Məhkəmə qərarları › İş №2(102)-4615/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4615/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4615/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3220/2023 nömrəli, 8 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbu l etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onunla birgə nikahdan doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 1000 manat olmaqla, iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)182/2023 nömrəli qət naməsinə əsasən ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin olunmuş, tərəflər arasında bağlanmış nikahın pozulması, 23 iyun 2010-cu il təvəllüdlü X3 və 12 mart 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, 17 fevral 2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Hər iki tərəf apelyasiya şikayəti verərək qətnamənin aliment tutulmasına dair hissəsini mübahisələndirmiş, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 1000 manat, 2 uşaq üçün ümumilikdə 2000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını, cavabdeh isə ondan h ər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3220/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək, 23 iyun 2010-cu il təvəllüdlü X1 və 12 mart 2015-ciil təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3220/2023 nömrəli, 2023-cü il 8 sentyabr tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

8. Cavabdeh qəraddaddan kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 112.1.3. aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mül ki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

12. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

13. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

15. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər uşağa 400 manat olmaqla, cəmi 800 manat məbləğində aliment tutulmuş, cavabdeh apelyasiya şikayəti verərkən hər uşaq üçün 220, cəmi 440 manat aliment tutulmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh kassasiya şikayətini eyni məzmunda təqdim edərək təmin olunmayan tələbini 4320 manat məbləği (800-440=360x12) faktiki mübahisələndirmişdir.

16. MPM ilə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi istisna edilmişdir. (maddə 402.1)

17. Hazırkı vəziyyətdə cavabdehin təmin edilməyən tələbinə dair hissədə iddianın qiymətinin 5000 manatdan az olması aşkardır. Göründüyü kimi, cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ olmamışdır. Belə olan halda, cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin geri qaytarılmasına dair qərardaddan da şikayət vermək hüququ mövcud deyildir.

18. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3220/2023 nömrəli, 8 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar