Məhkəmə qərarları › İş №2(102)-4673/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4673/2021

21.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4673/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh ASC-yə, üçüncü şəxslər "xxxx" QSC-yə və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiаçı vəkili Vəkil2, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2274/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh ASC-nin Gəncə filialı ilə İddiaçı arasında 06 sentyabr 2014-cü ildə baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı ******* manat məbləğində 36 ay müddətində, illik 15 faiz dərəcəsi ilə kreditin ayrılmasını Bank öz öhdəsinə götürmüşdür.

2. İddiaçı 06 sentyabr 2014-cü il tarixli baş kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq 06 sentyabr 2014-cü ildə Cavabdeh ASC-nin Gəncə filialı ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka predmeti olan İddiaçı məxsus xxx torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 m ərtəbəli qeyri yaşayış binası dəyəri tərəflərin razılığı ilə ******* manat qiymətləndirilərək Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Gəncə Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 06 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 844433,14 manat pulun tutulub iddiaçı Cavabdeh ASC-yə ödənilməsi, tutmanın cavabdeh İddiaçı məxsus olan xxx torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 3.420 kv.metr olan qeyri-yaşayış binasına və 0.35 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması qət edilmişdir.

4. Gəncə Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(104)- 384/2017 saylı qərardadı ilə İddiaçı Goranboy Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli 22923/2016 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və ona münasibətdə apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(102)- 2836/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 13 dekabr 2017ci il tarixli 2(104)- 384/2017 saylı qərardadı ləğv edilmiş mülki iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir

6. Hazırda iş üzrə Goranboy Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli qərardadı ilə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir”.

7. Bundan başqa iş materiallarından görünür ki, “İddiaçı "xxxx" QSC ilə bağladığı 23 sentyabr 2010-cu il tarixli 07L000002449 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanılmış 04 sentyabr 2014-cü il tarixli 2449 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. 8. 23 sentyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə İddiaçı "xxxx" QSC ilə bağladığı 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3 333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 235000 ABŞ dolları məbləğində, 04 noyabr 2015-ci il tarixli 006R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şəxsi ilə 100000 manat məbləğində, 18 dekabr 2015-ci il tarixdə bağladığı 006KK**********1 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 9. 23 sentyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə iddiaçının öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən İddiaçı ilə Bank arasında bağlanılmış 21 dekabr 2012-ci il tarixli 06 M000000897 saylı ipoteka müqaviləsi əsasında xxx torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. İddiaçı öhdəliklərini icra etmədiyindən "xxxx" QSC ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edilmişdir

11. Goranboy Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və digərlərindən birgə qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 22 avqust 2014-cü il tarixli 06R000018703 saylı razılaşma üzrə əsas borc üzrə 41340,89 ABŞ dolları, faiz borcu üzrə 9487,49 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, 04 noyabr 2015-ci il tarixli 006R********** saylı razılaşma üzrə əsas borc üzrə 92329,2 manat, faiz borcu üzrə 29134,03 manat, cərimə üzrə 1500 manat və 18 dekabr 2015-ci il tarixli 006KK**********01 saylı razılaşma üzrə əsas borc üzrə 4993,21 ABŞ dolları, faiz borcu üzrə 912,34 ABŞ dolları cərimə üzrə 200 ABŞ dolları icra vaxtı manat olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı tutulması; hər üç razılaşma üzrə tələbin xxx saylı evdə yerləşən xxx saylı mənzilə, xxx torpaq sahəsinə, xxx torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və xxx qeyri yaşayış sahəsinə yönəldilməsi; xxx mənzili ilkin satış qiyməti 53000 manat, xxx torpaq sahəsi ilkin satış qiyməti 220 000 manat, xxx fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 130000 manat və xxx qeyri yaşayış binası ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərracdan satılması, hər üç kredit razılaşması üzrə tələb olunan 57933,93 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsindən və 122963,23 manatdan ibarət borcun, ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İddiaçı və digərlərindən birgə qaydada tutulması; xxx saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, həmin mənzil boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi; xxx torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi; xxx fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282.6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi, xxx qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi qət edilmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh ASC-yə, üçüncü şəxslər "xxxx" QSC-yə və X qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xxx torpaq sahəsinə dair bağlanmış 06 sentyabr 2014-cü il tarixli xxx ip saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 26 avqust 2014-cü il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi, xxx torpaq sahəsinə dair bağlanmış 06 sentyabr 2014-cü il tarixli xxx saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə iddiaçının arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli xxx saylı Baş kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 1000.000 manat məbləğində kredit verilmişdir. O cümlədən 06 sentyabr 2014-cü il tarixli xxx saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə iddiaçıya məxsus xxx torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyriyaşayış binası və 0.35 ha torpaq sahəsi Cavabdeh ASC qarşısında 06 sentyabr 2014-cü il tarixli xxx saylı ipoteka müqaviləsi bağlanaraq yüklü edilmişdir. Göstərilən məhkəmə mübahisələrindən iddiaçının məlumatı olmamış və icra şöbəsində olan zaman iddiaçıya mə lum olmuşdur ki, xxx torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə bərabər 0.35 ha torpaq sahəsi də Cavabdeh ASC qarşısında 06 sentyabr 2014-cü il tarixli xxx saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Halbuki, həmin torpaq sahəsi ipoteka ilə yüklü edilə bilməz. Belə ki, "xxxx" QSC ilə bağlanmış 23 sentyabr 2010-cu il tarixli 07L000002449 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. "xxxx" QSC ilə iddiaçının arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli 2449 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti 168 ay və məbləği ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə "xxxx" QSC ilə bağlanmış 22 avqust 2014- cü il tarixli 06R000018703 saylı k redit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.3333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 235000 ABŞ dolları məbləğində kredit götürülmüş, göstərilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bank ilə iddiaçının arasında bağlanılmış 21 dekabr 2012ci il tarixli 06M000000897 saylı ipoteka müqaviləsi əsasında xxx torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın qeyd olunan torpaq sahəsinə təkrar ipoteka ilə yüklü etməsi tamamilə qanunsuz və əsassızdır.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-912/20 saylı 23.09.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə t ələbləri üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də, iddiaçının, cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz.

17. Bundan başqa qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçının iddia tələbi əsassızdır. Eyni zamanda iddiaçı cavabdehin arasında bağlanmış müqavilənin onun bilavasitə maraqlarına toxunduquna görə etibarsız hesab edilməsini tələb etsədə əqdlərin etibarsızlığının şərtlərini müəyyənləşdirən Azərbaycan Respublikası MM-nin 14cü fəslində nəzərdə tutulan halların mövcud olmasının sübuta yetirə bilmədi. Halbu ki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhz onun üzərinə düşür.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1, 14.1, 324.1, 337.1, 390.1, Azərbaycan Respublikası Mülki Məcəl ləsinin (1964-cü il tarixli) 73, 77, 78, 82-ci, Mülki Prossesual Məcəllənin 13.7, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2274/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxıla rkən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmiş, iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir.

22. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin onun bilavasitə maraqlarına toxunduquna görə etibarsız hesab edilməsini tələb etsə də əqdlərin etibarsızlığının şərtlərini müəyyənləşdirən Azərbaycan Respublikası MM-nin 14-cü fəslində nəzərdə tutulan halların mövcud olmasının sübuta yetirə bilmədi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

27. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edil məməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü il tarixli)

33. Hüququ pozulmuş şəxsin id diası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir birinə olan iddiaları üzrə isə bir ildir. (maddə 73)

34. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. (maddə 77)

35. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. (maddə 78)

36. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. (maddə 82)

37. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirak çılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və maliyyə intizamınm nizamlanmasına kömək etmək: mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir kı, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Azərbaycan Respublikası yeni MM-nin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci ilin sentyabrın 1-nə qədər ya ranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki MM-nin (1964 red) 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir Mülki Prossesual Məcəllə

38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2274/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar