Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4713/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4713/2022 Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3018/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra –cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan "Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobili 11258 (on bir min iki yüz əlli səkkiz) manata cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə xx.xx.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı "müqavilənin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış, Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-126 nömrə ilə qeyd edilmiş 01 fevral 2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, iddiaçıya məxsus "Kia Picanto" markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin iddiaçıya qaytarılması və ödənilmiş dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin gün avtomobil və qeydiyyat şəhadətnaməsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, belə ki, 2 aydır ki, ödənişləri etməmişdir və öhdəliyi yerinə yetirməmişdir. Cavab deh tərəfindən müqavilənin 2.3. bəndinin tələbləri pozulmuşdur, belə ki, müqavilədə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirlmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehdən dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir və ödənişləri yerinə yetirməmişdir. Bu da cavabdehin gələcəkdə müqavilə üzrə öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini şübhə altına alır. Cavabdeh artıq müqavilənin şərtlərini pozmağa başlamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır, dəfələrlə müqavilənin tələblərini yerinə yetirməsini tələb etsə də, imtin a etmişdir. Cavabdehin razılaşdırılmış qaydada pulu ödəməməsi onu sübuta yetirir ki, cavabdehin razılaşmanın şərtlərini yerinə yetirmək niyyəti yoxdur. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozduğuna görə 01 fevral 2021-ci il tarixli müqavilə ləğv edilməlidir. O müqavilənin ləğv edilməsi barədə təklifi cavabdehə xx.xx.2021-ci il tarixdə göndərmiş, təklifə on gün münasibət bildirməsini tələb etmiş və cavabdeh bu təklifə heç bir münasibət bildirməmişdir. Ona görə də, müqavilə ləğv edilməli, cavabdehdən iddiaçının mülkiyyətində olan "Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq iddiaçıya qaytarılmalıdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4582/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tari xli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilmiş, "Kia Picanto” minik markalı, **-VM*** dövlət qeydiyyatı nişanlı avtomobilə dair X2 (İddiaçı əvəzinə) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alq-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh "Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satış məbləğini xx.xx.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə məbləğ ödənilmədiyindən və həmin müqavilənin ləğv edilməsi tələb edildiyindən, iddia tələbi xx.xx.2021-ci il tarixli ilki n alqısatqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
6. Həmçinin, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı avtomobili Cavabdeh sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, “İkinci tərəf - Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək. 10 (on) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili birinci tərəf-İddiaçı nümayəndəsi X1 təhvil verməyi öhdəsinə götürür.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – M ülki Məcəllə) 385.1, 405.1, 421.2, 423.2, 424.2, 425.1, 427.3, 442, 448.1, 448.2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ödənişlərin iddiaçı tərəfindən ona qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlansa da, müqavilənin 2.3-cü bəndində göstərilir ki, Cavabdeh avtomobili müqavilə tərəfinə deyil, tərəf olmayan X1 qaytarmalıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, ödəniş 10 gün gecikdirildiyi halda, “İkinci tərəf” həmin vaxtadək ödəmiş olduğu məbləği tələb etməyəcək. Həmin müddəa mülki qanunvericiliyə uyğun gəlmir və şəxsin konstitusion hüququnu məhdudlaşdırması baxımından etibarsızdır. Həmin müqavilənin 2.4-cü bəndində göstərilmişdir ki, müqavilə üzrə göstərilən məbləğ tam ödənilib qurtardıqdan sonra müqavilə üzrə tərəf olmayan X3, “İkinci tərəf”ə avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə verəcək. Yəni, ödəniş başa çatdıqdan sonra da alıcı əşya üzərində mülkiyyət hüququ əldə etmir, onun əşya barəsində sərəncam vermək hüququ müqavilə üzrə tərəf olmayan şəxsin hərəkətindən - etibarnamə verməsindən asılıdır. Əqd ləğv edildiyi halda tərəfin icra edilmiş öhdəliyin geri qaytarılmasını tələb etmək hüququnu tənzimləyən norma olmadığı üçün, həmin hüquq münasibətləri analogiya üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hüquq münasi bətləri tənzimləyən Mülki Məcəllənin 337.5-ci bəndinə uyğun olaraq tənzimlənməlidir. Həmin maddənin tələbinə görə isə, əqd etibarsız hesab edildikdə tərəflər əqd üzrə aldıqlarını bir-birinə qaytarmalıdırlar. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etdiyi halda, cavabdehin müqavilə üzrə ödədiklərini aydınlaşdıraraq, həmin ödənişlərin iddiaçı tərəfindən ona qaytarılmasını qət etməli idi.
10. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasında olduğundan, obyektiv səbəbdən müqavilə üzrə ödənişi etmək imkanı olmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verərkən, cavabdehin müqavilə üzrə iddiaçıya ödədiyi məbləğin qaytarılması məsələsinə münasibət bildirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh bir neçə ay ərzi ndə iddiaçıya ödənişlər etmiş, iddiaçı yalnız müqavilə bağlanandan 7 ay sonra məhkəməyə iddia vermişdir. Bu müddət ərzində cavabdeh tərəfindən ödənilmiş vəsaitə isə qətnamədə qiymət verilməmişdir. Cavabdeh, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasının ərazisində olmuş, bu səbəbdən hazırki mübahisənin birinci instansiya baxışında iştirak etməmiş, prosesdən məlumatı olmamışdır. İddiaçı ilə bağlanmış ödənişlər barədə sübutlar apellyasiya instansiya məhkəməsinə təqdim ediləcəkdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3018/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edib.
14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olamamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
22. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
23. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki P rosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin aktından yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə yalnız onun tələbinə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və Məhkəmə koll egiyası həmin əsaslandırılma ilə razılaşır.
34. Kollegiya hesab edir ki, məhkəmələr eyni zamanda tələbin qanuni əsası kimi müqavilənin ləğvini tənzimləyən maddi hüquq normalarını tətbiq edə bilərdilər. Lakin, nə qədər ki, nəticə etibarı ilə məhkəmələr mübahisə ilə bağlı düzgün qənaətə gəlmişlər, formal əsaslarla qətnamənin ləğv edilməsinə əsaslar yoxdur.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə tərəflər avtomaşının ümumi satış qiymətini müəyyən etmiş və hər ay nə qədər pul ödəniləcəyi, həmin məbləğin hansı tarixədək ödəniləcəyi barədə razılığa gəlmişlər. Beləki, bağlanmış müqaviləyə əsasən Cavabdeh satış məbləğini xx.xx.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.
37. Cavabdehin avtomaşının razılaşdırılmış dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməməsi işin mübahisəsiz halıdır. Hər iki tərəf bu halı təsdiq edir.
38. Müqavilənin 2.3. bə ndinə görə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirlmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir.
39. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödəniş etmədiyini təsdiq edir. Ona görə iddiaçı hazırkı qərarın 20-22-ci bəndlərində nəzərdə tutulan normalara görə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.
40. Azərbaycan Respublikası MM-nin 424.4. maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
41. Tərəflər arasında bağlanmış m üqavilədə müqavilə şərtlərini pozan tərəfin verdiklərini geri tələb etməsini nizama salan şərtlər nəzərdə tutulmamışdır. Həm də nəzərə almaq lazımdır ki, keçən müddət ərzində avtomaşın faktiki olaraq cavabdehin sahibliyində olmuş və ondan istifadə edilmişdir.
42. Nəzərə almaq lazımdır ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3018/2022 nömrəli mülki iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.