Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4617/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdeh2 və onun vəkili Məmmədov Araz Əli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1117/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 02 noyabr 2014-cü il tarixdə Sumqayıt avtomaşın bazarından etibarnamə ilə Laçın rayonu, 28 aprel küçəsi, ev 109-da qeydiyyatda olan Cavabdeh2 Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 62-də qeydiyyatda olan X3 adına olan **UL-*** qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomaşını satın almışdır. Avtomaşını almazdan əvvəl Cavabdeh2 ona bildirmişdir ki, avtomaşının əsl sahibi Oktay Xankişiyevdir. Ona etibarnamə verib ki, öz adına olan avtomobili satsın. O da pulu Cavabdeh2 ödəyərək öz adına etibarnamə almaqla avtomaşını əldə etmişdir. Lakin avtomaşını öz adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, minik maşınına Bakı şəhəri Nərimanov və Xətai Rayon Məhkəmələri tərəfindən qeydiyyata məhdudiy yət qoyulmuşdur. Həmin qərarların icrası qaydasında avtomaşını iddiaçıdan geri götürmüşlər. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.800 ABŞ dolları pulun, ona dəymiş 10.000 manat mənəvi zərərin və ödəmiş olduğu 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 02 noyabr 2014-cü il tarixdə Sumqayıt bazarı adlandırılan maşın bazarından etibarnamə ilə 13.800 ABŞ dolları ödəyərək Laçın rayonu, 28 aprel küçəsi, ev 109-da qeydiyyatda olan Cavabdeh2 Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 62-də qeydiyyatda olan X3 adına olan **-UL-*** qeydiyyat nişanlı “BMW X5” markalı minik maşını almışdır. Maşını almazdan əvvəl Cavabdeh2 ona bildirmişdir ki, maşının əsl sahibi Oktay Xankişiyevdir. Ona etibarnamə verib ki, öz adına olan avtomobili satsın. O da yuxarıda qeyd olunan məbləği Cavabdeh2 ödəyərək öz adına etibarnamə almaqla maşını ondan almışdır. Məqsədi onu Şəki rayonunda öz adına qeydiyyata salmaq idi. Lakin maşını öz adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, bu minik maşınına Bakı şəhəri Nərimanov və Xətai Rayon Məhkəmələri tərəfindən qeydiyyata məhdudiyyət qoyulmuşdur. Məhdudiyyətin səbəbi isə göstərilməmişdir. O, Cavabdeh2 axtarıb taparaq bunu ona bildirmişdir. O, bildirmişdir ki, maşını qaytarır, sonunc u da öz növbəsində onun pulunu ödəsin. O, isə bununla razı olmamışdır. Ona bildirmişdir ki, maşının və pulun sahibi Oktaydır, bütün mübahisələri onunla həll edə bilər. O, məcbur olub maşının sahibi Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 62-də qeydiyyatda olan Cavabdeh1 axtarıb tapmışdır. Məhdudiyyətin səbəbini ondan soruşmuş, o isə öz növbəsində maşının heç bir borcu və problemi olmadığını bildirmişdir. Sadəcə olaraq məhdudiyyəti o özü qoydurmuşdur və vaxtı çatanda da məhdudiyyəti özü götürəcək. Səbəbini də belə izah etmişdir ki, maşını barter etmişdir, həmin adamla problemi düzələndə məhdudiyyəti aradan qaldıracaqdır. O, əlavə olaraq bildirmişdir ki, etibarnamənin vaxtı bitməmiş, yenidən bir illik etbarnamə verəcəkdir. 07 aprel 2015-ci ildə Cavabdeh1 Qəbələ rayon Dövlət Notariat K ontorundan ƏN-İV N885227 nömrəli 7E-2260 reyestr nömrəli etibarnamə almışdır. Bir il tamam olmamış ona zəng edib bildirmişdir ki, maşını barter etdiyi adamla (Mustafayev Elnur) problem yaranıb və o, etibarnaməni ləğv etdirmişdir, buna görə də, maşını ona qaytarmasını bildirmişdir. O, da çıxılmaz vəziyyətdə qalmışdır, belə ki, maşını həmin adama o necə qaytara bilərdi ki, o həmin adamdan həmin maşını almamışdır, maşını başqasından almışdır. Cavabdeh1 Zaqatala Rayon PŞ-nə şikayət ərizəsi yazaraq maşını cərimə meydançasına saldırmışdır. Maşın hal-hazırda PŞnin cərimə meydançasındadır. Nəticədə Bakı şəhər sakini Oktay Xankişiyev tanışı Cavabdeh2la əlbir olub dələduzluq yolu ilə ona ziyan vurublar və ona 13.800 ABŞ dolları zərər dəymişdir. Qabaqcadan əlbir olaraq onu aldadıblar. O, müəllimlik fəaliyyəti ilə məşğul olur, illərlə topladığı vəsait hesabına Sumqayıt bazarından maşın almışdır. Bilməzdi ki, nəticədə dələduzluq fəaliyyəti ilə məşğul olan dəstə ilə rastlaşacaqdır. Cavabdeh Oktay Xankişiyevi əvvəllər tanımamışdır, onun qohumu və dostu deyil. Əgər o həmin avtomaşının pulunu ödəməsəydi avtomobili ona verə bilməzdi. Məhkəmənin gedişində Bakı şəhəri Nərimanov və Xətai Rayon Məhkəmələrindən müvafiq sənədlər tələb edilsə həmin avtomaşına nə səbəbə məhdudiyyət qoyulduğu aydın olar. 13.800 ABŞ dollar pulu ödəyib cavabdehin təqsiri üzündən adına rəsmiləşdirə bilmədiyi avtomaşın əlindən alınmışdır, işdə və kənddə nüfuzuna xələl gəlib. Ailədə və işdə xəcalət çəkir ki, niyə onu aldadıblar və ailəsinə bu qədər maddi və mənəvi zərər vurublar. Sonradan ona məlum olmuşdur ki, X11 Abba sovla əlbir olub ona qarşı dələduzluq ediblər və onu aldadıblar. Zaqatala Rayon Polis Şöbəsindən ona bildirmişlər ki, mübahisə mülki xarakterdə olduğu üçün o, məhkəməyə müraciət etməlidir. Ona görə də aidiyyəti üzrə cavabdehin yaşadığı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) 2(005)4935/2017 nömrəli iş üzrə 08 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh2 13.800 (on üç min səkkiz yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə və Cavabdeh1 münasibətdə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Onun şikayəti iddiasının cavabdeh Oktay Xankişiyevə aid hissədə təmin edilməməsi ilə bağlı olmuşdur.
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 19 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4935/2017 nömrəli iş üzrə 08 avqust 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni iddianın cavabdeh Oktay Xankişiyevə aid hissədə rədd edilməsi ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-4051/2018 saylı 12.06.2018-ci il tarixli qərarı ilə (hakimlər- A.Kalbalıyev (sərlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) Bakı Apelyasiya Məhkəməsi MK-nın 19 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. Daha sonra qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün göndərilmiş və bu dəfə Cavabdeh2 mübahisə ilə bağlı qətnamənin özünə aid hissəsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya i nstansiyası məhkəməsindəki İ icraat
13. Bakı Apelyasiya Məhkəməsi MK-nın 19 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sərlik edən və məruzəçi), M.Məmmədov və V.Sadıqov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.08.2017-ci il il tarixli, 2(005)- 4935/2017 nömrəli qətnaməsi qismən - Cavabdeh2 13.800 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv edilmiş; Həmin hissədə yeni qətnamə qəbul edilmiş; Cavabdeh2 14500 (on dörd min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 337.1, 650, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci maddələrinə istinad etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutların toplanması üçün verdiyi vəsatətləri nəzərə almamış, işin faktiki hallarını ətraflı araşdırmamışdır. O, avtomaşının mülkiyyətçisi Oktay Xankişiyevi tanımamışdır, avtomaşını 13.000 ABŞ dolları qiymətinə X1 üçün almış və bir gün sonra avtomobili eyni qiymətə X5 13500 ABŞ dollarına satmış, onu n Rusiyaya getməsi əsası ilə avtomaşını ondan elə həmin qiymətə alaraq 01.11.2014-cü il tarixdə 14500 manata X2, sonuncunun adına etibarnamə vermişdir. Məhkəmə əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etməkdə səhvə yol vermişdir. Eyni zamanda əsassız varlanmadan irəli gələn tələblərə iki illik müddət tətbiq olunur ki, məhkəmə həmin hissədə də maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddianı həmin əsasla rədd etməli olduğu halda bunu etməmişdir. 16. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh2 və onun vəkili Məmmədov Araz Əli oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermişlər.
20. İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
22. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
23. Maddə.
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
24. Maddə. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesab ına əmlak əldə etsin.
25. Maddə. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
26. Maddə. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Maddə. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
28. Maddə. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1 və 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı 02 noyabr 2014-cü il tarixdə Cavabdeh2 14.500 manat ödəməklə **-UL-*** qeydiyyat nişanlı “BMW X5” markalı minik avtomobilini satın almışdır. İlk əvvəl avtomobili müvafiq etibarnamə əsasında idarə etsə də, sonrad an iddiaçı öz mülkiyyətinə keçirmək istədikdə avtomobil üzərində müxtəlif məhkəmələr tərəfindən qoyulan məhdudiyyət olması aşkar edilmişdir. Avtomobili geri qaytarmaq istədikdə isə bu baş tutmamışdır. Məhdudiyyətin hansı qaydada qoyulması iddiaçı tərəfindən müəyyən edilməmişdir. Verilmiş etibarnamə isə bir müddətdən sonra ləğv edilmişdir. Bununla bağlı, iddiaçı pul tələbi və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
38. Cavabdeh2 iddiaçının dəlillərini qismən etiraf etməklə, mübahisəli avtomobili həqiqətən də satdığını, lakin iddiaçıya deyil, onun oğluna, özü də 13.800 ABŞ dollarına deyil, 14500 manata satdığını bildirmişdir. Cavabdeh2 həmçinin, həmin məbləği avtomobilin mülkiyyətçisinə vermədiyini, öz ehtiyacları üçün sərf etdiyini bildirmişdir. Eyni 29. zamanda, cavabdeh şikayətində də etiraf edir ki, o, həmin avtomaşını eyni qaydada bir neçə nəfərə sataraq dəyərini almışdır.
39. Cavabdeh2 avtomobili İddiaçı deyil, onun oğlu Kamran Uluxanova satdığını bildirsə də, kollegiya hesab edir ki, bu hal məhkəmə araşdırması zamanı öz təgsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Kamran Uluxanov özü də bu faktı təsdiq etməmiş, avtomobili onun atasının aldığını bildirmişdir. Bundan başqa, Cavabdeh2 avtomobilin verilməsi və bunun müqabilində pulun alınması ilə bağlı hərəkətləri alqı-satqı kimi qiymətləndirir.
40. Tərəflər öz aralarında avtomobilin alqı-satqı müqaviləsini bağladıqlarını iddia etsələr də, bu zaman mülki qanunvericiliyin imperativ xarakter daşıyan tələblərinə riayət edilmədiyindən, həmin alqı-satqı etibarlı əqd hesab edilə bilməz. Beləliklə, tərəflər arasında avtomobilin alqı-satqı müqaviləsi bağlanmadığından, Cavabdeh2 İddiaçı pul məbləği almasının hüquqi əsası və ya müqavilə olmamış və o, həmin məbləğdə əsassız varlanmışdır.
41. Məhkəmə kollegiyası kassatorun dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla, cavabdehin avtomaşını iddiaçıya yox, onun oğluna satması halı təsdiq edilmir. Hətta, bu halın mövcudluğu ən yaxşı halda iddiaçının dəyişməsi ilə nəticələnə bilər və iddiaçı ilə oğlunun hazırkı işdə mövqeyi üst-üstə düşür. Onlar pulun geri qaytarılmasını tələb edirlər. Ona görə həmin dəlil keçərli deyil və mübahisənin həllində əhəmiyyət kəsb etmir.
42. Bundan başqa, cavabdehin avtomaşının dəyərini iddiaçıdan almağa nə müqavilə və nədə hüquqi əsasları olmamışdır. O, iddiaçının adına etib arnamə verməklə səlahiyyətləri ötürmüş və bunun müqabilində avtomaşının dəyərini qarşı tərəfdən almışdır. Apelyasiya Məhkəməsi haqlı olaraq bu halı əsassız varlanma kimi dəyərləndirmişdir.
43. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (Mülki Məcəllənin Maddə. 1095-ci maddəsi). Qeyd olunan normadakı müddət kəsici müddət deyil, iddia müddətidir. Ona görə həmin müddət şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlanır. İddiaçı onun adına verilmiş etibarnamə ilə avtomaşını öz adına qeydə aldırmağa səlahiyyətli olmuşdur, lakin uzun müddət keçəndən sonra ona məlum olmuşdur ki, avtomaşının üzərində məhkəmə qərarları ilə məhdudiyyət qoyulmuşdur və həmin qərarların icrası qaydasında avtomaşın ondan geri alınmışdır. Avtomaşın iddiaçıdan geri alındıqdan sonra o, hazırkı tələbi irəli sürmüşdür. Ona görə 1095-ci maddədə nəzərdə tutulan iddia müddətinin keçməsi təsdiq olunmur.
44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
45. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1117/2021 nömrəli, 25 fevral 2021-ci qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.