Məhkəmə qərarları › İş №2(102)-4637/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4637/2022

13.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4637/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilələrin ləğv edilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X1, Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2353/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK (bundan sonra - iddiaçı və ya MTK) onun üzvlərinin ümumi yığıncağının qərarı ilə yaradılmışdır və X2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 58 saylı mənzilin (bundan sonra – Mənzil) payçısı hesab edilmişdir.

2. Cavabdeh4 X2 öldükdən sonra sonuncunun vəsiyyət üzrə vərəsəsi kimi tanınması barədə iddia ərizəsi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət et miş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-9881/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı ilə Mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX) həvalə edilməsi qərara alınmış və qətnamə icra edilərək Mənzilə Cavabdeh4 adına çıxarış verilmişdir.

4. Bakı Apellyasiya məhkəməsinin 10 aprel 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-9881/2016 saylı, 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 5. 01 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 11 sentyabr 2016-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)4498/2017 saylı, 01 avqust 2017-ci il tarixli qərarı ləğv edilərək, X4 və X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və iş üzrə icraat təzələnmişdir. 6. 01 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-39/2019 saylı, 23 may 2019cu il tarixli qərardadı ilə ərizə (bax: §2) mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4442/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə Mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatının ləğv edərək həmin mənzilin MTK-nın adına qeydə alınması vəzifəsinin DƏDRX-nin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmamışdır.

8. MTK ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatının ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş və qərardad 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, Mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatı ləğv edilmişdir.

9. Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh1ovun adına 12 oktyabr 2017ci il tarixli çıxarış verilmişdir.

10. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında sonuncunun adına qeydiyyatdan keçmiş və Cavabdeh3 adına çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə iddia ərizəsi verərək, Mənzilinə dair Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh1ovun adına verilmiş 12 oktyabr 2017-ci il tarixli çıxarış ləğv edilməsi, Mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi və Mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Mənzilin Cavabdeh4 adına qeydə alınmasına əsas olmuş hal aradan qalxmı şdır. Buna görə də Mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyat ləğv edildiyindən həmin mənzilin alğı-satqısına dair müqavilələr və çıxarışlar da ləğv edilməlidir.

13. Məhkəmə iclasında izahat verən Cavabdeh3 nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı qəbul etməmiş, Mənzilin Cavabdeh1 qanuni əsaslarla alındığını və müqavilənin ləğvi üçün heç bir əsas olmadığını, buna görə də iddiaçının tələbinin əsassız və qanunsuz olduğunu bildirmişdir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 digər Cavabdeh1 Mənzili notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında alan zaman mənzili mülkiyyət hüququ olan şəxsdən əldə edilmiş (həmin vaxtı Cavabdeh1 adına olan çıxarış hüquqi qüvvəsini itirməmişdir), qanuna uyğun olaraq müvafiq arayışlar alınmış (forma 1, 2), mənzil boş olmuş, üzərinə həbs qoyulmamış və sair formada yüklü edilməmişdir.

15. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 30 noyabr 2021-ci il tarixli, 2(006)-6309/2021 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MTK hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı qeyd olunan müqavilələr üzrə tərəf deyildir, həmçinin digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu hər hansı hal sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilən hallara (bax: §14) əsasən Cavabdeh3 Mənzillə bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi, odur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir al ıcıda əqdin legitimsizliyi ilə bağlı hər hansı şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Gələcəkdə əqdin bağlanması anında ona mane olan halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.5, 157.7, 324.1, 324.2, 324.4 və 421.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mənzilə da ir Cavabdeh4 adına aparılmış qeydiyyatın ləğv edilibedilməməsi araşdırılmamışdır. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 21 aprel 2022-ci il tarixli, 2(103)-2353/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə etmişdir ki, iddiaçıya mübahisəli müqavilələrin etibarsızlığı ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

22. Apellyasi ya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.5, 157.7, 324.1, 324.2, 324.4 və 421.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası milli qanunvericilik aktlarını və beynəlxalq hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu isə maddi hüquq normasının pozuntusu sayıldığından qətnamə l əğv edilərək, yeni qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə

13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşı nmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin m əzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın q aytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

30. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

34. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlana rkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş dir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2353/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar