Məhkəmə qərarları › İş №2(102)-4670/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4670/2021

21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4670/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiаçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4230/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər 10.09.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 29.07.2012-ci il təvəllüdlü X7 və 04.10.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir.

2. Bakı Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqların analarının yanında saxlanılması, 22.05.2019-cu il tarixdən hesablanmaqla İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir.

3. AZEMİS elektron sistemdən edi lmiş çıxarışdan müəyyən olunur ki, iddiaçı “X-də rəisin müşaviri vəzifəsində işləyir və hazırda aylıq əmək haqqı 12 000 manat təşkil edir.

4. X əməkdaşı İddiaçı əmək haqqından tutularaq Cavabdeh hesabına ödənilmiş aliment məbləğləri haqqında məlumatından görünür ki, 03.04.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək iddiaçının əmək haqqından cəmi 37.547,88 manat məbləğində aliment tutularaq cavabdehin hesabına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “alimentin 50%-nin uşaqların adına açılacaq bank hesablarına köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehə ödənilən aliment məbləğinin 50%-nin 29.07.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X3 adlarına (hə r birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan qızları - 29.07.2012-ci il təvəllüdlü X8 və 04.10.2013-cü il təvəllüdlü X11 dünyaya gəlmişlər. Xətai Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 10.09.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, 29.07.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü i! təvəllüdlü X5 atalarının yanında qalmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbini n qismən təmin edilməsi, İddiaçılə X arasında 10.09.2011-cı il tarixdə X xxx nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahdan anadan olmuş 29.07.2012-ci il təvəllüdlü X1 və 04,10.2013-cü il təvəllüdlü X3 anaları X yanında saxlanılması, 22.05.2019-cu il tarixdən hesablanmaqla, İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş, lakin, cavabdeh onunla danışıqlara başlamış, uşaqları da götürərək, Bakıya köçüb gələcəyini, ailəni bərpa edəcəyini bildirmişdir. Cavab dehə inanaraq, kassasiya şikayətindən imtina etmiş və Azərbaycan Respublikası Ali Məkəməsinin 22.09.2020-ci il tarixli qərarı ilə imtinası qəbul edilərək, işin kassasiya intansiyasında icraatına xitam verilmişdir. Hətta qızlarının Bakıya gələcəyini və burada yaşayacaqlarını nəzərə alaraq, cavabdehlə razılaşdırdıqdan sonra 16.09.2020-ci il tarixdə X9 üçün "xxxx" X ilə və 18.09.2020-ci il tarixdə X6 üçün “X2” ilə təhsil müqavilələri bağlamışdır. Bununla yanaşı cavabdehin və qızlarının Moskvadan Bakıya İstanbul şəhərindən tranzit olaraq gəlmələri üçün 06.10.2020-ci il tarixinə 6 ədəd aviabilet almış və 2100 manat pul xərcləmişdir. Uçuşa bir gün qalmış isə cavabdeh ona anlaşılmayan bir yazı yazaraq, gəlməyəcəklərini bildirmişdir. Özü X yüksək vəzifədə işləyir və yüksək əmək haqqı alır. Tərəfin dən aliment qisminda cavabdehin hesabına 2020-ci ilin mart ayından 2020-ci ilin sentyabr ayı da daxil olmaqla ümumilikdə 37.547,88 manat pul vasaiti ödənilmişdir. Qızlarının həyat şəraiti nəzərə alınarsa bu vəsait kifayət qədər böyük vəsaitdir. Belə ki, uşaqlar Bakıdan fərqli olaraq anaları tərəfindən ödənişsiz təhsil müəssisələrinə yerləşdirilmişlər. İddiaçının əmək haqqısı və əmək haqqısına əlavələr nəzərə alınarsa, cavabdeh hər uşağa görə hal-hazırda 3000 manat, cəmi 6000 manat, gələcəkdə qətnamə üzrə borclar bitdikdən sonra hər uşağa görə 1500 manat, cəmi 3000 manat aliment alır və alacaqdır. Bu məbləğ isə yaşayış minimumundan 10 dəfə artıqdır. Cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alaraq hes ab edir ki, tərəfindən ödənilən alment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Halbuki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinin tələbinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Bu səbəbdən də hesab edir ki, cavabdehə ödənilən aliment məbləğinin 50 faizi uşaqların adına açılmış bank hesabına köçürülməlidir. Bu uşaqların mənafeyi baxımından da əlverişlidir. Belə ki, cavabdeh vəziyyətdən sui-istifadə edə bilməyəcək və uşaqlar yetkinlik yaşına çatdıqdan sonra özləri sərbəst şəkildə həmin məbləğlərdən istifadə edə biləcəklər. Həmin dövrə qədər isə uşaqlar ın bank hesablarında külli miqdarda pul yığılacaqdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-779/2021) iddia qismən təmin edilərək İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin cəmi 20 (iyirmi) faizi, yəni 29.07.2012-ci il təvəllüdlü X1 adına 10 (on) faizi və 04.10.2013-cü il təvəllüdlü X3 adına 10 (on) faizi olmaqla, onların adlarına açılan bank hesablarına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimen t tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli qərarının 8.9-cu bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsiliüçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır.

9. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı Xdə yüksək vəzifə tutmaqla, yüksək əmək haqqı al masını, tərəflərin birgə nikahından anadan olmuş 29.07.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X3 valideynləri arasında nikahın pozulmasına qədər həyat səviyyəsinin kifayət qədər yüksək olmasını və hazırda da, tutulan aliment məbləğinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etdiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanmaqla hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalı, 29.07.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı tutulacaq alimentin cəmi 20 faizinin, yəni uşaqların hər biri üçün 10 faiz olmaqla, onların adlarına açılacaq bank hesabına köçürülməlidir

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsi nin 55.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4230/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14349/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən 29.07.2012-ci il təvəllüdlü X1 və 04.10.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına ç atana kimi saxlanılması üçün İddiaçı, onun qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında Cavabdeh xeyrinə tutulan alimentin 1/2 hissəsinin iki bərabər hissəyə bölünməklə müvafiq olaraq X1 və X3 adlarına açılacaq bank hesablarına köçürülməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına düzgün istinad edib işin hallarını düzgün müəyyən etsə də, uşaqların adlarına açılan bank hesablarına köçürüləcək aliment məbləğinin miqdarını müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi 20 % miqdarında aliment məbləğinin bank hesabına köçürülməsi barədə qənaət işin müəyyən edilən həmin hallarına ta m uyğun deyil. Ona görə də qətnamə həmin hissədə dəyişdirilməlidir.

14. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

16. X əməkdaşı İddiaçı əmək haqqından tutularaq Cavabdeh hesabına ödənilmiş aliment məbləğləri haqqında məlumatın surətindən görünür ki, 03.04.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək iddiaçının əmək haqqından cəmi 37.547,88 manat məbləğində aliment tutularaq cavabdehin hesabına ödənilmişdir.

17. AZEMİS elektron sistemdən edilmiş çıxarışdan müəyyən olunur ki, iddiaçı X rəisin müşav iri vəzifəsində işləyir və hazırda aylıq əmək haqqı 12 000 manat təşkil edir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, ödənilən aliment məbləğinin miqdarı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan dəfələrlə artıq olmaqla kifayət qədər yüksək olduğundan, həmin məbləğin 50 %-nin uşaqların bank hesablarına köçürülməsi onların mənafeyini pozmur. Əksinə, tutulan aliment məbləğinin ½ hissəsinin bank hesabında toplanması uşaqların gələcəyi və mənafeyi baxımından daha əlverişlidir.

19. Cavabdeh apellyasiya şikayətində iddiaçının ödədiyi alimentdən artıq xərclənən vəsaitlərin özü tərəfindən ödənildiyini göstərsə də, onun təqdim etdiyi sübutlar natamam xarakter daşıyır.

20. Belə ki, ödənilən alimentdən də artıq xərc çəkməsi barədə sübutlardan biri kimi cavabdeh Moskva şəhərində kirayədə yaş amasına, kirayə haqqı kimi 78 000 rubl pul ödəməsinə dair 02.08.2020-ci il tarixli mənzil kirayə müqaviləsinə istinad etmişdir.

21. Əvvəla, kirayə müqaviləsinə əsasən cavabdehlə birlikdə kirayə götürülən mənzildə yaşamaq hüququ əldə etmiş X4 kimliyi, iddiaçının həmin şəxsə qarşı hər hansı aliment və ya sair öhdəliklərinin olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmamışdır.

22. Digər tərəfdən, işdən, eləcə də həmin kirayə müqaviləsinin məzmunundan görünür ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olsa da, onun daimi qeydiyyatda olduğu ünvan xxx küçəsi ev 21, mənzil 83-dür. Belə olan vəziyyətdə cavabdehin Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla birlikdə nəyə görə Azərbaycanda, Bakı şəhərində, yaxud cavabdehin qeydiyyatda olduğu ünvanda, yaxud şəhərdə, vilay ətdə deyil, yaşamaq üçün daha çox vəsait tələb olunan Moskva şəhərində kirayədə yaşamasının səbəbi aydın deyil. Cavabdehin Moskva şəhərində işləyib-işləmədiyinə dair də hər hansı sübut təqdim olunmamışdır.

23. Nəhayət, cavabdeh tərəfindən 02.08.2020-ci il tarixli mənzil kirayə müqaviləsi üzrə həqiqətən hər hansı ödəniş edilməsinə dair də sübut təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tutulan alimentin 50 faizi bank hesabına köçürülərsə qalan məbləğ uşaql arın əqli, fiziki və mənəvi baxımdan tam və hərtərəfli inkişafına yetərli olmayacaqdır.

26. Bundan başqa apelyasiya instansiyası məhkəmə alimentin 50 faizinin uşaqların bank hesablarına köçürülməsi barədə qətnamə qəbul edərkən uşaqların kiçik yaşlarında olmalarını və böyüdükcə tələbatlarının artacağını, belə olan halda alimentin qalan hissəsinin uşaqların tələbatlarının ödənilməsinə kifayət etməyəcəyini nəzərə almamışdır.

27. Həmçinin dünyada gedən inflyasiyalar hesaba yığılmış pul vəsaitlərinin dəyərdən düşməsinə səbəb olacaqdır. Ona görə də uşaqlara bu gün xərclənən vəsait daha dəyərlidir, nəinki 18 yaşına çatanda əldə edəcəkləri vəsait. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izah atları

29. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

30. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsi

35. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. (maddə 55.3) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli qərarı

36. Alimentin 50 faizdən çox o lmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. (8.9-cu bənd) Mülki Prossesual Məcəllə

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

42. Kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillərin bir hissəsi (alimentin gələcəkdə kifayət etməyəcəyi, pulun gələcəkdə dəyərdən düşəcəyi) mülahizə xar akterli olmaqla, gələcəkdə baş verməsi ehtimal edilən fərziyyələrlə əsaslandırılmışdır.

45. Bununla yanaşı ödəniləcək alimentin 50 faizinin uşaqların bank hesabına köçürülməsi ilə əlaqədar qalan 1500 manat pul məbləğinin uşaqların tam və hərtərəfli inkişafına kifayət etməyəcəyi barədə dəlili əsaslı deyildir.

46. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 175 manatdır. Uşaqlara ödəniləcək məbləğin qeyd edilən yaşayış minimumundan 8 dəfədən artıq yuxarı olması onu deməyə əsas verir ki, hazırkı halda ödəniləcək 1500 manat aliment tərəflərin övladlarının əqli, fiziki və mənəvi baxımdan tam və hərtərəfli inkişafına maneə olan amil kimi qiymətləndirilməməlidir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmam alı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4230/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar