Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4646/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadından X3ün və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2(004)50/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, “Cavabdeh» QSC ilə İddiaçı ilə arasında bağlanmış 11,12.2009-cu il tarixli 15L********* saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər İddiaçı və «xxxx» Firması MMC-dən müştərək qaydada Cavabdeh-nin xeyrinə, 15R********* saylı kredit razılaşması üzrə 82693,38 ABŞ Dolları məbləğində əsas borc, 36039,88 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119233,26 ABŞ Dolları borc, 15R********* saylı kredit razılaşması üzrə 70445,68 ABŞ Dolları məbləğində kredit borcu, 31918,02 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 102863,7 ABŞ Dolları borc, 15R* ******** saylı kredit razılaşması üzrə 57418,00 ABŞ Dolları məbləğində kredit borcu, 26421,21 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84339,21 ABŞ Dolları borc, 15R********* saylı kredit razılaşması üzrə 26311,42 ABŞ Dolları məbləğində kredit borcu, 11314,02 ABŞ Dolları məbləğində faiz borcu və 500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38125,44 ABŞ Dolları borc olmaqla, ümumilikdə hər dörd kredit razılaşması üzrə cəmi 344561,61 (üç yüz qırx dörd min beş yüz altmış bir dollar, 61 sent) məbləğində borc pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi bar ədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilməklə), İddiaçı məxsusünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Y.D.M-yə (ilkin satış qiyməti 230000 manat dəyərində qiymətləndirilməklə) və X1 məxsus ünvan 2 ünvanda yerləşən mənzilə (ilkin satış qiyməti 140000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh-yə olan borcun ödənilməsi, artıq qalan məbləğ mülki yyətçilərə qaytarılması, ipoteka predtmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ ümumi qaydada cavabdehlər İddiaçı və «xxxx» Firması MMC-dən müştərək şəkildə tutulması, Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış 18.03.2011-ci il tarixli 15S********* saylı zaminlik müqaviləsinə, cavabdeh X5 arasında bağlanmış 07.09.2011 -ci il tarixli 15S******* saylı zaminlik müqaviləsinə, cavabdeh X4 arasında bağlanmış 17.10.2012-ci il tarixli 15S******* saylı zaminlik müqaviləsinə, cavabdeh X3 arasında bağlanmış 18.03.2010-cu il tarixli 15S000001611 zaminlik müqaviləsinə, cavabdeh X3 arasında bağlanmış 11.12.2009-cu il tarixli 15S******* zaminlik müqaviləsinə xitam verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ba kı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn, İş № 2(103)821/2019) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı mülki iş üzrə qəbul etdiyi 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X3 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı X3 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsasla ndırmışlar ki, prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nin 27 mart 2019-cu il tarixli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H ÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh X3 qarşılıqlı iddia üzrə cavabdeh və Mülki Prosessual Məcəllənin 357.1 -ci maddəsi baxımından iş üzrə qəbul olunmuş qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs hesab edilsə də, onun tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilə bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi ilə ona qarşı irəli sürülmüş iddia rədd edilmiş və onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi qətnamə ilə həmin cavabdehin üzərinə hər hansı vəzifə qoyulmayıb və onun tərəfindən apellyasiya şikayəti vermək üçün heç bir əsas mövcud deyildir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tut ulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir (maddə 357.2). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). İşdən göründüyü kimi cavabdeh X3 qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs hesab edilsə də, qətnaməsi ilə ona qarşı irəli sürülmüş iddia rədd edilmiş və onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilmişdir. Həmin cavabdehin üzərinə hər hansı vəzifə qoyulmadığından və onun tərəfindən apellyasiya şikayəti vermək üçün heç bir əsas mövcud olm adığında apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətini mülki işlə birlikdə rayon məhkəməsinə qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3ün kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4646/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4646/2019
01.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver