Məhkəmə qərarları › İş №2(102)-462/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-462/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-462/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tahir oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tahir oğlu və Cavabdeh3 qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5284/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada mülkiyyətində olan “İnfiniti G 35” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin, eyni zamanda məhkəmədə hüquqlarının müdafiə olunması üçün "xxxx" MMC-yə ödədiyi 500 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarix li, 2(005)6912/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Qətnamə üzrə verilmiş icra vərəqəsi 15 noyabr 2016-cı il tarixdə Cavabdeh2 münasibətdə icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, İcra şöbəsinin 21 noyabr 2016-cı il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır.

4. Cavabdeh2 16 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 08 iyun 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verərək, ona aid hissədə ləğv edilib, iddianının həmin hissədə rədd olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2023-cü il tarixli, 2(103)-5284/2023 nömrəli qərardadı ilə Cavabdeh2 şikayəti qeyri-mümkün hesab edilmişdir.

7. Cavabdeh 2 qərardaddan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

8. Vəsatətin dəlillərinə görə, şəxsi kabinetin məlumatlarına əsasən qərardadın ona rəsmi qaydada göndərilməsi göstərilməsinə baxmayaraq həmin qərardadı almamışdır. Onun elektron məhkəmə sistemi barədə dərin bilikləri yoxdur, hər gün şəxsi kabinetə daxil olub orada olan yenilikləri izləmək imkanına malik deyil. Belə bir vəzifə də üzərinə qoyulmamışdır. Qərardad barədə 31 avqust 2023-cü il tarixdə apellyasiya məhkəməsində şikayətin nəticəsi ilə maraqlanarkən məlumat almışdır. Qərardadın şəxsi kabinetdə yerləşdirilməsi əsas gətirilərək onun rəsmi qaydada verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, qərardaddan şikayət üçün müəyyən olunmuş prosessual müddətin buraxılması onun təqsiri üzündən baş verməmişdir. Müddətin buraxılması üzürlü səbəblərlə bağlıdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) 2(103)-5284/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 Tahir oğlunun Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(103)-5284/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, müddətin bərpasından imtina edilməsi və kassasiya şikayətinin cavabdehə qaytarılması qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunla n əzərdə tutulan prosessual müddətin bərpası üçün cavabdehin ondan asılı olmayan, onun tərəfindən dəf edilməli imkanlardan kənara çıxan, ona maneə törədən və məhdudiyyət yaradan səbəbləri sübuta yetirmədiyi üçün, üzrlü hesab edilə bilməz. Buna görə də ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 128.1, 128.3, 129.1, 130.1, 130.3, 133.1, 133.2, 133.3, 405, 408.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına istinad edərək əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh2 Tahir oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5284/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadının ləğv olunması və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərardadının ərizəçiyə çatıb-çatmamasında maraqlı olmamışdır. Ərizə kassasiya şikayəti ilə birlikdə verilmiş və orada ərizəçinin həm mobil telefonunun nömrəsi, həm də elektron poçt ünvanı barədə məlumatlar vardır. Məhkəmə qərardad ın şəxsi kabinetə yerləşdirilməsi barədə ərizəçini xəbərdar etməməklə həmin normanın tələblərini pozmuşdur. Məhkəmə 266.3-cü maddəsi ilə müəyyən olunmuş müddəti pozaraq xx.xx.2023-cü il tarixdə çıxardığı qərardadı xx.xx.2023-cü ildə, yəni 21 gündən sonra şəxsi kabinetdə yerləşdirmişdir. Bu halın işin nəticəsi ilə birbaşa əlaqəsi olmasa da, prosessual müddətlərin nəinki bilgisizlik üzündən, həm də peşəkarlar tərəfindən də pozulmasının mümkünlüyünü göstərir. Hər iki halda qərardadın qəbulundan bir ay sonra şikayət verilmiş olur. Yəni, müddətin bərpası hər hansı neqativ halla müşahidə olunmur, normanın məqsədləri ilə uyğunsuzluq yaratmır. Bilgisizlik, intizamsızlıq deyildir. Həmçinin məhkəmə qərardaddan kassasiya şikayəti verilməsinin qarşısını alaraq formal əsaslarla müddətin bərpasından imt ina etmişdir. Bu qərarı çıxararkən məhkəməyə müraciət hüququnun prioritetini, mübahisələndirilən məhkəmə aktının əhəmiyyətini, ərizəçinin vəkillə təmsil olunmamasını, prosessual müddətin buraxılmasının vətəndaşın zəruri bilgilərə malik olmaması səbəbindən baş verməsini, müddətin bərpasının tərəflər və məhkəmə üçün çətinliklərə səbəb olmadığını müzakirə etməmiş və nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin g öndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir;

16. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

17. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

18. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərə findən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı

21. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab e dilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci tarixli Qərarı

22. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çə rçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir...Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdə n prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına yoxlanılmasına dair” 6 iyun 2014-cü il tarixli qərarı və qanunlarına uyğunluğunun

23. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya məhkəməsi ərizəni və kassasiya şikayətini nəzərdən keçirərək cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd etmişdir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzürlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin sadaladığı hallar yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz

28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

29. Apellyasiya instansyiası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması o halda üzürlü hesab edilə bilər ki, şikayətin vaxtında verilməməsi şəxsin iradəsindən asılı olmayan, ey ni zamanda mötəbərliyi şübhə doğurmayan sübutlarla öz təsdiqini tapmış olsun. Lakin işdə belə sübutların olması müəyyən edilmir.

30. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5284/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar