Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4626/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlunun iştirakı ilə, İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)589/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rаyоn Məhkəməsinin (E.Ə.Mehdiyev) 2(006) 5971/2018 nömrəli, 24 okty abr 2018-ci il tarixli qətnаməsi ilə İddiaçı cavabdeh (Abdulova) Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(103)8237/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği azaldılaraq İddiaçı 21 fevral 2008-ci il təvəllüdlü X1 və 25 yanvar 2012-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) 2(103)-589/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in 24 oktyabr 2018-ci il tarixli 2(006)5971/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi, apelyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş 15 manat pul İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 fevral 2008-ci il təvəllüdlü X3 və 25 yanvar 2012-ci il təvəllüdlü Süleyman Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin məbləği onun gəlirlərinin müntəzəm olmadığı və işsiz olduğu nəzərə alınaraq hər ay hər bir uşaq üçün 154 manat olmaqla cəmi 308 manata qədər azaldılaraq Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-589/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək hazırda işləmədiyindən və gəlirlərinin müntəzəm olmadığını nəzərə alaraq 21 fevral 2008-ci il təvəllüdlü X3 və 25 yanvar 2012-ci il təvəllüdlü Süleyman Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq bir üçün sabit pul məbləğində 250 manat, cəmi 500 manat sabit pul məbləğin in azaldılaraq qanunvericilikdə nəzərdə tutulan qaydada hər bir uşaq üçün 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə yeni qərar qəbul edilməsini və yaxud Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-589/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsini ləğv edərək mülki işin obyektiv və ədalətli baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegi yasının iclasında iştirak edən İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-589/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Res publikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin fakt ik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(103)8237/2017 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı 21 fevral 2008-ci il təvəllüdlü X1 və 25 yanvar 2012-ci il təvəllüdlü Süleyman Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24 avqust 2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2018ci il tarixli 2(102)-1307/18 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli, 2(103)-8237/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik ol muşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin qeyd olunan maddələrinin məzmunundan göründüyü kimi, sabit pul məbləğində alimentin miqdarı müəyyən edilərkən uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalı, alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərkən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması sübuta yetirilməlidir. İşdən görünür ki, İddiaçı istər alimentin miqdarının hər uşaq üçün 250 manat miqdarında müəyyən edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi qəbul olunarkən, istərs ə də həmin qətnamənin qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2018-ci il tarixli qərarı çıxarılarkən işaxtaran vətəndaş kimi qeydiyyatda olmuş, qeyd olunan məhkəmə aktları qəbul olunduğu dövrdən ötən müddət ərzində onun ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin M K-nın 2(103)-589/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlununkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-589/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4626/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4626/2019
05.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver