Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2659/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı x cavabdehlər Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri təlvöḊ Komı̇ təsı̇ nin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇ dmətı̇ nin 1 saylı Bakı Ərazı̇ İdarəsı̇ nə, c, n , Baki şəhəri 8 saylı Notarı̇ at Kontoruna qarşı "müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2085/2020 nömrəli qətnaməsindən cavabdeh Əlı̇ yeva Tatyana Vyaçeslavovna tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 8 saylı notariat kontoruna, X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, miras əmlaka payların qanun üzrə vərəsələr arasında bərabər müəyyən edilməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzildən mərhum X5 məxsus ½ payın onun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə dair Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən anası X7 və bacısı Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx xxxxxxx 2012-cil il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş çıxarışın və xx xxxxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, mərhum X3 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilin mərhumun qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzili mərhum atası X5 məxsus olmuşdur. Atası xx xxx 2006-cı il tarixdə vəfat etmişdir. O isə illərlə Rusiya Federasiyasında yaşamış, sənədlərində problem olduğu üçün vaxtında Bakıya gələ bilməmişdir. Bir neçə il əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Atası vəfat etdikdən sonra onun xəbəri olmadan atasına məxsus olan mənzil ½ hissədə bacısı Cavabdeh1, ½ hissədə anası Cavabdeh2 mülkiyyətinə keçmişdir. Onun isə bundan heç bir xəbəri olmamış, bu yaxınlarda onun payının qanunsuz olaraq mənimsənilməsindən xəbər tutmuşdur. Bundan xəbər tutana qədər isə mənzilin ½ hissədə mərhum atasının, ½ hissədə anasının adına olduğunu, vərəsəlik işinin açılmadığını bilmişdir. Belə ki, evdə olan xx.xx.2012-ci il tarixli çıxarışda mənzilin mülkiyyətçiləri kimi hər biri ½ payla anası və mərhum atası qeyd olunmuşdur. Sonradan xx.xx.2020-ci ildə yeni çıxarış alınan zaman mənzilin anası və bacısına məxsus olduğunu bilmişdir. Bu haqsızlığı öyrənən kimi bir ay keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, öyrənmişdir ki, anasına notariat kontorunda müəyyən sənədlərə imza etdirmişlər. Anası həmin sənədlərin mahiyyətini və məzmununu bilməsə də, qızı c- və notariusa inanıb imzalamışdır. c-ın mülkiyyətçi olduğunu anası bilməmiş, mənzilin yarısının onun adına keçdiyini, yarısının mərhum ərinin adında qaldığını hesab etmişdir. Həmçinin, notariat kontorunda Azərbaycan Respublikasında olmadığı üçün onun vərəsə kimi varlığı barədə heç bir məlumat verilməmişdir. Nəticə olaraq, 2012-ci ildə Bakı şəhəri 8 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Anasına verilən şəhadətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Entuziast küçəsi 4 saylı evin 2 saylı mənzilinə ½ hissədə payçı anasıdır, digər ½ hissə isə açıq saxlanılmışdır. Görünür, daha sonra bacısı Tatyana digər ½ hissədə paya sahib olmuşdur. Bundan sonra onlar daşınmaz əmlak üzərində hüquqları rəsmiləşdirilməklə paylı mülkiyyət hüququ üzrə müvafiq çıxarışlar almışlar. O, mərhum atasının vərəsəsi olmaqla daimi olaraq həmin evdə qeydiyyatda olsa da, vərəsəlik işi barədə ona heç bir məlumat və ya çağırış verilməmiş, heç bir prosesdən xəbəri olmamış, yalnız bu yaxınlarda vərəsəlik işinin açıldığını, anası və bacısının mübahisəli mənzilə bərabər paylarının olduğunu, vərəsə kimi öz hüquqlarının pozulduğunu bilmişdir. Əvvəlcə mənzilin birgə nikah dövründə əldə edildiyini fikirləşərək yalnız ½ payı mübahisələndirmiş, lakin məhkəmə baxışı zamanı arxiv sənədlərinə əsasən mübahisəli mənzilin atasının adına özəlləşdirildiyini və yalnız atasına məxsus olduğunu öyrənmiş, bu səbəbdən iddia tələblərini dəqiqləşdirmişdir. Əslində atası sağlığında mənzilin ona qalmasını istədiyini bütün ailə üzvlərinə bildirmişdi, bacısı ilə isə qətiyyən yola getmirdi. Hazırda bacısı anası ilə də yola getmir, ona baxmır və evdən çıxarmağa çalışır. Anasına faktiki özü baxır, halbuki onun mənzil üzərində payı haqsız olaraq mənimsənilmişdir. Hesab edir ki, həm qanun, həm ədalət baxımından atasından miras qalmış mənzilə qanun üzrə vərəsələrin hər birinə 1/3 hissədə olmaqla bərabər pay hüququ müəyyən edilməlidir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, iddia tələblərini qəbul edir. Belə ki, mərhum həyat yoldaşı X6 2006-cı ildə vəfat etdikdən 6 (altı) il sonra, yəni 2012-ci ildə vərəsəlik işi ilə bağlı o və qızı Tatyana Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət etmişlər. Həmin vaxt onlar notariusda oğlunun varlığını gizlətmişlər. Çünki, həmin vaxt qızı gələcəkdə onun 1/2 hissədə payının oğluna qalacağını və buna etiraz etməyəcəyini bildirmişdir. Ona notariat kontorunda müəyyən sənədlərə imza etdirmişlər. O, həmin sənədlərin mahiyyətini və məzmununu bilməsə də, qızına və notariusa inanıb imzalamışdır. Sənədləşmələrin nəticəsi olaraq aldığı çıxarışda 1/2 hissə onun, 1/2 hissə isə mərhum həyat yoldaşının payı kimi göstərilmişdir. X1yıtdıqdan sonra evdə daim həmin çıxarışı görmüşdür. Oğlunun 2012-ci ildə vərəsəlik işinin açılmasından, mərhum atasının miras payının qızı ilə onun arasında bölünməsindən xəbəri olmamışdır. O, özü mənzilə dair yeni çıxarışı xx.xx.2020-ci il tarixdə almışdır. Bu yaxınlarda qızı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən və yeni çıxarışı aldıqdan sonra baş verənlərdən xəbər tutmuşdur. Həqiqət naminə bildirmək istəyir ki, əri sağlığında mənzilin oğluna qalmasını istəmiş, qızı ilə qətiyyən yola getməmişdir. Oğlu sənəd probleminə görə vaxtında Bakıya gələ bilməmiş, nəticədə mirasdan haqsız olaraq məhrum olmuşdur. Hazırda qızı onunla da yola getmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2085/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilməsi qət edilmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2085/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ataları 2006-cı ildə vəfat etsə də, iddiaçı onun yasına gəlməmiş, 25 ildən artıq müddətdə Rusiya Federasiyasında yaşamış, bir dəfə də olsun, Azərbaycana gəlməmişdir. İddiaçının mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsinə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək hüququnu həyata keçirməsinə mane olan hallar olmamışdır. Qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyriformal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü-özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsuludur. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən müxtəlif hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmakın saxlanılması və normal təsərrüfat aparılması üçün edir: mirası lazımı vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. İddiaçı qanunla göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə, həmin hüququnu itirmişdir. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, miras qoyanın vəfatından sonra mirası faktiki olaraq anası və o, qəbul etmiş və idarə etmişlər. İddiaçı uzun müddət ötürdükdən sonra onların razılığı əsasında mənzilə qeydiyyata düşməklə yaşayır. Lakin bu mirası qəbul etmə kimi qəbul edilə bilməz. Digər tərəfdən, iddiaçının 2012-ci ildən mənzilin kimlərin mülkiyyətində olduğundan məlumatı olmuşdur. İddiaçının hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığı kimi, o, istər əqdin etibarsızlığı, istərsə də miras əmlaka payın tanınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. İş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etsə də, məhkəmə buna hüquqi qiymət verməmişdir. Məhkəmə mirasın açıldığı vaxtda iddiaçının Bakıda olmadığını əsas götürərək iddia müddətini tətbiq etməmişdir. Lakin bu əsas ola bilməz. Belə ki, bu müddət ərzində iddiaçın Azərbaycana gəlməyə imkanı olmuş və bunun üçün heç bir maneə yaranmamışdır. Belə ki, iddiaçı atasının ölümü barədə məlumatlı olmuş, lakin özü hansı səbəbdənsə, gəlməmiş və mirası qəbul etməyərək mirasın qəbul edilməsi müddətini üzrsüz olaraq ötürmüşdür. Məhkəmə iclasında cavabdeh c aya apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iddiaçı x apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh n apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Baki şəhəri 8 saylı Notarı̇ at Kontoru nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZ-İ seriyalı, 193135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxx 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2006-cı il tarixdə ölmüş X4 vərəsəsi ünvan 1 mənzil 2 ünvanında yaşayan həyat yoldaşı Cavabdeh2dır və o, həmin mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır, ½ hissə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2, 2 saylı mənzil Cavabdeh2 və X4 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1723 nömrəli reyestr kitabının 158331 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx xxxxxxxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2006-cı il tarixdə ölmüş X4 vərəsəsi ünvan 2 mənzil 2 ünvanda yaşayan qızı Cavabdeh1dır və o, həmin mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır, ½ hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2, 2 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1723 nömrəli reyestr kitabının 158331 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 2, 2 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 hər birinin ½ payı olmaqla xüsusi mülkiyyətlərindədir, Cavabdeh2 barəsində qeydiyyat tarixi xx.xx.2020-ci ildir. İş materiallarında olan X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzili hal-hazırda mülki iş üzrə cavabdehlər Cavabdeh1 adına ½ hissədə və Cavabdeh2 Abdulovnanın adına ½ hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İş materiallarında olan X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, ev 4, mənzil 2 X4 adına xx.xx.1997-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzilin ½ hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə, digər ½ hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır və mənzil hazırda həmin şəxslərin mülkiyyətindədir. İş materiallarında olan X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əlavə edilən sənədlərdən görünür ki, 1997-ci il tarixli forma-2 üzrə arayışa əsasən müqavilə üzrə icarədar V.Q.Volskiy, habelə onun ailə üzvləri (hazırki iddia üzrə iddiaçı olan oğlu, cavabdehlər olan həyat yoldaşı və qızı) həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuş, mənzil onların razılığı ilə V.Q.Volskiyin adına özəlləşdirilmiş, onun vəfatından sonra yuxarıda qeyd olunan vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında müvafiq çıxarışlar verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 mənzil 2-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı və cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Abdulovna xx.xx.2006-cı il tarixdə ölmüş mərhum X4 birinci növbəli vərəsələri olmuşlar. X4 ölümündən sonra onun mülkiyyətində olmuş ünvan 2, mənzil 2 ünvanda yerləşən əmlaka miras açılmışdır. Miras açıldıqdıqdan sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Abdulovna həmin evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Onlar 2012-ci ildə notariat orqanına müraciət edərək miras əmlaka dair hər birinə ½ pay olmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar və həmin şəhadətnamə əsasında əmlaka dair mülkiyyət hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmışlar. İddiaçı 1993-cü ildən Rusiya Federasiyasına getmiş və orada yaşamış, 2006-cı ildə atasının ölməsindən və mirasın açılmasından xəbərdar olmuş, lakin həmin vaxt Bakıya gələ bilməmiş, nə özü bilavasitə, nə də nümayəndəsi vasitəsilə mirasın qəbul edilməsinə yönəlmiş hərəkətlər etməmiş (mirasa faktiki sahiblik etmək və ya notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etmək), yalnız 2016-cı ildə Azərbaycana qayıtmışdır. İddiaçı bu müddət ərzində miras evdə qeydiyyatda olmuşdur və hal-hazırda da qeydiyyatda olmaqla, həmin evdə yaşayır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin o hallarına əsaslanmışdır ki, iddiaçı mirasın açıldığı zaman Rusiya Federasiyasında yaşamış və Bakıya yalnız bir neçə il əvvəl qayıtmış, o qayıtdıqda isə miras artıq bölüşdürülmüş, bu müddət ərzində miras evdə qeydiyyatda olmuş, 2012-ci ildə notariat kontorunda vərəsəlik işi açılarkən digər vərəsələr tərəfindən iddiaçının varlığı notariusdan gizlədilmiş, iddiaçının vərəsəliyə çağırılmasını təsdiq edən hər hansı mötəbər sübut müəyyən edilməmiş, həmçinin cavabdehlərdən biri olan Cavabdeh2 iddianı etiraf etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində isə təsbit olunmuşdur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu dedikdə vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. İşin müəyyən edilmiş hallarından və qeyd olunan qanun normalarından görünür ki, iddiaçının vərəsə kimi miras əmlakı qəbul etmək hüququ mirasqoyan X4 öldüyü xx xxx 2006-cı il tarixdə yaranmış və 6 (altı) ay müddətində davam etmişdir. Lakin iddiaçı bu müddət ərzində mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmişdir. Həmçinin, iddiaçı mirası vaxtında qəbul edə bilməməsinin üzrlü səbəbdən baş verməsini göstərməmiş, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməməklə həmin hüququnu itirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, xx xxx 2006-cı il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 4 saylı evin 2 saylı mənzil) iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik olmamışdır və həmin hissədə iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab olunmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh c tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2085/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2659/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2659/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver