Məhkəmə qərarları › İş №2(102)-4696/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4696/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4696/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2, Baki şəhəri 8 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2, Baki şəhəri 8 saylı Notariat Kontoruna qarşı "müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr" tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2659/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Abdulovna 11.05.2006-cı il tarixdə ölmüş mərhum X2 birinci növbəli vərəsələri olmuşlar. X2 ölümündən sonra onun mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən əmlaka miras açılmışdır. Miras açıldıqdıqdan sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Abdulovna həmin evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Onlar notariat orqanına müraciət edərək miras əmlaka dair hər birinə ½ pay olmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamə əsasında əmlaka dair mülkiyyət hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmışlar. İddiaçı 1993-cü ildən Rusiya Federasiyasına getmiş və orada yaşamış, 2006-cı ildə atasının ölməsindən və mirasın açılmasından xəbərdar olmuş, lakin həmin vaxt Bakıya gələ bilməmiş, nə özü bilavasitə, nə də nümayəndəsi vasitəsilə mirasın qəbul edilməsinə yönəlmiş hərəkətlər etməmiş (mirasa faktiki sahiblik etmək və ya notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etmək), yalnız 2016-cı ildə Azərbaycana qayıtmışdır. İddiaçı bu müddət ərzində miras evdə qeydiyyatda olmuşdur və hal-hazırda da qeydiyyatda olmaqla, həmin evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 8 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən Ca vabdeh2 və Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 27 oktyabr 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və 07 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzildən mərhum X3 məxsus ½ payın onun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və X4 arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən anası X5 və bacısı Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, 27 oktyabr 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və 07 avqust 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, mərhum X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin mərhumun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzili mərhum atası X3 məxsus olmuşdur. Atası 11 may 2006-cı il tarixdə vəfat etmişdir. O isə illərlə Rusiya Federasiyasında yaşamış, sənədlərində problem olduğu üçün vaxtında Bakıya gələ bilməmişdir. Bir neçə il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Atası vəfat etdikdən sonra onun xəbəri olmadan atasına məxsus olan mənzil ½ hissədə bacısı Cavabdeh1, ½ hissədə anası Cavabdeh2 mülkiyyətinə keçmişdir. Onun isə bundan heç bir xəbəri olmamış, bu yaxınlarda onun payının qanunsuz olaraq mənimsənilməsindən xəbər tutmuşdur. Bundan xəbər tutana qədər isə mənzilin ½ hissədə mərhum atasının, ½ hissədə anasının adına olduğunu, vərəsəlik işinin açılmadığını bilmişdir. Belə ki, evdə olan 11.09.2012-ci il tarixli çıxarışda mənzilin mülkiyyətçiləri kimi hər biri ½ payla anası və mərhum atası qeyd olunmuşdur. Sonradan 07.08.2020-ci ildə yeni çıxarış alınan zaman mənzilin anası və bacısına m əxsus olduğunu bilmişdir. Bu haqsızlığı öyrənən kimi bir ay keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, öyrənmişdir ki, anasına notariat kontorunda müəyyən sənədlərə imza etdirmişlər. Anası həmin sənədlərin mahiyyətini və məzmununu bilməsə də, qızı Tatyanaya və notariusa inanıb imzalamışdır. Tatyananın mülkiyyətçi olduğunu anası bilməmiş, mənzilin yarısının onun adına keçdiyini, yarısının mərhum ərinin adında qaldığını hesab etmişdir. Həmçinin, notariat kontorunda Azərbaycan Respublikasında olmadığı üçün onun vərəsə kimi varlığı barədə heç bir məlumat verilməmişdir. Nəticə olaraq, 2012-ci ildə Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Anasına verilən şəhadətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Qa radağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə ½ hissədə payçı anasıdır, digər ½ hissə isə açıq saxlanılmışdır. Görünür, daha sonra bacısı Tatyana digər ½ hissədə paya sahib olmuşdur. Bundan sonra onlar daşınmaz əmlak üzərində hüquqları rəsmiləşdirilməklə paylı mülkiyyət hüququ üzrə müvafiq çıxarışlar almışlar. O, mərhum atasının vərəsəsi olmaqla daimi olaraq həmin evdə qeydiyyatda olsa da, vərəsəlik işi barədə ona heç bir məlumat və ya çağırış verilməmiş, heç bir prosesdən xəbəri olmamış, yalnız bu yaxınlarda vərəsəlik işinin açıldığını, anası və bacısının mübahisəli mənzilə bərabər paylarının olduğunu, vərəsə kimi öz hüquqlarının pozulduğunu bilmişdir. Əvvəlcə mənzilin birgə nikah dövründə əldə edildiyini fikirləşərək yalnız ½ payı mübahisələndirmiş, lakin mə hkəmə baxışı zamanı arxiv sənədlərinə əsasən mübahisəli mənzilin atasının adına özəlləşdirildiyini və yalnız atasına məxsus olduğunu öyrənmiş, bu səbəbdən iddia tələblərini dəqiqləşdirmişdir. Əslində atası sağlığında mənzilin ona qalmasını istədiyini bütün ailə üzvlərinə bildirmişdi, bacısı ilə isə qətiyyən yola getmirdi. Hazırda bacısı anası ilə də yola getmir, ona baxmır və evdən çıxarmağa çalışır. Anasına faktiki özü baxır, halbuki onun mənzil üzərində payı haqsız olaraq mənimsənilmişdir. Hesab edir ki, həm qanun, həm ədalət baxımından atasından miras qalmış mənzilə qanun üzrə vərəsələrin hər birinə 1/3 hissədə olmaqla bərabər pay hüququ müəyyən edilməlidir

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(002)2085/2020 saylı qətnaməsi (hakim. F.Hüseynov) ilə iddia t ələbinin təmin edilməsi qət edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 14 avqust 2012-ci il tarixli və 07 sentyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş; həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına verilmiş 27 oktyabr 2012-cil il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh2 adına verilmiş 07 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilmiş; mərhum X1 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzilindən ibarət miras əmlaka onun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı bərabər hissədə (h ər birinə 1/3 hissədə) pay hüququ müəyyən edilməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 29, 125; Mülki Məcəlləsinin 5.3, 337.1, 337.3, 1134.1, 1159.1.1, 1300, 1301.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsi MK-nın 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sərlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(002)-2085/2020 nömrəli qətnaməsi ləğv edilmiş; İddia tələbi təmin edilməmişdir.

9. Apelyasiya instansiy ası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı və Mülki Məcəllənin 1133.1, 1133.2, 1243.1, 1243.2 – ci maddələrə istinad etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mirasqoyanın vəfatından sonra mirası qanunla müəyən edilən müddətdə və qaydada qəbul etmədiyi üçün cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsızlığını və Çıxarışların ləğvini tələb etməkdə haq lı deyil.

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

14. Əlavə olaraq qeyd edilmişdir ki, digər cavabdeh həm də anası iddianı qəbul etməsi halına məhkəmə düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

17. Cavabdeh2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

18. Digər tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə.

29. Hissə. V. Dövlət vərəsəlik hüququna təminat verir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddələr. 1243.1 və 1243.2. Mirası istər qanun üzrə, i stərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

31. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, iddiaçının vərəsə kimi miras əmlakı qəbul etmək hüququ mirasqoyan X2 öldüyü 11 may 2006-cı il tarixdə yaranmış və 6 (altı) ay müddətində davam etmişdir. Lakin iddiaçı bu müddət ərzində mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilmə məsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir.

32. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmişdir.

33. İddiaçının 2006-cı ildən sonrakı müddət ərzində ölkəyə gələ bilməməsi, sənədlərinin qaydasında olmaması ilə bağlı dəliləri də keçərli deyil. Apelyasiya Məhkəməsi haqlı olaraq qeyd etmiqşdir ki. iddiaçı mirası nümayəndə vasitəsilə də qəbul edə bilərdi. 34. 11 may 2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzil) iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbu l edilməsi müddəti uzadılmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik olmamışdır və həmin hissədə iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab olunmalıdır.

35. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü n əzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

36. Mirasın açılmasından keçən uzun müddətin üzrlü hesab edilməsinə əsas verən məntiqi bir sübutun təqdim edilməsi də ağlabatan görünmür.

37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2659/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar