Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4712/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili Muxtarov Ruslan Muxtar oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-1439/2019 saylı qətnaməsi i lə (hakim P.Ə.Hacıyev) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 6.203 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinin bölüşdürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Quliyev, F.Tağıdazə və E.Rəhimov, iş No 2(105)-218/20 saylı mülki iş) hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)1439/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTR EAZ 22 hesabına keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xan Şuşinski küçəsi ilə Hənifə Ələskərova küçələrinin kəsişməsində Cavabdeh "Daimler Chrysler” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Audi A6” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2014-cü il tarixli, 4118 saylı arayışına və DİN BDYPİ-nin xx.xx.2014-cü il tarixli, BYP 866304 saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və Azərbaycan Respublikas ının “Yol hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən “Audi A6” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 8.078,25 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, Cavabdeh 8.078,25 manat sığorta ödənişi məbləği, 31 manat məbləğində dövlət rüsumu və 08 manat notariat xərci olmaqla, cəmi 8.117,25 manat məbləğində pulun Cavabdeh tutulub iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, avtomaşına vurulmuş zərər düzgün hesablanmayıb. Ekspert rəyi obyektiv deyil. Ona görə məhkəmə təkrar ekspertiza keçirməli idi. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 və onun vəkili Muxtarov Ruslan Muxtar oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsi nə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. X3 məxsus “Audi A6” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası" növü üzrə MİB-1593/13 saylı sığorta şəhadətnaməsi ilə “xxxx” ASC-də sığortalanmışdır. Azərbaycan Respubli kası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 866304 nömrəli xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə saat 14:20-də idarə etdiyi “Daimler Chrysler” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla eyni əhəmiyyətli yolda Bakı şəhəri, Xan Şuşinski küçəsi və Hənifə Ələskərova küçələrinin kəsişdiyi yolayrıcında Hənifə Ələskərova küçəsi ilə düzünə hərəkətdə olan “Audi A6” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onunla toqquşmuşdur. "xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli “Zərərin hesablanması akt”ında X3 məxsus "Audi A6" markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyyat hissələrini və təmir-bərpa işlərini dəqiqləşdirmiş və "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 621/14-CM246/14 nömrəli sığorta aktından görünür ki, xx.xx.2014cü ildə baş vermis sığorta hadisəsi nəticəsində "Audi A6” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 8.178.25 manat məbləğində maddi ziyan dəymiş, dəymiş zərərdən MİB-1593/13 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 100 manat azadolma məbləği çıxılmaqla yekun məbləğ 8.078.25 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 621/14-CM246/14 nömrəli sığorta aktına əsasən xx.xx.2014cü il tarixli, 001131 nömrəli kassa məxaric orderi ilə İlyas Əhmədova 8.078.25 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 5704 saylı rəyindən görünür ki, 2010-cu il buraxılışlı “Audi A6” minik markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6.203 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 23826 saylı təkrar məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizasının rəyindən görünür ki, 2010-cu il buraxılışlı “Audi A6” minik markalı, **-CM*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6.203 manat müəyyən edilir. Cavabdeh tərəf iş üzrə iki dəfə ekspertiza keçirilməsinə baxmayaraq yenə də dəyən zərərin məbləği ilə razılaşmır. Nəzərə almaq lazımdır ki, xüsusi biliyə malik olan ekspertin verdiyi yazılı rəyin həqiqiliyi prezumpsiyası mövcuddur. Lakin işə baxan məhkəmə ekspert rəyini digər sübutlarla birgə qiymətləndirir. Ekspert rəyinin əsassız olması ilə bağlı tərəfin birtərəfli bəyanatı rəyi qüvvədən sala bilməz. Ekspert rəyi o zamanı yenidən yoxlanıla və təkrar ekspertiza keçirilə bilər ki, rəyi şübhə altına alan hallar aşkar edilsin. Hazırkı işdə artıq bir dəfə təkrar ekspertiza keçirilmiş və yenə də zərərin məbləği dəyişməmişdir. Cavabdeh tərəf zərərin məbləğinin daha az olmasını israr edirsə bununla bağlı sübutlar təqdim etməlidir. İşə baxan məhkəmələr rəyi şübhə altına alan hallar aşkar etməmişlər. Eyni zamanda işdən də görünür ki, zərər dəymiş avtomaşın öz sinfinə görə yüksək keyfiyyətli “Audi A6” minik markalı avtomaşındır. Ona məxsus olan ehtiyat hissələrinin və görüləcək işin bahalı olması istisna deyil. Bun dan başqa nəzərə almaq lazımdır ki, işin faktiki halları ilə bağlı sübutlar işə mahiyyəti üzrə baxılanda təqdim edilməlidir. Çünki kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onlar ın prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4712/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4712/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver