Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4710/2021 21.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı İddiaçı Cavabdeh (Maraqlı şəxsnə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: aliment ödəməkdən azad edilmə, aliment borcunun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiаçı İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili X13 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3415/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə dair işə 21 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh 29.12.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 06.10.2007-ci il təvəllüdlü X10 və 08.11.2012ci il təvəllüdlü X12 doğulmuşdur.
2. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2015-ci il tarixli, 2(010)- 149/2015 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən, birgə nikahdan doğulmuş hər iki uşağın anaları X5 yanında qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, cəmi 144 manat miqd arında alimentin X5 xeyrinə tutulması qət edilmişdir.
3. Bundan sonra, İddiaçı Cavabdeh qarşı “uşaqların anadan alınaraq ataya verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.04.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilsə də Bakı Apellyasiya Məhkəməsinin 26.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək uşaqlardan birinin – 06.10.2007-ci il təvəllüdlü X4 anadan alınaraq ataya verilməsi qət edilmiş, bu qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. 14.06.2018-ci il tarixindən etibarən 06.10.2007-ci il təvəllüdlü X10 iddiaçının yanında qalmağa başlamışdır.
4. Maraqlı şəxs tərəfindən X7 verilmiş 02.10.20 20-ci il tarixli, 17/72-23242/3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, 17.03.2015-ci il tarixli icra vərəqəsinə əsasən iki azyaşlı uşağın saxlanılması üçün borclu İddiaçı aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar Cavabdeh ödənilməlidir. 14.06.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən 08.11.2012-ci il təvəllüdlü X2 üçün borclu İddiaçı aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bu günə olan borcu 4442 manat təşkil edir.
5. Maraqlı şəxs tərəfindən İddiaçı verilmiş 01.10.2020-ci il tarixli, 17/72-23242/3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, 17.03.2015-ci il tarixli icra vərəqəs inə əsasən iki azyaşlı uşağın saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar X7 ödənilməlidir. 14.06.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən bir uşağa görə aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bugünə olan borc 4442 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh Maraqlı şəxsnə qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, 17 mart 2015-ci il tarixli qətnaməsi ilə ona təyin edilmiş alimentdən 2018-ci ilin 14 iyu n tarixindən azad olunması və həmin qətnamə əsasında 2018-ci ilin 14 iyun tarixindən bu günədək hesablanılmış 4442 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 dekabr 2006-cı il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində Cavabdeh ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları – X və X dünyaya gəlmişdir. Bir müddət sonra cavabdehlə aralarında münasibətlər pozulduğundan Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. 17 mart 2015-ci il tarixində işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi X icraatında baxılaraq iddianın təmin edilməsi, birgə nikahdan dünyaya gələn övladlarının anaların ın yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun aylıq gəlirinin 1/3 hissəsi qədər, eləcə də bir uşağa görə 72 manat olmaqla, iki uşağa görə 144 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Daha sonra o, birgə nikahdan dünyaya gələn övladları X4 və X11 analarından alınaraq onun himayəsinə verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müracət etmişdir. Bakı şəhəri SuraxanıRayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(010)334/2019 saylı qətnaməsinə əsasən iddianın rədd edilməsi qərara alınmışdır. Daha sonra, həmin qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində mülki işə 26 iyul 2019-cu il tarixində hakim X icraatında baxılaraq qətnamənin ləğv edilməsi, iddianın qismən (qızının onun himayəsinə verilməsi) təmin edilməsi barədə qətnamə qəbul eidlmişdir. Cavabdeh qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Müki işə 03 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi X icraatında baxılaraq kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. 2018-ci ilin iyun ayından etibarən qızı və oğlu onun yanında qalmağa başlamışlar. 14 iyun 2018-ci il tarixində oğlunu anası zorla alıb aparsa da qızı onun yanında qalmağı seçmişdir. Həmin tarixdən etibarən qızı fasil əsiz olaraq onun himayəsində olmuşdur. Əlavə olaraq, o, nikah pozulduqdan sonra 27 may 2017-ci il tarixində ailə həyatı qurararq X8 ilə nikaha daxil olmuşdur. 20 yanvar 2016-cı il tarixində birgə nikahlarından X adlı bir övladı dünyaya gəlmişdir. İkinci ailə həyatından dünyaya gələn X9 görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-717/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay qazancının 1/4 hissəsi miqdarında aliment ödəməkdədir. Cavabdehin ona qarşı qaldırdığı və məhkəmə tərəfindən təmin edilən 17 mart 2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnamə üzrə 25 noyabr 2014-cü il tarixindən etibarən (qızı 2018-ci ilin 14 iyun tarixindən etibarən fasiləsiz olaraq onun himayəsində qalmasına baxmayaraq) ondan bu günə kimi aliment tutulmaqdadır. Məlum olduğu kimi qanunvericilik uşaqların saxlanılmasını hər iki valideynin üzərinə qoymuşdur. İki uşaqdan birinin onun, (14.06.2018-ci il tarixindən) digərinin isə cavabdehin yanında qalmasını, o cümlədən onun yeni ailə həyatı qurduğunu və yeni ailə həyatından bir övladının dünyaya gəlməsini nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı qətnaməsi ilə ona təyin edilmiş alimentdən 14 iyun 2018-ci il tarixindən azad olunması və həmin tarixdən sonra bu günə qədər yaranmış aliment borcunun silinməsi haqqında qətnamə qəbul edilməlidir. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, 17 mart 2015-ci il tarixli icra sənədinə əsasən cavabdehə 14 iyun 2018-ci il tarixinədək 15644.90 manat ödəniş etməli idi. O, bu günədək cavabdehə ümumilikdə 18076.68 manat ödəniş etmişd ir. Göründüyü kimi 14 iyun 2018-ci il tarixinədək ödəməli olduğu alimenti tam ödəmişdir. Hətta 2431.80 manat məbləğində pul artıq olaraq ödənilmişdir. 14 oyun 2018-ci il tarixindən etibarən qızı onun himayəsində olsa da ondan bu günədək aliment tutulmuşdur. Həmçinin, bu gün də ondan əlavə aliment borcu tələb edilməkdədir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli, 17/7223242/3 saylı məktubda qeyd edilir ki: “14 iyun 2018-ci il tarixindən icra sənədində göstərilən qaydada həmin tarixdən bir uşağa görə aylıq qazancınızın 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bu günə olan borcunun 4442 manat təşkil edir”. Odur ki, hazırda tərəfindən ödənilən alimentin məbləğinin artıq olması və 14 iyun 2018-ci il tarixindən bu günədək hesablanılmış ol an 4442 manat məbləğində alimentin övladının onun himayəsində olduğu halda hesablandığı üçün silinməlidir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 30 noyabr 2020-ci il tarixli, 2(010)-4704/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinə əsasən 06.10.2007-ci il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən 14.06.2018-ci il tarixdən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 14 iyun 2018-ci il tarixindən etibarən uşaqlardan biri – X10 iddiaçının yanında qaldığındanvə aliment uşağın yanında olmayan valideyn tərəfindən ödənilməli olduğundan İddiaçı Ba kı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17.03.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinə əsasən 06.10.2007-ci X1 üçün ödəməli olduğu alimentdən 14 iyun 2018-ci il tarixdən azad edilməlidir.
10. Lakin məhkəmə hesab edir ki, iddia ödənilməmiş alimentə görə borcun silinməsi hissəsində əsassızdır. Ona görə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubların surətlərindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)149 saylı, 17.03.2015-ci il tarixli icra vərəqəsinə əsasən 14.06.2018-ci il tarixdən X2 üçün borclu İddiaçı aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla borc 4442 manat təşkil edir. Elə iddiaçı özü də iddia tələbini əsaslandırarkən bu hala istinad etmişdir. Göründüyü kimi iddiaçı 14.06.2018-ci il tarix dən etibarən bir uşağa (öz yanında qalmayan) görə aliment ödəməsini mübahisələndirmir. O, sadəcə olaraq hesab edir ki, 14.06.2018-ci il tarixdən tərəflərin hər ikisində bir uşaq olduğundan onların bir-birinə qarşı alimet öhdəliyi olmamalı, beləliklə, o, cavabdehin himayəsində olan oğluna görə aliment ödəməməlidir.
11. Məhkəmə iddiaçının diqqətinə çatdırmışdır ki, valideynin himayəsində bir uşaq olması onu digər valideynin himayəsində olan uşağa görə aliment ödəməkdən azad etmir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə də bu hal alimentdən azad edilmənin mütləq əsası kimi nəzərdə tutulmamışdır və bunun nə hüquqi, nə də məntiqi əsası yoxdur. Ona görə ki, aliment tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla təyin edilir. Yəni valideynlərdən biri nin maddi gəliri digərindən çoxdursa aydındır ki, belə bir halda onların hər ikisindən eyni məbləğdə aliment tutula bilməz. Bu o deməkdir ki, hər valideynin himayəsində bir uşağın olması onları qarşılıqlı olaraq aliment ödəmək öhdəliyindən azad etmir, çünki hər bir uşaq üçün ayrı-ayrı məbləğlərdə aliment müəyyən edilir və bu məbləğlərdən biri digərindən çox ola bilər
12. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
13. Göründüyü kimi, qanunvericiliklə tərəflərdən hər birində bir uşaq qalması valideynlərin alimentdən azad edilməsinin müt ləq əsası kimi müəyyən edilməmiş, əksinə bu halda digər valideyndən daha az təminatı olan valideynin xeyrinə tutulan alimentin miqdarı müəyyən edilmişdir. İddiaçı isə iddia tələbini əsaslandırarkən şərti olaraq hər iki uşaq üçün tutulacaq alimenti bərabər məbləğdə qiymətləndirərək hesab etmişdir ki, iki tərəfin də bir-birinə aliment ödəmək öhdəliyi yoxdur və o, uşaqlardan birinin faktiki olaraq yanında qalmağa başladığı vaxtdan etibarən digər uşağa münasibətdə aliment ödəməkdən azad hesab edilməlidir. Bu cür mövqenin isə artıq yuxarıda qeyd edilmiş səbəblərdən heç bir əsası yoxdur. Yəni iddiaçı öz himayəsində olmayan oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasına görə yaranmış aliment borcunu ödənilməlidir.
14. Bu eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasınının məcbu rliyindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129cumaddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
15. Bundan başqa, iddiaçı iddiasını əsaslandırarkən alimenti artıq ödədiyinə istinad etmiş, bununla bağlı məhkəməyə cədvəl təqdim etmişdir. Məhkəmə tərəfindən bu cədvəl tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin cədvəldə göstərilmiş bütün ödənişlər iddiaçı tərəfindən sadəcə olaraq qeyd edilmiş, bu ödənişləri təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Dolayısı ilə təklikdə bu cədvəlin iş üçün hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Məhkəmə qətnaməsinin icrasını təmin edən dövlət orqanı isə açıq şəkildə iddiaçının öz himayəsində olmayan uşağa görə 4442 manat məbləğində borcu olduğ unu göstərmişdir. Odur ki, iddia bu hissədə əsassızdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 78.3, 112.1, Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3415/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və X.Cəmilova) apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsinə aid hissədə ləğv edilmiş, həmin hissədə tələbin təmin olunması, İddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 nö mrəli iş üzrə 17.03.2015-ci il tarixli qətnaməsi ilə X3 üçün müəyyən edilmiş aliment öhdəliyindən 14.06.2018-ci il tarixdən azad edilməsi və 14.06.2018-ci il tarixdən hesablanmış 4.442 manat aliment borcunin silinməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kiçik uşaq anasının yanında, böyük uşaq isə 14.06.2018-ci il tarixdən atasının yanında yaşayır. Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd olunub ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, "az təminatlı” ifadəsindən istifadə olunub. Ona görə də tərəflərdən birindən digərin in xeyrinə o halda aliment tutula bilər ki, xeyrinə aliment tutulan şəxsin obyektiv səbəblərdən az təminatlı olduğu müəyyən edilsin.
20. Belə ki, şəxs 2 səbəbdən az təminatlı ola bilər: 1) obyektiv səbəbdən; 2) subyektiv səbəbdən.
21. Obyektiv səbəb deyiləndə şəxsin özündən asılı olmayan səbəblər (əlil olması, xəstə olması və s.), subyektiv səbəb deyiləndə isə şəxsin özündən asılı olan səbəblər (işləməməsi, bilərkən az əmək haqqı ödənilən işdə işləməsi və s.) başa düşülür. Əgər səbəbin obyektiv və ya subyektiv olması nəzərə alınmadan şəxs az təminatlı hesab olunsa, istənilən tərəf özünü az təminatlı vəziyyətə salaraq əks tərəfdən aliment tələb edə bilər. Cavabdeh obyektiv səbəbdən az təminatlı hesab olunmur. Belə ki, cavabdeh obyektiv səbəblərin mövcud olduğunu təsdiq edən sübut təqdim etm əyib, onun əmək qabiliyyəti var, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, habelə işsiz statusu yoxdur.
22. Bundan başqa, iddiaçının yanında qalan böyük uşağın 13 yaşı, cavabdehin yanında qalan kiçik uşağın isə 8 yaşı var. Uşaq böyüdükcə onun saxlanması üçün çəkilən xərclərin həcmi də böyüyür, ona görə də hesab olunur ki, iddiaçının (böyük uşağı saxlayan valideynin) xərcləri cavabdehin (kiçik uşağı saxlayan valideynin) xərclərindən daha çoxdur.
23. Belə vəziyyətdə cavabdehin yanında qalan kiçik uşağa görə iddiaçıdan aliment tutulması üçün cavabdehin obyektiv səbəbdən az təminatlı olduğunu təsdiq edən mötəbər sübutlar olmalıdır.
24. Bundan başqa, cavabdehin yanında 1 uşaq, iddiaçının yanında isə 2 uşaq yaşayır. Belə ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra başqa şəxslə - X il ə ailə qurub və bu nikahdan bir uşağı - 20.01.2016-cı il təvəllüdlü X doğulub. Həmin uşağın saxlanması üçün iddiaçının qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul olunub. Belə vəziyyətdə cavabdehin yanında qalan 1 uşağa görə iddiaçıdan aliment tutulması üçün cavabdehin obyektiv səbəblərdən az təminatlı olduğunu təsdiq edən mötəbər sübutlar olmalıdır. Əks yanaşma ona səbəb olacaq ki, cavabdeh heç bir uşağın xərcini ödəməyəcək, iddiaçı isə 3 uşağın, yəni birinci nikahdan olan 2 uşağın və ikinci nikahdan olan 1 uşağın xərcini ödəyəcək.
25. Kiçik uşağa görə 14.06.2018-ci il tarixdən 01.10.2020-ci il tarixə qədər ödənilməmiş aliment borcunun məbləği 4.442 manat təşkil edir. Bu, icra məmurunun iddiaçıya göndərdiyi 01.10.2020-ci il tarixli, 17/72-2 3242/3 nömrəli məktubla təsdiq olunur. 1-ci tələb təmin edildiyinə, yəni iddiaçı kiçik uşağa görə aliment ödəməkdən 14.06.2018-ci il tarixdən azad edildiyinə görə 2-ci tələb də təmin edilməli, yəni 14.06.2018-ci il tarixdən sonra hesablanmış aliment borcu silinməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələbləri ni pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
30. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
35. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. (maddə 78.3)
36. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birin in ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.. (maddə 112.1) Mülki Prossesual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegi yası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3415/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.