Məhkəmə qərarları › İş №2(102)-4738/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4738/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4738/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ iş № 2(102)-4738/2022 (Açar sözlər: cehiz əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofiq qızından ibaret tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlak tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2933/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından övladları xx.xx.2009-cu il təvəllüdlü Sabir və xx.xx.2013-ci il təvəllüdlü Səid anadan olmuşdur.

2. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-454\2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixdə Bakı Nikah evində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 4406 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü Quliyev Sabir Namiq oğlunun və xx.xx.2013-cü il təvəllüdlü X7 İddiaçı yanında saxlanması, xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər bir uşağın saxlanması üçün hər ay 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh1 İddiaçı xeyrinə t utulması qət edilmişdir.

3. Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı K.Ələsgərovun xx.xx.2020-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən İddiaçı keçmiş əri və qaynanasının ona məxsus 9000 manat dəyərində əmlakını oğurlamasına dair şikayəti əsasında aparılan araşdırma zamanı tərəflərin yaşadıqları ünvanda izahatları alınmış, baxış barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, Cavabdeh1 və Cavabdeh2 izahatlarında yaşadıqları ünvanda İddiaçı məxsus hər hansı bir əşyanın olmadığını bildirmiş, material üzrə cinayətin yaranması üçün kifayət qədər sübutun və cinayətin predmetinin olmaması müəyyən edilərək tərəflərə mübahisənin mülki xarakterli olması bildirilmişdir.

4. AC N214353 saylı xx.xx.2014-cü il tarixli nəq liyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.

5. Cavabdeh1 ilə alıcı X6 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan BMW 320İ markalı ** GR *** qeydiyyat nişanlı avtomobili 4000 manat alıcıya satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehlərin yaşadığı evə gəlin köçmüş, valideyləri t ərəfindən ona verilən cehiz əşyalarını ünvan 2 ünvana gətirmişdir. Cavabdehlərin evini tərk edərkən iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. Həmin əşyaları iddiaçı götürmək istəsə də, cavabdehlər buna imkan verməmiş, yalnız məhkəmə tərəfindən boşanma haqqında qətnamə qəbul olunduqdan sonra əşyalarını götürə biləcəyini demişlər. Məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra iddiaçı qeyd olunan ünvana gedərək cehiz əşyalarını tələb etmiş, həmin əşyaların bir hissəsi iddiaçıya qaytarılmışdır. İddiaçıya qaytarılmayan cehiz əşyaları aşağıdakılardır: ziyafət geyimləri 150 manat dəyərində, toxunma bordo rəng mont 70 manat dəyərində, qara nazik mont 50 manat dəyərində, 2 ədəd yun toxunma jaketlər boz rəngdə 30 manat dəyərində, qəhvəyi rəngli 40 manat dəyərində, DVD p layer 50 manat dəyərində, kosmetik vasitələr, kremlər və yeni alınmış güllü kosmetika qabı 150 manat dəyərində, iddiaçıya və övladlarına məxsus 4 ədəd foto albom, süfrələr-işlədilmiş 5 ədəd, atlas yaşıl güllü 40 manat dəyərində, kətan toxunma güllü 70 manat dəyərində, bej rəngli güllü 110 manat dəyərində, blumarin güpurlu yeni 120 manat dəyərində, yeni dəsmal dəstləri 12 rəngli 80 manat dəyərində, çay dəsmalları dəsti 12 manat, 25 manat, 30 manat dəyərində, göy güllü buludlar 2 ədəd 50 manat dəyərində, sadə çay stəkanları 10 manat dəyərində, nəlbəkilər 12 ədəd 50 manat dəyərində, boşqab dəstlərinin yarısı 80 manat dəyərində, masquralar zərli 4 ədəd, güllü 2 ədəd, rəngli narıncı 2 ədəd 40 manat dəyərində, kasalar rəngli narıncı 2 ədəd 20 manat dəyərində, bulud tarelka 2 ədəd 50 manat dəyə rində, ərzaq qabları bambuk qapaqlı 3-lü dəst 45 manat dəyərində, rəngli qapaqlı 3-lü dəst 35 manat dəyərində, farfor dəmirli güllü qazan 30 manat dəyərində, farfor güllü qaşıq qabı 10 manat dəyərində, farfor 6-lı ağ ədəva dəsti 40 manat dəyərində, bambu 3-lü qab 45 manat dəyərində, bambu çörək qabı 45 manat dəyərində, qızılı güllü tarelka dəsti 80 manat dəyərində, güllü keramik bıçaq dəsti 25 manat dəyərində, toyuk qayçısı 10 manat dəyərində, alma soyan, tum çıxaran dəst 20 manat dəyərində, taxta qaşıq dəsti 25 manat dəyərində, taxta və silikon qaşıq, kəfkir, lapatkalar 40 manat dəyərində, soyuducu saxlama qablarının hamısı 50 manat dəyərində, qranit bej rəngli 2-li tava dəsti 125 manat dəyərində, qranit boz qazan dəsti 250 manat dəyərində, çüyün çuxurları 3 ədəd 15 manat dəyərində, plast ik çuxurlar sarı, çəhrayı rəngli 12 manat dəyərində, dörtkünc şüşə qapaqlı qab 5 manat dəyərində, blender 20 manat dəyərində, mikser 170 manat dəyərində, tozsoran 250 manat dəyərində, ütü 78 manat dəyərində, fen 20 manat dəyərində, plet 2 nəfərlik qalın 120 manat dəyərində, nazik yun odcvallar 2 ədəd 20 manat dəyərində, uşaq yataq dəsti 40 manat dəyərində, 20-25 ədəd güllü və sadə qənd qabları 50 manat dəyərində, 3 paket balış üzü dəsti 50 manat dəyərində, mətbəx mebeli üstü 120 manat dəyərində, moyka 40 manat dəyərində, çəhrayı güllü keramik qənd qabı 2 ədəd 100 manat dəyərində, süfrə kənarı krujevalı 120 manat dəyərində, ağ qara mətbəx qabları (luminark), kasa, masqura, razetka 100 manat dəyərində, 4 künc gümüşü naxışlı razetka 10 manat dəyərində, mavi rəngli ağ tefal qazan kiçik 25 mana t dəyərində, mavi rəngli ağ tefal 2 qulplu tava 35 manat dəyərində ağqranit xallı tək qulp qazan 20 manat dəyərində, göy güllü dəm çayniki 10 manat dəyərində, mişar bıçaq dəstinin yarısı 45 manat dəyərində, farfor yağ qabı 10 manat dəyərində. Cavabdehlər iddiaçının cəmi dəyəri 3597 manat olan əşyalarını qaytarmaqdan imtina etmişlər. Cehiz əşyaları iddiaçıya hədiyyə şəklində bağışlandığı üçün iddiaçının mülkiyyətində olmuş, bu əşyalar aşkar olunmadığı halda onların dəyəri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birgə nikah dövründə İddiaçı Cavabdeh1lə birlikdə müxtəlif adda əmlaklar əldə etmiş, birgə büdcələri hesabına yaşadıqları evdə təmir işləri aparmışlar. Həmin əşyalara dəhliz qarderobu 500 manat dəyərində, mətbəx mebeli davamı 300 manat (polkalar) dəyərində, 4 ədəd plastik pən cərə 520 manat dəyərində, 4 ədəd jalüz 280 manat dəyərində, şüşə qaz 850 manat dəyərində, aspirator 250 manat dəyərində, divan 1000 manat dəyərində, televizor 3000 manat dəyərində, televizor altı 250 manat dəyərində, kabel connect çəkilişi 80 manat dəyərində, jurnal masası 150 manat dəyərində, stul dəsti 1200 manat dəyərində, kondisoner 800 manat dəyərində, kombi çəkilişi 2500 manat dəyərində, ev təmiri üçün 3000 manat, hamam-tualet təmiri üçün 2500 manat, 2 mərtəbəli uşaq yatağı 850 manat dəyərində. Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə, yəni xx.xx.2014-cü il tarixdə alınmış BMW markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngdə minik avtomaşınını, iddiaçı faktiki olaraq onunla ayrıldıqdan, uşaqlarla birlikdə valideynlərinin evinə getdikdən, xx.xx.2019-cu il tarixdə nikahın p ozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının məlumatı və razılığı olmadan sataraq pulunu özünə götürmüşdür. Həmin avtomaşının faktiki dəyəri 14000 manat olmuşdur. Cavabdeh tərəfindən müqavilədə qiymət formal olaraq göstərilmişdir. Bölgü aparılarkən iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayanların mənafeyi nəzə alınmalıdır. Ona görə də iddia ərizəsində qeyd olunan 3597 manat dəyərində cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə, əşyalar olmadıqda həmin əşyaların dəyərinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına, habelə birgə nikah dövründə əldə olunmuş əmlakın və aparılmış təmir işlərinin dəyəri olan 18030 manatın 2/3 hissəsinin, yəni cəmi 12020 manatın, eləcə də nik ah dövründə əldə olunmuş 14000 manat dəyərində BMW markalı avtomobilin dəyərinin 2\3 hissəsinin, yəni 9333 manatın, cəmi 21353 manatın Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə, ödənilmiş dövlət rüsumuna görə 31 manatın hər iki cavabdehdən mütənasib qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, nümayəndəsi və vəkili Vəkil1 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, o, xx.xx.2019cu ildə yaşadığı evdən çıxmış, 3 dəfə xx.xx.2019-cu il tarixdə, 2020-ci ilin yaz-yay fəslində, xx.xx.2020-ci il tarixdə əşyalarını götürmək üçün cavabdehlərin evinə getmiş, əşyalarının bir hissəsini götürmüş, 2017-2018-ci illərdə mənzil ərinin pulu ilə təmir edilmiş, təmirə 2000-3000 manat xərclənmi ş, Cavabdeh1 birgə nikah dövründə aldıqları avtomobili öz əmisi oğluna satmış, o, avtomobilin satılmasına razılıq verməmiş, bu barədə xəbəri olmamışdır. Evdə istilik sistemi 2009-cu ildə çəkilmişdir. Cavabdehlərlə birgə yaşadığı müddətdə birgə təsərrüfat aparmış, kreditə televizor, divan, uşaq çarpayısı, qaz peçi və sair əşyalar alınmışdır. Kart onda olmuş və kartda olan pulu çıxarmışdır.

9. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflərin nikahı pozulduqdan sonra iddiaçı iki dəfə öz qohumları ilə birlikdə cavabdehlərin mənzilinə gələrək özünə məxsus əşyaları cavabdehlərin yaşadıqları mənzildən götürüb aparmışdır. İddiaçıya məxsus cavabdehlərin mənzilində heç bir əşya qalmamışdır. Mənzilin boş olmasını təsdiq edən disk məhkəməyə təqdim olunmuşdur. Cavabdehlərə məxsus mənzildə sonuncu dəfə təmir işləri iddiaçı həmin mənzilə gəlin köçməmişdən əvvəl cavabdehlərin vəsaiti hesabına aparılmışdır. Mənzildə olan əşyalar Cavabdeh2 məxsusdur. Tərəflərin birgə nikah dövründə əldə etdikləri BMW markalı avtomobili Cavabdeh1 4000 manata satmış, anası Cavabdeh2 müalicə xərclərinə sərf etmişdir. Avtomobilin mühərriki və surət qutusu yarasız olduğundan avtomobil ucuz qiymətə satılmışdır. Cavabdeh1 İddiaçı ilə birgə nikah dövründə hər hansı bir məişət əşyası almamışdır. Namiq avtomobili 4000 manata satmış, iddiaçı kartda olan 3000 manatadək pulu götürüb bununla da tərəflər əvəzləşmişlər. Avtomobilin satılmasında iddiaçının razılığı şifahi olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

10. Cavabdeh daha so nra məhkəmə iclasında bildirmişdir ki, İddiaçı əşyalarını apararkən o, həmin əşyaların şəklini çəkmişdir. Evdə yalnız anası tərəfindən alınan əşyalar qalmamışdır. Anasının pul vəsaiti ilə evə bəzi əşyalar alınmışdır. Yaşadıqları mənzil İddiaçı onunla nikaha daxil olanadək təmir olunmuşdur. İddiaçı ilə birgə nikah dövründə mənzildə təmir işləri aparılmamış, mənzilə əşyalar alınmamışdır. Birgə nikah dövründə əldə etdikləri BMW minik markalı avtomobili o, xx.xx.2019-cu il tarixdə 4000 manata satıb anasının müalicə xərclərini ödəmiş, iddiaçıya avtomobilin satışından əldə olunan puldan verməmişdir. İddiaçı avtomobilin satılmasından xəbəri olmuş, etiraz etməmişdir.

11. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavidan onun evinə köçməmişdən əvvəl o, öz vəsaiti hesabına evini tam təmir etdirmişdir. Hal-hazırda onun evində Cavidana məxsus əşya qalmamışdır. Cavidan bir neçə dəfə gəlib özünə məxsus əşyaları aparmışdır. Mənzilə qonşular, polis gələrkən mənzilin boş olmasını görüblər. O, öz vəsaiti ilə evinə yeni əşyalar almaq məcburiyyətində qalmışdır. Cavidanı öz otağına buraxmamasının səbəbi həmin otaqda yalnız ona məxsus əşyaların olması, Cavidana məxsus onda hər hansı bir əşyanın olmaması olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Cavabdeh2 ilə qonşudur. Cavidan ona zəng edərək Xuramangilin əşyalarını götürmək üçün onlara şərait yaratmalarını deməsini xahiş etmiş, o, da bu barədə Xuramana demişdir. Bundan sonra Cavidan gəlib bütün əşyalarını Xuramanın mənzilindən götürmüşdür. Cavidan əşyalarını götürərkən o, da Xuramanın mənzilində olmuş, Cavidan fəhlələrə stol, stulları götürməməyi, həmin əşyaların Xuramana məxsus olmasını demişdir. Mənzildə yalnız Xuramana aid olan əşyalar qalmışdır. Xuramanın gəlini Cavidan təmirli mənzilə gəlin gəlmiş, Xuramangildə dəhliz mebeli olmamış, mənzildə kombi Cavidandan əvvəl qurulmuş, Cavidan mətbəx mebelini, mətbəx moykasını da söküb aparmışdır.

13. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Cavidan onun dayısı nəvəsidir. Onun furqonlu maşını olduğundan dayısı oğlu ondan Cavidanın əşyalarını götürmək lazım olmasını ona demişdir. Əşyaları götürərkən o, mənzilə girməmiş, dayısı oğlu İlqarla birlikdə həyətdə dayanmışdır. Həmin vaxt səs eşitmiş və Cavidanın qaynanasının ot ağın qapısını açmadığından mübahisə olmasını bilmişdir. Cavidan əşyalarının bir hissəsinin olmadığını, Xuraman isə bütün əşyaları götürməsini demiş, Cavidan Xuramandan qablarını soruşmuş, Xuraman qabların olmadığını demişdir.

14. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, qızı Cavidanın əşyalarını götürərkən Xuraman əşyaların bir hissəsini öz otağına yığıb qapısını bağlamış, Cavidan əşyaların bəzilərinin harda olduğunu soruşmuş, xalçasını istəmiş Xuraman isə verməmişdir. Cavidan 12 il əri və qaynanası ilə bir mənzildə yaşamış, mənzili birlikdə təmir etmişlər. Namiqin əmək haqqından əlavə iki mağazası vardır. Xuraman cehiz əşyalarını öz otağında gizlədərək qapını bağlamışdır. Mənzilə kombinin kim tərəfindən çəkməsini isə bilmir.

15. Məhkəmə iclasında şahid X11 ifadəsində göst ərmişdir ki, o, qonşusu Xuramanın həyətində səs eşitdiyindən qoşusunun evinə gəlmiş Cavidanın öz əşyalarını aparmasını görmüşdür. Həmin vaxt əşyalar qablaşdırılıb həyətə yığılmış, mənzildə heç nə qalmamış, hər şey yığmışdır. Sonra mənzilə polis çağırılmış, polisin çağırılmasının səbəbi ona məlum deyildir.

16. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, o, Namiqin qohumudur. Cavidan əşyalarını aparmaq üçün 116 yük daşıma maşını çağırmış, əşyaları içərdə paketləyib maşına yığılmışdır. Sonra səs-küy düşmüş, Cavidan həmin qazanı yoxdur demişdir. Sonra Cavidan 102-yə zəng vurmuş və polis gəlmişdir. O, da polis bölməsinə getmişdir. Həmin gün evdə olan əşyaların 70-80% Cavidan tərəfindən götürülmüş, ev boşalmışdır.

17. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, Namiqin i ş yoldaşıdır. 2020-ci ilin payızında Namiq ona 4-5 ağır paltarla dolu çanta verib Cavidana verməyini xahiş etmiş, o da həmin çantaları Cavidanın atasına vermişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9\3890 saylı rəyindən müəyyən olunur ki, BMW 320İ markalı, 2002ci il buraxılışlı normal vəziyyətədə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat müəyyən olunur.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X10) 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 5500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 5531 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə, yəni xx.xx.2014-cü il tarixdə əldə etdikləri BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobili ailə nikah münasibətləri pozulduqdan sonra Cavabdeh1 İddiaçı razılığını almadan özünün müəyyən etdiyi qiymətə satmışdır.

21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh nəqliyyat vasitəsini satarkən iddiaçının məlumatının olmasını, nəqliyyat vasitəsi yararsız vəziyyətdə olduğundan ucuz qiymətə satılmasını bildirsə də, etirazında istinad etdiyi bu halları təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə birgə nikah dövründə əldə edilməsi mübahisə ləndirilməyən nəqliyyat vasitəsinin iddiaçı yaşadığı evdən çıxdıqdan, tərəflərin nikahlarının pozulmasına dair mülki işə məhkəmədə baxıldığı ərəfədə, iddiaçının razılığı alınmadan satılması müəyyən olunmuşdur.

22. Məhkəmə daha sonra qeyd etmişdi ki, İddiaçı iddia ərizəsində tələb etdiyi digər əşyaların mövcud olmasına, həmin əşyaların cavabdehlərin qanunsuz sahibliyində olmasına, birgə nikah dövründə cavabdehlərlə birlikdə yaşadığı evin təmir olunmasına, həmin təmirdə iddiaçının da iştirak etməsinə, birgə nikah dövründə, ümumi gəlirlər hesabına əşyalar əldə etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələblərini bu hissədə də, əsassız hesab edib təmin etməmişdir.

23. Məhkəmə araşdırması zamanı iddiaçının özünün izahatı, şahid ifadələri, cavabdehlərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus əşyaları cavabdehlərin evindən götürmüşdür.

24. Məhkəmə cavabdehlərə məxsus evin təmir edilməsində iddiaçının iştirak etməsinə, iddiaçıya məxsus əşyaların bu evdə qalmasına dair şahid ifadələrinə münasibət bildirb qeyd edir ki, iddiaçının ailə üzvləri və qohumları olan şahidlərin ifadələri iddia ərizəsində istinad olunan halların sübuta yetirilməsi qənaətinə gəlinməsi üçün yetərli sübut növü ola bilməz.

25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin satışından əldə olunan vəsaitin bölgüsü aparılarkən himayəsində olan yetkinlik yaşına çatmayanların mənafeyinin nəzərə alınmasına əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə araşdırması zamanı BMW 320İ markalı, 2002-ci il buraxılışlı normal vəziyyətədə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat olması müəyyən olunduğundan həmin vəsaitin yarısı, yəni 5500 manat Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia ərizəsi bu tələb üzrə qalan hissədə təmin edilməməlidir.

26. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 36.4, 37.1, 37.2, Mülki Məcəllənin 225.6, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

27. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin tam rədd edilmə si barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin rədd edilmiş hissəsi ilə bağlı məhkməyə təqdim edilən sübutlar təmin etməsinə baxmayaraq, 99GR337 dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobilin, iddiaçı ilə birgə nikahda olduqları vaxt, ona avtomobili satacağını bildirmiş, avtomobilin mühərriki və sürətlər qutusu yararsız vəziyyətə düşdüyündən dəyərindən daha ucuz qiymətə satmalı olduğunu bildirmişdir. İddiaçı da bu hala şifahi razılığını vermişdir. Avtomoblili Azərbaycan Respublikası DİN BDYPİ-də alqısatqı yolu ilə 4.000 (dörd min) manata satmışdır. Məhkəmə həmin alqı-sat qı müqaviləsini DİN BDYPİ-dən sorğu ilə tələb etmiş, müqavilə məhkəməyə təqdim edilmişdir. Dediklərinin həqiqət olmasına baxmayaraq məhkəmə heç bir əsaslandırma etmədən avtomobilin qiymətləndirilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert də heç bir əsas olmadan avtomobili görmədən və onun vəziyyətini qiymətləndirmədən 11.000 manat qiymət qoymuşdur. Baxmayraq ki, alqı-satqı müqaviləsi qüvvədədir, onun etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə hər hansı məhkəmə qətnaməsi yoxdur, məhkəmə dövlət orqanının qüvvədə olan alqı-satqı müqaviləsini heçə sayaraq ekspertizanın rəyini mötəbər sübut kimi qiymətləndirmiş və qanunsuz qərar qəbul etmişdir. Həmin avtomobil 4.000 manata satılması həmin alqı-satqı müqaviləsində rəsmi qeydə alınmışdır və müqavilə hələ də qüvvədə dir. Bundan başqa, avtomobilin satılmasından iddiaçının xəbəri və razılığı olduğundan həmin hissədə də iddia ərizəsi rədd edilməlidir.

29. Məhkəmə kollegiyasının iclasında cvabdeh Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X13 İmanovun sədrliyi ilə, X14 və X3) 2(103)-2933/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh nəqliyyat vasitəsi ni satarkən iddiaçının məlumatının olmasını qeyd etsə də, apellyasiya şikayətində istinad etdiyi bu halı təsdiq edə biləcək əsaslı sübutunu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə birgə nikah dövründə əldə edilməsi mübahisələndirilməyən nəqliyyat vasitəsinin iddiaçı yaşadığı evdən çıxdıqdan, tərəflərin nikahlarının pozulmasına dair mülki işə məhkəmədə baxıldığı ərəfədə, iddiaçının razılığı alınmadan satılması müəyyən olunmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edtmişdir ki, Cavabdeh apellyasiya şikayətində həmçinin nəqliyyat vasitəsini ucuz qiymətə satılmasına dair Azərbaycan Respublikası DİN BDYPİ-də satıcı Cavabdeh1 ilə alıcı X6 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə istinad edir və hesab etmişdir ki, alqı-satqı müqaviləsi qüvvədə olduğundan m əhkəmə avtomobilin qiymətini məhz müqaviləyə uyğun müəyyənləşdirməli idi. Kollegiya hesab edir ki, həmin müqavilədə göstərilən məbləğlə avtomobilin real bazar qiymətini müəyyənləşdirilə bilməz. Belə ki, cavabdehin istinad etdiyi müqavilədə avtomobilin istifadəyə yararsız vəziyyət olmasına dair ümumiyyətlə hər hansı qeyd edilməmişdir. Həmçnin cavabdeh iddiaçı ilə məhkəmədə mübahisəsinin olduğunu bilərək, iddiaçının razılığı alınmadan satmış olduğu avtomobili satacağı şəxslə daha aşağı məbləğdə razılaşmaqla və iddiaçının əldə edəcəyi paydan məhrum edə bilərdi. Ona görə də, məhkəmə haqlı olaraq avtomobilin qiymətini müqavilədə göstərilən məbləğdə deyil, məhz iş üzrə keçirilmiş ekspert rəyində göstərilən məbləğdə, yəni 11000 manat müəyyən etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 36.4, 37.1, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2933/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2933/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, ** GR *** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobili, iddiaçı ilə birgə nikahda olduqları vaxt, ona avtomobili satacağını bildirmiş, avtomobilin mühərriki və sürətlər qutusu yararsız vəziyyətə düşdüyündən dəyərindən daha ucuz qiymətə satmalı olduğumu bildirmişdir. İddiaçı da bu hala şifahi razılığını vermişdir. O da avtomobili AR DİN BDYPİ-də alqı-satqı yolu ilə 4.000 (dörd min) manata satmışdır. Məhkəmə həmin alqı-satqı müqaviləsini AR DİN BDYPİ-dən sorğu ilə tələb etmiş, müqavilə məhkəməyə təqdim edilmişdir. Onun dediklərinin həqiqət olmasına baxmayaraq məhkəmə heç bir əsaslandırma etmədən avtomobilin qiymətləndirilməsi ilə bağlı əmtə əşünaslıq ekspertizası təyin etmişdir. Ekspert də heç bir əsas olmadan avtomobili görmədən və onun vəziyyətini qiymətləndirmədən 11.000 manat qiymət qoymuşdur. Baxmayraq ki, alqı-satqı müqaviləsi qüvvədədir, onun etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə hər hansı məhkəmə qətnaməsi yoxdur, məhkəmə dövlət orqanının qüvvədə olan alqı-satqı müqaviləsini heçə sayaraq ekspertizanın rəyini mötəbər sübut kimi qiymətləndirmiş və qanunsuz qərar qəbul etmişdir.

37. Kassator bildirmişdir ki, həmin avtomobil 4.000 manata satılması həmin alqısatqı müqaviləsində rəsmi qeydə alınmışdır və müqavilə hələ də qüvvədədir. Bundan başqa, avtomobilin satılmasından iddiaçının xəbəri və razılığı olduğundan həmin hissədə də iddia ərizəsi rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

38. Maddə 36.4 Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

39. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

40. Maddə 37.2 ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərab ər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

41. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir.

44. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Kassasiya şikayəti apelyasiya şikayət i ilə eynilik təşkil edir. Şikayətdə eyni dəlillər və eyni faktiki hallara istinad olunur. Hansıki, həm 1-ci instansiya məhkəməsi və həm də apelyasiya məhkəməsi həmin halları ətraflı araşdırmış və hüquqi qiymət vermişdir.

53. Cavabdeh qətnaməni 99GR337 dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobilin dəyərinin bölünməsi hissəsində mübahisələndirir. İşin faktiki halları ilə müəyyən edilmidir ki, həmin avtomobil tərəflərin məhkəmə qaydasında boşanması ərəfəsində cavabdeh tərəfindən satılmışdır. İddiaçının həmin avtomaşının satılmasına razılığı ola bilməzdi və bu açıq-aşkar faktdır. Eyni zamanda bu halı sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür və cavabdeh razılığın olmasına ehtimal verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

54. Belə bir razılıq olsa belə, cavabdeh etiraf edir ki, avtomaşının satışından əldə edilən vəsaitdən iddiaçıya pay verməmiş və anasının müalicəsinə sərf etmişdir. Hətta, bu hal təsdiq olunduğ təqdirdə, yenə də cavabdeh aldıqlarının yarısını iddiaçıya verməlidir, çünki əmlak ər-arvadın birgə əmlakı hesab olunur.

55. Avtomaşının qiyməti ilə bağlı məsələni hər iki instansiyası məhkəməsi ətraflı araşdırmış, ekspertiza təyin etmiş və mütəxəssisin rəyinə əsaslanaraq mübahisəyə yekun vurmuşlar. Cavabdeh rəydə göstərilənləri şübhə altına alan heç bir sübut gətirə bilməmişdir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2933/2022 nömrəli, xx.xx.2022-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar