Məhkəmə qərarları › İş №2(102)-469/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-469/2024

12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-469/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-469/2024 (Açar sözlər: Kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələblərinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1629/2023 saylı, 29 avqust 2023-cü il tar ixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, 12 fevral 2024-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. İddiaçı "xxxx" ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 20.133,17 manat sığorta ödənişi məbləğinin və 150,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-1613/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Mercedes Benz S 350 D” minik m arkalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 6.274,21 (altı min iki yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 75 manat məbləğində hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

3. Qətnamədən iddiaçı və cavabdeh ayrı ayrılıqda apellyasiya şikayətləri vermişlər.

4. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1629/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Namiq Cəfərov) cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinin 3.803,42 (üç min səkkiz yüz üç manat qırx iki qəpik) manat müəyyən edilməsi, qətnamənin onun şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iddiaçının apelly asiya şikayətinin təmin edilmədən, qətnamənin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər ü zrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

11. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Cavabdehin (vəkil Nümayəndə) kassasiya şikayəti Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki Kollegiyasının 2(102)-5080/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.

13. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin (vəkil Nümayəndə) kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

14. Belə ki, iş materiallarından göründüyü kimi baxılan iş, subroqasiya qaydasında pul tələbi ilə bağlı olmaqla, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 3.803,42 manat, yəni beş min manatdan azdır.

15. Qeyd olunmalıdır ki, cavabdeh ondan iddiaçının xeyrinə 6.274,21 manat məbləğində subroqasiya qaydasında pulun tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında müba hisələndirmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı pul məbləği 3.803,42 manata qədər azaldılmışdır.

16. Beləliklə, qanunvericilikdə mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olduğu qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxıla bilməz.

17. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

18. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5080/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən Respublikası MPM-nin 408 və 417-ci maddələrini rəhbər tutaraq, və Azərbaycan Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1629/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5080/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minirinir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar