Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4682/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Bayramov Xanlar Əsgər oğlunun və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi yardım” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3581/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 12.01.2020-ci il tarixdə nikah bağlamışlar. Lakin sonradan tərəflərin münasibətləri pozulmuşdur. Bakı şəhəri 2 nömrəli qadin məsləhətxanası tərəfindən verilən 16.10.2020-ci il tarixli 109 saylı arayışa əsasən, İddiaçı Yasamal rayonu 2 nömrəli qadın məsləhətxanasında qeydiyyatdadır və 24 həftəlik hamilədir. İddiaçı gözəllik salonunda kosmetikaçı vəzifəsindı çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. Cavabdeh Danşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətində arxivçi vəzifəsində çalışır və aylıq əmək haqqı 699 manat təşkil edir. Tərəflər boşandıqları üçün hazırkı mübahisə aliment tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissədə pul məbləğinin tutulub maddi yardım olaraq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı maddi yardım tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş və nikahları 12.01.2020-ci ildə 1 saylı Bakı “ASAN xidmət” X1 tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan bir müddət sonra cavabdehin anasının müdaxiləsi nəticəsində demək olar ki, ailəsi ilə münasibətində ciddi problem yaranmışdır. Bu səbəbdən də hazırda o, öz valideyninin evində yaşayır. Hazırda 24 həftəlik hamilədir. Hamiləliyi ağır keçir, hər həftə həkim müayinəsindən keçməli olur və müalicələr alır. Cavabdeh bir ailə başçısı kimi artıq özünü təsdiq edə bilmir. Uşağın sağlam dünyaya gəlməsində ona bir ana kimi heç bir yardım etmir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(005)3873/2020 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilmiş, 20.10.2020-ci il tarixdən başlayaraq, Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2, 100.2-ci maddələrinə istinad etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakiml ər- Z.Şirinova (sədrlik edən və məruzəçi), R.Eyvazova və F.Talışinski) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3873/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş; Cavabdeh uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuş; İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Ailə Məcəlləsinin 78.1, 78.2, 84.1 və 84.2-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edi lərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, qərar qəbul edilən zman himayəsində yaşlı anasının olması və əmək haqqının miqdarı nəzərə alınmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini m üdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi X2 və vəkili Bayramov Xanlar Əsgər oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
16. Maddə. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətd iyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
19. Maddə. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arv ad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; http://www.e-qanun.az/framework/4694618 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə b ağlı düzgün nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh 12.01.2020-ci il tarixdə nikah bağlamışlar.Lakin sonradan tərəflərin münasibətləri pozulmuşdur. Bakı şəhəri 2 nömrəli qadin məsləhətxanası tərəfindən verilən 16.10.2020-ci il tarixli 109 saylı arayışa əsasən, İddiaçı Yasamal rayonu 2 nömrəli qadın məsləhətxanasında qeydiyyatdadır və 24 həftəlik hamilədir. İddiaçı gözəllik salonunda kosmetikaçı vəzifəsindı çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. Cavabdeh Danşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətində arxivçi vəzifəsində çalışır və aylıq əmək haqqı 699 manat təşkil edir.
25. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, tətbiq edilməli normalara əsasən t ərəflərin maddi vəziyyəti və digər diqqətəlayiq halları nəzərə almaqla sabit pul məbləğində aliment məhkəmə tərfindən müəyyən oluna bilər. İşdə olan tərəflərin iş yerləri və aylıq əmək haqları barədə sənədələrə əsasən azyaşlı uşağın 3 aşına çatanadək saxlanılması üçün 80 manat aliment tutulması ağlabatandır. Kollegiya, hesab etmişdir ki, cavabdehin və iddiaçının iş yeri və sabit əmək haqqı olduğundan 01.02.2021 ci il təvəllüdlü uşağın saxlanılması üçün uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin ü zərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-3581/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.