Məhkəmə qərarları › İş №2(102)-4610/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4610/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4610/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, kəsici müddət, qanuni qüvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülvi yyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2669/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 24.11.2017-ci il tarixdə 668 nömrəli reyestr kitabının 63224 nöməli vərəqində qeydiyyat aparılmışdır. 16.02.2018-ci il ta rixli kredit müqaviləyə əsasən İddiaçı Cavabdeh 2 il müddətinə hər ay 1042 manat ödəmək şərti ilə 25008 manat borc pul almışdır. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ona məxsus olan torpaq sahəsini Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli 2(103)13246/2019 saylı qətnaməsi ilə 16.02.2018-ci il tarixli müqavilə üzrə 25008 manat əsas borcun, 45.80 manat bank xidməti xərclərinin əvəzi və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərrracda (ilkin satış qiyməti 50000 manat) satışından əldə olunan vəsait hesabına tələb edilən borcun ödənilməsi qət edilm iş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.06.2020-ci il tarixli 2(102)-1848/2020 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-13246/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair cavabdeh ilə arasında bağlanmış 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməklə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Notariat Kontoru bu formal müqaviləni təsdiq edərkən öhdəliyin necə və nə vaxt yarandığına dair ona heç bir sual verməmişdir. Həmin vaxtı axşam müqavilə imzalanmış və kreditor ona müqavilə üzrə üzərinə düşən pul vəsaitini vermədən getmişdir. Həmçinin əmlak girova qoyularkən onun üzərində olan tikililər nəzərə alınmamış və yalnız torpaq sahəsi yazılmışdır. Notariat Kontorunda Notariusa torpaq sahəsinin üzərində əmlakın olması barədə sual versə də o, bunun ona aidiyyatı yoxdur deyib, müqavilədə onun xəbəri olmadan əmlakı 50000 manat qiymətləndirmişdir, halbuki, həmin əmlakın qiyməti qoyulandan 10 dəfə çoxdur. İpoteka müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altın da bağlanmışdır. Belə ki, onu aldadaraq qarşı tərəf demişdir ki, vergi məcəlləsi həllini tapdıqdan sonra bu müqaviləni ləğv edəcəklər. Formal olaraq rəhbərlik belə bir müqavilənin bağlanmasını tələb edir. Həmçinin, o, Hikməti ümumiyyətlə tanımamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 23 noyabr 2020-ci il tarixli 2(009)-2070/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd bağlanarkən özündə daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən öhdəliklərin ötürülməsinə dair müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı sayılır. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonr a da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Qeyd edilənlərə əsaəsn məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş kəsici müddət (1 il) keçdikdən sonra - 2 il 7 ay sonra müraciət etmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər.: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. İş materiallarından göründüyü kimi mübahisəli müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin məhkəmə aktının hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığını nəzərə alan məhkəmə qeyd etmişdir ki, həmin aktda tutmanın İddiaçı mülkiyyətində olan ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmet inin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi, onun hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Həmin məhkəmə aktı ilə sözügedən ipoteka müqaviləsinin etibarlılığı və hüquqi nəticələri tanınmışdır. Hazırki iş üzrə iddiaçı həmin işə baxılan zaman bu müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Belə olduğu təqdirdə, 16.02.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən söhbət gedə bilməz. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürüləni yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsi nə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qan unsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcə llə: Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahi səli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol maması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2669/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar