Məhkəmə qərarları › İş №2(102)-4776/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4776/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4776/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti ASC-nin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı sığorta ödənişi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)2055/2019 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxar aq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səfərdə olduğu vaxt sağlamlığında baş vermiş sığorta hadisəsinə görə, Almaniya Federativ Respublikasının Nürnberg şəhərində yerləşən Nürnberg klinikası hesabına çəkilən əməliyyat və müalicə xərclərini təşkil edən 4864,14 avronun Nürnberg klinikasının (hesab-fakturada göstərilən) hesabına ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, klinikadan çıxarkən əməliyyat barədə sığorta şirkətini məlumatlandırdıqlarını və qeyri-müəyyənlik yaranacağı halda onun ünvanına bu barədə məlumat göndərəcəklərini bildirmişlər. 2017-ci ilin oktyabr ayında Nürnberg klinikası ona mə ktub ünvanladığı zaman sığorta şirkətinin müalicə xərcini ödəmədiyini öyrənmişdir. Səbail Rayon məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(009)-1169/2018 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev) İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı sığorta ödənişi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2055/2019 saylı, 12 fevral 2019-cu il tarixli (X2 (sədrlik edən və məruzəçi), X7 və X3) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1169/2018 saylı iş üzrə 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, 4834 (dörd min səkkiz yüz otuz dörd) avro 14 (on dörd) sent pulun Almaniya Federativ Respublikasının Nürnberg şəhərində yerləşən Nürnberg klinikasına ödənilmə si vəzifəsinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)-2055/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının üzərində aparılan əməliyyatın bərpaedici əməliyyat olması ekspert rəyi ilə müəyyən edildiyi və sığorta qaydalarına əsasən bu əməliyyatlara görə sığorta ödənilmədiyi müəyyən edilməsinə baxmayaraq, məhkəmə sübutları lazımınca qiymətləndirməmiş, eyni zamanda, işdə tərəf kimi iddi açı qismində X1 iştirak etsə də, o, iddia ərizəsində özü ilə əlaqədar heç bir tələb irəli sürməmiş, işdə tərəf olmayan bir qurumun xeyrinə ödəniş edilməsini tələb etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)-2055/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişd ir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin mübahisəsiz hallarına görə, İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış SS-03132360 saylı, 07.03.2017-ci il tarixli səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən, iddiaçı 1 il müddətinə qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri üzrə 30000 avro məbləğində səyahət sığortası olunmuşdur. Şəhadətnaməyə əsasən Şengen ərazisi daxil olmaqla bütün Avropa ərazisi əhatə dairəsinə daxil olmuş, şərtsiz azadolma məbləği 30 avro müəyyən edilmişdir. Şəhadətnamənin ayrılmaz tərkib h issəsi olan Səfər Sığortası Qaydalarına əsasən, sığorta predmeti sığorta olunanların həyatı və sağlamlığıdır (2). Sığorta müddətində sığorta müqaviləsində göstərilmiş ölkə(lər) ərazisində olduğu zaman baş vermiş sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal sığorta təminatına daxildir (5.1). Plastik və bərpaedici cərrahiyə və göz və diş protezləri də daxil olmaqla, hər növ protez qoyma xərcləri sığortaçı tərəfindən ödənilmir (9.11). Sığorta olunan sığorta hadisəsinin baş verdiyi səfərdən qayıtdığı andan etibarən 30 təqvim günü ərzində bu Qaydaların 13.4-cü bəndində (sığorta xərci ilə əlaqədar özü xərc çəkibsə) göstərilən ərizə və sənədləri təqdim etməlidir (13.6). Tər əflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində iddiaçı Almaniya Federasiyasının Nürnberg şəhərində səfərdə olarkən “kəskin subendocardial miokard infarktı” diaqnozu ilə Nürnberg klinikasına daxil olmuş, 27.03.2017-ci il tarixdə onun konorar arteriyasına 2 stent taxılmış, klinikada müayinə, əməliyyat və qalma xərclərinin cəmi 4864,14 Avro təşkil etmişdir. İş materiallarında olan ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 09 avqust 2018-ci il tarixli, 240/KEŞ saylı rəyinə əsasən, iddiaçının üzərində icra edilmiş əməliyyat (koronar arteriyaya 2 stent yerləşdirilməsi) bərpaedici cərrahiyyə əməliyyatı hesab edilir. Cavabdehin iddiaya etirazı 2 dəlilə əsaslanmışdır: 1) stend qoyulması bərp aedici cərrahiyyəyə aid edildiyi və protez qoyma əməliyyatı hesab olunduğu üçün Səfər sığortası qaydalarının 9.11-ci bəndinə əsasən həmin xərclər sığortaçı tərəfindən ödənilmir;2) iddiaçı cavabdehə Səfər sığortası qaydalarının 13.6-cı bəndində nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə müraciət edib və bu hal Qaydaların 14.1.1-ci bəndinə əsasən ödənişdən imtina üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı klinikaya könüllü şəkildə deyil, özündən asılı olmayan səbəblərdən – qəfil xəstəliklə (kəskin subendocardial miokard infarktı) daxil olmuş, konorar arteriyasına stentin taxılması təxirəsalınmaz tibbi müdaxilə tələb edən haldan irəli gəlmiş və iddiaçının həyatının xilas olunmasına xidmət etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hətta nəzəri cəhətdən koronar arteriyaya stent yerləşdirilməsi protez qoyma əməliyyatı hesab olunsa belə, bu hal Qaydaların 9.11-ci bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Çünki baxılan iş üzrə tərəflər arasında bağlanmış 07.03.2017-ci il tarixli səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən, qəfil xəstəlik nəticəsində, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən haldan irəli gələn tibbi müalicə, tibbi daşınma və repatriasiya xərclərinə sığorta təminatı verilmişdir. Müqaviləyə əsasən sığorta təminatının yaranması üçün baxılan iş üzrə hər üç şərt mövcud olmuşdur. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Səfər sığortası qaydaları isə cavabdeh tərəfindən iddiaç ıya təklif olunan standart şərtləri olmaqla, həmin Qaydaların 9.11-ci bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina tərəflər arasında yaranmış sığorta hüquq münasibətlərinin təyinatına, sığorta öhdəliklərinin mahiyyətinə zidd olmaqla faktiki olaraq sığorta müqaviləsini əhəmiyyətsiz edir. Bəndin istinad olunan şəkildə şərhi, həmçinin bu təklif etmiş tərəf kimi sığortaçıya əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verir. Qaydaların 9.11-ci bəndi o halda sığorta ödənişindən imtina üçün əsas ola bilərdi ki, tibbi müdaxilə qəfil xəstəliklə bağlı təxirəsalınmaz tibbi müdaxilə tələb edən haldan irəli gəlməmiş olsun və ya sığortalının həyatının xilas edilməsi üçün zəruri olmasın. Buna görə də, cavabdehin Qaydaların 9.11-ci bəndinə istinadla sığorta ödənişinin verilməsindən imtina etməsi əsassızdır. Cavabdehin etirazının digər dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin dəlil üçün istinad etdiyi Qaydaların 13.6-cı (13.4-cü) bəndinə əsasən tələb olunan sənədlər sığorta olunanın sığorta hadisəsi ilə əlaqədar özünün xərc çəkdiyi hallara aiddir. İş üzrə isə iddiaçı sığorta hadisəsi ilə bağlı özü xərc çəkməmiş, sadəcə olaraq sığorta şəhadətnaməsi müraciət etdiyi klinikaya təqdim olunmuşdur. İddiaçı kəskin subendocardial miokard infarktı vəziyyətində yaranmış halla bağlı sığortaçını və ya şəhadətnamədə qeyd olunan servis mərkəzini məlumatlandırmaq iqtidarında olmamışdır. Lakin Nürnberq kilinikasının təqdim olunmuş şəhadətnamə əsasında id diaçını müayinə və əməliyyat üçün qəbul etməsi həmin tibb müəssisəsinin tibbi müdaxiləni Servis mərkəzi ilə razılaşdırdığını dolayısı ilə təsdiq edir. Cavabdeh iddiaya etirazında da klinikanın tibbi müdaxiləni Servislə razışaldırmadığı barədə məlumat (və ya həmin halı təsdiq edən sübut) təqdim etməmişdir. İddiaçı yalnız sığortaçı klinikaya sığortanın ödənilməsindən imtina etdiyi üçün sonuncu borcun ödənilməsini ondan tələb etdikdə bu barədə məlumatlı olmuş və 30 gün müddətində sığorta ödənişinin klinikaya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə müddəti ötürməklə müraciət etməsi barədə etirazı da əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi belə n əticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi üzrə şərtsiz azad olma məbləği 30 avro nəzərdə tutulduğundan 30 avro şərtsiz azadolma məbləği çıxılmaqla iddia qalan məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: -883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik k imi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -887-ci maddəsinə görə şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər. -926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. -926.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan Səfər sığortası qaydaları isə cavabdeh tərəfindən iddiaçıya təkli f olunan standart şərtləri olmaqla, həmin Qaydaların 9.11-ci bəndinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina tərəflər arasında yaranmış sığorta hüquq münasibətlərinin təyinatına, sığorta öhdəliklərinin mahiyyətinə zidd olmaqla faktiki olaraq sığorta müqaviləsini əhəmiyyətsiz edir. Bəndin istinad olunan şəkildə şərhi, həmçinin bu təklif etmiş tərəf kimi sığortaçıya əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən isə müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qe yri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (maddə 419). Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən müddəalar (maddə 420.1.2); təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar (maddə 420.1.3) etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin ş ərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (maddə 420.2). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qəfil xəstələnməsi (kəskin subendocardial miokard infarktı) tərəflər arasında bağlanmış 07.03.2017-ci il tarixli səfər sığortası müqaviləsinə (şəhadətnaməsinə) əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal olduğundan sığortaçı təşkilatın bu əməliyyat nəticəsində koronar arteriyaya 2 stent yerləşdirilməsini bərpaedici əməliyyat hesab edərək sığorta ödənişindən imtinası sığorta hüquq münasibətlərinin təyinatına, sığorta öhdəliklərinin mahiyyətinə zidd olmaqla, səfər sığortasının məqsədini əhəmiyyətsiz etmiş olur. Məhkəmə kollegiyası Qaydaların 9.11-ci b əndinin hazırki işə tətbiq edilməli olmaması barədə apellyasiya məhkəməsinin mövqeyini kifayət qədər əsaslandırılmış və maddi hüquq normalarına uyğun, bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlilini isə əsassız hesab edir. Kassasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində sığorta şirkətindən tutulmalı olan pulun Almaniya Federativ Respublikasının Nürnberg şəhərində yerləşən Nürnberg klinikasına ödənilməsini xahiş etməsi və iddianın bu qaydada təmin edilməsi iddiaçının başqa şəxsin mənafeyi üçün iddia qaldırması deyil, iş üzrə qəbul ediləcək qətnamənin icra qaydasının müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Sığorta Şirkəti ASC və vəkili Vəkil tərəfindən verilmişkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.02.2019-cu il tarixli, 2(103)-2055/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar