Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4625/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2445/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev, iş № 2(005)-2573/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 N saylı evin 807 saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə bir icraatda birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, 148 saylı evin 2 otaqlı 807 saylı mənzili xx xxxxxx 2008-ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən t am mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuş və xx xxxxxx 2016-cı il tarixdə həmin mənzilin İddiaçı 60.000 manata satılması barədə onlar arasında müqavilə bağlanmış, müqavilə notariat orqanında təsdiq edilmişdir. İddiaçı mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək mübahisəli mənzilin dəyərini ödəməklə notariusda təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında almasına baxmayaraq mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh1 qızı Cavabdeh2 ilə həmin mənzili tərk edib ona təhvil verməkdən boyun qaçırmalarını əsas göstərməklə Nrin həmin mənzildən çıxarılmaları və ona dəymiş mənəvi ziyana görə cavabdehlərdən onun xeyrinə 5000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş et mişdir. 2019-cu ilin iyun ayında Cavabdeh1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Bakı Şəhərinin Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və bu zaman Nin hüquq mühafizə orqanlarına yazdığı şikayət əsasında qaynı X3 həbs edilməməsi üçün Böyükkişi Quliyevin yeznəsi İddiaçıla özünə məxsus mənzilə dair alqısatqı müqaviləsini bağlamasını və bu zaman X1 40.000 ABŞ dolları məbləğində borcunu qaytardıqdan sonra mənzilini ona qaytarılacağını güman etməsini əsas göstərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə hər iki iddia tələbi üzrə olan mülki işlər bir icraatda birləşdirilmiş və yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti verərək alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinlə yib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx xxxxxx 2016-cı il tarixdə bağlanmış, müqavilə notariat orqanında təsdiq edilmiş və müqavilə bilavasitə tərəflərin iştirakı ilə bağlanmaqla onlar tərəfindən imzalanmışdır. Cavabdeh1 müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmasını iddia etsə də, onun tərəfindən məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim olunmamışdır. Əqdin etibarsızlığının əsasları Mülki Məcəllənin 337-350-ci maddələrində müəyyən olunmuşdur. Lakin Cavabdeh1 tərəfindən həmin əsaslardan hər hansı birinin mövcud olması sübuta yetirilməmişdir. Müqavilənin etibarsız hesab edilməsi barədə tələb isə Cavabdeh1 tərəfindən onun bağlandığı vaxtdan təxminən 2 il 4 ay sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Göstərilənlərlə əlaqədar alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsaslar olmadığından kassasiya kollegiyası Cavabdeh1 bu barədə olan iddiasının rədd olunmasını qanuni və əsaslı sayır. Mübahisəli mənzil İddiaçı tərəfindən notariatda bağlanmış alqı-satqı müqaviləsi əsasında və dəyəri ödənilməklə qanuni əsaslarla əldə edilmiş və onun mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və on a dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh1 mənzili satdıqdan sonra orada yaşamaqda davam etməsi və onu alıcının istifadəsinə təqdim etməkdən boyun qaçırması qanunsuz olduğundan və bununla da Mülki Məcəllənin 567-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliyi pozduğundan, kassasiya kollegiyası İddiaçı iddia tələbinin təmin olunmasını qanuni və əsaslı sayır. Göstərilənlərlə əlaqədar kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4625/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4625/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver