Məhkəmə qərarları › İş №2(102)-4653/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4653/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4653/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Friddun qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 Emilxan oğlunun İddiaçı Friddun qızına qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Friddun qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızılzinət əşyalarının qaytarılması” tələbinə dair ilk, Cavabdeh1 Emilxan oğlunun İddiaçı Friddun qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2234/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı Elxan qızı 9 sentyabr 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2021-ci ildə tərəflər arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur.

2. Cavabdeh2 Cavabdeh1 anasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Həkimzadə X2 Emil Elxan oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat dəyəri olan brilyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1\2 hissəsinin əvəzi ola raq 850 manatın, soyuducu alınması üçün verilmiş 1000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmasını, brilyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Friddun qızı tələbini onunla əsaslandırmışdır ki, nikaha daxil olarkən Cavabdeh1 anası Cavabdeh2 məxsus evə gəlin köçmüş, ona məxsus cehiz və qızıl-ziynət əşyaları hal-hazırda həmin mənzildədir. Cavabdeh1la ailə qurduqdan sonra səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onun anası digər Cavabdeh2 müdaxiləsi ilə aralarında olan səmimi ailə münasibətləri pisləşmiş, iddiaçının cavabdehlə bir yerdə yaşamağı baş tutmamış və aralarında o lan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Məhkəməyə müraciət etmədən öncə cavabdehlərə bildiriş göndərərək cehiz və qızıl- ziynət əşyalarının məhkəmədən kənar qaytarmağı təklif etmişdir ki, vəkilə və məhkəmə məsrəflərinə əlavə xərclər ödənilməsin, məhkəmənin iş yükünü artırılmasın. Lakin keçmiş qaynanasının maneəçiliyi ilə də bu baş tutmamışdır.

5. Cavabdeh1 cavabdeh İddiaçı Friddun qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, siyahı üzrə göstərilmiş qızıl-zinət əşyalarının İddiaçı Firuddun qızından alınaraq ona qaytarılmasına və ya həmin əşyalarının əvəzi olan ümumilikdə 25000 manat pul vəsaitinin İddiaçı Firuddun qızından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Friddun qızı ilə ail ə münasibətləri pozulan zaman ona məxsus olan bir sıra qızıl-zinət əşyalarını, eyni zamanda keçmiş qaynatası tərəfindən ona hədiyyə verilmiş 21 əyar beşlik və onluq qızılları da özü ilə birlikdə aparmışdır. Halbuki, həmin qızıl-zinət əşyaları onun maddi vəsaiti hesabına alınmış və ona hədiyyə olaraq verilmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızı tərəfindən mübahisə predmetinin alınmasında hər hansı bir köməklik göstərilməmişdir. Qızıl-zinət əşyalarının siyahısı: Ağ-sarı qızıldan brilyant qaşlarla və mirvari qaşlarla bəzədilmiş sırğa -1 dəst- dəyəri 2000 manat; Ağ qızıldan 1 ədəd iri və 16 ədəd kiçik brilyant qaşlarla bəzədilmiş üzük - 1 ədəd- dəyəri 4600 manat; Sarı qızıldan sırğa -1 ədəd- dəyəri 1000 manat; Sarı qızıldan xırda brilyant qaşlarla və yarım qiymətli iri qaşla bəzədilmiş üzük - 1 ədəd dəyəri 1300 manat; Ağ qızıldan 6 ədəd iri brilyant qaşlarla bəzədilmiş kulon - 1 ədəd- dəyəri 3800 manat; Ağ-sarı qızıldan brilyant qaşlı nişan üzüyü - 1 ədəd- dəyəri 1300 manat; Ağ qızıldan 15 iri brilyant qaşla bəzədilmiş qolbaq 1 ədəd dəyəri 8600 manat; 21 əyar “beşlik” qızıl- dəyəri 800 manat; 21 əyar “onluq” qızıl- dəyəri 1600 manat. ona ödənilməsini məqsədəmüvafiq hesab edir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(004)4691/2021 nömrəli qətnaməsi ilə (hakim: Orxan Məmmədli) iddia ərizələri təmin edilməmişdir.

8. Məhkəmə ilkin iddia tələbi üzrə qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının cavabdehlərdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmişdir.

9. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə isə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi də tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl və zinət əşyalarının qarşılıqlı iddia üzrə cavabdehdə olmasını təsdiq edəcək heç bir sənəd və sübut təqdim etməmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyində İddiaçı Friddun qızı tərəfindən təqdim edilmiş fototəsvirlərə əsasən üzük və sırğa dəstinin (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) bazar dəyəri 2145 manat, “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) bazar dəyəri 550 manat, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) bazar dəyəri 1050 manat təşkil etdiyi göstərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2234/2022 nömrəli mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) ilk iddia üzrə İddiaç ı Friddun qızının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin “10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1/2 hissəsinin əvəzi olaraq 850 manatın, cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsinə dair” təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzük və sırğa dəsti (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) alınaraq İddiaçı Firuddin qızına qaytarılması, bu mümkün olmadı ğı halda həmin qızıl zinət əşyalarının dəyəri olan 2145 manat, həmçinin “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) yarı dəyəri olan 275 manat, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) yarı dəyəri olan 525 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Firuddin qızına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası ilk iddia ərizəsinin “10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1/2 hissəsinin əvəzi olaraq 850 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması, briliyant qızıl dəstinin naturada qaytarılması mü mkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi” hissəsinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və iş üzrə müəyyən edilmiş hallara əsasən hesab etmişdir ki, ilk iddia tələbi həmin hissədə qismən təmin edilməlidir

16. Belə ki, ilk iddia tələbində tələb edilən 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın mövcud olması faktı inkar edilmir, lakin həmin qızıl əşyalarının İddiaçı tərəfindən aparıldığı qeyd edilir, bu halı sübut edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, apellyasiya baxışı zamanı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının təmsilçisi bildirmişdir ki, ilk iddia ərizəsində brilyant qızıl dəsti kimi qeyd edilən zinət əşyaları mövcud olsa da, həmin zinət əşyalarının dəyəri iddia olunduğu kimi deyildir. Həmin əşyalar qiymətli metal və qiymətli daş olmamışdır. Qeyd edilən əşyaların da ilk iddia üzrə iddiaçı tərəfindən aparıldığı bildirilsə də bunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi “üzük və sırğa dəstinin (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadığı halda həmin qızıl zinət əşyalarının dəyəri olan 2145 manatın, həmçinin “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) yarı dəyəri olan 275 manatın, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) yarı dəyəri olan 525 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Firuddin qızına ödənilməsi hiss əsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 225.3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1. və 88, 106.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, keçmiş qaynatası tərəfindən hədiyyə edilmiş qızıllar onun mülkiyyəti olduğu halda, məhkəmələr bu barədə qarşılıqlı iddia tələbini təmin etməmişlər.

21. Kassatorun şikayətinin digər dəlili isə, məhkəmənin tərəflərin ərizə və vəsatəti olmadan mütəxəssis rəyi verilməsi üçün ekspertiza təyin etməsi ilə bağlı olmuşdur. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyasında əlavə sübutlar təqdim edilə bilməz və məhkəmə yalnız birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında işi araşdıraraq yekun akt qəbul etməlidir.

22. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 9.1, 88, 372.1, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 225.3. Daş-qaş və d igər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 26. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 27. 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara ma ddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2234/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar