Məhkəmə qərarları › İş №2(102)-4637/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4637/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4637/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4637/21 (Açar sözlər: ipotekaya xitam verilməsi) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5070/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv pr osesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan E nömrəli mənzilinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müvafiq arayışın verilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalan ması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş E nömrəli mənzilinin ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Cavabdeh2" ilə X6 arasında 21 noyabr 2003-cü il tarixdə 05 və 05a saylı kredit müqavilələri bağlanmışdır. Sözügedən kredit müqavilələrinin təminatı olaraq eyni tarixdə İddiaçı mülkiyyətində olan E nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 21 noyabr 2004-cü il tarixdə başa çatmışdır. İddiaçı qeyd edilən mənzilin alqı-satqısını həyata keçirmək istəyən zaman məlum olmuşdur ki, hazırkı vaxtadək mülkiyyətində olan mənzil ipoteka yüklülüyündən azad edilməmişdir. Cavabdeh bankın ləğvedicisinə müraciət olunaraq, hazırda mübahisəsi gedən mənzilin ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur. Cavabdeh bankın ləğvedicisi tərəfindən 24 yanvar 2018-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, “Cavabdeh2” 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 31 yanvar 2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə məcburi ləğv edilmiş və məhkəmənin 17 mart 2016-ci il tarixli, 179/5-32 saylı qərardadı ilə “RR & X7 Konsaltinq” MMC ləğvedici qismində təyin olunmuşdur. Bakı Apellya siya Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2-1(103)-1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Cavabdeh2”na ləğvedici təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu əvvəlki ləğvedici ilə təhvil-təslim işlərinin aparılması zamanı banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Lakin ləğvedicinin dəyişməsindən 7 aydan artıq bir müddət keçmişdir və bugünə qədər təhvil-təslim prosesinin aparılması üçün ki fayət qədər zaman mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu və ya digər səbəblərdən təhvil-təslim prosesinin aparılmaması mülkiyyətində olan mənzilin üzərində sərəncam vermə hüququnun pozulması ilə nəticələnmişdir. İpoteka müqaviləsi sərbəst bağlanan müqavilə deyil. Əsas öhdəliyin (kredit müqaviləsinin) təminatı məqsədi ilə bağlanır və əsas öhdəliyə xitam verildiyi zaman isə qeyd şərtsiz ipotekaya da xitam verilir. Göründüyü kimi, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. Qeyd olunan kredit müqavilələri üzrə ödənişlər tam şəkildə həyata keçirilm iş və həmin kredit müqavilələri üzrə heç bir borc öhdəliyi yoxdur. Məhz bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyun 2018-ci il tarixli 2(006)-2558/2018 nömrəli qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının “Cavabdeh2” ilə X6 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələri üzrə kredit borcunun ödənilməsi barədə iddiasını təkzib edən hər hansı sübutlar təqdim edilməməsi nəzərə alınaraq iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 16.1, 152.1, 294.1, 425.1, 425.2, 527.1, 527.3, 528-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 10.1, 48.1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 10.12.2018-ci il tarixli, 2(103)-12499/2018 saylı qətnaməsi ilə ape lyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi “Cavabdeh2” ilə X6 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 saylı kredit müqaviləsinə əsasən “Cavabdeh2” tərəfindən X3 01 il müddətinə, illik 10 faiz dərəcəsi olmaqla, 100000 manat (AZM) məbləğində kredit vəsaiti verilmişdir. “Cavabdeh2” ilə X6 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05a saylı kredit müqaviləsinə görə “Cavabdeh2” tərəfindən X3 01 il müddətinə, illik 10 faiz dərəcəsi olmaqla, ********* m anat (AZM) məbləğində kredit vəsaiti verilmişdir. “Cavabdeh2” ilə X6 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 saylı ipoteka müqaviləsinə əsasən qeyd edilən ipoteka müqaviləsi “Cavabdeh2” ilə X6 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanmış və E nömrəli mənzili “Cavabdeh2” qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 07 may 1996-cı il tarixli, MH № 013975 seriya nömrəli Qeydiyyat vəsiqəsinə görə E nömrəli mənzili İddiaçı adına mülkiyyət hüququ ilə 07 may 1996-cı il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. İddiaçı həmin kredit öhdəliyi icra olunduğu üçün mənzilin ipoteka yüklülüyündən azad edilməsi üçün "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və Fond həmin müraciətə 24 yanvar 2018-ci il tarixli, **********082 saylı cavab məktubunda bildirmişdir ki, “Cavabdeh2” 1 saylı Bakı Yerli iqtisad məhkəməsinin 31 yanvar 2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə məcburi ləğv edilmiş və məhkəmənin 17 mart 2016-cı il tarixli, 179/5-32 saylı qərardadı ilə “RR & X7 Konsaltinq” MMC ləğvedici qismində təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2-1(103)- 1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Cavabdeh2”na ləğvedici təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu əvvəlki ləğvedici ilə təhvil-təslim işlərinin aparılması zama nı banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 06 iyun 2018-ci il tarixli, **********45 nömrəli məktubuna görə İddiaçı məxsus E saylı mənzili "xxxx" KB-nın 26 noyabr 2003-cü il tarixli müraciəti əsasında ipoteka ilə yüklü edilmiş və hal-hazırda yüklüdür. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin hərtərəfli və ətraflı araşdırılaraq maddi hüquq normalarının pozulması hallarının aradan qaldırılması əsası ilə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aslan Kalbalıyev sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 03.05.2019-cu il tarixli, 2(102)3119/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, B akı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 10.12.2018-ci il tarixli, 2(103)-12499/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 29.1, Mülki Məcəlləsinin 6.2, 16.1, 152.1, 294.1, 294.1.1, 425.1, 425.2, 527.1, 527.2, 528, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 10.1, 48.1.2-ci maddələrinə istinad etməklə və məhkəmə kollegiyasının iclasında iştirak edən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh2 əvvəlki ləğvedicisi tərəfindən bir çox, o cümlədən, İddiaçı qeyd edilən kredit və ipoteka öhdəliyi üzrə sənədlərin Əmanətlərin Sığo rtalanması Fonduna təhvil verilmədiyindən hazırda həmin kredit öhdəliyinin icra olunub-olunmadığı haqqında heç bir məlumat verə bilməməsinə dair izahatına istinad etməklə kifayətlənmiş, iddianın hansı hüquqi əsaslarla və hansı mötəbər sübutlar əsasında təmin edilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit öhdəliyinin tam icra olunması barədə iddiaçının izahatı ilə kifayətlənməməli, “Cavabdeh2” ilə 21 noyabr 2003cü il tarixli, 05 və 05a saylı kredit müqavilələri bağlamış X2 məhkəmə iclasında dindirilməsinin zəruriliyini müzakirə etməli idi. Belə ki, yalnız X6 tərəfindən kredit öhdəliyinin tam icra olunmasına dair sübut növü təqdim edildiyi halda iddiaçının mülkiyyətində olan mənzillərin ipoteka yüklülüyündən azad olunması tələbinə düzgün hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kolle giyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İlham Kərimli, Abiddin Hüseynov) 11.09.2019-cu il tarixli, 2(103)-9364/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2558/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri Bankla bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin tam icra olunmasına və hər hansı borcun Banka qalmamasına istinad edərək həmin kreditin təminatı olaraq iddiaçı ilə bağlanmış ipoteka müqaviləsinə xitam verilməli olmasına istinad etmişlər. Bu barədə məhkəmə kolle giyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsindən də görünür ki, onun hazırki iş üzrə irəli sürdüyü iddia tələbinin qanuni əsası həm də Mülki Məcəllənin 551.1-ci maddəsinə söykənir. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən bu əsasa deyil, iddiaçının ipoteka hüququ ilə yüklü edilmiş əmlakının təminat verdiyi kredit öhdəliyinin Bank qarşısında icra olunmasına istinad etmişdir. Bu zaman ipoteka ilə təminat verilmiş kredit müqavilələrinin bağlanma tarixi və həmin müqavilələrin qüvvədə olma müddətinin 21.11.2004-cü il tarixdə başa çatmasına, Bank tərəfindən həmin kredit müqavilələri üzrə hər hansı pul tələbinin borcludan tələb olunması ilə bağlı məhkəmə qaydasında iddia qaldırılıb-qaldırılmamasına və nəticədə kredit mü qavilələrinin müddətinin başa çatmasından 13 il keçdiyinə görə öhdəliyə xitam verilməli olmasına məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Apelyasiya baxışı zamanı müəyyən olundu ki, Bank ilə P arasında bağlanmış hər iki kredit müqaviləsinin bağlanma tarixi 21.11.2003-cü il tarix olmaqla, həmin kredit müqavilələrinin müddəti 21.11,2004-cü il tarixdə başa çatmış, Bank tərəfindən həmin kredit müqavilələri üzrə hər hansı pul tələbinin borclu Pdən tələb olunması ilə bağlı məhkəmə qaydasında iddia qaldırılmamış, belə ki, bu halı təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Nəticədə, 21.11.2003-cü il tarixli kredit müqavilələrinin müddətinin başa çatmasından 13 il keçmişdir ki, bu da Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməs i üçün əsas yaradır. Belə ki, “öhdəliklərin xitamı üçün müddətlər” adlanan Mülki Məcəllənin 551.1-ci maddəsində göstərilmişdi ki, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə ipoteka hüququ ilə təminat verilmiş kredit müqavilələrinin müddəti 21.11.2004-cü il tarixdə başa çatdığından ipotekaya qoyan iddiaçı həmin tarixdən 10 il tələbetmə müddətinin keçməsinə (13 il keçmişdir) istinad edərək onunla bağlanmış ipoteka müqaviləsinə, yəni əsas tələbdən asılı olan əlavə öhdəliyin icrasına müddətin keçməsi əsası ilə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, apely asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin hərtərəfli və ətraflı araşdırılaraq maddi hüquq normalarının pozulması hallarının aradan qaldırılması əsası ilə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyev sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, İlqar Xələfov) 12.02.2020-ci il tarixli, 2(102)572/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 11.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiy ası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki məhkəmə icraatında sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti yazılı sübut kimi qəbul edilir. Kserosurəti təqdim edilmiş sənədlərin sübut kimi qiymətləndirilməsinə gəldikdə isə, həmin sənədin əsli tələb edilməklə həqiqiliyi müəyyən edilməlidir. İddiaçının istinad etdiyi halları təsdiq edən sənədlərin, yəni kredit və ipoteka müqavilələrinin, o cümlədən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə qəbz və ya arayışın əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri iş materiallarında yoxdur. İddiaçı tərəfindən 21 noyabr 2003cü il tarixdə 05 və 05a saylı kredit müqavilələrinin və eyni tarixli ipoteka müqaviləsinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Apelyasiya məhkəməsi qeyd edilən hala ümumiyyə tlə hüquqi qiymət verməməklə, həmin sənədləri yazılı sübut kimi qiymətləndirmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, qeyd edilən müqavilələrin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri yazılı sübut kimi qiymətləndirilə bilərdi. Digər tərəfdən, cavabdeh tərəf iddiaya etiraz edərək göstərmişdir ki, əvvəlki ləğvedici ilə təhviltəslim aparılan zaman əvvəlki ləğvedici hazırki ləğvediciyə banka aid uçot sənədlərini, o cümlədən kredit və sair sənədləri təhvil verməmişdir. Hazırki ləğvedici, yəni cavabdeh bununla bağlı müvafiq orqanlara müraciət etmiş və cinayət işi açılmışdır. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin iş üzrə əhəmiyyət kəsb edən dəlilinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelya siya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 23.10.2020-ci il tarixli, 2(103)5070/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2558/2018 saylı, 28 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə formal cəhətdən düzgün olsa da, maddi hüququ normaların tətbiqi baxımından səhv olmuşdur. Çünki Rayon Məhkəməsi sübutetmə vəzifəsini cavabdeh Fonda aid etmişdir ki, bu yanaşma düzgün hesab edilə bilməz. Bu mövqeyini Məhkəmə onunla əsaslandırır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hazırki iş üzrə iddiaçı sübut etməlidir ki, İ.Hacıyev onunla Bank arasında bağlanmış 21.11.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edərək Banka olan borcunu ödəmişdir. Lakin o, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Qeyd edilən halın araşdırılması ilə bağlı olaraq məhkəmə X4 şahid qismində dəvət edərək onun ifadəsini almış (Ali Məhkəmənin göstərişinə əsasən), lakin İ.Hacıyev göstərmişdir ki, o, qeyd edilən “Kredit müqavil ələri” üzrə borclarını Bank ləğv edilənə qədər Banka ödəmiş, lakin bunun üstündən uzun müddət keçdiyi üçün o, “Ödəniş qəbzlərini” qoruyub saxlamamışdır. Göründüyü kimi, İ.Hacıyevin Bank qarşısında üzərinə götürdüyü öhdəlikərin bir mənalı olaraq icra edilməsini müəyyən etmək olmur. Lakin Məhkəmə hesab edir ki, həmin öhdəliklərin icra edilib edilməməsində asılı olmayaraq İddiaçı iddiası təmin edilməli, iddiaçıya məxsus mənzilin ipoteka ilə yüklülünə Rayon Məhkəməsinin istinad etdiyi hal və maddi hüququ normaları əsasında deyil, başqa əsasla və maddi hüquq normasının tətbiqi ilə xitam verilməli, mənzil ipoteka yüklülüyündən azad olunmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İ.Hacıyev ilə Bank arasında bağlanmış 21.11.2003-cü il tarixli, 05 və 05 “a” saylı “Kredit müqavilələri” 1 il müd dətinə bağlanmış və müqavilələrin müddəti 21.11.2004-cü il tarixdə bitmişdir. Ötən müddət ərzində Bank kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etməmiş, hər hansı kredit məbləğini mübahisələndirməmişdir. İşə baxmış Rayon Məhkəməsi “Kredit müqaviləsi” üzrə öhdəliyin tam icra olunmasına və Banka hər hansı borcun qalmamasına istinad edərək həmin kreditin təminatı olaraq iddiaçı ilə bağlanmış “İpoteka müqaviləsinə” xitam verilməli olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində tələbin qanuni əsası həm də Mülki Məcəllənin 551.1ci maddəsinə söykənir. Lakin iddianı təmin etmiş Rayon Məhkəməsi bu əsasa istinad etməmişdir. Belə olan halda, “Kredit müqavilələrinin” bağlanma tarixi və qüvvədə olma müddətinin 21.11.2004cü il tarixdə başa çatmasına, Bank tərəfindən həm in müqavilə üzrə borcun tutulması tələbi barədə iddia qaldırılıb-qaldırılmamasına və nəticədə “Kredit müqavilələrinin” müddətinin başa çatmasından (iddia ərizəsinin Rayon Məhkəməsinə verilmə tarixi nəzərə alınmaqla) 13 il keçdiyinə görə müqaviləyə xitam verilməli olmasına Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Göstərilən hallar Məhkəmə tərəfindən müəyyən edilmiş, Bank tərəfindən kredit borcunun iddiaçıdan məhkəmə qaydasında tələb edilməsi barədə hər hansı sübut təqdim olunmamış, nəticədə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməsi üçün əsas yaranmışdır. Belə ki, “Öhdəliklərin xitamı üçün müddətlər” adlanan Mülki Məcəllənin 551.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka hüququ ilə təminat verilmiş “Kredit müqavilələrinin” müddəti 21.11.2004-cü il tarixdə başa çatdığından həmin tarixdən 10 il tələbetmə müddətinin keçməsinə istinad edən iddiaçı mənzilin ipoteka ilə yüklüyünə xitam verilməsini və mənzilin ipoteka yüklülüyündən azad edilməsini tələb etməkdə haqlı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması və ya mülki işin yenidən baxılması, borc məbl əğinin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, iddiaçı kredit borcunun tam bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı tərəfdən mübahisənin məhkəmədənkənar həlli yolu kimi pretenziya qaydalarına riayət edilməmiş, bununla bağlı ləğvediciyə və cavabdeh banka heç bir müraciət göndərilməmişdir. 1 saylı Bakı iqtisad Məhkəməsinin 31.01,2005-ci il tarixli qətnaməsi ilə Bank məcburi ləğv edilmiş, həmin məhkəmənin 17.03.2016-cı il tarixli qərardadı il ə “RR X7 Konsaltinq” MMC həmin banka ləğvedici təyin edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 17.08.2017-ci il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu həmin cavabdeh banka ləğvedici təyin edilmişdir. Fond əvvəlki ləğvedici ilə təhvil-təslim işlərinin aparılması zamanı Banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar edildiyinə görə məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edilmiş, bu barədə həm birinci, həm apellyasiya instansiyasında işə baxılan zaman məhkəməyə bildirilsə də məhkəmələr tərəfindən bu hissədə məsələyə münasibət bildirilməmiş, müvafiq sənədlərlə bağlı araşdırma aparılmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən kredit müqavilələri üzrə İ.Hacıyevin bank qa rşısında üzərinə götürdüyü öhdəliklərin icra olunduğunu, borcun bağlandığını bildirsə də, həmçinin iddianın sübutu kimi əsaslandığı hallara dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də buna dair heç bir ödəniş sənədi və ya digər əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən Mülki Məcəllənin 551.1-ci maddəsinə-on illik adi müddətin keçməsinə əsaslanaraq müqaviləyə xitam verilməsini əsaslı hesab etmiş, lakin, hüquqi qiymət verilməyən, təhvil-təslimi tamamlanmayan sənədlərin arasında növbəti illərdə ödənişlərin olub-olmaması, iddiaçının ödənildiyini iddia etdiyi kredit məbləğinin hansı tarixdə ödənildiyi dəqiq araşdırılmamış, bu səbəbdən də iddia müddəti, müddət kəsiyi, müddət axımı ilə bağlı məsələ sübut edil məmiş qalmışdır. Kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. AR MM-nin 432.4-cü maddəsinin tələbinə görə «Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır». Həmin pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyən etməli olduğu halda məhkəmə tərəfindən lazımi araşdırılması aparılmamışdır. Bununla da qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştira kçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

550. Tələblərə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi m üddət) keçdikdən sonra qüvvəsini itirir. Maddə

552. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə

554. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır (maddə 554.1.). Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (maddə 554.3.). Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər (maddə 554.4.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən mə hkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, hazırki iş üzrə ipoteka hüququ ilə təminat verilmiş “Kredit müqavilələrinin” müddəti 21. 11.2004-cü il tarixdə başa çatdmış, həmin tarixdən 10 il tələbetmə müddəti keçmişdir. Ona görə də göstərilən əsasla apelyasiya kollegiyası iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Borc məbləğinin ödənilməsi ilə bağlı sübut təqdim edilməməsinə dair dəlil üzrə isə qeyd edilməlidir ki, işə sonuncu dəfə apelyasiya kollegiyası tərəfindən baxılarkən bu halın araşdırılması məqsədilə əsas borclu P məhkəmə iclasında dindirilmiş, lakin uzun müddət keçməsi əsası ilə o, ödəniş qəbzlərini saxlamadığını bildirmiş, buna baxmayaraq, apelyasiya kollegiyası qeyd edilən əsas üzrə deyil, yuxarıda qeyd edildiyi kimi öhdəlik üzrə 10 illik tələbetmə müddətini ötürülməsi əsası ilə iddianı təmin etmiş, bu zaman hər hansı maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlillər i apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissə üzrə ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5070/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar