Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4738/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Rnun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(107)340/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim F.Abbasov) 12.10.2018-ci il tarixli, 2(025)1408/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.12.2002-ci il tarixli, 17 saylı qərarına əsasən JN-581F saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş E kəndində yerləşən 0.40865 ha torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair Qəbələ Regional “Asan Xidmət” Mərkəzi notariat kontorunda rəsmiləşdirilmiş 03.12.2017ci il tarixli bağışlama müqaviləsi və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh adına verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 28.02.2019-cu il tarixli, 2(107)-340/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Qəbələ rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(025)-1408/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili X2 oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh E kəndində olan 0.40865 ha torpaq sahəsinin bağışlanılmasına dair 13.12.2017-ci i l tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh E kəndində olan 0.40865 ha torpaq sahəsinin bağışlanmasına dair 13.12.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və Seriya RX saylı, ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh 16.10.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmuşlar, lakin onların birgə nikahdan uşaqları anadan o lmamışdır. E kəndində yerləşən 0.40865 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, cavabdehin isə İsmayıllı rayonunda mülkiyyətində torpaq sahəsi olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonraE kəndində yaşadıqlarından İsmayıllı rayonu ərazisində yerləşən torpaq sahəsinin əkilib-becərilməsi mümkün olmamışdır. Buna görəcavabdeh təkid etmişdir ki, iddiaçı mülkiyyətində olan göstərilən torpaq sahəsini onun adına rəsmiləşdirsin, o da öz növbəsində İsmayıllı rayonu ərazisində yerləən mülkiyyətində olan torpaq ahəsini sataraq birgə təsərrüfat yaratsınlar. Buna görə iddiaçı mülkiyyətində olan göstərilən torpaq sahəsini cavabdehin adına rəsmiləşdirmişdir. Lakin cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini satmamış və onlar birgə təsərrüfat yaratmamışlar. Buradan da məlum olur ki, mübahisələ ndirilən bağışlama müqaviləsi aldatma yolu ilə bağlanmışdır. Tərəflər arasındakı bağışlama müqaviləsi iddiaçının bağışlamaya dair həqiqi iradə ifadəsi deyildir. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsi tərəflərin, o cümlədən iddiaçının iradə ifadəsinə görə ailə təsərrüfatının yaradılması və ailənin dolanışığının təmin edilməsi məqsədi daşımışdır. Cavabdeh isə belə təsərrüfatın yaradılmasından imtina edərək ayrılmaq qərarına gəlmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi milli qanunvericilik aktlarını tətbiq etmiş olsa da, həmin normanı düzgün təfsir etməmiş, maddi hüquq normalar ını pozmuşdur. Ona görə də onlar, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(107)-340/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, vəkili X2 oğlu və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili R kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib məhkəmədən şikayətin təmin edilməməsin i xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, bağışlama predmeti olan torpaq sahəsi JN-581F saylı, kodu ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. 03.12.2017-ci il tarixli, 4Ə-1089 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinə əsasən, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və iddiaçının mülkiyyətində olan E kəndində yerləşən ümumi sahəsi 0.40865 ha olan torpaq sahəsinin Cavabdeh bağışlanmasını ehtiva etmişdi r. İddiaçı ilə X1 arasında nikah 16.10.2017-ci il tarixdə bağlanaraq, 470 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Bilalova” soyadı verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla E kəndində yerləşən ümumi sahəsi 0.40865 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən 03 dekabr 2017-ci il tarixli bağışlama müqaviləsinin məzmunundan həmin müqavilənin hər hansı bir şərtlə bağlanması, yəni hədiyyə alanın üzərinə hər hansı bir öhdəliyin qoyulması görünmür. Belə olduğu halda iddiaçının, hədiyyə alan tərəfin bağışlama müqaviləsi üzrə öhdəliklərinə əməl etməməsi səbəbindən həmin müqavilənin ləğv olunmasını tələb etmək hüququ yaranmır. Bundan başqa, cavabdeh nə şifahi, nə də yazılı şəkildə iddiaçıya hər hansı torpaq sahəsinin, o cümlədən iddia ərizəsində göstərilmiş torpaq sahəsinin satılması və bu hesaba təsərrüfat yaradacaqları barədə vəd verməmişdir. Belə ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 6.2 -ci mаddəsinə əsаsən fiziki və hüquqi şəxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmi n Məcəllənin 670.1-ci maddəsinə görə isə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 673.2.1-ci maddəsinə əsasən isə, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavil ədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır…Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır k i, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi, bir qayda olaraq, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndir ildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləlikl ə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir”. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, bağışlama müqavil əsi bağlanarkən tərəflər arasında hər hansı şərtin nəzərdə tutulduğunu və ya cavabdehin həmin müqavilə əsasında iddiaçıya müəyyən vəd verməsini müəyyən etməmiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(107)-340/2019 nömrəli tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4738/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4738/2019
24.06.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver