Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4696/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı4 MMC-nin vəkili Vəkil, Cavabdeh ASC-nin vəkili X1, nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)-1359/2020 saylı qətnaməsindən İddiaçı4 MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2019 saylı, 09 avqust 2019-cu il tar ixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia təmin edilərək, Cavabdeh ASC ilə X3 arasında bağlanmış 25 aprel 2014-cü il tarixli, 122937-1-10681 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə cavabdeh bank ilə İddiaçı1 arasında bağlanmış 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ2622 saylı, 25.04.2014-cü il tarixli, 123515-NEDVİJ-2623 saylı, İddiaçı2 arasında bağlanmış 23.05.2014-cü il tarixli, 229607 saylı, 23.05.2014-cü il tarixli, 229610 saylı, 23.05.2014-cü il tarixli, 229613 saylı, 23.05.2014-cü il tarixli, 229614 saylı, 23.05.2014-cü il tarixli, 229615 saylı, 23.05.2014cü il tarixli, 229617 saylı, 23.05.2014-cü il tarixli, 229618 saylı, 23.05.2014-cü il tarixli, 229620 saylı, 23.05.2014-cü il tarixli, 229621 saylı, 24.06.2014-cü il tarixli, 23324 say lı və İddiaçı3 arasında bağlanmış 24.06.2014-cü il tarixli, 23323 saylı “Daşınmaz əmlakın ipoteka müqavilə”lərinin bağlanmamış hesab edilməsi, cavabdeh bank ilə İddiaçı2 arasında bağlanmış 25.04.2014cü il tarixli, 111586-7-7076 saylı, cavabdeh bank ilə İddiaçı4 MMC arasında bağlanmış 25.04.2014-cü il tarixli, 123521-G RAN-130 saylı və İddiaçı1 arasında bağlanmış 12.05.2014-cü il tarixli, 123515-7-7072 saylı “Zaminlik müqavilə”lərinə xitam verilməsi, cavabdeh bank ilə İddiaçı4 MMC arasında 25.04.2014-cü il tarixli, 123521-3- 173 saylı və 19.06.2014-cü il tarixli, 122937-3-230 saylı “Dövriyyədəki malların girov müqavilə”lərinin bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, ** evin, 88 saylı mənzilin, İddiaçı1nm mülkiyyətində olan, ** evin, 87 saylı mənzil inin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 859 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1079 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1111 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 857 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1002 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 860 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1109 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1108 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 1100 saylı mənzilinin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, **** evin, 491 saylı mənzilinin və İddiaç ı3 mülkiyyətində olan, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, ** saylı evin 95 saylı mənzilinin yüklülüyünün ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)1359/2020 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev), Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(006)-4092/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir. Kassasiya icraatı zamanı müəyyən edilmişdir ki, iş üzrə iddiaçılar İddiaçı2 və qeyriləri tərəfindən də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)1359/2020 saylı qətnaməsindən apelyasiya instansiyası məhkəməsinə 26 oktyabr 2020-ci il tarixdə kassasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin vəkili X2 və nümayəndəsi Nümayəndə mülki işin kassasiya baxışından çıxarılması məsələsinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 MMC-nin vəkili Vəkil mülki işin kassasiya baxışından çıxarılması məsələsinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin kassasiya şikayəti nin icraata qəbul olunması haqqında 08 sentyabr 2020ci il tarixli qərardadı ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsini müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şikayətlər apelyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə olunmadan hazırkı kassasiya şikayətinə məhkəmə iclasında baxıla bilməz və ona görə də icraata qəbul qərardadı ləğv olunaraq həmin iş məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)1359/2020 saylı qətnaməsindən İddiaçı4 MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin 08 sentyabr 2020-ci il tarixli, 2(102)-4696/2020 saylı qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq iddiaçılar İddiaçı2 və qeyriləri tərəfindən verilmiş kassasiya şikayətləri nin Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4696/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4696/2020
27.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver