Məhkəmə qərarları › İş №2(103)-2445/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2445/2020

20.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2445/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi-Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənəvi zərər tələbinə dair ilk iş üzrə iddiasına, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2573/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iş üzrə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 148 saylı evin, 807 nömrəli mənzildən çıxarılmaları qət edilmişdir. İlk iş üzrə iddia tələbi qalan hissədə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, ilk iş üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənəvi zərər tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 148 saylı evin, 807 nömrəli mənzildən çıxarılması, cavabdehlərdən müştərək qaydada ödənilən dövlət rüsumunun tutulması və mənəvi zərər olaraq cavabdehlərdən müştərək qaydada 5000 (beç min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iş üzrə iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 807 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən satın almışdır, hazırda həmin mənzil onun xüsusi mülkiyyətindədir. Bu hüququna dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış da əldə etmişdir. Uzun müddətdir ki cavabdehlər həmin mənzildə yaşayaraq bir mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Dəfələrlə tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər xüsusi mülkiyyətində olan mənzildən çıxmırlar. Həmçinin, uzun illərdir ki, xəstədir və cavabdehlərin belə hərəkətlərinə görə dəfələrlə əsəbiləşmiş və müalicə almağa məcbur olmuşdur. Bununla da cavabdehlər ona mənəvi zərər də vurmuşdur ki, bunun da əvəzini iddiaçıya verməlidir. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 vəsatət təqdim edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qaldırmış olduğu alqısatqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair 2(004)-4186\2019 saylı mülki işə baxılıb hüquqi nəticə verilənə qədər icraatda olan İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənəvi zərər tələbinə dair 2(005)-2573/2019 saylı mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 2573/2019 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4186/2019 saylı nömrəli mülki işə baxılması və yekun məhkəmə aktı çıxarılanadək məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənəvi zərərin ödənilmısi tələbi”nə dair mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4186/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qaldırmış olduğu “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair 2(004)-4186\2019 saylı mülki iş aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi vəsatət təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4282/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qaldırmış olduğu “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair 2(005)- 4282/2019 saylı mülki iş ilə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənəvi zərər tələbi”nə dair 2(005)-2573/2019 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş iş üzrə iddia tələbi belə əsaslandırılmışdır ki, qaynı X1 Böyükkişi Quliyevin hüquq mühafizə orqanlarına vermiş olduğu şikayəti əsasında həbs edilmiş, cinayət işində qaynının B.Quliyevə 40000 ABŞ dolları məbləğində borcu olması qeyd olunmuşdur. O, isə Böyükkişi Quliyevin qaynı barədə hüquq mühafizə orqanlarına vermiş olduğu şikayət və tələbinin olmaması barədə ərizə verməsi qqarşılığında öz evini formal olaraq Bakı şəhəri 3 saylı X6 Qasımovun adına keçirtmişdir, yəni əslində girov qoymuşdur. Məqsəd o, olub ki, Rafiq Allahverdiyev həbsdə çıxdıqdan sonra B.Quliyevin pulunu, onun isə evini qaytarsın. Lakin sonradan B.Quliyev pulu qaytarmaqdan imtina etmiş və ondan əlavə pul istəmişdir. O. B.Quliyevə müəyyən qədər pul versə də yenə də evini qaytarmamışdır. Faktiki olaraq onların arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı ona hər hansı məbləğdə pul ödəməmişdir. Alqı-satqının formallığı həm də ondan aydın olur ki, İddiaçı B.Quliyevin bacısının əridir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Fətəliyev X3 rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, onunla İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibpaosız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1 və səlahiyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin xx.xx.2019- cu il tarixli arayışına və Yasamal RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ilkin iddia üzrə İddiaçı xx.xx.1973-cü ildə Şuşa rayonu Quşçular kəndində anadan olmuş və Şuşa rayonu Quşçular kəndində qeydiyyatdadır. İş materiallarında olan Nərimanov tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 xx.xx.1954-cü ildə Ağdam şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair reyestrindən mülkiyyətçilər haqqında məlumat barədə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, mənzil 807 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 651 nömrəli reyestr kitabının 59703 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, mənzil 807 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 651 nömrəli reyestr kitabının 59703 nömrəli vərəqində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, 807 saylı mənzilin Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli “xxxx” ASC-nin Nərimanov Filialına məxsus xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı oğlu ev alqı-satqısı müqaviləsi üzrə (B\63 saylı xx.xx.2016 tarixli məktuba əsasə) 60.000.00 (altımış min) manat və 120 (bir yüz iyirmi) manat ödəniş etmişdir. İş materiallarında olan 3 saylı notariat kontorunun məhkəmə sorğusuna cavab olaraq göndərilmiş alqı-satqı müqaviıləsinin rəsmiləşdirilməsinə dair sənədlərdən görünür ki, ilkin iddia üzrə digər Cavabdeh2 xx.xx.2016-cı il tarixdə 21 21 saylı notariat kontoruna rəsmi ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, 807 saylı mənzilin satılmasına razılıq verərək müqavilədə göstərilən müddət ərzində oradan çıxmağa razılıq vermişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli “xxxx” ASC-nin Nərimanov Filialına məxsus xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli notariat hərəkətləri ilə əlaqədar olaraq 120,00 ( yüz iyirmi) manat ödəniş etmişdir. İş materiallarında olan xx xxxxxx 2016cı il tarixli “xxxx” ASC-nin Nərimanov Filialına məxsus xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 forma 1 rüsum ödənişi üçün 20 (iyirmi) manat, 10 (on) manat və 3 (üç) manat manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Bakı şəhəri 3 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, heç kimlə rəsmi nikahının olmadığını və gələcəkdə yaşayış sahəsi ilə əlaqədar mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürdüyünü bildirir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 3 saylı Notariat Kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 3 807 saylı ünvanında yerləşən mənzilin satılmasına razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notariat təstiqlənmiş surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixində 232 nömrəli akt qeydi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixdə “xxxx” ASC-nin Nərimanov Filialına ünvanlanmış məktubun notariat təsdiqlənmiş surətindən görünür ki, İddiaçı notariat qaydasında təstiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 60000 (altımış min) manatı Cavabdeh1 verilməsi üçün bankın depozit hesabına ödəmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ünvan 3 807 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən satın almışdır, hazırda həmin mənzil onun xüsusi mülkiyyətindədir. Bu hüququna dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış da əldə etmişdir. Uzun müddətdir ki cavabdehlər həmin mənzildə yaşayaraq bir mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. İşə baxan birinci instarsiya məhkəməsi haqlı olaraq ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənəvi zərər tələbi”nə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizələsi ilə əlaqədar olaraq hər iki iddia tələbinə birlikdə hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur., hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin pasport qeydiyyatında alınması öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşin hallaından görünür ki, xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsi”nin əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, 807 saylı mənzilin Cavabdeh1 tərəfindən İddiaçı satılmış, həmin tarixdə “xxxx” ASC-nin Nərimanov Filialına məxsus xəzinəsinə İddiaçı oğlu ev alqı-satqısı müqaviləsi üzrə ( B\63 saylı xx.xx.2016 tarixli məktuba əsasən) 60.000.00 (altımış min) manat ödəniş etmişdir. Həmin alqı-satqı müqaviləsinin notariat kontorunda rəsmiləşdirilməsi zamanı ilkin iddia üzrə digər Cavabdeh2 xx.xx.2016-cı il tarixdə 21 21 saylı notariat kontoruna rəsmi ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən ev 148, 807 saylı mənzilin satılmasına razılıq verərək müqavilədə göstərilən müddət ərzində oradan çıxmağa razılıq vermişdir. İlk iddia üzrə iddiaçı mənəvi zərər hissəsində əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Birləşdirilmiş iddia üzrə iddiaçı tərəfindən qeyd edilən müqavilələrin ləğvinə əsas ola biləcək iddia ərizəsində qeyd etdiyi kimi qaynı X1 Böyükkişi Quliyevin hüquq mühafizə orqanlarına vermiş olduğu şikayəti əsasında həbs edilməsi, cinayət işində qaynının B.Quliyevə 40000 ABŞ dolları məbləğində borcu olmasını qeyd etməsi və onun Böyükkişi Quliyevin qaynı barədə hüquq mühafizə orqanlarına vermiş olduğu şikayət və tələbinin olmaması barədə ərizə verməsi qarşılığında öz evini formal olaraq girov qoyması, alqı-satqı müqaviləsi bağlamamasını iddia etməsilə bağlı əsaslandırıcı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi qanuni olaraq alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması qaydalaraına uyğun hesab edildiyindən cavabdehlərin həmin mənzildən çıxarılmaları hissəsində ilk iş üzrə iddia həmin hissədə təmin etməklə işə baxan birinci instanisiya məhkəməsi duzgun nəticəyə gəlmişdir, mənəvi zərərlə bağlı hissədə isə inandırıcı və əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia haqlı olaraq rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Birləşdirilmiş iş üzrə iddiaya münasibətdə məhkəmə hesab edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan əsaslara uyğun olaraq rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların alqı-satqı müqaviləsinin qanuni rəsmiləşdirlməsi halını ehtiva edən hüquq münasibətlərinin mövcudluğunu da digər hallarla birlikdə nəzərə alır. Eyni zamanda birləşdirilmiş iş üzrə iddiada müqavilənin etibarsızlığını Cavabdeh1 alqı-satqı müqaviləsi üzrə pul almadığını və onun mübahisəli evi satmaqla bağlı müqavilə bağlaması deyil, başqa girov müqaviləsi bağlamaq istəməsilə bağlı iddia etdiyi hallarla bağlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar