyə malik olan ekspertlər və ya mütəxəssislər tərəfindən müəyyən olunmalıdır. Lakin apellyasiya instansiya məhkəməsi bunu öz mülahizəsi ilə, yəni yalnız birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışın nəticəsinə əsaslanmaqla həll etmişdir ki, bu iş üzrə mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. İş materiallarından göründüyü kimi iddiaçının torpaq sahəsinə gedən yeganə yolun Cavabdeh1 torpaq sahəsindən keçməsi yerli baxış zamanı da müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə iş materiallarından irəli gəlmir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Yeni apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 28984 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlak Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli **********63 saylı mütəxəssis rəyinə əsasən iddiaçının RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) iş materiallarında təqdim olunmadığından və elektron kadastr məlumat bazasında çıxarışa əlavə olunan torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) olmadıgından, iddiaçının torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Lakin Cavabdeh1 RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) müəyyən edilərək, ona məxsus torpaq sahəsinin 0,0678 ha hissəsinin faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Rəyi nəzərə alaraq, iddiaçının istifadə etdiyi 0,1465 ha torpaq sahəsindəki ona məxsus tikililərdən birinin Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində, digər tikilinin isə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən aparılmış araşdırmalar nəticəsində Cavabdeh1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 56 kv.metr hissəsindən iddiaçı tərəfindən faktik i olaraq gediş-gəliş yolu kimi istifadə edildiyi müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı iddiaçının istifadə etdiyi 0,08 ha torpaq sahəsinin faktiki hasara alındığı və torpaq sahəsindən əlavə çıxışın olmadığı müəyyən edilmişdir. Lakin tədqiq olunan torpaq sahələrinin bir tərəfdən fərdi yaşayış evi ilə əhatə olunduğunu nəzərə alaraq, iddiaçının istifadə etdiyi 0,08 ha torpaq sahəsindən həmin torpaq sahəsinin arxa və yan tərəfində yerləşən məhəllə daxili yola çıxış yolunun açılması mümkündür. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-294/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 8 sot torpaq sahəsi hazırda Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin 20 ilə yaxın onun faktiki istifadəsində olduğunu bildirsə də, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olması, mişar daşından olan vahid köhnə daş hasar daxilində yerləşməklə, iddiaçıya qədər bir sıra şəxslərin istifadəsində, 2015-ci ilin yanvar ayının 1-dən iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Bu isə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasını istisna edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddiaçının subyektiv hüquqları olmadığına görə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən əqd xx.xx.2016-cı il tarixdə bağlanmış, həmin əqdin mübahisələndirilməsinə dair hazırkı iddia tələbi isə xx xxxxxx 2017-ci il tarixdə, yəni əqd bağlanandan 1 il beş ay müddət keçəndən sonda müraciət etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi ilkin iddia tələbinin müddətin ötürülməklə də müraciət edildiyindən, ilkin iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Dəlilləri əsasən ilkin iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı Cavabdeh1 vəkili tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Bələdiyyənin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlərin və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin y axud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. iddiaçı tərəfindən tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə ilkin iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Abşeron Rayonu Novxanı Bələdiyyəsi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati orqanlardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İV hissəsinə müvafiq olaraq isə Azərbaycan Respublikasının bələdiyyələri inzbati orqanlar kateqoriyasına aid edilmişdir. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə t Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Göründüyü kimi qanunvericilik bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qaydasını müəyyənləşdirir. Qeyd olunan Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır (bənd 5), müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir (bənd 6), müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir (bənd 18). Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haq qında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. Eyni zamanda iddiaçının etibarsızlığını tələb etdiyi mübahisəli torpaq sahəsinə dair yerli özünü idarəetmə orqanı ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair müsabiqənin hüquqi nəticəsi olaraq bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələn dirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Qərarın 6.1-ci maddəsinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnziba ti icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələ b edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və hərracların mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı la zımi sənədlərlə müvafiq icra hakimiyyəti və (və ya) yerli icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinə aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bu hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qarşılıqlı iddianın təmin olunması hissəsi ilə bağlı kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə oxşar olan həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-294/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən - ilkin iddiaya aid hissədə ləğv edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Qətnamə qalan hissədə - qarşılıqlı iddianın təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-461/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-461/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver