Məhkəmə qərarları › İş №2(102)-4756/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4756/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4756/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019- cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Hüseynov, A.İmanov və V.Sadıqov, iş № 2(103)-918/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2492/2018 saylı iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak məsələləri dövlət komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsinə, Bakı şəhəri Binəqədi Bələdiyyəsinə, Bakı şəhəri 5 saylı notariat kontorunun notariusu X2, Cavabdeh4, Cavabdeh5 qarşı Binəqədi Bələdiyyəsi ilə Cavabdeh4 arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 2750 kv.m torpaq sahəsinə dair bağlanmış 293 saylı, 30.12.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlaka dair Cavabdeh4 adına verilmiş çıxarışın, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ******* saylı, 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adma verilmiş çıxarışın, plan-ölçülərin etibarsız hesab edilməsi, sonuncudan torpaq sahəsinin geri alınması və 10000 manat maddi ziyanın tutulması barədə iddiası təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak məsələləri dövlət komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsinə Bakı şəhəri Binəqədi Bələdiyyəsinə, Bakı şəhəri 5 saylı notariat kontorunun notariusu X2, Cavabdeh4, Cavabdeh5 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi Bələdiyy əsi ilə Cavabdeh4 arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 2750 kv.m torpaq sahəsinə dair bağlanmış 293 saylı, 30.12.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlaka dair Cavabdeh4 adına verilmiş çıxarışın, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ******* saylı, 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın, plan-ölçülərin etibarsız hesab edilməsi, sonuncudan torpaq sahəsinin geri alınması və 10000 manat maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə əsass ız olaraq mübahisəli əqdin formal olaraq bağlanması, pulun ödənilməməsi, bununla bağlı notariat işinin tələb edilməsi və depozitə pulun qoyulub qoyulmaması, qeyd edilən əqdin uydurma olub olmaması kimi vəsatətləri müzakitə etməmiş və buna hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri Binəq ədi Bələddiyəsinin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli torpaq sahəsinin yaxınlığında yerləşən ev iddiaçının mülkiyyətində olsa da, torpaq sahəsi həmin fərdi yaşayış evinin qarşısında yerləşməklə dövlət mülkiyyətindədir. Mövcud qanunvericilikdə iddiaçının həmin torpaq sahəsini əldə etmək üçün müraciət edəcəyi halda dövlət orqanlarının torpağı məhz ona satmaq vəzifəsi, habelə iddiaçının torpaq sahəsi ilə bağlı üstünlük hüquqları müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməklə bağlı qanuni gözlən tisi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, bələdiyyə orqanının mövcud qanunvericiliyə zidd olaraq dövlət mülkiyyətində olan torpağı iddiaçıya satması da iddiaçı üçün həmin torpaq sahəsi üzərində qanuni gözlənti hüququ yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, ünvan 1 ünvan iddiaçının xüsusi mülkiyyətindədir. M.Ə.Rəsulzadə Bələdiyyəsinin 54 saylı, 25.03.2005-ci il tarixli qərarı ilə həmin fərdi yaşayış evinin həy ətyanı torpaq sahəsinə aid edilmiş və 1994-cü ildən bağ kimi istifadə etdiyi qeyd olunan 900 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin tarixdə eyni tərəflər arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı 18720000 manat pulu Bələdiyyəyə ödəmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Binəqədi Bələdiyyəsinin 412 saylı, 30.12.2005-ci il tarixli qərarı ilə Bakı Şəhəri, Binəqədi rayonu, 9cu mkr, C.Cabbarlı küçəsində 2750 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün (hər kv.m üçün 20800 manat ödəmək şərtilə) Cavabdeh4 satılmışdır. Həmin tarixdə eyni tərəflər arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə bağlanmışdır. İşin materiallarından görün ür ki, Cavabdeh4 cavabdeh İdarəyə qarşı ərizə ilə məhkəməyə müraciət edərək bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsinin onun adına reyestrdə qeydiyyatın aparılması və texniki pasportun verilməsinin İdarəyə həvalə edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4884/2014 saylı, 05.11.2014-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Qətnamə icra edilmiş torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh4 mübahisəli ünvanda yerləşən 0,275 ha torpaq sahəsini Cavabdeh5 satmış və torpaq sahəsi sonuncunun adına nülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin materiallarından həmçinin görünür ki, 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(81)-4884/2014 saylı, 05.11,2014-cü il tarixli qərarından iddiaçının verdiyi apellyasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-154/18 saylı, 02.02.2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İddiaçı tələbində onun torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi olmasını, əmlakı qanunla müəyyən edilmiş qaydada əldə etdiyindən, habelə 10 ildən çox faktiki və etirazsız sahiblik etdiyindən torpaq sahəsi onun mülkiyyəti olmasına, Cavabdeh5 vicdanlı alıcı hesab edilə bilməsinin əmlakı əldə etmə şəraitinə və şər tlərinə cavab verməməsinə, sonuncunun torpaq sahəsini alarkən onun Cavabdeh4 faktiki istifadəsində olmadığını bilməsinə, alqı-satqı müqaviləsində göstərilən pulun depozitə qoyulmayaraq əqdin formal bağlanılmasına istinad edərək Binəqədi Bələdiyyəsi ilə Cavabdeh4 arasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən 2750 kv.m torpaq sahəsinə dair bağlanmış 293 saylı, 30.12.2005-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlaka dair Cavabdeh4 adına verilmiş çıxarışın, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ******* saylı, 30.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın qanuniliyi mübahisələndirmiş, plan-ölçülərin etibarsız hesab edilməsi, sonuncudan torpaq sahəsinin geri alınması və 10000 manat maddi ziyanın tutul masını iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən, həmçinin torpaq sahəsinin onun və üçüncü şəxs Fəridə Hüseynovanın mülkiyyətində olan evin yaxınlığında yerləşdiyinə, sahənin uzun illərdir faktiki istifadəsində olduğuna və onun tərəfindən abadlaşdırıldığına istinad etməklə, bununla bağlı mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin 29.01.2015-ci il tarixli "Axverdiyev Azərbaycana qarşı" işi üzrə qərarı ilə əsaslandırmağa çalışaraq torpaq sahəsinin əldə olunmasına dair hüquqi gözləntisinin olduğunu bildirsə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq işin araşdırılmış halları üzrə bu nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin yaxınlığında yerləşən ev iddiaçının mülkiyyətində olsa da, torpaq sahəsi həmin fərdi yaşayış evinin qarşısında yerləşməklə dövlət mülkiyyətindədir və mövcud qanunvericilikdə iddiaçının həmin torpaq sahəsini əldə etmək üçün müraciət edəcəyi halda dövlət orqanlarının torpağın məhz ona satmaq vəzifəsi, tabelə iddiaçının torpaq sahəsi ilə bağlı üstünlük hüquqları müəyyən edilməmişdir. Belə ki, «İnsan hüquqları üzrə Avropa Məhkəməsi»nin qərarlarında istifadə olunmuş hüquqi mövqelərə görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahibliklə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu b axımından "mülkiyyət" hesab olunmalıdır. (Latridis Yunanıstana qarşı iş, §54). Məhkəmə, həmçinin qeyd etmişdir ki, "mülkiyyət" anlayışı "mövcud mülkiyyət”lə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı də əhatə edə bilər. “Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir" (Saghinadze və başqaları Gürcüstana qarşı iş, § 103). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməklə bağlı qanuni gözləntisi olmamasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi tam əsaslı və qanuni o lmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bələdiyyə orqanının mövcud qanunvericiliyə zidd olaraq dövlət mülkiyyətində olan torpağı iddiaçıya satmasının da iddiaçı üçün həmin torpaq sahəsi üzərində qanuni gözlənti hüququ yaratmamasına dair nəticəsi də qanuni və əsaslı olmuqlur. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yaranmış vəziyyətdə iddia tələbinin təmin edilməsi hüququn aparıcı prinsiplərindən olan hüquqi müəyyənlik prinsipi baxımından da yolverilməzdir. Konstitusiyanın Preambulasında və 7-ci maddəsində təsbit edilir ki, Azərbaycan Respublikası qanunun aliliyinə əsaslanan hüquqi dövlətdir. Hüquqi müəyyənlik prinsipi isə hüququn aliliyinin əsas elementləri ndən biri kimi çıxış edir. Konstitusiyanın 147-ci maddəsinin İ və İİ hissələrinə görə bu sənəd Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli qərarında qeyd edilir ki, "hüquqi müəyyənlik prinsipi "hüquqi təhlükəsizlik konsepsiyasının" baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan insanlar dövlət orqanları və hakimiyyət səlahiyyətlərinin daşıyıcıları tərəfindən barələrindən qəbul edilmiş qərarların, aktların və hərəkətlərin həqiqiliyinə və hüquqi nəticələrinə etimad göstərməlidirlər. Kollegiya eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu nəticələri iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadı Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1 (103)-154/18 saylı, 02.02.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallarla da tam təsdiq edilir. Belə ki, sözügedən qərar ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir. Eyni zamanda torpaq sahəsi bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması barədə qanunvericiliyin tələblərinin pozulması ilə ayrılmışdır. Məhkəmə kollegiyası kassasiya şi kayətinin «İnzibati Prosessual Məcəllədə istər qəbul edilən qərarların tərtibi, əsaslandırması və sübutların qiymətləndirilməsi fərqli olduğundan MPM-nin 82.3-cü maddəsinə istinadən inzibati məhkəmə qərarının hazırki işə tətbiq edilməsinin iddiaçının ədalətli məhkəmə araşdırılması hüququndan məhrum etməklə yanaşı, məhkəmə qərarlarının preyudisial əhəmiyyətini müəyyən edən prossesual qanunla müəyyən edilmiş hədlərdə uyğun olmaması»na dair dəlilinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-154/18 saylı, 02.02.2018-ci il tarixli qərarında Cavabdeh5 vicdanlı əldə edən olması barədə müəyyən edilmiş halların lazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olduğu barəd ə birinci instansiya məhkəməsinin qənaətini prosessual hüquq normasının tələbini pozmasının qanunsuz olmasına dair nəticəsini mübahisələndirmir. Başqa sözlə, kassator apellyasiya instansiyası məhkəməsinin vicdanlı şəxslə bağlı digər məhkəmənin qərarı ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır, lakin sözügedən məhkəmənin mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmasına və bununla bağlı digər müəyyən etdiyi halların hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsinə dair nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, kassator özünün şikayət i əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadı Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1 (103)-154/18 saylı, 02.02.2018-ci il tarixli qərarını əsas tutaraq hazırki iddia tələbləri ilə çıxış etmişdir. Sözügedən qərar mövcud olmadığı təqdirdə hazırki iddia çox güman ki, qaldırılmaz və ya qaldırıldığı halda iddiaya artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-4884/2014 saylı, 05.11.2014-cü il tarixli qərarı ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla qiymət verilərdi. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadı Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1 (103)-154/18 saylı, 02.02.2018ci il tarixli qərarı müəyyən mənada hazırki iddianın qaldırılması üçün bir növ əsas olmuş və belə olan halda onun bəzi, qanunvericiliklə müəyyən etdiyi və p reyudisiyal əhəmiyyət kəsb etdiyi hallara istinad edilməsinə zərurət yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh5 vicdanlı olması barədə hissələrdən fərqli olaraq, torpağın kimin mülkiyyətində olması və ona dair hüquqların qanuni əsaslarla yaranıb- yaranmadığı barədə məsələlər Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının icraatında olmuş 2-1(103)-154/18 saylı iş üzrə araşdırıldığı, qiymətləndirildiyi, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlarla birbaşa bağlı olduğu üçün hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasına dair nəticəsi qanuni, kassatorun isə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş bəzi halların hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməməsinə dair şik ayətnin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Art ıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsində qeyd olunan "mülki iş" ifadəsinin yalnız mülki və iqtisadi işləri deyil, həmçinin inzibati işləri də ehtiva etməsinə dair qənaəti ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin Məcəllənin qəbul edildiyi dövrdə hal-hazırda inzibati işlər kimi ayrıca icraatda baxılan işlərə - dövlət orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə mülki mühakimə icraatında xüsusi iddia icraatı qaydasında baxılırdı və həmin işlər də mülki işlər hesab edilirdi. Bu mənada hazırda inzibati işlərə ayrıca məhkəmə icraatında baxılması MPM-in 82.3-cü maddəsində nəzərdə tutulan "mülki iş" ifadəsinin ilkin mahiyyətinə uyğun olmayan məhdudlaş dırıcı təfsirinə əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-154/18 saylı, 02.02.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4884/2014 saylı, 05.11.2014cü il tarixli qərarının ləğv edilməsinə və iddianın təmin olunmamasının qərara alınmasına baxmayaraq bu halın mövcudluğunun iddiaçının hazırki iddia üzrə subyektiv hüquqa malik olan şəxs kimi qiymətləndirilməsinə hüquqi əsas yaratmamasına dair apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitlərindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını eht iva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim edilməli olduğu halda iddiaçı tərəfin belə sübutlar təqdim etməsi işin materiallarından görünmür və məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının yeganə sübut qismində məhkəməyə təqdim etdiyi torpağın ona ayrılması haqqında bələdiyyə qərarını sübut növü kimi qiymətləndirilməsini mümkün saymamışdır. Belə ki, yuxarıda istinad olunan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadı Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1 (103)-154 /18 saylı, 02.02.2018-ci il tarixli qərarı ilə də müəyyən olunduğü kimi mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlara aiddir və həmin torpaq sahəsi bələdiyyə torpaqlarının mülkiyyətə ayrılması barədə qanunvericiliyin tələblərinin pozulması ilə ayrılmışdır. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunun müəyyən edildiyi məhkəmə qərarlarının mövcud olduğu halda iddiaçının həmin torpaq sahəsi ilə bağlı əqdləri mübahisələndirməklə bağlı subyektiv hüququnun mövcud olduğu barədə qənaətə gəlməyin hüququ müəyyənlik prinsipi baxımından yolverilməz olmasına dair əsaslı nəticəsi ilə razılaşır və işə baxan məhkəmənin onun mübahisəli torpaq sahəsinə dair bağlanmış əqdi mübahisləndirməklə bağlı subyektiv hüququnun olmamasına dair nəticəsini tam qanuni və əsaslı sayır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kolleg iyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tə tbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar