Məhkəmə qərarları › İş №2(102)-4618/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4618/2019

28.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4618/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Məmmədov Emin Məmməd oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadından kassasiya şikayəti ver ərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X2 cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən A.Süleymanova, iş 2(001)-7642/18) vəsatət rədd edilmişdir. Həmin qərardaddan verilmiş şikayət Binəqədi rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər İ.Xəlilov (sə drlik edən və məruzəçi), X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-11510/2018) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Məmmədov Emin Məmməd oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instans iyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli qə rardadı ilə cavabdeh mülki işin aidiyyatı üzrə baxılması üçün onun Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair verdiyi vəsatəti rədd edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfındən verilmiş şikayət məhkəmənin 24.09.2018-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.10.2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək göstərmişdir ki, “qərardadda göstərmişdir ki, hazırki işdə məhkəmə aiddiyatı ilə bağlı mübahisə olmadığına görə, həmin vəsatət işə mahiyyəti üzrə baxılmasına mane olmaq üçün verild iyindən çıxarılacaq qərardaddan kassasiya şikayəti verilə bilməz. Halbuki, məhkəmənin müəyyən etdiyi bu hal cavabdehin qanunla ona verilmiş məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətdir. Çünki qanunvericiliyin tələblərinə görə işdə iştirak edən şəxslər aidiyyət haqqında qərardaddan şikayət vermək hüququna malikdirlər. Lakin, məhkəmə qərardaddan şikayət verilə bilməz deyə qeyd etməklə növbəti pozuntuya yol vermişdir.” Bundan əlavə kassasiya şikayətində qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin məhkəmə aidiyyəti barədə mübahisəni heç həll etməmiş, cavabdehin vəsatətini açıq-aşkar əsassız hesab etməklə düzgün qənaətə gəlməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya sı məhkəməsi qərardadında aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın predmeti alimentin tutulması barədə olduğu üçün işə ümumi məhkəmədə baxılmalıdır. Cavabdehin nəzərinə çatdırılır ki, onun bu vəsatəti açıq-aşkar əsassız olmaqla iş üzrə qərarın qəbul edilməsini əngəlləməyə hesablanmışdır. Ona görə Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən barəsində cərimə tətbiq oluna bilər. Hazırkı tələb ona qarşı aliment tələbi olduğu üçün və qadın olduğu üçün bu mərhələdə məhkəmə cərimə tətbiq olunmasından vaz keçir. 1-ci instansiya məhkəməsinin nəzərinə çatdırılır ki, cavabdehin növbəti analoji vəsatəti olarsa onun barəsində cərimə tətbiq olunması məsələsi müzakirə olunmalıdır Baxılan həmin qərardadın nəticə hissəsində qeyd olunmuşdur ki, “qərardaddan kassasiya şikayəti verilə bilər”. Kassator 15 oktyabr 2018-ci il tarixli qərardada düzəliş edilməsi ilə əlaqədar 23.10.2018-ci il tarixli qərardadla bağlı şikayətində heç nə qeyd etməmiş və həmin qərardaddan şikayət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadının ləğv ed ilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar