Məhkəmə qərarları › İş №2(102)-4648/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4648/2021

14.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4648/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4648/21 (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın ləğvi) Bakı şəhəri, 14 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-383/2021 nömrəli iş üz rə 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 13 fevral 2020-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55 kv.metr olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 26 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun nəvəsidir. Oğul övladı olmadığı üçün 268109 №-li övladlığa götürmə haqqında şəhadətnaməyə əsasən, 07 oktyabr 1994-cü il tarixdə Kənanı övladlığa götürübdür. Onun bütün əziyyətini çəkərək böyütmüş və bu yaşına qədər onun bütün maddi ehtiyaclarını qarşılamışdır. Uzun illər əziyyət ilə qazanaraq aldığı mənzili 13 fevral 2020-ci il tarixdə Abşeron rayon, 1 saylı Notariat kontorunda bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. O, özü yaşlı bir insan olaraq, bir neçə xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşı da ağır şəkər xəstəsi olduğundan, həyat yoldaşının yeriməyində problemlər yaranmış və onun daima kənar şəxsin köməyinə ehtiyacı vardır. O da mənzili bağışladığı vaxt cavabdehlə aralarında şifahi razılaşmışlar ki, cavabdeh ata-anasına, yəni ona və onun həyat yoldaşına ömürlərinin axırına kimi baxacaqdır. O, cavabdehi kiçik yaşlarından böyütdüyü üçün övladı olaraq Kənana inanıb ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55 kv.metr olan mənzili bağışlama müqaviləsi əsasında oğlu – Cavabdeh1 bağışlamışdır. Lakin, bağışlama müqaviləsi bağladıqdan az müddət keçdikdən sonra heç bir səbəb olmadan cavabdeh ona və onun həyat yoldaşına qarşı təhqirlər, kobud ifadələr işlətməyə başlamış, o cavabdehi hər dəfəsində sakitləşdirmək istəsə də, lakin cavabdeh bunla ra məhəl qoymayaraq öz davranışlarına davam etmişdir. Beləliklə də, o, başa düşmüşdür ki, cavabdehə mənzili bağışlamaqda yanılmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2020-ci il tarixli 2(012)-2573/2020 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı mübahisəli mənzili cavabdehə hədiyyə olaraq bağışlamış, cavabdeh isə hədiyyəni qəbul etmişdir. 26 fevral 2020-ci il tarixli çıxarışla ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan mənzili Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində **********5 4-05301-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və fərdi yaşayış evi onun mülkiyyətindədir. Bağışlama müqaviləsi hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Qaldı ki, iddiaçının bağışlamadan sonra cavabdeh iddiaçıya və onun arvadına bir oğul kimi baxmalı və onlara qulluq etməli idi. Belə bir şərt isə göründüyü kimi bağışlama müqaviləsində nəzərdə tutulmamışdır. Qaldı ki, bağışlama müqaviləsi bağlanandan sonra cavabdehin iddiaçıya qarşı qeyrietik davranışına, iş materiallarından göründüyü kimi son vaxtlar tərəflər arasında ailədaxili münasibətlər gərgindir. Cavabdeh iddiaçının və digər şəxslərin barəsində polisə müraciət etmiş, Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı Faiq Səfərovun 31 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan gör ünür ki, Cavabdeh1 ailə üzvləri tərəfindən təhdid olunması səbəbindən özünü öldürmə həddinə çatdırması barədə ərizə ilə müraciət etmiş, aparılan araşdırmaların nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 babası Rafiq, Nənəsi Fəridə və xalaları Sevda, Lamiyə tərəfindən təhdidlərin olmadığını, əsəbi olduğundan belə bir ərizə verdiyini və heç bir kəsdən şikayəti və tələbi olmadığını söyləmişdir. Göründüyü kimi İddiaçı iddianı sübut edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin ləğvi üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 666.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-383/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsinin ləğvini xahiş edən şəxs, müqavilənin ləğvinin əsası kimi istina d edilən halların mövcudluğunu sübut etmə öhdəliyi daşıyır. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Bağışlamadan sonra cavabdehin öhdəliklərinə əməl etməməsi, onların qulluğunda durmaması, təhqir və təhdidlər etməsi, ləyaqətlərini alçaltması, xalalarını da təhqir etməsi və bunu birinci instansiya məhkəməsində 15 sentyabr 2020-ci il tarixdə şahid qismində dindirilən şəxslər X2 və X1 ifadələri ilə öz təsdiqini tapması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər iddiaçının qızlarıdır və qohumu olmaqla iş üzrə maraqlı olmuşlar. Belə ki, cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin bağla nmasına narazı olmaları həmin şahidlərin başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən, məhkəmə kollegiyası onların ifadələrinə tənqidi yanaşır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, müqavilə azadlığı şəraitində bağlanmış bağışlama müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini özündə əks etdirdiyindən, iddiaçının göstərdiyi əsaslar qanuna uyğun bağışlanmış bu müqavilənin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası mübahisə predmeti təşkil edən mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında cavabdehin adına çıxarışın ləğvi ilə əlaqədar qeyd edir ki, həmin çıxarışın verilməsinə əsas olan bağışlama müqaviləsinin ləğvi əsaslı hesab edilmədiyindən, həmin müqavilə əsasında verilmiş çıxarışında ləğvinə dair iddia tələbi də təmin edilə bilməz. Kasasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işin bütün hallarını tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırmamış, nəticədə isə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən şəxslər X2 və X3 bağışlamadan sonra cavabdehin öhdəliklərinə əməl etməməsi, onların qulluğunda durmaması, təhqir və təhdidlər etməsi, ləyaqətlərini alçaltması, xalalarını da təhqir etməsini bildi rmişlər. Lakin apelyasiya instansiya məhkəməsi tərəfindən şahid ifadələri sübut kimi qəbul edilməmiş, həmin şəxslərin iddiaçının qızları və qohumu olmaqla iş üzrə maraqlı olduqlarını, cavabdehin onların istəmədiyi qadınla ailə qurmasını, onların bu müqavilənin bağlanmasına narazı olmaları həmin şahidlərin başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən, onların ifadələrinə tənqidi yanaşmışdır. Apelyasiya instansiya məhkəməsinin şahid ifadələrinə tənqidi yanaşması qanunsuz və əsassızdır. Belə ki, şahid bilərəkdən yalan ifadə verməyə görə cinayət məsulyyəti daşıyır. Bu barədə şahidə məhkəmə iclasında iltizama imza etdirməklə xəbərdarlıq edilir. Buna görə də şahid ifadələri sübut kimi qəbul edilməli və iddiaçının iddia tələbi təmin edilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh ünvan 3 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətinin təmin edilməməsini və ape lyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasi bətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. K asasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrini nəzərə almadığını, onları sübut kimi qiymətləndirmədiyin i göstərmişdir. Lakin kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, şahid ifadələri apelyasiya kollegiyası tərəfindən iş materiallarında olan digər sübutlarla və işin halları ilə qarşılıqlı əlaqədə qiymətləndirilmiş, şahidlərin özlərinin də bağışlamadan narazı olmaları da nəzərə alınaraq onların ifadələri inandırıcı qəbul edilməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi iş materiallarında bağışlama müqaviləsinin ləğvinə əsas verə biləcək hər hansı sübut və ya hal müəyyən edilməmiş, həmçinin iddiaçı da bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bunun nəticəsində də işə mahiyyəti üzrə baxan məhkəmələr mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Göstərilənlədən əlavə qeyd edilməlidir ki, ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-383/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar