Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4689/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar: Nizami rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(007)300/2017 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş məbləğin iddiaçının hesabına ödənilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan 51/57 saylı evin 39 saylı mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin icra vərəqəsinə görə, cavabdeh İddiaçı cəmi 32700,35 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən 39 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə edilmiş vəsaitdən göstərilən məbləğlərinin Banka ödənilməsi, ipoteka predmeti ola n mənzilin ilkin satış qiymətinin 122000 manat müəyyən edilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir aydan gec olmayaraq mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir. Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC-yə mənzilin açıq hərrac satışının təşkil olunması üçün sifariş verilmişdir. “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC tərəfindən “xxxxxxxxx” ASC-yə, İddiaçı və Nizami rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 02-126 saylı bildirişlə xx.xx.2019cu il tarixdə saat 11:00-da ilkin satış qiyməti 122000 manat olmaqla mənzilin ilkin hərracının keçirilməsi barədə məlumat verilmiş, tələbkar tərəfindən xx.xx.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. İlkin hərrac baş tutmadığından daha sonra xx.xx.2019-cu il tarixli 02126-1 saylı bildirişlə xx.xx.2019-cu il tarixdə saat 11:00-da satış qiyməti 15% faiz aşağı qiymətlə 103700 manat olmaqla mənzilin ikinci hərracının keçirilməsi barədə tərəflərə məlumat verilmiş, tələbkar tərəfindən xx.xx.2019-cu il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Həmçinin əmlakın hərracının keçirilməsi dair Kaspi qəzetində xx.xx.2018-ci il tarixində və xx.xx.2019-cu il tarixində elanlar dərc edilmişdir. İcra və probasiya şöbəsinin sifariş məktubu əsasında MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması üçün hərracın keçirilməsi təşkil edilmiş, müvafiq bildirişlər tərəflərə göndərilmiş və onlara məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabde h Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “xxxxxxxxxxx” Şirkətlər Qrupu MMC və Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsi üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka müqaviləsini ləğv etməklə ipoteka predmetinin qanunvericiliyə uyğun olaraq girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-4600/2019) iddia təmin edilmiş, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektind ə olan 51/57 saylı evin 39 saylı mənzilin girovdan azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki,, ipoteka müqaviləsinin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3, 319.4, 319.5, 390.1, 739.1, 739.2, 337.1, 337.3, 399.1, 421.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 43.9-cu maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il t arixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Z.Şirinov və A.İmanov, iş № 2(103)-4591/2020) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4600/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının hazırda borcu olduğu üçün ipotekaya xitam verilə bilməz. Bununla bağlı apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həmin borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərrac vasitəsi ilə satılması müəyyən edilmişdir və keçirilmiş hərrac baş tutmadığınd an qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qaydada və müddətdə Bank tərəfindən ipoteka predmeti əldə edilmədiyindən ipotekaya xitam verilməsi əsaslı və qanunidir. Bu hissədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmiş, əsassız olaraq ipoteka müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac bas tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 319, 739, 337, 421-ci maddələrini və «İpoteka haqqında» Qanunun hazırki mübahisəyə aidiyyəti olmayan bir sıra nörmalarını sadalamaqla əsassız yerə ipoteka müqaviləsinin ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamədən belə aydın olur ki, ipoteka predmetinin girovluqdan azad edilməsi də məhz müqavilənin ləğvi ilə bağlı olmuşdur. Halbuki, iddiaçının tələbi və həmin tələbin əsasları tamamilə fərqlidir, yəni iddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini tələb edir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv pro sesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq e dilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin halları ilə müəyyən olunur ki, Nizami rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli sifarişinə əsasən İdd iaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayon Q.Qarayev prospekti ev 51/57 mənzil 3-un açıq hərracda satılmasına dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi Cavabdeh2 MMC-yə göndərilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayon Q.Qarayev prospekti ev 51/57 mənzil 39 xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 122.000 manat, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə təkrar hərracda 15% endirimlə 103.700 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı Kaspi qəzetində və www.hidayetoğlu.az saytında xx.xx.2019-cu il tarixində elan dərc olunmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh2 MMC Ləğv prosesind ə olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək «İpoteka» haqqında Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsi nəzərə alınaraq hərracın baş tutmaması elan edildiyi gündən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Gö ründüyü kimi qanunverici hərrac baş tutmamış elan edildikdə və edilmiş təklifə ipoteka saxlayan tərəfindən cavab verilmədikdə, yəni müəyyən olunmuş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi halda ipotekaya xitam verilməsini mümkün edir. Hazırkı halda isə işin halları ilə hərrac təşkilatının hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala biləcəyi təklif olunmuş olsada da işə baxan apelyasiya instansiya məhkəməsi həmin təklifə ipoteka saxlayanın hansı münasibət bildirməsi və ya ümumiyyətlə hərəkətsizlik etməsini müəyyən etməmişdir. Halbuki göstərildiyi kimi «İpoteka Haqqında» Qanunun 43.8-ci maddəsinin tələbi aşkar olaraq müəyyən etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış e lan edildikdən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli old uğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4591/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.