Məhkəmə qərarları › İş №2(102)-4716/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4716/2021

28.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4716/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh AAAAAAAAAA oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh AAAAAAAAAA oğlu, vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh AAAAAAAAAA oğluna qarşı “Lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10327/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh AAAAAAAAAA oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29.11.12-ci il tarixli “Lizinq müqaviləsi” əsasında cavabdeh iddiaçı ASC-dən, ASC-yə məxsus olan 4 baş Holştin-friz cinsli damazlıq heyvanları lizinqə, yəni istifadəsinə və sahibliyinə götürmüşdür. Bunun müqabilində, cavabdeh, qeyd edilən müqavilə ilə heyvanların dəyərini hissə-hissə ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Keçən müddət ərzində lizinq ödənişləri edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərə k ASC ilə lizinqalan olan cavabdeh arasında bağlanmış 29.11.2012-ci il tarixli, 93-LD/12 №-li “Lizinq müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi səbəbindən yaranmış 1.637,72 manat əsas borcun, 1.275,27 manat ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin), habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, cəmi isə 2.942,99 manat məbləğində pulun cavabdehdən tutularaq ASC-yə ödənilməsi, lizinq obyekti olan 4 baş DE 03“544 54688, DE 03“541 73950, DE 03“538 45580, DE 03“545 67942 inventar nömrəli “Holştin-friz” cins damazlıq heyvanların sağlam vəziyyətdə (bundan sonra – damazlıq heyvanlar) ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, etməli olan ödənişləri etməmiş və nəticədə, onun ASC-yə 1.637,72 manat məbləğində əsas borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı ASC, qeyd edilən müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə cərimə (dəbbə) tətbiq etmişdir ki, həmin cərimənin məbləği 1.275,27 manat təşkil edir. ASC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcu ödəməmiş, ASC də, bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi 15 noyabr 2017-ci il tarixli, 2(008)8611/2017 nömrəli (hakim V.Həsənov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti ar asında bağlanmış 29 noyabr 2012-ci il tarixli 93-LD\12 nömrəli lizinq müqaviləsi ləğv edilmiş; Cavabdeh 1637,72 manat əsas borc, 30 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 1697.72 manat alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilmiş; Cavabdeh tərəfindən İddiaçı açıq səhmdar cəmiyyətindən lizinqə götürlmüş lizinq obyekti olan 4 baş DE 03 544 54688, DE 03 541 73950, DE 03 53845580, DE 03 545 67942 inventar nömrəli Holştin-friz cins damazlıq heyvanları sağlam vəziyyətdə geri qaytarılması qət edilmiş; iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 424.5, 467, 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748.9, 750-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməs indəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və H.Həmidov) 16 noyabr 2018-ci il tarixli, 2(103)-10327/18 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 noyabr 2017-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh AAAAAAAAAA oğlu apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası təmin edilərkən mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Lizinqə götürdüyü inəklər bir neçə aydan sonra tələf olmuşdur. Bu barədə lizinq şirkətinə məlumat vermiş, müvafiq sənədləşmə aparılmışdır. Eyni zamanda həmin inəklər sığorta şirkəti tərəfindən sığortalanmışdır. Müqaviləyə əsasən sığorta hadisəsi baş verərkən faydalanan şəxs kimi lizinq şirkəti göstərilmişdir. Ona görə ona qarşı iddia tələbi rədd edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh AAAAAAAAAA oğlu və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. 13. 3-cü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.).

16. Maddə.

448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. Maddə.

467. Məh kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. Maddə.

747. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur

19. Maddə 747.1. “Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməs i də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Maddə. 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.

21. Maddə. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir.

22. Maddə. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər mal iyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

23. Maddə. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

24. Maddə. 748-10. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 29.11.12-ci il tarixli “Lizinq müqaviləsi” əsasında cavabdeh iddiaçı ASC-dən, ASC-yə məxsus olan 4 baş Holştin-friz cinsli damazlıq heyvanları lizinqə, yəni istifadəsinə və sahibliyinə götürmüşdür. Bunun müqabilində, cavabdeh, qeyd edilən müqavilə ilə heyvanların dəyərini hissə-hissə ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 3287,73 manat məbləğində ilkin ödəniş etmişdir. İddiaçının 01.01.2016-cı il tarixədək 1637.72 manat borcu qalmışdır.

29. Kassator yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlil irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişdir.

30. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallarla bağlı cavabdeh heç bir sübut təqdim edə bilməmişdir.

32. Cavabdehin etirazı onunla bağlı olmuşdur ki, lizinqə götür düyü inəklər bir neçə aydan sonra tələf olmuşdur. Bu barədə lizinq şirkətinə məlumat vermiş, müvafiq sənədləşmə aparılmışdır. Eyni zamanda həmin inəklər sığorta şirkəti tərəfindən sığortalanmışdır. Müqaviləyə əsasən sığorta hadisəsi baş verərkən faydalanan şəxs kimi lizinq şirkəti göstərilmişdir.

33. Apelyasiya Məhkəməsi cavabdehin dəlilləri ilə bağlı dəyərləndirmə aparmışdır. Lizinqə verilmiş inəklərin sığortalanması və sığorta hadisəsi baş verəndə faydalanan şəxs kimi lizinq şirkətinin göstərilməsi işin mübahisə olunmayan halıdır. Lakin, cavabdeh sığorta hadisəsinini-lizinqə verilmiş inəklərin tələf olması hallarını sübuta yetirə bilməmiş, bununla bağlı lizinq şirkəti ilə hər-hansı sənədləşmə aparılmasına dair sübut təqdim edə bilməmişdir. Ona görə işə baxan Apelyasiya Məhkəməsi haqlı ol araq sübutetmə vəzifəsinin bölüşdürülməsi mövqeyindən mübahisəni həll etmişdir.

34. Məhkəmələr haqlı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 424.5, 467, 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748.9, 750-ci maddələrini tətbiq etməklə borcalanların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddianı qismən təmin etmişlər.

35. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh AAAAAAAAAA oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-10327/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar