Məhkəmə qərarları › İş №2(102)-4724/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4724/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4724/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbszadə Sima Elçin qızının katibliyi, İddiaçı1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-355/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığorta lanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Nərimanov rayon İcra şöbəsinin icra məmurları X7, X14, X4, X5, Cavabdeh-nin etibarnamə üzrə nümayəndəsi X15, X16, hal şahidləri X11 və X9 tərəfindən tərtib edilmiş 27 fevral 2014-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-2937/2011 nömrəli 20.10.2011-ci il tarixli icra vərəqəsinin təmin edilməsi məqsədilə İddiaçı2 məxsus olmuş ünvan 1 mənzilin hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində orada yaşayan şəxslərin mənzili boşaltmaları ilə bağlı qeyd olunan ünvanda olmuşlar. Borclu İddiaçı2 əvvəlcə könüllü olaraq mənzili tərk etməyəcəyini və boşaltmayacağın ı bildirmişdir. Daha sonra tərəflər icra sənədinin mənzilin tərk edilməsi hissəsinin icra olunması, lakin mənzilin boşaldılması hissəsinin müvəqqəti olaraq 10.03.2014-cü il tarixə təxirə salınması barədə razılığa gəlmişlər. Mənzilin giriş qapısının açarları dəyişdirilərək yeni açarlar tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Mənzildə olan əşyalar isə siyahıya alınmaqla saxlanılması üçün tələbkarın nümayəndəsinə təhvil verilmişdir. Aktla həmçinin müəyyən edilmişdir ki, aşağıda qeyd olunan əşyalar siyahıya alınmışdır: 1) 1 ədəd göy rəngli dairəvi divan; 2) 1 ədəd “kreslo”; 3) 1 ədəd “LG” markalı televizor; 4) 1 ədəd “LG” markalı DVD aparatı; 5) 1 ədəd televizor altlığı; 6) 1 ədəd plasmas stol və 3 ədəd plasmas stul; 7) 4 ədəd divar şəkili; 8) 1 ədəd dini divar şəkili; 9) 1 ədəd ütü masas ı; 10) 1 ədəd dəhliz dolabı; 11) 2 ədəd “kamot”; 12) 1 ədəd taxta stol və 6 ədəd taxta stul; 13) 2 ədəd tumba; 14) 1 ədəd “servant”; 15) 1 ədəd stol üstü saat (taxta); 16) 1 ədəd elektron saat; 17) 4 ədəd “LG” markalı televizorun səs gücləndiricisi; 18) 1 ədəd şkaf (iki qapısı güzgülü); 19) 1 ədəd “TCL” markalı televizor (divardan asılmış); 20) 1 ədəd velosiped idman aparatı; 21) 1 ədəd 5 qapılı şkaf; 22) 1 ədəd “Viessman” markalı kombi; 23) 1 ədəd “LG” markalı paltaryuyan maşın; 24) 1 ədəd “LG” markalı soyuducu; 25) 1 ədəd “Sharp” markalı mətbəx sobası; 26) 1 ədəd mətbəx mebeli; 27) 2 ədəd divar saatı; 28) 1 ədəd “Kompos” markalı tozsoran; 29) 1 ədəd idman aparatı. Göstərilənlərlə yanaşı aktla müəyyən edilmişdir ki, tələbkarın nümayəndəsi X15 10.03.2014-cü il tarixədək mənzildə olan və si yahıya alınmış əşyaların salamatlığına təminat verib öhdəlik götürmüşdür. Borclu İddiaçı2 isə 10.03.2014-cü il tarixdə mənzili könüllü olaraq boşaldacağını vəd etmişdir. Borclu həmçinin mənzildə qızıl-zinət əşyalarının, qiymətli kağız və ya pul vəsaitlərinin olmamasını bildirmişdir. Aktın doğruluğu əşyaların sıyahıya alınmasında iştirak edən bütün şəxslər, o cümlədən hazırki iş üzrə İddiaçı1 və mənzilin mülkiyyətçisi olmuş İddiaçı2 tərəfindən imzalanmışdır. Aktın tərtibatı zamanı əşyaların məsul saxlanca verildiyi Cavabdeh-nin nümayəndəsi X15 Azərbaycan Respublikası CMnin 303-cü maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməklə iltizama imza etmişdir. Nərimanov rayon İcra şöbəsinin əməkdaşları XXX və XXX tərəfindən Cavabdeh-nin etibarnamə üzrə nümayəndəsi X10 və “188” Yükd aşıma Xidmətinin əməkdaşlarının iştirakları ilə tərtib edilmiş 15 avqust 2014-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Nərimanov rayon Məhkəməsinin 2 (005)-2937/2011 nömrəli 20.10.2011-ci il tarixli icra vərəqəsinin təmin edilməsi məqsədilə ünvan 1 ünvanda olmuşlar. Belə ki, tələbkar Nərimanov rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək saxlanca qəbul etdiyi siyahıya alınmış əşyaları mənzildən çıxararaq banka məxsus ünvan ünvanında yerləşən saxlanca köçürməyi xahiş etmişdir. Tələbkar tərəfindən “188” Yükdaşıma xidmətinin əməkdaşları dəvət edilmiş və 27 fevral 2014-cü il tarixli aktla sıyahıya alınmış əşyalar mənzildən çıxarılaraq ünvan ünvanında yerləşən saxlanca qoyulmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 03 saylı 06.01.2017-ci il tarixli ünvan1ndə ban ka aid bağ evində saxlanılan əmlakların bazar dəyərinin müəyyən edilməsi barədə hesabatında göstərilmişdir ki, 27.02.2014-cü il tarixdə tərtib edilmiş aktla siyahıya alınmış əşyalar qeyd olunan ünvanda aşkar edilməklə ümumi dəyəri 2147 (iki min yüz qırx yeddi) manat qiymətləndirilmişdir. Aktda əşyaların mövcud vəziyyəti qeyd edilmədiyindən və fotoşəkillər təqdim olunmadığından əvvəlki vəziyyətinə uyğunluğunun müəyyən edilməsi mümkün olmamışdır. Təqdim olunan əşyaların ilkin vəziyyəti məlum olmadığından qüsurun müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı təhvil-təslim aktında göstərilməyən xüsusi qablaşdırılmış qutunun içərisində stəkan və su qablarının bəzilərinin sınması müəyyən edilmişdir. Səbəb daşınma zamanı yarana bilər. Digər əşyaların isə hər hansı bir qüsuru müəyyən edilməmişd ir. Təqdim edilmiş əşyaların hazırki texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün edir və əşyaların təmizliyə ehtiyacı vardır. Ekspertiza xərci 300 (üç yüz) manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 14 oktyabr 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyi tədqiq edilərkən müəyyən edilmişdir ki, 27 fevral 2014-cü il tarixli aktda qeyd olunan əşyalardan “LG” və “TCL” markalı televizorlardan başqa digər əşyalar istifadəyə yararsız vəziyyətdədir. Həmin əşyaların faktiki vəziyyəti rəyə əlavə edilmiş şəkillərdə və aktda göstərilən vəziyyətinə uyğun deyildir. Ekspertizaya təqdim edilmiş əşyaların vəziyyəti ilkin vəziyyətinə uyğun deyildir. Əksəriyyəti yarasız vəziyyətə düşmüşdür. Yaranmış qüsur saxlanma və daşıma ilə əlaqədar yarana bilər. Əşyaların ilkin vəziyyətinə uyğun olaraq hazır ki dəyəri aktın 2 nömrəli əlavəsində öz əksini tapmışdır. 2 ədəd televizorlardan başqa digər əşyaların hazırkı texniki vəziyyəti həmin əşyalardan istifadəni mümkün etmir. Ekspertiza xərci 150 (bir yüz əlli) manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 14 oktyabr 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsi ilə müəyyən edilir ki, 27 fevral 2014-cü il tarixli aktla siyahıya alınmış 1) 1 ədəd göy rəngli dairəvi divan və 1 ədəd kreslonun ilkin vəziyyəti əla olmaqla qiyməti 1500 manat; 2) 1 ədəd “LG” markalı televizor və 1 ədəd “LG” markalı DVD aparatın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 230 manat; 3) 1 ədəd televizor altlığının ilkin vəziyyəti əla olmaqla qiyməti 600 manat; 4) 1 ədəd plasmas stol və 3 ədəd plasmas stulun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat; 5) 4 ədəd divar şəkilinin ilkin vəziyyəti əla olmaqla qiyməti 3200 manat; 6) 1 ədəd dini divar şəkilinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 7) 1 ədəd ütü masasının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 8) 1 ədəd dəhliz dolabının qiyməti 200 manat; 9) 2 ədəd “kamot”un qiyməti 600 manat; 10) 1 ədəd taxta stol və 6 ədəd taxta stulun qiyməti 350 manat; 11) 2 ədəd tumbanın qiyməti 200 manat; 12) 1 ədəd “servant”ın qiyməti 500 manat; 13) 1 ədəd stol üstü saat (taxta) ilkin vəziyyəti əla olmaqla qiyməti 30 manat; 14) 1 ədəd elektron saat ilkin vəziyyəti əla olmaqla qiyməti 45 manat; 15) “LG” markalı televizorun 4 ədəd səs gücləndiricisinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 16) 1 ədəd şkaf (iki qapısı güzgülü) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 17) 1 ədəd “TCL” markalı televizorun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 70 manat; 18) 1 ədəd velosiped idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 19) 1 ədəd 5 qapılı şkafın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 20) 1 ədəd “Viessman” markalı kombinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 21) 1 ədəd “LG” markalı paltaryuyan maşının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 900 manat; 22) 1 ədəd “LG” markalı soyuducunun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 23) 1 ədəd “Sharp” markalı sobanın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 24) 1 ədəd mətbəx mebelinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 25) 2 ədəd divar saatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 5 manat; 26) 1 ədəd “Kompos” markalı tozsoranın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 119 manat; 27) 1 ədəd idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat təşkil etmişdir. Qeyd olunan əşyaların ümumilikdə qiyməti cəmi 17249 (on yeddi min iki yüz qırx doqquz) manat təşkil edir. "xxxx" MMC-nin 17 noyabr 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsinə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, qeyd olunan rəydə göstərilmiş 27 fevral 2014-cü il tarixli aktla siyahıya alınmış bəzi əşyaların geri qaytarılması, bəzi ev əşyalarının və mebellərin bazar dəyərində olan dəyişikliklər nəzərə alınmaqla yenidən qiymətləndirilmişdir. Belə ki, 1) 1 ədəd göy rəngli dairəvi divan və 1 ədəd kreslonun ilkin vəziyyəti əla olmaqla qiyməti 1500 manat; 2) 1 ədəd “LG” markalı DVD aparatın ilkin vəziyyəti yaxşı olmaqla qiymət i 500 manat; 3) 1 ədəd televizor altlığının ilkin vəziyyəti əla olmaqla qiyməti 600 manat; 4) 1 ədəd plasmas stol və 3 ədəd plasmas stulun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat; 5) 1 ədəd dini divar şəkilinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 6) 1 ədəd ütü masasının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 50 manat; 7) 1 ədəd dəhliz dolabının qiyməti 1000 manat; 8) 2 ədəd “kamot”un (İtaliya istehsalı) qiyməti 2500 manat; 9) 2 ədəd tumbanın qiyməti 2400 manat; 10) 1 ədəd “servant”ın qiyməti 5000 manat; 11) 1 ədəd stol üstü saat (taxta) ilkin vəziyyəti əla olmaqla qiyməti 100 manat; 12) 1 ədəd elektron saat ilkin vəziyyəti əla olmaqla qiyməti 50 manat; 13) 4 ədəd “LG” markalı televizorun səs gücləndiricisinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 14) 1 ədəd ş kaf (iki qapısı güzgülü) (İtaliya istehsalı) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 5900 manat; 15) 1 ədəd “TCL” markalı televizorun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 70 manat; 16) 1 ədəd velosiped idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 17) 1 ədəd 5 qapılı şkafın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1000 manat; 18) 1 ədəd “Viessman” markalı kombinin (Almaniya istehsalı) ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2000 manat; 19) 1 ədəd “LG” markalı paltaryuyan maşının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 900 manat; 20) 1 ədəd “LG” markalı soyuducunun ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 2500 manat; 21) 1 ədəd “Sharp” markalı sobanın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 300 manat; 22)1 ədəd mətbəx mebelinin ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 1500 manat; 23) 2 ədəd divar saatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 20 manat; 24) 1 ədəd “Kompos” markalı tozsoranın ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 119 manat; 25) 1 ədəd idman aparatının ilkin vəziyyəti yaxşı olmaqla qiyməti 100 manat, ümumilikdə bütün qeyd olunan əşyalara vurulmuş ziyanın dəyəri cəmi 30.059 (otuz min əlli doqquz) manat təşkil edir. İş materiallarında olan yerli baxış zamanı aşkar edilmiş əlavə əşyalarla bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 noyabr 2017-ci il tarixli MB 10/888 nömrəli arayışdan müəyyən olunur ki, 1) 1 ədəd "Tefal" elektrik çaynik-50 manat; 2) 1 ədəd qaz peçi -300 manat; 3) 1 ədəd “Rakvin” -50 manat; 4) 1 ədəd “Aspirator” - 260 manat; 5) 1 ədəd yemək və çay dəsti (Almaniya istehsalı) -800 manat; 6) 1 ədəd qaşıq, bıçaq, çəngəl dəsti (Almaniya istehsalı) -350 manat; 7) 1 ədəd çarpayı (yığılıb-açılan) -100 manat; 8) 1 ədəd qırmızı rəngli yemək, çay dəsti (Çexiya istehsalı) -1500 manat; 9) 1 ədəd sərinkeş (Çin istehsalı) -50 manat; 10) 6 ədəd əl çantaları (Türkiyə istehsalı) -300 manat; 11) 1 ədəd qara rəngli dəri plaş (Türkiyə istehsalı) -400 manat; 12) 2 ədəd 40 kq çəkili döşəklər -780 manat; 13) 5 böyük və 2 balaca olmaqla, cəmi 7 ədəd yorğan –2000 manat; 14) 1 ədəd yaşıl rəngli “Kompot” dəsti (Türkiyə istehsalı) - 100 manat; 15) 18 ədəd yaz-payız ayaqqabıları (Türkiyə istehsalı) -1800 manat; 16) 2 ədəd uzunboğaz çəkmə (Türkiyə istehsalı) –400 manat; 17) 2 ədəd kişi “kurtkası (balonka)”-100 manat; 18) 8 ədəd kişi ayaqqabısı (Türkiyə istehsalı) – 460 manat; 19) 2 ədəd “Çamadan”-145 manat; 20) 7 ədəd kişi kostyumu (Türkiyə və Dubay isteh salı) -1050 manat; 21) 3 ədəd idman dəsti -180 manat; 22) 1 ədəd dəri “Portfel” - 80 manat; 23) 2 ədəd qara rəngli dəri “kurtka” (Türkiyə istehsalı) - 800 manat; 24) 5 ədəd qadın kostyumları (Türkiyə və Dubay istehsalı) - 600 manat; 25) uşaq paltarları (Türkiyə istehsalı) - 250 manat; 26) 9 ədəd kişi şalvarları - 360 manat; 27) 6 ədəd “Pijamalar” (Türkiyə istehsalı) -180 manat; 28) 1 ədəd 3x5 ölçülü xalça – 400 manat; 29) 3 ədəd “Padnos nabor”u -75 manat; 30) 1 ədəd çarpayı (İtaliya istehsalı) -3500 manat; 31) 1 ədəd uşaq çarpayısı -450 manat; 32) 1 ədəd çarpayı döşəyi (“matras”) (Türkiyə istehsalı) -400 manat təşkil etməklə, qeyd edilən bütün əşyalar yararsız vəziyyət aşkar edilmiş və vurulmuş ziyan ümumilikdə 18.270 (on səkkiz min iki yüz yetmiş) manat məbləğində qiymətləndirilmişdir. İd diaçı1 ona məxsus əşyaların siyahıya alınması zamanı 27 fevral 2014-cü il tarixli aktda qeyd edilməyən və yerli baxış zamanı aşkar edilməmiş əşyaların siyahısını təqdim etmiş və həmin siyahı iş üzrə materiallara əlavə edilmişdir. İddiaçı1 təqdim etdiyi əşyalarla bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş 17 noyabr 2017-ci il tarixli MB 10/839 nömrəli arayışdan müəyyən olunur ki, siyahıda qeyd edilmiş əşyaların bazar qiyməti 18.845 (on səkkiz min səkkiz yüz qırx beş) manat dəyərləndirilirmişdir. 18 may 2017-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı1 Cavabdeh-nin hüquqşünası X2 ünvan1-də ona məxsus olan: 1) 1 ədəd “kompot naboru” (su qabı dəsti); 2) qırmızı rəngli 6 ədəd stəkan və 6 ədəd nəlbəki; 3) 1 ədəd ağ rəngli çay dəsti; 4) saplar; 5) bəzi qadın kostyumları (yuyulmalı); 6) 4 ədə d ayaqqabı dəsti; 7) 2 ədəd xrustal qab; 8) 2 ədəd meyvə qabı (qəhvəyi); 9) 2 ədəd “konfet qabı” (qəhvəyi rəngli) yararlı vəziyyətdə təhvil alaraq imzalamışdır. "xxxx" MMC tərəfindən təqdim olunmuş 09.12.2019-cu il tarixli rəydə (hesabatda) «27.02.2014-cü il tarixli aktda adları göstərilən əşyaların» ümumi dəyəri 20180 manat, «aktda olmayıb, yerində aşkar edilən əşyaların» ümumi dəyəri 10580 manat və «aktda olmayan və yerində aşkar edilməyən, lakin fotoşəkillər əsasında mövcudluğu iddiaçı tərəfindən iddia edilən əşyaların» ümumi dəyəri 16100 manat, cəmi 46860 manat müəyyən edilmişdir. Rəyə əsasən, əşyaların vəziyyəti təyinatından, saxlama şəraitindən, daşıma zamanı baş verən mexaniki təsirlərdən və digər səbəblərdən asılı olaraq fərqlidir. Buna görə də bəziləri yararlı, bəziləri qismən yar alı, bəziləri isə yararsız vəziyyətdədir. Əvvəlki vəziyyətini əks etdirən fotoşəkilləri olan əşyaların araşdırılması zamanı məlum olmuşdur ki, bəzi əşyaların faktiki vəziyyəti əvvəlki vəziyyətindən mənfiyə doğru fərqlidir və bunların səbəbi saxlama şəraiti və daşıma ilə bağlı ola bilər. Əşyaların hamısı işlənmiş mallar olduğu üçün qüsurların saxlamaya təqdim edilənədək yarandığını, yoxsa saxlamaya veriləndən sonra olmuş saxlama şəraiti ilə bağlı olduğunu müəyyən etmək çətindir. Yalnız bəzi əşyaların sonradan yaranmış qüsurlar olduğunu iddia etmək olar. Əşyaların bəziləri yararlı, bəziləri qismən yararlı, bəziləri isə yararsız vəziyyətdədir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 05.05.2020-ci il tarixli hesabatda «aktda göstərilməyən və yerində aşkar edilməmiş iddiaçıların təqdim etdiyi siya hı üzrə ev əşyalarının» ümumi bazar dəyəri (köhnəlmə nəzərə alınmaqla) 22073 manat, «aktda qeyd olunan əşyaların» ümumi dəyəri 30738 manat və «qiymətləndirməyə təqdim edilmiş siyahı üzrə və yerində baxış zamanı təqdim edilən əşyaların» ümumi bazar dəyəri 21904 manat, cəmi 74715 manat müəyyən olunmuşdur. Rəyə əsasən, əşyaların vəziyyəti təyinatından, saxlama təyinatından, saxlama şəraitindən, daşıma zamanı baş verən mexaniki təsirdən və digər səbəblərdən asılı olaraq fərqlidir. Buna görə bəzi əşyalar qismən yararlı, bəziləri yararlı, əksəriyyəti isə yararsız vəziyyətdədir. Əşyaların fotoşəkillərdəki və aktda göstərilən vəziyyətinə görə əvvəlki vəziyyətindən faktiki vəziyyəti mənfiyə doğru olduğunu göstərir və bunların səbəbi saxlama şəraiti və daşıma ilə bağlı ola bilər. Əşyaların hamısın ın istifadə olunmuş olduğunu nəzərə alaraq, qüsurların saxlamaya təqdim edilənədək yarandığını, yaxud saxlamaya veriləndən sonra saxlama şəraiti ilə bağlı olduğunu müəyyən etmək çətindir. Əksər əşyalarda qüsurların sonradan yaranmış olduğunu iddia etmək olar. Əşyaların bəziləri yararsız, bəziləri qismən yaralı, bəziləri isə qismən istifadəyə yararsız vəziyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.02.2014-cü il tarixli aktda göstərilən və adları göstərilməyən digər saxlanılması üçün Cavabdeh-nin nümayəndəsinə təhvil verilmiş və ünvan olan əşyaların dəyəri olaraq hesablanmış 43.315 manat pulun, vurulmuş mənəvi zərərə görə isə 50.000 manat pulun, ödənilmiş 30 manat dövlə t rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəylərinə uyğun olaraq adları aktda sadalanmış əşyaların yararsız vəziyyətə düşməsi ilə əlaqədar ona dəymiş ziyana görə 30.059 (otuz min əlli doqquz) manat, əşyalara baxış zamanı aşkar edilmiş ona məxsus lakin aktda qeyd edilməmiş əşyalara dəymiş ziyana görə 17.870 (on yeddi min səkkiz yüz yetmiş) manat, aktda qeyd edilməmiş, eləcə də baxış zamanı yerində aşkar edilməmiş əşyalara görə isə 18.845 manat, ümumilikdə ona dəymiş maddi ziyana görə 66.774 (altmış altı min yeddi yüz yetmiş dörd) manat, mənəvi zərərə görə 50.000 manat pulun, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli 2(005)-2937/2011 saylı qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh İddiaçı1 (hazırkı iş üzrə iddiaçı) və digər cavabdehlər X8, X6 qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsi, borc üzrə tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilərək, onların açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi, ipoteka predmeti olan həmin mənzillərin boşaldılması barədə iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 24.10.2008-ci il tarixli K3958 nömrəli kre dit müqaviləsinə əsasən 158.866 (bir yüz əlli səkkiz min səkkiz yüz altmış altı) ABŞ dolları əsas borcu, 13.444 (on üç min dörd yüz qırx dörd) ABŞ dolları faiz borcu və 30.000 (otuz min) ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 202.310 (iki yüz iki min üç yüz on) ABŞ dolları məbləğində kredit borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla tutulması qət edilmişdir. Həmçinin qətnaməyə əsasən borc üzrə tutma ipoteka ilə yüklü edilmiş digər ipoteka predmetləri ilə yanaşı onun qohumu X3 xüsusi mülkiyyətində olan, yaşadığı ünvan istifadədə olan 0,13267 ha torpaq sahəsində yerləşən 111 nömrəli, 9 mərtəbəli, 4 otaqlı 50.29 kv.m yaşayış 72.8 kv.m ümumi sahədən ibarət olan 102 nömrəli mənzilə yönəldilmiş, mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra orada yaşayan şəxslərin ən geci bir ay ərzində mənzili tərk edərək mənzilin boşaldılması qət edilmişdir. Qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar qeyd olunan mənzildə olan əşyaların müəyyən hissəsi 27.02.2014-cü il tarixli akta əsasən siyahıya alınaraq saxlanılması üçün cavabdeh "xxxx" ASC-nin nümayəndəsi XXXə təqdim edilmişdir. Mənzildə olan əşyaların 10.03.2014-cü il tarixədək saxlanılması və bu məqsədlə mənzilin giriş qapısının açarları dəyişdirilərək tələbkarın nümayəndəsinə akta əsasən təqdim edilmişdir. Onun tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq ipoteka yönəldilmiş mənzildə mövcud olmuş ona məxsus nə cehiz əşyaları, nədə ki, həmin əşyaların dəyəri ona təqdim edilməmişdir. Əşyaları tələb etdikdə ona məlum olm uşdur ki, icra şöbəsi və tələbkar bank ona məxsus əşyaları mənzildən çıxararaq ona aidiyyəti olmayan ünvan mərtəbəli binanın zirzəmisinə yığaraq saxlanc kimi Banka təhvil verilmişdir. İddiaçı1 əşyalara baxış keçirilən zaman müəyyən etmişdir ki, əşyaların saxlanılma şəraiti nəmişlik olduğundan ümumiyyətlə istifadəyə yararsız vəziyyətə düşmüşlər. Əşyaların daşınması və yeni saxlanc yerinin tapılması məqsədilə ona şərait yaradılması və bununla əlaqədar möhlət verilməsini cavabdeh bankdan xahiş etməsinə baxmayaraq imtina edilməklə, yalnız bir gün ərzində əşyaların aparılmayacağı təqdirdə ünvan ərazisində yerləşən başqa saxlanca yerləşdiriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı ona məxsus əşyaların aqibətindən məlumatsız olmuşdur. Göstərilənlərə əsasən İddiaçı1 27.02.2014-cü il tarixli aktd a qeyd olunan və cavabdeh tərəfindən aktda qeyd olunmamış, lakin siyahıya alınma zamanı mənzildə mövcud olmuş əşyaları saz və istifadəyə yararlı vəziyyətdə ona təqdim edilməsini və ya həmin əşyaların dəyəri olaraq 43.315 (qırx üç min üç yüz on beş) manat pulun ödənilməsini tələb edilməsinə baxmayaraq cavabdeh ödəməkdən boyun qaçırmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş 11 avqust 2016-cı il tarixli, MB 09/162 nömrəli rəyə əsasən aktda qeyd edilmiş əşyaların 2012-ci ilin iyun ayına bazar dəyəri 43.315 manat, 2007-ci ilin noyabr ayına bazar dəyəri 21.658 manat qiymətləndirilmişdir. İddiaçı ona dəymiş maddi zərərə görə 27.02.2014-cü il tarixli aktda göstərilən və adları göstərilməyən digər saxlanılması üçün Cavabdeh-nin nümayəndəsi nə təhvil verilmiş və ünvan olan əşyaların dəyəri olaraq hesablanmış 43.315 manat pulun, vurulmuş mənəvi zərərə görə isə 50.000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-51/2017) iddia qismən təmin edilərək, Cavabdehdən 27.02.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyana görə 30.059 (otuz min əlli doqquz) manat, aktda qeyd edilməmiş lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş ziyana görə 18.270 manat, ümumilikdə 48.329 (qırx səkkiz min üç yüz iyirmi doqquz) manat pulun və iddianın qaldırılması na görə ödənilmiş 30 manat pulun, iş üzrə keçirilən ekspertiza tədqiqatları ilə əlaqədar "xxxx" MMC-nin 03 saylı 06.01.2017-ci il tarixli hesabatının dəyəri olan 300 (üç yüz) manatın, "xxxx" MMC-nin 14 oktyabr 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin dəyəri olan 150 (bir yüz əlli) manatın tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 27 fevral 2014-cü il tarixdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə açıq hərracdan satılmış ünvan 1 mənzildə olan iddiaçıya məxsus əşyalar icra məmuru tərəfindən siyahıya alınmaqla cavabdeh bankın nümayəndəsinə məsuliyyət barədə xəbərdar edilməklə saxlanca verilmişdir. Aktda saxlamanın icra müddəti 27.03.2017-ci ilədək göstərilməsinə baxmayaraq tərəflə r arasında müqavilənin ləğvi ilə bağlı pretenziya daxil olmadığından onlar arasında davam edən saxlama müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Daha sonra bankın nümayəndəsi əşyaları iddiaçının iştirakı olmadan ünvan 4 ünvanına köçürmüşdür. İş materialları ilə cavabdeh bankın əşyaların yerinin dəyişdirilməsi barədə iddiaçını xəbərdar etməsi və əşyaların lazımi şəraitdə saxlanılması üçün zəruri olan tədbirləri həyata keçirməsi müəyyən edilməmiş, eləcə də cavabdeh bank tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla da İddiaçı1 məxsus əşyaların cavabdeh tərəfindən lazımı şəraitdə saxlanılmaması nəticəsində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıya məxsus əşyalara dəymiş ziyana görə cavabdehin təqsiri və vurulmuş ziyanla təqsir arası nda səbəbli əlaqənin olması müəyyən edilmişdir. Siyahıya alınma zamanı mənzildə hansı əşyaların mövcud olması, mövcud olan əşyalara ziyan dəyməsi, dəymiş ziyanın məbləği və cavabdehin təqsiri işin mübahisəli hallarıdır. 27.02.2014-cü il tarixli aktda, "xxxx" MMC-nin 17 noyabr 2017-ci il tarixli MB 10724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsində və 15 noyabr 2017-ci il tarixli MB 10/888 nömrəli arayışda qeyd edilmiş əşyaların İddiaçı1 məxsus olması müəyyən olunmuşdur. "xxxx" MMC-nin 17 noyabr 2017-ci il tarixli MB 10-724 nömrəli ekspert rəyinin 2 nömrəli əlavəsi ilə 27.02.2014-cü il tarixli aktda sadalanan əşyaların yararsız vəziyyətə düşməsi müəyyən edilmiş, əşyalara dəymiş ziyan isə 30.059 (otuz min əlli doqquz) manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin 15 noyabr 2017-ci il tarixli MB 10/888 nömrəli arayışı ilə 27.02.2014-cü il tarixli aktda qeyd edilməmiş lakin yerində baxış zamanı aşkar edilmiş İddiaçı1 məxsus əşyalara dəymiş ziyan 18.270 (on səkkiz min iki yüz yetmiş) manat dəyərində qiymətləndirilmişdir. İddiaçı1 məxsus əşyaların saxlanca verildiyi Cavabdeh-nin nümayəndələrinin təqsirli hərəkətləri nəticəsində dəymiş maddi ziyanın ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. İddiaçı1 məhkəmə iclası zamanı 27.02.2014cü il tarixli aktda qeyd edilməmiş və məhkəmə araşdırmasında həyata keçirilmiş yerli baxışda aşkar edilməmiş, lakin əşyalar siyahıya alınarkən mənzildə olmasını iddia etdiyi əşyaların bazar qiyməti "xxxx" MMC-nin 17 noyabr 2017-ci il tarixli MB 10/839 nömrəli arayışı ilə 18.845 (on səkkiz min səkkiz yüz qırx beş) manat qiymətləndirilirmişdir. İddiaçı1 məhkəmə araşdırmasında 27.02.2017-ci il tarixdə mənzili tərk edərkən həmin əşyaların mənzildə olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. İddiaçı1 ona mənəvi zərər dəyməsi və psixi əzaba məruz qaldığı barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-3836/2018) İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2 (005)-51/2017 saylı qətnaməsinin maddi ziyanın məbləğlərinin və ümumi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, 27.02.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 2060 (iki min altmış) manat, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 12690 (on iki min altı yüz doxsan) manat, ümumilikdə maddi ziyan 14750 (on dörd min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya mərhələsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 200 manatın Cavabdeh-dən alınaraq, VÖEN:**********, N AZN: AZ30GÜNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN:**********, M üxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GÜNAAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, maddi ziyana görə məbləğlərin müəyyən edilməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya mərhələsində məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, “XXX” ƏEM/A 56-772/18 saylı rəyinə 21 noyabr 2018-ci il tarixli əlavədən görünür ki, 27.02.2014-cü il tarixli aktla siyahıya alınan əşyalardan (Cədvəl 1) 50 manata olan 1 ədəd plasmas masa (stol) yerində aşkar edilməmiş, 15 manata 1 ədəd plasmas oturacaq (stul), 50 manat olan 1 ədəd dini divar şəkili yerində aşkar edilməmiş, 25 manat olan 1 ədəd ütü masası yararsız dır, 120 manat olan 1 ədəd stol üstü saat (taxta) yerində aşkar edilməmiş, 45 manat olan 1 ədəd elektron saat yerində aşkar edilməmiş, 1400 manat olan 1 ədəd kombi aparatı (Viessman, Almaniya) yerində aşkar edilməmiş, 210 manata olan 1 ədəd “Sharp” soba yerində aşkar edilmədi, 2 ədəd 20 manata divar saatı yerində aşkar edilmədi, 1 ədəd 45 manata “Gepas” markalı tozsoran istifadəyə yararsızdır, 80 manata 1 ədəd “Broket” idman aparatı yerində aşkar edilməmişdir. Qeyd olunan yerində aşkar edilməmiş və istifadəyə yararsız olan əşyaların dəyəri 2060 manat təşkil edir. Həmin cədvəldə bir çox əşyalar istifadəyə yararlı olmaqla, “LG” markalı DVD aparatı, televizor altlığı, “LG” markalı televizorun səs gücləndiricisi, “TCL” markalı televizor, velosiped idman aparatı, iddiaçı tərəfindən aparılmışdır. ƏEM/A 56-772/18 saylı rəyinə 21 noyabr 2018-ci il tarixli əlavədən görünür ki, 27.02.2014-cü il tarixli aktla siyahıya alınmayan və yerində aşkar olunmuş əşyalardan (Cədvəl 2) 40 manata olan 1 ədəd “Tefal” elektrik çaydan yararsızdır, 770 manata olan 1 ədəd yemək və çay dəsti (Almaniya istehsalı) yararsızdır, 320 manat 1 ədəd qaşıq, bıçaq, çəngəl dəsti (Almaniya istehsalı) yararsızdır, 60 manata 1 ədəd çarpayı (yığılıb-açılan) yararsızdır, 1440 manata 1 ədəd yemək, çay dəsti (Çexiya istehsalı) yararsızdır, 45 manat 1 ədəd sərinkeş (Çin istehsalı) yararsızdır, 240 manata olan 6 ədəd əl çantaları (Türkiyə istehsalı) yararsızdır, 350 manata 1 ədəd plaş (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 800 manata 2 ədəd 40 kq çəkili döşəklər təmizləməyə eh tiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 1850 manata 5 böyük, 2 balaca yorğan təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 85 manata 1 ədəd “LG” kompot dəsti yararsızdır, 1620 manata 18 ədəd yazpayız ayaqqabıları (Türkiyə istehsalı) yararsızdır, 340 manata 2 ədəd uzunboğaz çəkmələr (Türkiyə istehsalı) yararsızdır, 100 manata 2 ədəd kişi kurtkası (balonka) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 480 manata 8 ədəd kişi ayaqqabısı (Türkiyə istehsalı) yararsızdır, 160 manata 2 ədəd çamadan yararsızdır, 1050 manata kişi kostyumu (Türkiyə və Dubay) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 180 manata 3 ədəd idman dəsti təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 90 manata 1 ədəd dəri portfel y ararsızdır, 700 manata 2 ədəd dəri kurtka (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 600 manata 5 ədəd qadın kostyumları (Türkiyə və Dubay) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 200 manata 1 ədəd uşaq paltarları (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 360 manata 9 ədəd kişi şalvarları təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 150 manata pijamalar (Türkiyə istehsalı) təmizləməyə ehtiyacı var (ekspert bildirdiyinə görə yararsızdır), 60 manata 3 ədəd padnos naboru yararsızdır, 400 manata 1 ədəd uşaq çarpayısı yararsızdır, 200 manata 1 ədəd çarpayı döşəyi (matras) yararsızdır. Qeyd olunan aktda göstərilməsə də, yerində aşkar edilmiş istifadəyə yararsız olan əşyaların ümumi dəyəri 12690 manat təşkil edir. Həmin cədvəldə qalan əşyalar istifadəyə yararlıdır. Kollegiya məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, hazırkı rəy mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübəsi də nəzərə alınaraq, kollegiya hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. 27.02.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 2060 mana t, aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyan 12690 manat, ümumilikdə maddi ziyan 14750 manat məbləğində müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev, T.Qoldman, iş № 2(102)-3329/2019) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Cavabdeh-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri ilə müəyyən edilir ki, iddiaçıya məx sus əşyaların yararsız vəziyyətə düşməsi və əşyalarda əmələ gəlmiş zədələr əşyaların saxlanma şəraiti, daşınması, sökülüb-yığılması və bir neçə dəfə sökülüb nəql edilməsi ilə bağlı yaranmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə iddiaçıya məxsus əşyalara vurulmuş zərərin dəyəri ümumilikdə 48.329 manat, apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə isə zərərin dəyərinin ümumilikdə 14.750 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi dəymiş zərərin qiymətləndirilməsi barədə yuxarıda qeyd olan qiymətlər arasında kəskin fərqin olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinin tələblərinə görə bir neçə ekspertin rəyləri arasında ziddiyyət olması təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi həmin normanın tələblərini pozmaqla vurulmuş zərərin dəyərini yalnız sonuncu ekspert rəyini əsas tutaraq müəyyən etmişdir. Bununla bərabər məhkəmə kollegiyası hesab etmişdir ki, bəzi əşyaların hazırda təyinatı üzrə istismara yararlı olmasının müəyyən edilməsi də həmin əşyalara zərər vurulmaması kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla bərabər iddiaçı maddi zərərlə yanaşı, mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya məxsus mebellər, məişət əşyaları, geyimlər və s. əşyalar cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadəyə yararsız vəziyyət salınmış, istifadəyə yararlı vəziyyətdə olan digər əşyalar isə əmtəə görünüşü dəyişməklə, üzərində təmir bərpa işləri aparılmasına ehtiyac olmaqla müəyyən qədər zədəyə məruz qalmışdır. Bu halda əmlak sahibinin mənəvi sarsıntı keçirməsi də istisna edilmir. Mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunverciliyin tələblərinə görə mənəvi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərlə bağlı irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tar ixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov, E.Kazımov, iş № 2(103)-355/2020) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli 2(005)-51/2017 saylı qətnaməsinin mübuhisələndirilən - maddi ziyanın məbləğlərinin və ümumi məbləğin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, mənəvi zərər hissəsində isə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 27.02.2014-cü il tarixli aktda qeyd edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyanın 27089 manat müəyyən edilməklə (aktda qeyd edilməmiş, lakin yerində baxış zamanı aşkar edilmiş əşyaların yararsız vəziyyətə düşməsi ilə dəymiş maddi ziyanın 18270 manat olması nəzərə a lınmaqla), ümumilikdə maddi ziyanın 45270 manat məbləğində müəyyən edilməsi, Cavabdeh-dən İddiaçı1 xeyrinə mənəvi ziyanın əvəzi kimi 3000 manat məbləğində pulun tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, əvvəlki və hazırkı apelyasiya mərhələsində keçirilmiş qiymətləndirmələrin dəyəri cavabdehə aid edilməsi, bu məqsədlə Cavabdeh-dən 200 manat alınaraq "xxxx" MMC-nin və 500 manat alınaraq "xxxx" MMC-nin hesaba keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş hesabatda 27.02.2014-cü il tarixli aktda adları göstərilən əşyaların ümumi dəyəri 20180 manat, aktda olmayıb, yerində aşkar edilən əşyaların ümumi dəyəri 10580 manat, cəmi 30760 manat, "xxxx" MMC tərəfindən təqdim olunmuş hesabatda isə aktda qe yd olunan əşyaların ümumi dəyəri 30738 manat, qiymətləndirməyə təqdim edilmiş siyahı üzrə və yerində baxış zamanı təqdim edilən əşyaların ümumi bazar dəyəri 21904 manat, cəmi 52642 manat müəyyən olunmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" MMC tərəfindən verilmiş hesabatda da 27.02.2014-cü il tarixli aktda adları qeyd olunmuş əşyaların ümumi dəyəri 30059 manat, baxış zamanı təqdim edilən əşyaların ümumi dəyəri isə 18270 manat müəyyən edilmişdir. Qiymətləndirmə dövrünü (əşyalara baxış keçirilən dövrü) və metodunu nəzərə aldıqda aydın olur ki, "xxxx" MMC tərəfindən verilmiş hesabat daha dolğun və işin faktiki hallarına uyğundur. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçıya məxsus əşyalara vurulmuş zərərin məbləği məhz həmin hesabat əsasında müəyyən edilməlidir. La kin işin hallarından həmçinin o da müəyyən olunur ki, iddiaçı həmin əşyalardan dəyəri 500 manat olan «LG» markalı DVD aparatını, dəyəri 600 manat olan televizor altlığını, dəyəri 1500 manat olan «LG» markalı televizorun səsgücləndiricilərini, dəyəri 70 manat olan «TLC» markalı televizoru və dəyəri 300 manat olan velosiped idman aparatını naturada aparmışdır. Belə olan halda həmin əşyaların dəyəri ümumi məbləğdən çıxılmalıdır. Kollegiya həmçinin heçab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər tələbinə aid hissədə tam rədd etməkdə də haqlı olmamışdır. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alan kollegiya qeyd etmişdir ki, iddiaçıya məxsus mebellər, məişət əşyaları, geyimlər və s. əşyalar cavabdehin təqsirli hərəkətləri nəticəsində istifadəyə yarasız vəziyyətə sal ınmış, istifadəyə yararlı vəziyyətdə olan digər əşyalar isə əmtəə görünüşü dəyişməklə, üzərində təmir bərpa işləri aparılmasına ehtiyac olmaqla müəyyən qədər zədəyə məruz qalmışdır. Bu halda isə əmlak sahibinin mənəvi sarsıntı keçirməsi istisna edilmir. Göründüyü kimi, milli qanunvericilikdə mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstəriş mövcud deyildir, ancaq Ali Məhkəmə Plenumunun tövsiyələrinə görə, belə göstərişlərin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas ola bilməz və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində mənəvi zərərin tutulması ağlabatan və ədalətli hesab olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)355/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələblərinin rədd edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmi şdir ki, aktda göstərilməyən əşyaları bankın nümayəndəsi saxlanca qəbul etməmişdir. İcra tədbiri icra məmurunun tərtib etdiyi aktda göstərilən əşyalar saxlanca qəbul edilmişdir. İcra tədbiri icra məmuru tərəfindən həyata keçirildiyindən, həmin əşyalar icra məmurundan təhvil alınmışdır. Məhkəmə işə obyektiv yanaşmamış sanki iddiaçının maraqlarını güdərək əvvəla təkrar ekspertiza təyin etmiş, özü də ekspertizanın aparılmasını iddiaçının qeyd etdiyi qiymətləndiriciyə həvalə etmiş, daha sonra məhz həmin qiymətləndirici şirkətin rəyini əsas götürərək iddiaçının xeyrinə qərar qəbul etmişdir. Hansı ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə qanunsuz və əsassız olaraq ekspertiza ilə bağlı xərci cavabdehə aid etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya ş ikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-355/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barə yeni qərar qəbul edilmsəi və ya yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahş etmişdir. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı1 izahatını dinləməmişdir. Tətbiq edilən hüquqAzərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələ nməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 72.2-ci maddəsinə əsasən yaşayış və qeyri-yaşayış sahəsinin boşaldılması üçün Mülki Prosessual Məcəlləsinin normalarına müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.5-ci maddəsinə əsasən, çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı, zəruri hallarda, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edə bilər. 72.6-cı maddəsinə əsasən icra məmuru, zəruri hallarda, borclunun əmlakının mühafizəsini təmin edir və bunu nla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. 72.7-ci maddəyə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr t ərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halları n və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzr ə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin kassasiya şikayətində istinad olunan dəlillərinə münasibətdə qeyd etmişdir ki, «… "xxxx" MMC tərəfindən verilmiş hesabatda da 27.02.2014-cü il tarixli aktda adları qeyd olunmuş əşyaların ümumi dəyəri 30059 manat, baxış zamanı təqdim edilən əşyaların ümumi dəyəri isə 18270 manat müəyyən edilmişdir. Qiymətləndirmə dövrünü (əşyalara baxış keçirilən dövrü) və metodunu nəzərə aldıqda aydın olur ki, "xxxx" MMC tərəfindən verilmiş hesabat daha dolğun və işin faktiki hallarına uyğundur. Buna görə də kollegiya hesab etmişdir ki, iddiaçıya məxsus əşyalara vurulmuş zərərin məbləği məhz həmin hesabat əsasında müəyyən edilməlidir.» Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-355/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar