Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4694/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin vəkili Qədirova Vəfa İdris qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5085/2019 saylı, xx xxxxxxx 2019cu il tari xli qətnaməsi ilə iddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qismən təmin edilərək, mübahisəli fərdi yaşayış evinin “xxxx” ASC-yə satılmasına dair “X1 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxx 2013-cü il tarixli, Y-371 saylı Protokol və həmin protokol əsasında “X1 Mərkəzi” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə dair ipoteka yüklülüyünə xitam verilməsi və fərdi yaşayış evinə dair “xxxx” ASC-nin (indiki LPO "Cavabdeh2" ASC) adına verilmiş çıxarışın ləğv edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində müv afiq qeydlərin aparılması, iddianın cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə qalan hissədə təmin edilməməsi, xx xxxxxx 2013-cü il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin borcunun bağlanması məqsədilə hesaba köçürülmüş 22313 manat məbləğində pulun LPO Cavabdeh2 ASC-yə qaytarılması qət edilmiş, iddia cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər F.Babayev, X.Mərdanova və E.Həsənov, iş No 2(103)-2593/20 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5085/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qət namə qəbul edilmiş, iddia tələbinin təmin edilməməsi qət edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO "Cavabdeh2" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri, S.Vurğun küçəsində 25 saylı fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) dair tələbkar "xxxx" ("Cavabdeh2") ASC ilə hərrac təşkilatçısı "X1 Mərkəzi" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, Y-371 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, mübahisəli evə dair "xxxx" ("Cavabdeh2”) ASC-nin ipoteka hüququna xitam verilməsi, fərdi yaşayış evinə dair xxxx" ("Cavabdeh2") ASC-nin mülkiyyət hüququ barədə dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində müvafiq qeydlər aparılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra edilməsi Oğuz rayon İcra Qrupuna göndərilmişdir. Oğuz rayon İcra Qrupunun xx.xx.2013cü il tarixli, 748/01 saylı sifarişinə əsasən fərdi yaşayış evinin satış qiyməti 35000 manat olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı "X1 Mərkəzi" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. xx.xx.2013-cü il tarixində 11:00-da birinci hərrac, xx.xx.2013-cü il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. "xxxx" ("Cavabdeh2") ASC ilə hərrac təşkilatçısı "X1 Mərkəzi" MMC arasında xx.xx.2013cü il tarixli alqı-satqı müqavilə bağlanmışdır. “İpoteka Haqqında AR Qanununun” 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə, həmçinin Hərracın yekunları barədə Protokolun və Müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Qanunvericilikdə nəzərdə tutulmuş 30 təqvim günü keçdikdən uzun müddət (3 ay) sonra tərəflər arasında müvafiq protokol və müqavilə bağlandığından, iddia təmin edilməlidir. Prosessual məsələlər və tərəflərin iza hatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Qədirova Vəfa İdris qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən h ər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutla ra və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşdə olan sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Oğuz Rayon Məhk əməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, nəticə etibarı ilə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qət edilmişdir. Borclundan cəmi 37148 manatın alınaraq "Cavabdeh2" ASC-nin Qəbələ regional filialının hesabına ödənilməsi qət olunmuşdur. Qətnamə icra olunması üçün Oğuz Rayon İcra Qrupuna göndərilmişdir. Oğuz Rayon İcra Qrupunun xx.xx.2013-cü il tarixli sifariş məktubu əsasında mübahisəli əmlaka dair hərracın keçirilməsi “X1 Mərkəzi” MMC-dən xahiş edilmişdir. Sonuncu tərəfindən ilkin hərracın keçirilməsi xx.xx.2013-cü il tarixə, saat 11:00-a təyin edilmiş, mübahisəli əmlak 35000 manat ilkin satış qiyməti olmaqla satışa çıxarılmışdır. İlkin hərrac baş tutmamış, növbəti hərrac xx.xx.2013-cü il tarixdə saat 11:00-da keçirilmiş, əmlak 29750 manata satışa çıxarılmıdır. Hərracın keçirilməsi barədə “Elanlar” qəzetinin 21.07.13–02.08.13-cü il tarixli, 08.08.13–16.08.13-cü il tarixli buraxılışlarında məlumat dərc olunmuşdur. X1 Mərkəzi” MMC tərəfindən “xxxx” ASC-nin rəhbərliyinə xx.xx.2013-cü il tarixli “ipoteka predmetini alma barədə” təklif göndərilmiş, təklifdə əmlakın keçirilən hərraclar zamanı satılmadığı, həmin əmlakları balansa götürmək üçün dəfələrlə Banka təklif olunduğu, lakin bu günə qədər həmin təkliflərə heç bir cavab verilmədiyi bildirilmiş, “İpoteka haqqında” AR qanununun 43.8 maddəsinə əsasən əmlakları xx.xx.2013-cü il tarixədək almadığı halda işlər sifarişçi icra şöbəsinə geri qaytarılacağı barədə xəbərdarlıq olunmuşdur. “xxxx” ASC tərəfindən “X 1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizə ilə təklif Bank tərəfindən qəbul edilmiş, əmlak 22313 manata xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ASC-yə satılmışdır. Mübahisəli əmlak xx.xx.2014-cü il tarixdən Cavabdeh2 ASC-nin xüsusi mülkiyyətindədir. Apelyasiya Məhkəməs qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırs a hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış el an edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qərarda həmçinin qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. İşin hallarından da göründüyü kimi, keçirilmi ş hərracda mübahisəli əmlak satılmadığına görə hərracın təşkilatçısı xx.xx.2013-cu il tarixdə həmin yaşayış evini almağı Cavabdeh2 ASC-yə təklif etmiş, xx.xx.2013-cü il tarixdə bank hərrac təşkilatçısına təklifi qəbul etdiyini bildirmiş, xx.xx.2013-cü il tarixdə isə sözügedən ev banka satılmışdır. Bütün bunlar isə sözügedən fərdi yaşayış evi üzərindəki ipotekaya xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. İddiaçı sübut qismində ipoteka predmetini alma barədə təklifdə əmlakı balansa götürmək üçün dəfələrlə Banka təklif olunduğu, lakin bu günə qədər həmin təkliflərə heç bir cavab verilmədiyi, eləcə də özünün müraciəti əsasında “X1 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli məktubda hərrac baş tutmadığından əmlakın Banka təklif o lunduğu, lakin bugünədək əmlakın alqı-satqısına dair protokol və müqavilə imzalanmadığı barədə qeydlərə istinad etmişdir. Halbuki, işdə olan bildirişlərdən görünür ki, hərracların keçirilməsi vaxtı və yeri barədə iddiaçıya bildirişlər göndərilmiş, ilkin hərracın kçeirilməsinə dair bildiriş iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə, ikinci hərracın keçirilməsinə dair bildiriş isə xx.xx.2013-cü il tarixdə qəbul edilmişdir. İşdə Cavabdeh2 ASC-yə göndərilməli olan bildiriş əlavə edilsə də, bildirişin Banka göndərilməsi barədə reyestr, yaxub bildirişin alınmasına dair hər hansı təsdiqedici sənəd, xəbərnamə mövcud deyildir. Bank özü də belə bir bildirişin Banka daxil olmadığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı, eləcə də hərrac işinin tədqiqi zamanı əmlakın Banka xx.xx.2013-cü il tarixdən daha əvvəl təklif olunduğuna dair heç bir təsdiqedici sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bank ipoteka predmetini 2013-cü ildən qəbul etmiş və həmin vaxtdan əmlaka dair alıq-satqı rəsmiləşdirilmiş, əmlak həmin vaxtdan bankın mülkiyyətindədir. Qeyd olunan əmlakın bankın mülkiyyətinə keçməsinə dair əqdlərin hansı əsaslarla beş ildən artıq vaxt keçdikdən sonra mübahisələndirilməsi aydın deyil. Nəzərə almaq lazımdır ki, iddiaçı əmlakın bankın mülkiyyətinə etibarsız əqd əsasında keçməsini israr edirsə, yenə də iddia keçərli olmayacaq. Çünki bunun üçün əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş bir illik kəsici müddət də buraxılmışdır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmə məklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4694/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4694/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver