Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4618/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka öhdəliyinə xitam verilməsi 14.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1225/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 oktyabr 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı və "xxxx" QSC arasında 05 fevral 2008-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 20230 manat məbləğində kredit verilmişdir.
2. Həmin kreditin təminatı kimi İddiaçı ona məxsus olan xxxx mənzili 05.02.2008-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" QSC-nin xeyrinə yüklü etmişdir.
3. Bundan başqa "xxxx" MMC, İddiaçı və "xxxx" QSC arasında 17 may 2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan xxx mənzili İddiaçı məxsus olan xxxx mənzili ilə dəyişdirilmişdir. Eyni zamanda qeyd edilən müqavilə ilə "xxxx" ipoteka predmetini dəyişərək xxx mənzilinin yüklülüyünü müəyyən etmişdir. 4. "xxxx" QSC-nin 31 yanvar 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 04.02.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı 20,230 manat məbləğində kredit verilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, İddiaçı sözügedən kredit müqaviləsi üzrə 17.01.2020-ci il tarixə "xxxx" QSC qarşısında 5277,97 manat əsas, 18919,44 manat faiz borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı - cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC ilə İddiaçı arasında olan ipoteka öhdəliyinə xitam verilməsi və xxxx mənzilinin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008- ci il tarixdə "xxxx" ASC və İddiaçı arasında 24 aylıq kredit müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı məxsus xxx mənzili "xxxx" ASC qarşısında eyni tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.17 may 2013-cü il tarixdə bağlanmış müqavilə ilə ipotekadakı mənzil xxx mənzili ilə dəyişdirilmişdir. 2016-cı ilədək kredit üzrə iddiaçı ödənişlər etmiş və hesablamalarına görə borcunu bağlamışdır. Lakin bugünlərdə iddiaçıya məlum olmuşdur ki, mənzili yüklülükdən azad olunmamışdır. İddiaçı banka müaciət etmiş və bankdan ona bildirmişdirlər ki, ödənişlərdə gecikmələr olduğuna görə ödənişlər cərimə və faizlərə silindiyindən, iddiaçının borcu tam bağlanmamışdır. Cavabdehin iddiaçıdan tələb etdiyi borc qanunsuzdur.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh bank ilə kredit müqaviləsi bağlayaraq bankdan borc almış və həmin borcun təminatı qismində xxxx mənzilini ipoteka ilə yüklü etmişdir. İddiaçı cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyini bildirsə də, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirmədiyindəncavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehdən borc almış olduğu pul vəsaitinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş özünə məxsus mənzilin yüklülükdən azad edilməsinə əsas yar anmır. Bu hal isə ona dəlalət edir ki, 17.05.2013- cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 294.1, 307.6, 311.1, 385.1, 386.1, 527.1, 528, 739, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1225/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(009)- 1121/2020 saylı qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı cavabdeh qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi tam yerinə yetirdiyinə istinad etsə də, bu halı təsdiqləyən hər hansı mötəbər və mümkün sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, hər hansı tələb üzrə müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən edilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Baxılan iş üzrə Bank ipoteka ilə təmin edilmiş kredit öhdəliyi üzrə kredit borcunun qaytarılması barədə tələb irəli sürməmişdir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin e dilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
22. Girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. (maddə 294.1)
23. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. (maddə 307.6)
24. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. (maddə 311.1)
25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
26. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
27. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. (maddə 527.1)
28. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. (maddə 550)
29. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il müddət keçdikdən sonra qüvvəsini itirir. (maddə 551.1)
30. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanar kən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. (maddə 552.1)
31. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. (maddə 528)
32. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qayda sında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739) Mülki Prossesual Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1225/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.