Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4748/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənəvi zərərin ödənilməsi 28.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2737/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə dair i şə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı anası X10, bacısı X11, qardaşı X16 və qardaşı arvadı X12 "xxxx" X2 rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X4 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən evdə quraşdırılmış qaz sobalarından dəm qazı sızması nəticəsində 03 yanvar 2009-cu il tarixdə zəhərlənərək ölmüşlər
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.08.2009-cu il tarixli, 1(001)-196/09 nömrəli hökmü ilə X4 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli c əzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkmə müddətinin əvvəli hökm faktiki icraya yönəldildiyi vaxtdan hesablanması, X15 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməsi, X3 Azərbaycan Respublikasının CM-nin 314.2- ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkmə müddətinin əvvəli hökm faktiki icraya yönəldildiyi vaxtdan hesablanması, X13 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
3. Məhkəmə texniki təhlükəsizlik ekspertizasının 299 saylı, 27 fevral 2009-cu il tarixli rəyindən görünür ki, Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsində nəzarətçi-çilingər işləyən X13 öz vəzifə borclarına əsasən mənzilə baxış zamanı abunəçi İ.Balayevin yaşadığı evin dəhlizində əlavə qaz sobasının quraşdırıldığını gördükdə, bu cihazdan istifadə etməsinə qadağa qoymadığına görə tərəfindən “qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.1 3.1,3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış komisyon məhkəmə texniki təhlükəsizlik ekspertizasının 8 may 2009-cu il tarixli, 4922 saylı rəyindən görünür ki, istintaq tərəfindən müəyyən edildiyi kimi, abunəç i X yaşadığı, hadisə baş vermiş ev avadanlıqlarına texniki baxış zamanı Qİİ-nin nəzarətçi-çilingəri X birlikdə Binəqədi Qİİ-nin 9 saylı sahəsinin rəisi X da olmuş, lakin onun tərəfindən həm evdə özbaşına, təhlükəsizlik texnikası qaydalarına zidd olaraq quraşdırılmış qaz sobalarında istifadə olunmasının qarşısını almaq üçün öz vəzifə təlimatına uyğun olaraq, müvafiq tədbirlər görülməmişdir. Bununla da, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.76, 3.77, 3.79, 3.8, 3.84, 3.102 bəndlərinin və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texnil baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.11 bəndlərinin, həmçinin “Bakı şəhəri Baş İstehsak Qaz idarəsinə tabe olan rayon qaz istismar idarələrinin qaz istismar sahəsi rəisinin vəzil təlimatı”nın tələbləri Binəqədi ray on Qİİ-nin 9 saylı sahəsinin rəisi X tərəfində pozulmuşdur. Binəqədi rayon Qİİ-nin 9 saylı sahəsinin nəzarətçi çilingəri X9 tərəfindən “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10 və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ı 1.3, 1.11, 3.1, 3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı cavabdeh X "xxxx" İstehsalat Birliyindən 10.000.000 (on milyon) manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X "xxxx" İstehsalat Birliyinin əməkdaşlarının cinayət əm əlləri nəticəsində anası X5, bacısı X6, qardaşı X14 və qardaşının arvadı X7 itirmişdir. Belə ki, X "xxxx" X2 rayonu Qaz İstismarı İdarəsinin 9 saylı sahəsinin rəisi X15 və 9 saylı sahənin nəzarətçi çilingəri X1 üzündən qaz sobalarından dəm qazı sızması nəticəsində 03 yanvar 2009-cu il tarixdə ailəsinin 4 üzvü zəhərlənərək ölmüşlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli hökmü ilə X15 və X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, hər biri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli 1(001)196/09 saylı qanuni qüvvə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunmuşdur və həmin qərar hazırkı mülki işdə p reyudisial əhəmiyyət daşıyır. Baş vermiş cinayət hadisəsi nəticəsində 4 nəfər ailə üzvünün həlak olmasından sonra onun həyatı sönüb, onu böyüdən anası, birlikdə böyüdükləri bacısı və qardaşı və ona bacı kimi olan qardaşının arvadı bir gündə həlak olmuşlar. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 21.10.2020-ci il tarixli, 2(011)-4278/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İstehsalat Birliyindən mənəvi zərərə görə 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi q əbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" İstehsalat Birliyinin səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının qardaşı X8 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh X "xxxx" İstehsalat Birliyinin əməkdaşlarının "xxxx" İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
8. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının mə nəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 10.000.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 40.000 manat məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2, Mülki Prossesual Məcəllənin 14.2, 82.4, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2737/2021 nömrəli iş üzrə 11 m art 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(011)-4278/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" İstehsalat Birliyindən mənəvi zərərə görə 80.000 (səksən min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" İstehsalat Birliyinin əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini l azımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının yaxın qohumlarının dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh X "xxxx" İstehsalat Birliyinin əməkdaşlarının "xxxx" İstehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, ailə üzvlərinin vəfat etməsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onların həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.
15. Məhkəmə kollegiyası iddiaçıya vurul muş mənəvi ziyanın məbləğini müəyyən edərkən işin hallarını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi 40000 manat məbləğində mənəvi ziyanın əvəzini qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının çəkmiş olduğu mənəvi ziyanın əvəzi olaraq pul şəklində ona 80000 manat kompensasiya ödənilməsini ədalətli və ağlabatan hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiy ası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz veərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının və kili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
27. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
28. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1) 29. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. (maddə 1099.1) 30. bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. (maddə 1099.2) Mülki Prossesual Məcəllə
31. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
33. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. (maddə 407.2)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2737/2021 n ömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.