Məhkəmə qərarları › İş №2(102)-4613/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4613/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4613/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14728/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx.xx.2019-cu il tarixli, 2(001)-5876/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-14728/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabde h1 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 oğlu ilə Cavabdeh1 arasında ünvan 1ində yerləşən ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsinin Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin (etibarsız hesab edilməsi) ləğv edilməsi həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 ar asında ünvan 1ində yerləşən ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsinin Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X2 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, ünvan 1ində yerləşən üzərində ev tikintisi olan ümumi sahəsi 0.0114 ha torpaq sahəsinin Cavabdeh1 adına iddiaçı 38500 manat pulu ödəməklə almışdır. Cavabdeh orada formal mülkiyyətçi olmuş, həmin ev və həyət sahəsinin iddiaçının olmasını qabaqcadan bilmiş, iddiaçının etibarından sui-istifadə evi və iddiaçının həmin evə ödədiyi pulu qaytarmadığını üçün ona maddi ziyan vurmuşdur. Məhkəmələr mübahisə üzrə həqiqi halları müəyyən etməmiş, cavabdehin mənafeyinə uyğun qətnamə qəbul etməklə iddiaçının qorunan hüquqlarını pozmuşlar. Belə ki, hər iki instansiya məhkəməsində bu əmlakın alqı-satqısından əvvəl iştirakçı olan maklerlər, onlarla bağlanmış beh müqaviləsində 2000 manat behin iddiaçı tərəfindən verilmə faktı, evin alınması üçün satıcı ilə razılaşdırılmış 38500 manat məbləğin də iddiaçı tərəfindən ödəniləcəyi öhdəliyi yazılı göstərildiyi hal araşdırılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14728/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün ape lyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili X2 oğlu, Cavabdeh2, üçüncü şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontorunun və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı din lənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin müqavilə iştirakçıların iradə və bu iradə ifadəsinin müvafiqliyinə, habelə əqdin formasına riayət etməklə bağlanmış və bu müqavilənin etibarlığını şübhə altına alacaq hal müəyyən edilməmişdir. Sözügedən müqavilə etibarsız hesa b edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə Cavabdeh1 verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilə və bu mənada yaranmış hüquqi nəticələr aradan qaldırıla bilməz. Belə ki, işdə olan Abşeron rayonu 1 saylı notariat kontorunun 4Ə-2491 reyestr nömrəli xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış «Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə» əsasən, mülkiyyətçi X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə (satıcı) Cavabdeh1 (alıcı) arasında ünvan 1i ünvanında yerləşən 0,0114 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallar ında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli Çıxarışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ində 0,0114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx xxxxxxx 2018-ci il tarixində qeydiyyata alınmışdır. İşin birinci instansiya məhkəməsi və apelyasiya kollegiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0114 ha torpaq sahəsi notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən dəyəri ödənilməklə P.Qədimlinin adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 əldə etmiş, xüsusi mülkiyyət kimi onun adına dövlət reyestrində qeydə alınmış və hazırda xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəx slərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəd də notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Sadalanmış maddi hüquq normalarının məzmunundan göründüyü kimi, əqdin etibarlılığı aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: əqdin məzmununun qanuniliyi; əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; əqdin formasına riayət edilməsi;iradə və iradə ifadəsinin müvafiqliyi. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Həmin anlayış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində belə izah edilir: Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması zamanı da müəyyən edilir ki, cavabdehlər arasında bağlanmış və etibarlılığı mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış, həmin əqdin etibarsızlığına dəlalət edəcək hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin təmin edilməsinə əsas mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirHəmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14728/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar